"Qafqazda separatizmi dəstəkləməyə cəhd edən Makron... Afrikadakı xalqların haqq səsini boğur"
"Dünyada kifayət qədər donmuş və hələ də həllini tapmayan münaqişələr mövcuddur. Onların bir çoxunun uzun müddətli yaşı var. Çox dövlətlərin dünyada gücü, ərazisi, əhalisi və s. Azərbaycandan qat-qat böyükdür. Lakin Azərbaycan nadir ölkələrdən biri oldu ki, öz ali baş komandanının, ölkə prezidentinin müdrik, ağıllı siyasəti, qətiyyətli ordusunun qəhrəmanlığı və xalqının birliyi, yumruq halında birləşməsi hesabına həmin 30 ilə yaxın dondurulmasına cəhd edilən münaqişəni özü həll etdi. Bu problemi həll etməklə həm İlahi ədaləti, həm beynəlxalq hüququn norma prinsiplərini, həm də özünün milli maraqlarından irəli gələn məsələləri həll etməklə bu nümunəni ortaya qoydu".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat bildirib ki, bu gün üzərimizə gələn ölkələr, dünyanın super gücləri ABŞ və Fransadır, Fankafoniya ölkələri və bir çox böyük təşkilatlar, bir çox qüvvələr, lobbi təşkilatları və s.-dir. Deputatın fikrincə, Azərbaycanın onların qarşısında müqavimət göstərməsi, daha qətiyyətli olması və bütün bu təzyiqlərin qarşısında daha adekvat, daha güclü şəkildə dayanması üçün gördüyü tədbirlər, atılan addımlar onları əslinə qalsa, ən çətin vəziyyətə salıb.

“Bu dövlətlərin başında Fransa durur. Fransanın özünün kifayət qədər daxilində problemləri var. Makron hakimiyyətə gəldiyi illərdən bu günə kimi hələ də ölkədə iğtişaşlar, iqtisadi geriləmələr davam edir. Hələ də Fransa özündən 10 min kilometrlərlə uzaqda kaloniyalar saxlayır, neokolonist siyasəti ilə müasir dünyanın qəbul etmədiyi rejim saxlamaqla, onu müdafiə etməklə bir növ beynəlxalq hüququn ədalətin yanında olmadığını göstərir”-deyən deputat bildirib ki, Yeni Kaledoniyada baş verən hadisələr təbii olaraq, Fransanın siyasətinin və bu siyasətin doğurduğu nəticələrə bir cavabdır.

Azərbaycan prezidenti “Qoşulmama” hərəkatının böyük dünyanın qlobal bir təşkilatının sədri kimi, bu təşkilata üzv olan dövlətlərin hüquqlarının qorunması üçün, dünyada ədalət nizamının, haqq tərəzisinin, ədalət tərəzisinin qorunması, bərqərar olması üçün təbii olaraq, bir qlobal lider kimi tədbirlər görür. Azərbaycan prezidenti Fransa prezidenti Makrona keçmişdə baş verən soyqırım hadisələrinə görə, Fransanın yeritdiyi qeyri-rasional siyasətə görə üzr istəməli olduğunu bildirmişdi. Bunların qarşılığına hər hansısa bir faktın qoyulması mümkün deyil.

Vüqar İskəndərovun fikrincə, Fransa bu səbəbdən daha da qəzəblidir.

“Prezidentin dilindən cürbəcür Azərbaycana qarşı hədyanlar eşitmişik. Digər məsələ, bu yaxın günlərdə Fransa daxili işlər nazirinin və absurd dolu, heç bir həqiqətə uyğun olmayan fikirlərlə orada baş verən hadisələrin mənbəyinin Azərbaycan olduğunu söyləməsi bir daha bu ölkənin iç üzünü açıb göstərmiş olur.

Təbii olaraq, bu bir azadlıq mücadiləsidir. 3000 ilə yaxın orda yaşayan aborigen xalqın hüquqların çoxu ciddi şəkildə pozulmasıdır.

Bu bu günki müasir dünyanın gözü qarşısında baş verir. Çox təəssüf ki, ədalətdən, insan haqqlarından, demokratiyadan, hüquqlardan dəm vuran bir çox böyük dövlətlər, BMT başda olmaqla bir çox böyük transmilli təşkilatlar, şirkətlər, korporasiyalar ki, lazım oldu, olmadı bəyanat verməyi xoşlayırlar, indi bu hadisə qarşısında susurlar və hələ də bu hadisələr və insanların ölümü ilə başlayan iğtişaşlar davam edir”-deyə deputat bildirib.

Deputat qeyd edir ki, Yeni Kaledoniyada insanlar daha 10 min km uzaqda olan ölkənin boyunduruğu altında yaşamaq istəmirlər.

Təbii haqqlarnı tələb edirlər. Bunun bədəlini Fransa ödəməlidir: "Fransa açıq-aydın Azərbaycan ərazisində separat qurumu dəstəkləməyə cəhd edir, açıq-aydın işğalçının tərəfinə durduğunu göstərir və bu gün də həmin siyasətini davam etdirir".

“Fransa dünyanın çox böyük və tarixi olan bir ölkəsidir. Bu gün Makron komandasının bu siyasəti heç də Fransaya baş ucalığı gətirmir. Kaledoniyada baş verən bu hadisələr və Makronun ora səfər etməsi ciddi heç bir şeyi dəyişə bilməyəcək. Makron çalışır ki, onun prezidentliyi dövründə belə bir hadisə baş verməsin ki, o, hər hansı təhdidlərlə üzləşməsin. Çünki gələcəklə bağlı yenə planları var. Amma gec-tez ədalət öz yerini tapacaq. Burada baş verən hadisələri Azərbaycan xarici işlər nazirliyi də bəyanatında qeyd edib, bildirilib ki, “bizim üzərimizdə olmasını rədd edirik. Bu hadisənin Azərbaycanla heç bir əlaqəsi yoxdur”. Azərbaycan dünyada düzgün nizam-intizamın qurulmasının və ədalətli siyasətin həyata keçirilməsinin tərəfdarıdır. Belə olduğu halda harada ədalət varsa, harada hər hansı bir böyük dövlətlər tərəfindən kiçik dövlətlərin, adaların hüquq və haqları pozulursa təbii olaraq Azərbaycan ədalətin tərəfində olub və olacaq”-deyə deputat fikrini yekunlaşdırıb.
 
 


 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı

Dünyapress TV

Xəbər lenti