Ardını oxu...
“İlin sonuna qədər Laçın şəhərinə 700 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır”.

Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O qeyd edib ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindən 22 ailənin, 72 məcburi köçkünün köçürülməsi həyata keçirilir:

“Bu gün Ali Baş Komandanın tapşırığına əsasən, Laçın şəhərində yenidən bərpa edilən evlərə növbəti köç karvanı yola düşəcək. Bu mərhələdə 22 məcburi köçkün ailəsinin, 72 nəfərin köçürülməsi planlaşdırılır. İlin sonuna qədər 700 ailə Laçın şəhərinə köçürüləcək. Ümumilikdə isə ilin sonuna qədər 2 min ailənin, 10 min məcburi köçkünün Qarabağ iqtisadi rayonuna köçürülməsi həyata keçiriləcək. Qarabağa köçürülən məcburi köçkünlərin məşğulluq məsələləri aidiyyəti qurumların, özəl təşkilatların birgə fəaliyyəti nəticəsində təmin ediləcək.


Məcburi köçkünlərin məskunlaşdırılması 2030-cu ilə qədər həyata keçiləcək 5 ən iri prioritetlərdən biridir”.

Aytac Qasımova
Ardını oxu...
Laçına növbəti köç başladı - FOTO/VİDEO
Bu gün Laçın şəhərinə növbəti köç başlayıb.

Oxu.Az xəbər verir ki, daha 22 ailə (72 nəfər) doğma yurduna geri dönür.

Köç karvanı saat 07:00-da Qaradağ rayonundakı “Qobu park-3” yaşayış kompleksindən Laçına yola salınıb.

Xatırladaq ki, mayın 27-də Laçın şəhərinə ilk olaraq 20 ailə (97 nəfər) köçürülüb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Mingəçevir şəhəri M. Füzuli küçəsi ev 6 ünvanında yaşayan sakinlər 12 ildir yaşayış binasının altıda yerləşən və kafe kimi fəaliyyət göstərən obyekt sahiblərindən şikayətçidilər.
Yeniavaz.com xəbər verir ki, bina sakinləri 12 ildir bu barədə qapısını döymədikləri məmur qapısının qalmadığını deyirlər.
“İndi ona görə mətbuata üz tutmuşuq. Bəlkə problemimiz işıqlansa öz həllini tapar”, - deyə, sakinlər bildirib.
Sakinlərin sözlərinə görə, bu kafenin fəaliyyəti axşam saat 5-6 radələrindən səhər saat 6 radələrinə qədər davam edir: “Bu insanlar bu kafedən ancaq əxlaqsızlıq yuvası kimi istifadə edirlər. Səs-küyləri bina sakinlərini narahat edir”.
Bina sakinlərindən Abbasov Yaşar, Mustafayeva Arzu, Novruzova Şamaxı və digər sakinlər bildirir ki, səhərə qədər yata bilmirlər. Dəfələrlə kafenin sahibinə desələr də heç bir nəticə əldə olunmayıb. Sakinlər aidiyyəti qurumlardan kömək istəyir.
Ətraflı məlumat aşağıdakı videoda:
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Rusiya sülhməramlı qüvvələri Azərbaycana 2020-ci ildə güya tərəflər arasında münaqişənin yaranmaması məqsədilə yerləşdirildi. Amma keçən dövr ərzində onların tərəf olduğuna şahid olduq. Sülhməramlı adlandırılan bu qüvvələr sadəcə Qarabağda olan separatçıları qorumaqla məşğul oldular. Onların fəaliyyətləri bu günə qədər bir dəfə də olsun, Azərbaycana qane etmədi... 4 aydan çox davam edən ekoloji aksiyanın nəticəsində ərazidə Azərbaycanın sərhəd məntəqəsi quruldu. Bəs bu gün sülhməramlılar kimə və nəyə lazımdır? Onları müddətləri bitdiyi zaman göndərə biləcəyikmi?
“Rusiya sülhməramlılarının ölkəmizdən, konkret olaraq Qarabağda fəaliyyət müddəti 2025-ci ilin noyabr ayında başa çatır. 2020-ci il ilin 2-ci Qarabağ savaşının sonunu gətirən “3 tərəfli” sazişlə onların 5 il müddətində Qarabağda qalmaları ilə bağlı razılıq əldə olunmuşdu. Artıq 2025-ci ilin noyabr ayında həmin müddət başa çatır. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması üçün əsas şərtlərdən biri budur ki, tərəflərdən biri yəni ya Azərbaycan, ya da Ermənistan onların çıxarılması tələbini qoyarsa, onlar dərhal yəni Qarabağdan çıxarılacaqlar. Onların Qarabağda qalmaları yeganə onlar hər iki tərəfin ümumi razılığın olmasıdır ki, bu da Azərbaycan tərəfdən baxsaq inandırıcı görünmür”.

TEREF.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda olduğu müddət ərzində Azərbaycan tərəfinin qəzəbinə səbəb olan fəaliyyətlər göstərib. Bu günlərdə də bir sıra fəaliyyətləri ilə Azərbaycan tərəfində qıcıq yaradan hallara yol verdilər. Şərhçinin fikrincə görünən odur ki, Rusiya Ermənistana himayədarlıq etdiyi kimi, onlar da Qarabağda erməniləri himayə etməyə davam edəcəklər.

“Gümrüdə rus bazası var. Ən azından Rusiyanın Ermənistan kimi bir forpostu olan ölkə var. Ona görə də onları daim müdafiə edəcəklər. 2025-ci ilin noyabrına qədər Azərbaycan tərəfi elə bir fəaliyyət istiqaməti aparmalıdır ki, onların fəaliyyət müddəti başa çatan zaman Azərbaycan tərəfinin yəni rəsmi Bakının nəsə bir tələbdə bulunmasına ehtiyac qalmasın. Belə olarsa, Rusiya sülhməramlılarının özləri müddətlərinin başa çatmasını və yola salınmaqlarını gözləyəcəklər. Rəsmi Bakı elə bir fəaliyyət qurmalıdır ki, sülhməramlılar noyabrda fəaliyyətlərini başa çatdığını düşünsünlər” deyən Cavanşir Abbaslı hesab edir ki, həmin vaxt sülhməramlıların bölgədə qalması üçün hər hansı cəhdlər olacaq. Çünki Qarabağ münaqişəsində Rusiyanın söz sahibi olmaq səbəblərindən biri də məhz Rusiya sülhməramlılarıdır.

“Təsadüfi deyil ki, “3 tərəfli” bəyanatda Kreml bir növ istəyinə nail olaraq, Rusiya rus sülhməramlılarını Qarabağa yerləşdirə bilmişdi. Bu günkü baxış açısından baxsaq görərik ki, Azərbaycan tərəfi konkret olaraq, Azərbaycanın ali baş komandan səviyyəsində dəfələrlə bəyan edib ki, “rus sülhməramlıları gedəcək””-deyə Cavanşir Abbaslı əlavə edib.

Ermənistana gəldikdə isə, Cavanşir Abbaslı bildirib ki, Ermənistanın ikili siyasət yürütməsi, daha çox Qərbə meyllənməsi ilə bağlı açıqlamalara, fikirlərə və ehtimallara rast gəlinir.

“İstənilən halda vaxtı çatanda Rusiya sülh məramlılarının Qarabağda qalması xahişini edən tərəf məhz Ermənistan olacaq. Çünki bilirlər ki, Rusiya sülhməramlıları Qarabağda onların qarantiyasıdır. Yaratdıqları qondarma rejimin tarixin arxivinə göndərilməməsinin qarantiyasıdır. Bu səbəbdən də, Rusiya sülhməramlılarının Qarabağda qalmasına Ermənistan çox çalışacaq. Əgər bunu istəmirlərsə, o zaman öz ərazilərindəki 102-ci Rusiya hərbi bazasını çıxarmalıdırlar. Rusiyadan tam qopmaq istəyirlərsə, birinci bu addım atılmalıdır. Bu səbəbdən də, Azərbaycan tərəfi Ermənistan tərəfinə heç bir ümid bəsləməməlidir ki, bəsləmir də. Biz öz gücümüzlə, qardaş Türkiyə ilə olan birliyimizlə bu problemi də çözəcəyik”-deyən şərhçi əlavə edib ki, 2025-ci ilin noyabr ayına qədər Qarabağdakı bütün problemlərimiz həll olunacaq.
 
Ardını oxu...
Azərbaycan və Ermənistan nəqliyyat kommunikasiyalar ilə bağlı bir çox məsələlərdə razılığa gəliblər.

Qeyd edək ki, iyunun 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri arasında üçtərəfli görüş keçirilib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk yerli mətbuata açıqlamasında qeyd edib ki, tərəflər Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun açılması, o cümlədən yüklərin daşınmasında gömrük nəzarətinin tənzimlənməsi ilə bağlı məsələlərdə ümumi razılığa gəliblər.

"Prinsial olaraq mətn yüksək səviyyədə hazırlanıb. İki-üç uyğunsuzluq var ki, onlar üçün əlavə müzakirəyə ehtiyac var. Əsas məqam dəmir yolunun keçəcəyi coğrafi hissədir. Biz bunu elan etdik. Həmçinin, gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldik”, - Overçuk bildirib.

Overçuk, həmçinin bildirib ki, bütün tərəflər regional kommunikasiyaların açılması istiqamətində zəruri və lazımi addımlar atmaqla bağlı qərara gəliblər.

Ümumiyyətlə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri arasında keçirilən son üçtərəfli görüşdə hansı prinsipal məsələlər müzakirə olunub? Növbəti danışıqlarda avtomobil yolunun çəkilməsi ilə bağlı məsələlərin müzakirəsi gözlənilirmi?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiyanın dövlət rəsmilərinin son görüşündə müzakirə olunan prinsipal məsələlər birbaşa nəqliyyat kommunikasiyaların layihələşdirilməsi, münasib infrastrukturun qurulması və gömrük məntəqələrinin qurulması ilə bağlı olub:

“Regionda gərginliyin azalması və sabitliyin təmin olunması üçün Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiya və demarkasiyası olunması ilə bərabər, hər iki dövlət arasında nəqliyyat kommunikasiyaların açılması da vacibdir. Bu istiqamətində addımların atılması xalqlararası qarşılıqlı etimadın yaranmasına müsbət təsir göstərəcək.

Üç dövlətin rəsmilərinin son görüşündə dəmiryol xəttinin çəkilməsi və bu dəmir yolu ətrafında infrastrukturun qurulması, eləcə də buna mane ola biləcək problemlərin aradan qalxması ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Artıq tərəflər bu məsələdə ümumi razılığa da gəliblər. Tərəflər arasında keçirilən görüşlərdə təkcə dəmir yolu yox, həmçinin avtombil marşrut yolu da ehtiva olunur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bütün hallarda hər iki marşrut yolu məlum Zəngəzur dəhlizi vasitəsilə həyata keçəcək.

İndiyə qədər Azərbaycandan Naxçıvana gedən yol İran ərazisindən keçirdi. Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə Azərbaycan vətəndaşları Naxçıvana getmək üçün İranın quru yollarından istifadə etməyə ehtiyac duymayacaqlar. Bura tranzit daşımaları da daxildir. Məhz bu səbəblərə görə, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və buna hər vəchlə mane olmağa çalışır. İran öz maddi vəsaitlərinin itirilməsindən narahatdır”.

Ekspert əlavə edib ki, Rusiya, Türkiyə, Çin və Mərkəzi Asiyanın ölkələri Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:

“Belə olan halda İran hakimiyyətinin dəhliz ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə ehtiyacı var”.

Politoloqun fikrincə, Ermənistan ərazisində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaların təhlükəsizliyinə yalnız Rusiya zəmanət verə bilər.

“Azərbaycan və Ermənistan arasında sərhədlər delimitasiya olunmayana qədər nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təminatında ciddi problemlər yaranacaq. Həmin kommunikasiyaların təhlükəsizliyinə ancaq Rusiya cavabdehlik daşıya bilər. Əlbəttə, ABŞ və Avropa İttifaqının təzyiqi ilə Ermənistan kommunikasiyaların təhlükəsizliyinin təminatında beynəlxalq güclərin təmsil olunmasını istəyir.

Lakin Ermənistanın da imzaladığı üçtərəfli noyabr bəyanatında qeyd olunur ki, kommunikasiya xətlərinə məhz Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət edəcək. Ermənistan üçtərəfli Bəyanatın pozulmasına çalışır. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçən kommunikasiya xətlərinin erməni sərhədçilərinin nəzarətinə verilməsinə imkan verməyəcək.

44 günlük Vətən müharibəsində ordumuz ona görə mübarizə aparmayıb ki, Zəngəzur dəhlizi birbaşa Ermənistanın nəzarətinə verilsin. Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya sərhədçilərinin zəmanət verməsi həm Azərbaycan, həm də Ermənistanı qane edə bilər. Bu, yalnız Rusiyanın bölgədəki geosiyasi nüfuzundan narahat olan ABŞ və Avropa İttifaqını qane etmir”.

Azərbaycan tərəfdə gömrük postlarının Rusiyanın nəzarətində olub-olmayacağı ilə bağlı suala E.Manafov bu cür cavab verib:

“Bu məsələdə son qərarı Azərbaycanın dövlət rəhbəri verəcək. Dövlətimiz tərəfindən veriləcək qərar kommunikasiyaların layihələşdirilməsində öz əksini tapacaq”.

Ardını oxu...
Ermənistanın Sünik vilayətinin rəhbəri Robert Qukasyan bildirib ki, İranla iqtisadi və sosial proqramlar üzrə anışıqlar aparılır:

“İran İslam Respublikasının “Sünik” vilayətində (Zəngəzur) konsulluğunun açılmasından sonra iranlı tərəfdaşlarla iqtisadi və sosial proqramların müzakirəsi və nəzərdən keçirilməsinə başlanılıb”.

Onun sözlərinə görə, gündəlikdə investisiya, mədəni və sosial planlar var. Real planlar hələlik start götürməyib, lakin çoxlu planlar var ki, müzakirələrin son mərhələsindədir və biz onaların icrasına başlamalıyıq.

Görəsən, İran və Ermənistan Zəngəzurda nəyi planlaşdırır?

DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, Tehranla İrəvanın bu hərəkəti İranın Azərbaycana, Türkiyəyə yönəlik növbəti təxribatıdır:

“Məqsəd Azərbaycanı qızışdırmaq, əsəbiləşdirmək üçün molla rejiminin düşündüyü əhəmiyyətsiz proqramdır. İran bu gün özü nə gündədir ki, Ermənistana da hansısa köməyi etsin? Qafanda Moskva da konsulluq açır. Bu mənada Rusiyanı hardasa anlamaq olar. Çünki İran-Ermənistan sərhədini rus sərhədçiləri qoruyur.

“Sünik”in rəhbəri ondansa gedib Ermənistan-İran sərhədinin erməni əsgərləri tərəfindən qorunmasının dərdini çəksin. İranla Ermənistanın bu bölgəsi arasında heç bir iqtisadi əlaqələrdən söhbət gedə bilməz.

Qafan acından ölən bir yerdir. Orada əhali də azdır. Ona görə işçi qüvvəsi və bazar yoxdur. İstehsal da yox dərəcəsindədir. İran bu əsasda Ermənistanla birlikdə ərazidə hər hansı bir iqtisadi layihəni gerçəkləşdirə bilməyəcək”.

Ekspert qeyd edir ki, İran burada heç nəyə nail olmayacaq:

“Tehranla İrəvanın iqtisadi cəhətdən bir-birinə kömək etmək imkanları sıfıra bərabərdir. İran bu kimi addımları ilə Zəngəzur dəhlizinin gerçəkləşməsinə mane ola bilməyəcək. Zəngəzur dəhlizi dünyanın qəbul etdiyi layihədir və onun arxasında ABŞ, Avropa, Çin və Rusiya kimi dövlətlər durur. İran bu gücün qarşısında dayana bilməyəcək”.
Ardını oxu...
"Və məhz həmin Pravoslav kilsəsinin və Rusiya dövlətinin himayəsi altında əksəriyyəti I Qarabağ savaşından bəri Azərbaycana qarşı vuruşmuş terrorçular olan erməni keşişləri hələ də Xudavəng məbədində qalmaqla məbədin “Ermənistana məxsusluğu”nu “təsdiqləmək”dədirlər..."

"1813-cü ildə Qarabağ xanlığının ərazisi və monastır Rusiyanın əlinə keçib və bundan sonra Dadivank dirçəlməyə, mülklərə qanuni mülkiyyət hüququ uğrunda müxtəlif uğurlarla mübarizə aparmağa başlayıb..."

"Dadivank monastırının divarlarında qorunan yazılar və monastır ərazisindəki qədim xaçkarlar Dadivankın qədimliyini və erməniliyini sənədləşdirir. Müxtəlif xarici ədəbiyyatlarda və peşəkar əsərlərdə monastırın tikintisi ilə bağlı tarixi məlumatlar və şəhadətlər mövcuddur”.

Moderator.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, Azərbaycan Respublikası Kəlbəcər rayonundakı hələ də Rusiya “sülhməramlı”larının nəzarətində qalan qədim Xidavəng məbədimiz barədə erməni apostol kilsəsinin artsax yeparxiyası belə yazıb.

Qondarma yeparxiya Xudavəngin guya hayklara məxsus olması haqda “xarici sənəd” kimi bütün Rusiyanın patriarxı Kirilin xeyir-duası və redaktorluğu ilə nəşr olunmuş Pravoslav ensiklopediyasında bu qədim Azərbaycan məbədi haqda yazılanları misal gətirir:

“Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin xeyir-duası və redaktorluğu ilə nəşr olunan Pravoslav ensiklopediyasında Dadivankın tikintisi, adının mənşəyi açıqlanır. Əsrlər boyu hücumlara məruz qalıb dağıdılan, amma ayaqda qalan erməni ziyarətgahı kimi təqdim olunur. Əsərdə tarixi faktlar və monastır kompleksindəki tikililərin təsviri ətraflı şəkildə verilmişdir”.

Həmin saxtakar ensiklopediyada Kəlbəcərdəki tarixi abidəmiz haqda yazılmış uydurmalardan yalnız bir neçəsini oxuyandan sonra çox şey aydın olur:

“[Xutavank, Arakelots, Arm. Դադիվաճղ], tarixi Böyüük Ermənistanın Artsax vilayətindəki monastır, Tərtər (Trtuçay dərəsində. T), müasir Azərbaycanın Kəlbəcər (Karvaçar) rayonunun şərqində.

D. sonundan etibarən Erməni Apostol Kilsəsinin ən qədim monastırlarından biri idi. 5-ci əsr alban katolikosuna tabe idi (bax. Qafqaz Albaniyası), orta əsrlərdə Xaçen knyazlığınınən böyük məbədi olub...”

"1813-cü ildə Qarabağ xanlığının ərazisi və monastır Rusiyanın əlinə keçib və bundan sonra Dadivank dirçəlməyə, mülklərə qanuni mülkiyyət hüququ uğrunda müxtəlif uğurlarla mübarizə aparmağa başlayıb..."

"...Lakin sovet hakimiyyətinin qurulması və bölgənin Azərbaycana verilməsindən sonra D. fəaliyyətini dayandırdı. 20-ci əsrin 60-cı illərində Dadivankın ərazisində kənd salınmışdır. 1993-cü ildən rayonun ərazisi Dağlıq Qarabağın nəzarətindədir, 1998-ci ildən monastırda bərpa işləri aparılır”...

Göründüyü kimi, Rusiyanın baş dini qurumu Xudavəng məbədinin ermənilərə “məxsus”luğunu can-fəşanlıqla “təsdiqləyir”. Amma yaxşı ki, XX əsrin əvvəllərində bütövlükdə şimali Azərbaycan kimi, məbədin yerləşdiyi Kəlbəcər rayonu ərazisinin də Rusiya tərəfindən işğal olunduğunu dolayısıyla etiraf edirlər. Lakin həmin ərazinin 1993-cü ildə işğal edildiyi yox, sadəcə, “Dağlıq Qarabağ”ın nəzarətinə keçdiyi qeyd olunur. Və Xudavəngdəki saxtalaşdırma işləri də “bərpa işləri” kimi təqdim edilir.

Aydın olur ki, 2020-ci ilin noyabrın 25-dən Xudavəng məbədi üzərində birbaşa nəzarəti ələ keçirmiş Rusiya “sülhməramlı” kontingenti Rusiya imperiyasının məhz Pravoslav kilsəsi tərəfindən dəstəklənən işğal siyasətini davam etdirir. Moderator.az-ın son 2 il yarımda çox müddətdə yayımladığı materiallardan da bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “sühməramlı”lara aid bölməsinin xəbərlərində keçmiş Dağlıq Qarabağ ərazisindəki digər Azərbaycan məbədləri(Gəncəsar, Amasar və s.) kimi Xudavəng də “qədim Böyük Ermənistana məxsus monastırlardan biri” kimi təqdim olunur və s. Və məhz həmin Pravoslav kilsəsinin və Rusiya dövlətinin himayəsi altında əksəriyyəti I Qarabağ savaşından bəri Azərbaycana qarşı vuruşmuş terrorçular olan erməni keşişləri hələ də Xudavəng məbədində qalmaqla məbədin “Ermənistana məxsusluğu”nu “təsdiqləmək”dədirlər...
Ardını oxu...
Sultan Laçın
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib ki, Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyiş var.
“Nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam” - deyən Paşinyan Ermənistanın təkliflərinin qəbul olunacağına ümid etdiyini bildirib. Paşinyan hökumətinin son iki il ərzində işləyib hazırladığı təkliflərin kompromislərdən ibarət olduğunu vurğulayıb.
Yenə ortada çox söz, çox vəd var, real irəliləyiş isə nəzərə çarpmır. Misal üçün Azərbaycan Ermənistan sərhədinə qədər dəmiryol tikintisini yekunlaşdırmaq üzrədir.
Ermənistan isə ərazisindəki 44 kilometrlik məsafədə heç bir iş görməyib. Ermənistan rəsmiləri bunun zaman alacağını vurğulayıblar.
Yəni yaxın günlərdə hər hansı sənəd imzalansa belə bu dəhlizin qısa müddətdə açılacağı anlamına gəlmir. Digər tərəfdən İrəvan dəmiryolunun bərpası üçün öz maliyyəsini xərcləməyəcək, borc istəyəcək.
Bu da vaxt itkisinə səbəb olacaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə iddia erməni mediasında yayılıb.

Bildirilib ki, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib.

“Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, - deyə məlumatda bildirilir.

Dünyapress TV

Xəbər lenti