Rusiya tarixinin ən böyük rüşvət hadisəsi - Prokurorluğun idarə rəisi 140 milyonla tutuldu...
Rusiya tarixində ən böyük rüşvət işi məhkəməyə göndərilib.

TEREF yerli mediaya istinadla bildirir ki, Moskvanın Tverskoy rayonu üzrə İstintaq Komitəsinin istintaq idarəsinin keçmiş rəisi, 35 yaşlı ədliyyə mayoru Marat Tambiyev 1 milyon yarım dollardan çox və 2718 bitkoin, yəni 7.3 milyard rubl (təxminən 137 milyon 240 min manat) rüşvət almaqda ittiham olunur. Bundan əlavə, müstəntiqlərin fikrincə, o, daha 1,3 milyon dollarla varlanmağa cəhd edib. O, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

İstintaq Komitəsinin məlumatına görə, ədliyyə mayorunun şəriki keçmiş müstəntiq, baş leytenant, 27 yaşlı Kristina Lyaxovenko olub. O, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət işi üzrə sübutları saxtalaşdırmaqda təqsirli bilinir.

Tambiyev və Lyaxovenkonun işinə Moskva yaxınlığındakı Balaşixa məhkəməsi baxacaq. Əvvəlcə məhkəmənin Moskvada keçiriləcəyi güman edilirdi, lakin Ali Məhkəmə Baş Prokurorluğun tələbi ilə ərazi yurisdiksiyasını dəyişdirərək, Tambiyevin işlədiyi müddətdə paytaxtın məhkəmə sistemində əlaqələr əldə etməsi ilə bağlı arqumentlərlə razılaşıb.

İş materiallarına görə, müstəntiq 2022-ci ilin aprelində “Infraud Organization” haker qrupunun üzvlərindən hakerlərin aktivlərini ələ keçirməyəcəyinə dair vəd qarşılığında rüşvət alıb. Tambievin kompüterində “Pensiya” adlı qovluqda bitkoinlər tapılıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716478481_2.jpg
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti