Ardını oxu...
Sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük maneələrdən biri minalar və partlamamış hərbi sursatlardır.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Express” nəşrində dərc olunan “Azərbaycan Hirosimasının müharibə aparan torpaqlarından” adlı məqalədə deyilib.

“Bəzi hesablamalara görə, bu ərazidə azı 400 min mina yerləşdirilib. Keçmiş təmas xətti ən çox minalanmış ərazidir”, - yazıda qeyd olunub.

Ağdam rayonuna səfər edən məqalə müəllifi dağıntı və xarabalıqların, demək olar ki, total xarakter daşıdığını vurğulayıb:

“Mövcud sübutlar təkzibedilməz şəkildə bu torpaqlarda Azərbaycan xalqının, onun mədəniyyətinin hər hansı izini yox etmək üçün hesablanmış və düşünülmüş cəhddən danışır”.

“Bir vaxtlar rayon ipək və toxuculuq istehsalı ilə ün qazanmışdı. Digər şeylərlə yanaşı, parlaq rəng çalarları ilə tanınan Qarabağ xalçaları da burada istehsal olunurdu. Burada Qarabağ atları da yetişdirilirdi ki, onlardan biri də ötən ilin mayında Böyük Britaniyanın mərhum kraliçası II Elizabetə ərməğan edilmişdi”, - nəşr xatırladıb.

Məqalədə bildirilib ki, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi sonucunda Azərbaycan itirilmiş ərazilərini qaytara bilib.

“Hazırda iki tərəf arasında gərginlik yüksək olaraq qalır və uzunmüddətli sülh sazişinin real perspektivi gözlənilmir”, - müəllif qənaətə gəlib.

Jurnalist qeyd edib ki, ermənilərin törətdiyi böyük dağıntıların bəlkə də ən parlaq və sərt sübutu bəzən “Qafqaz Hirosiması” adlandırılan Ağdam şəhəridir.

“Ağdam müharibədən öncə 40 000-dən çox əhalisi olan dinamik ticarət mərkəzi idi, lakin amansız hava “xalça bombardmanına” uğramış şəhəri xatırladan xarabalığa çevrildi. Yalnız keçmiş dram teatrının, poçt şöbəsinin və mərkəzi qonaq evinin bəzi divarları qalıb”, - yazıda bildirilib.

Eyni zamanda, britaniyalı jurnalist qeyd edib ki, işğaldan azad edilmiş ərazilər “küldən çıxan feniks quşu” kimi bərpa olunacaq və Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin oraya qaytarılması məsələsini siyasi gündəliyin əsas bəndi kimi qarşıya qoyub:

“İnfrastrukturun bərpası proqramının ən diqqətçəkən xüsusiyyətlərindən biri bərpa olunan enerji və sıfır CO2 emissiyası ilə bağlı öhdəlikdir. Qarabağda günəş, külək və su enerjisi şəklində çoxlu yaşıl enerji mənbələri var. Onun bərpa olunan potensialı ildə 10 giqavatdan çox qiymətləndirilir”.
 
Ardını oxu...
İndiyədək dövlət büdcəsindən (2021-22-ci illər üzrə) Qarabağın bərpasına 6 milyard 488 milyon 600 min manat vəsait xərclənib.

Teref.Az XəzərNews.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı-alim Qubad İbadoğlu çıxış edib.

Q.İbadoğlu bildirib ki, xəcrlənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub:

"Göründüyü kimi Qarabağda yol tikintisinə son 2 il ərzində 5 milyard manata qədər vəsait qeyri-şəffaf və hesabatsız xərclənib. Bir sözlə Qarabağ büdcə pullarının silinməsi üçün qapalı və əlverişli məkana çevrilib".

Q.İbadoğlu Qayıdış planında yer alan bəzi məqamlara da diqqət ayırıb:

"Qarabağın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələrinin sayı 936-dan 316-dək endiriləcək. Ən çox azalma Qubadlıda olacaq - əvvəlki 91 yaşayış məntəqəsindən 24-cü saxlanılacaq. Bu göstərici Cəbrayılda 89-dan 25-ə, Zəngilanda 71-dən 22-ə, Füzulidə 76-dan 27-ə, Ağdamda 115-dən 48-ə, Kəlbəcərdə 145-dən 63-ə, Laçında 124-dən 45-ə planlaşdırılıb".
Ardını oxu...
Bu gün Ağdaban soyqırımının ildönümüdür.

"Report" xatırladır ki, soyqırımın baş verməsindən 31 il ötür.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. İşğalçılar habelə Ağdabanın digər mədəniyyət abidələrini də məhv ediblər.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın işğaldan azad edilən Ağdam rayonu ərazisində ermənilərin vandallığını sübut edəcək daha bir fakt ortaya çıxıb.

Manset.az xəbər verir ki, yayılan görüntülərdə rayonun Şıxbabalı kəndində qəbiristanlığın ermənilər tərəfindən necə dağıdıldığı öz əksini tapıb.

Videoda həmçinin bir yaşlı Aynurənin qəbrinin yerlə bir edildiyi aşkar görünür.

 
Ardını oxu...
Rəşad Bayramov: “Ermənilər anladılar ki, Vardanyan amili gərginliyi daha da artırır, Azərbaycanın təzyiqlərini gücləndirir”
Erməni oliqarx, qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "dövlət naziri" Ruben Vardanyan seperatçıların daxilindəki ziddiyyətləri tənqid edib.

"Niyə 10 il əvvəl Ermənistanı və Artsaxı xilas etmədiniz" sualına Ruben Vardanyan belə cavab verib: “Mən xilaskar deyiləm. Mən xilaskarlara yox, məsuliyyət daşımağa, irəli getməyə, insanlara rəhbərlik etməyə hazır olan liderlərə, liderlərə inanıram. On il əvvəl Artsaxda güclü hökumət var idi, o, Artsax xalqı üçün uyğun hesab etdiyi bir ölkə qururdu. Mən buna inandım və onlara kömək etdim. Etdiyimin yaxşı bir hərəkət olduğunu düşündüm. Bəlkə də müdrikliyim kifayət deyil, amma əminəm ki, bir xilaskar ola bilməz. Biz reallığa və başımıza gələnlərə vicdanla baxmalı, tənqid etməkdən qorxmamalı, həm də yaxşı gələcəyə sahib olmaq üçün bunu konstruktiv şəkildə etməliyik”.

Göründüyü kimi, Vardanyan demək istəyir ki, Araik Arutunyanın hakimiyyəti sabun köpüyü kimi bir şeydi. Bu mövqe əslində onların arasında ciddi ziddiyyətin olduğunu və Rubenin Qarabağa həqiqətən Rusiya tərəfindən göndərildiyini sübut edir.

Politoloq Rəşad Bayramov qəzetimizə bildirdi ki, Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib, guya erməni soydaşlarının taleyinə biganə qalmayaraq onlara dəstək üçün Qarabağa gələcəyi ilə bağlı fikirləri meydana çıxan kimi ifşa olundu: “Azərbaycanda hamı bunun Kremlin yeni Qarabağ oyunu olduğunu bəyan etdi və ciddi etiraz fikirləri yüksəldi.

Vardanyanın gəlişi ilə Qarabağda yaşayan ermənilər arasında narazı kütlə xeyli artdı. Separatçıların “rəhbərliyi” arasında qarşıdurmalar başladı, çünki tərəflərdən heç biri qanunsuz əldə edilən pullardan əl çəkmək istəmirdi. Vardanyanın isə öz pullarını Qarabağda ac-yalavac ermənilərə xərcləmək fikri yox idi. Vardanyan Qarabağda çox qalmayacağını yaxşı bilirdi. Kremlin onu Paşinyanın yerinə hazırladığını, eyni zamanda, Azərbaycanın da onun Qarabağda yaşamasına çox göz yummayacağını hamıdan daha yaxşı anlayırdı. Ona görə də imkan varkən bir az da pul qazanmaq üçün təbii sərvətlərdən gələn gəlirləri də ələ keçirmək məqsədi güdməyə başladı. Azərbaycan ekoloqlarının Laçın-Xankəndi yolundakı ekoloji aksiyası Vardanyanın planlarını pozdu. Qarabağdan pul qazana bilmədiyini və öz pullarının xərclənəciyinin görən Vardanyanın tezliklə Qarabağdan qaçmağa meylləndi. Vardanyan üçün üç variant qalırdı: ya Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs ediləcəkdi, ya qaçacaqdı, ya da fiziki olaraq hansısa formada məhv ediləcəkdi. Görünür, Vardanyan ikincini – qaçmağı seçdi. İndi Vardanyan “vəzifəsindən istefa” edə, ya etməyə bilər – bu artıq texniki məsələdir. Bir sözlə, “Vardanyan layihəsi” baş tutmadı, Azərbaycana təzyiq elementi kimi işləmədi. Eləcə də Vardanyanın özü nə Qarabağdakı ermənilərin dəstəyini qazana bildi, nə də vəziyyətlərini düzəldə bildi. Ermənilər anladılar ki, Vardanyan amili daha da gərginliyi artırır, Azərbaycanın təzyiqlərini gücləndirir. Məhz buna görə də o, gündəmdə qalmağın yeganə yolunu Araiki tənqid etməkdə görür”.

Məhəmmədəli QƏRİBLİ
 
Ardını oxu...
Azərbaycan Silahlı Qüvvələri Ermənistanla sərhəd ərazilərdə, eləcə də Qarabağın dağlıq hissələrində bir sıra strateji nöqtələri nəzarətə götürüb.

Çox güman ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycan Ordusunun bu kimi tədbirləri davam etdiriləcək. Hətta erməni mediasının məlumatına görə, Azərbaycan hərbçiləri Xankəndi-Turşsu torpaq yolu istiqamətində irəlilədikdən sonra daha bir neçə on kilometr irəliləyiblər. Həmçinin Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib ki, relyef cəhətdən mürəkkəb olan istiqamətlərdə Azərbaycan hərbçiləri əlverişli mövqelər tutublar. Ordumuz tərəfindən nəzarətə götürülən yüksəkliklərdə genişləndirmə, yerləşdirmə və möhkəmləndirmə işləri davam edir.

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya şərhində qeyd edib ki, Qarabağ və Zəngəzurda mühəndis-istehkam işlərinin aparılması həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsinə istiqamətlənib:

“Ermənistanla sərhəddə, o cümlədən rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə həyata keçirilən mühəndis işlərinin hədəfi ilk növbədə həmin bölgələrdə xidmət edən hərbi qulluqçuların və yaxınlıqda tikinti-bərpa işlərində çalışan mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Tədbirlər daha çox Ermənistanla sərhəddə nəzarətə götürülən Zabux və Cağacuq kəndləri istiqamətlərində görülür. Strateji nöqtələrdə istehkamların qurulması həmin ərazilərin təhlükəsizliyini və toxunulmazlığını qorumaq, habelə mümkün düşmən təxribatlarının qarşısını almaq üçün əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycan Ordusu Şuşanın Allahqullar və Zamanpəyəsi kəndlərini nəzarətə götürdükdən sonra digər ərazilərdə hakim və strateji yüksəkliklərə nəzarət üçün fəaliyyətini davam etdiricək”.

Ekspert bildirib ki, ərazilərimizin qeyri-qanuni erməni silahlılardan təmizlənməsi istiqamətlərində bu kimi tədbirlərin görülməsi mütləqdir:

“Silahlı qüvvələrimiz mülki əhalinin seyrək yaşadığı ərazilərdə, həmçinin Sərsəng su anbarı, talana məruz qalmış Qızılbulaq və Dəmirçi yataqları ətrafında əməliyyatlarını davam etdirəcək”.
Ardını oxu...
Bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən bir vəziyyət yaşanıb.

“Caliber” xəbər verir ki, axşam saatlarında Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən, səhhəti zəif olan üç mülki şəxsə tibbi yardım lazım olub.

Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz həmin şəxslərə yerindəcə köməklik göstəriblər.

Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb.

Ardını oxu...
"Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə deyib.

Görüş zamanı müqabil tərəfi keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə məlumatlandıran nazir, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edən bu ağır dövrdə Qaçqınlar üzrə Ali Komissarlığın ölkəmizlə əməkdaşlığını məmnuniyyətlə xatırladığını bildirib.

Nazir, həmçinin münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə aparılan intensiv bərpa və yenidənqurma işlərindən bəhs edərək, bu işlər çərçivəsində artıq məcburi köçkünlərin Ağalı və Talış kəndlərinə qayıtmağa başladığını qeyd edib. Nazir Ceyhun Bayramov ölkəmizin həmçinin erməni sakinlərin reinteqrasiyasında qərarlı olduğunu vurğulayıb.

Bununla yanaşı, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfindən hərbi-siyasi təxribatlar diqqətə çatdırılıb. İşğal dövründə beynəlxalq təşkilatların missiyalarına imkan yaratmayan Ermənistan tərəfinin son zamanlar beynəlxalq təşkilatlardan öz məkrli niyyətləri üçün istifadə cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb.
Ardını oxu...
Şuşa-Xankəndi yolunda aksiyasının başlanmasından sonra Ermənistan Qarabağda yaşayan ermənilərin “blokada”da olduğunu iddia edir, Xankəndindəki separatçılar isə “ərzaq qıtlığı”nın yaşandığı haqda “akopalipsis” hekayələri uydururlar.
Rusiya sülhməramlılarının 2022-ci ilin 12 dekabr tarixindən (Şuşa yoludna aksiyanın başlandığı gündən) 2023-cü ilin 8 mart tarixinə qədər Qarabağdakı ermənilər üçün daşıdığı ərzaq və gündəlik təlabat mallarının siyahısı real vəziyyəti sübut edir. Daşınan yüklərə Qarabağdakı ermənilər üçün humanitar aksiyalar təşkil edən “Hayer Miatsek” (Erməni birliyi) təşkilatının sifariş etdiyi məhsullar da daxildir.
- dəmir profil - 2 ton;
- dəmir odun sobaları-1 kamaz avtomobili həcmində;
- süni odun - 7 ton;
- plastik qablar - 7 ton;
- elektrik kabelləri - 11 min metr uzunluğunda, 11 ton ağırlığında;
- internet avadanlıqları - bir avtomobil həcmində;
- suvarma sistemi avadanlıqları - 2 kamaz avtomobili həcmində;
- heyvan yemi - 170,5 ton;
- mühərrik yağı - 18 ton;
- avtomobil şinləri - 10 ton;
- 10 elektrik generatoru və 3 tranformator;
- akkumulyator - 10 ədəd;
- yanacaq - 1250 ton.
- yuyucu vasitələr - 70 ton;
- bezlər - 4 ton;
- salfet – 13 ton;
- siqaret - 14-18 min blok;
- alkoqolsuz içkilər - 39 ton;
- şirniyyat - 115 ton;
- yağlar (əsasən bitki yağları) - 167 ton;
- konserv - 185 ton;
- fərdi quru ərzaq payı - 16 ton;
- ət - 16 ton;
- dondurulmuş balıq - 14 ton;
- dondurulmuş toyuq - 42 ton;
- yumurta - 43 ton;
- un - 38 ton;
- süd məhsulları - 52 ton;
- kartof - 483 ton;
- kələm - 134 ton;
- qarabaşaq - 159 ton;
- şəkər - 133 ton;
- noxud - 16 ton;
- buğda - 118 ton;
- makaron - 161 ton;
- lobya - 137 ton;
- ət məhsulları - 50 ton;
- mərcimək - 7 ton;
- yerkökü - 80 ton;
- tərəvəz - 24 ton;
- uşaq yeməkləri - 3 ton;
- düyü - 173 ton;
- qarışıq ərzaq məhsulları - 316 ton;
- duz - 40 ton;
- soğan - 90 ton;
- meyvə - 471 ton;
Bu siyahı erməniləri “blokada” iddialarının tamamilə ifşa edir.
Asif Nərimanlı
Teref

Dünyapress TV

Xəbər lenti