Ardını oxu...
İyulun 18-dən 19-a keçən gecə Azərbaycan Respublikasının faktiki 32-ci ildir ki, Rusiyanın nəzarətində qalan Xankəndi şəhərində separatçı-revanşistlərin təşkil etdiyi oturaq etiraz aksiyası davam edib.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, separatçı-terrorçu rejimin üzdəniraq "dövlət naziri" Qurgen Nersisyan öz "Facebook" səhifəsində fotolar dərc edərək yazıb:

“Bu dəqiqə Stepanakertin Dirçəliş meydanı ümumerməni oyanışını gözləyir..."

Xatırladaq ki, iyulun 17-i gecə saatlarında baş separatçı Araik Arutyunyan Qarabağdakı hayklara müraciət edərək onları Laçın yolunun "bağlı qalması"na etiraz olaraq Xankəndində fasiləsiz oturaq aksiya keçirməyə çağırıb. Bundan sonra o, meydanda qurulmuş çadırlardan birinə daxil olub...

Qeyd edək ki, Xankəndindəki etirazçılar arasında seaparatçı-terrorçu rejimin qanunsuz "polis" əməkdaşları da görünür...

P.S. Deyəsən, artıq Azərbaycan polisinin öz ləyaqətini Xankəndində göstərməsinin vaxtı çoxdan çatıb...

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Separatçıların əski parçasının Xocalı aeroportundan asılması faktı nə birinci, nə də ki sonuncudur. Rus sülhməramlıları həmişə Rusiya bayrağı ilə separatçıların əski parçasını yan-yana saxlayıb. Bu, əslində dünyada Rusiyaya separatçılara olan dəstəyinə görə verilən titulun mahiyyətini təsdiqləyir. Dəfələrlə rus sülhməramlılarının komandanı separatçıların əski parçasının altında oradakı terrorçularla görüşüb. Ona görə də, onların bu davranışına çox da təəccüblə yanaşmaq lazım deyil. Bu, onların xarakteri ilə bağlıdır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, burada Rusiyanın məqsədi bölgədə separatizm meyillərinin daha da genişlənməsindən ibarətdir:

“Baş separatçı Araik Arutyunyanın məhz bu müstəvidə demarşlar etməsi də təəccüblü deyil. Əslində Arutyunyanı Qarabağda saxlayan elə sülhməramlılardır. Çünki o, buradan gedən kimi oradakı işləri pozulacaq. Rusiya da bunu istəmir. Onların istəyi Arutyunyanın Qarabağda qalmasıdır. Hətta onun sonuncu dəfə İrəvana getmək istəyi belə rədd edilib. Sülhməramlılar ehtiyat edir ki, o, Qarabağdan getsə geri qayıtmayacaq. Ona görə də, baş separatçının qızlarını Xocalıdakı aeroportdan yola salıblar. Bunun ardınca onun digər ailə üzvlərini İrəvana göndəriblər”.

Polkovnik hesab edir ki, Arutyunyanın İrəvanda peydə olması böyük səs-küy yaradacaq:

“Faktiki olaraq Azərbaycan əraziyə helikopterlərin uçuşuna qadağa qoyacaq. Digər bir məlumatda Azərbaycanın helikopterlərin uçuşuna speratçıların istifadəsi qadağan olunması şərti ilə razılıq verdiyi deyilir. Bu da baş verən proseslərin mahiyyətini göstərir. Çünki Azərbaycanın şərti o olub ki, separatçılar həmin helikopterlərdən istifadə etsə, onlar yerə salınacaq”.

Üzeyir Cəfərova görə, əslində separatçıların son fəallığı Rusiyanın yaratdığı şoudur:

“Onlar separatçıların maraqlarına diqqət çəkmək istəyir. Araikin çadır qurması, Azərbaycana hədə dolu mesajlar göndərməsi sülhməramlıların təşviqi ilə baş tutur. Bunun fonunda isə separatçıların olduğu yerlərdən və Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bu da gərginliyin artan xətt üzrə davam etdiyini göstərir”.
Ardını oxu...
"Qarabağ Ermənistan üçün prioritet deyil və Azərbaycanın hissəsi kimi tanıyır"
Bərdə-Ağdam-Xankəndi marşrutunun işə salınması Brüsselin danışıqlar gündəliyinə təsadüfi daxil edilməyib. Bu sözlərin müəllifi erməni politoloq Vladimir Martirosyandır. Politoloq deyib ki, Paşinyan danışıqlarda Ermənistanın maraqlarını təmsil etmir.
TEREF.AZ-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazdə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bərdə, Ağdam, Xankəndi yolun açılması Azərbaycanın təklifidir və artıq bu danışıqlar prosesinə qatılıb, Avropa Birliyi tərəfindən qəbul edilib. Çünki artıq Azərbaycan Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurduqdan sonra demək olar ki, Ermənistanla və sərhəddə nəzarəti həyata keçirir.

Politoloq hesab edir ki, Azərbaycan reinteqrasiya siyasətinə maraqlıdır. Və çalışır ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına nail olsun. Azərbaycan bu istiqamətdə siyasət ortaya qoyub.

“Ermənistan baş naziri Nikol Paşinyan reallığı qəbul etməlidir. Əgər Ermənistanın bəzi politoloqları revanşist qrupları dediyi kimi o, növbəti mərhələdə onlar kimi düşünərsə, o zaman Qarabağın dırnaqarası statusu, ermənilərin müqəddəratı, sülhün əldə olunması və s. dalan dirənər və növbəti müharibə ehtimalı yüksək olardı. Bu kimi rəsmilərin verdiyi açıqlamalar ondan ibarətdir ki, Nikol Paşinyan avantüraya getsin və müharibə olsun, Nikol Paşinyanı devirsinlər, özləri hakimiyyətə gəlsin. Yəni məsələ bu qədər sadədir”-deyə politoloq əlavə edib.

Məhəmməd Əsədullzadə vurğulayıb ki, ümumiyyətlə Nikol Paşinyan Ermənistanı təmsil edir, Ermənistanın maraqlarını qoruyur. Nikol Paşinyan qeyd edib ki, “mən Ermənistanın müstəqilliyini ərazi bütövlüyünü qorumağa çalışıram”.

Qarabağ məsələsi, artıq Ermənistan üçün prioritet deyil və Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıdı.

Politoloqun fikrincə, bu səbəbdən də, Ermənistanda revanşist qrupları təmsil edən bu kimi siyasi ekspretlərin verdiyi açıqlamalar ciddi qəbul edilməməlidir.
Ardını oxu...
Daha 18 ailə (73 nəfər) Laçına yola salınır.

Oxu.Az xəbər verir ki, bu gün növbəti köç karvanı Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola düşür.
Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilir.
 
Ardını oxu...
Ermənistan Silahlı Qüvvələrinin Laçın sərhəd-keçid məntəqəsi yaxınlığındakı körpüdə Azərbaycan sərhədçilərini və Rusiya sülhməramlılarını atəşə tutduğu hadisənin tam videosu yayılıb.

Teref.az axar.az-a istinadən xatırladır ki, hadisə 15 iyunda baş vermişdi. Belə ki, 15 İyun – Qurtuluş Günündə Laçın postu önündə Azərbaycan bayrağını qaldırmaq istəyən sərhədçilərimiz atəşə tutulmuşdu və nəticədə bir sərhədçimiz yaralanmışdı.

Bunun ardınca əraziyə rus sülhməramlılar gəlmiş, Azərbaycan sərhədçiləri növbəti dəfə bayrağımızı qaldırmış, bu zaman isə sərhədçilərimizlə bərabər, rus sülhməramlılar da atəşə tutulmuşdu.

Azərbaycan Ordusu cavab tədbirləri ilə sərhədçilərimizi atəşə tutan və sonradan asılan bayrağımızı dirəkdən vurub-salan erməni snayperləri məhv etmişdi.
Ardını oxu...
"Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı sonuncu və yumşaq desək, qəribə bəyanatı “Kreml qüllələri”nin hakimiyyət uğrunda mübarizəyə, Putindən sonrakı dövrə başladığına daha bir sübut ola bilər".

DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, məlum qondarma bəyanatda 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın fundamental əsaslarının və prezident Vladimir Putinin bununla bağlı bəyanatları açıq-aşkar təhrif olunur.

Zülfüqarov əlavə edib ki, əslində, bu hal Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatında xüsusilə vurğulanır: "Bu, məntiqi nəticəyə gəlməyi nəzərdə tutur ki, ya Putinin özü mövqeyini dəyişib, ya da Sergey Lavrov diplomatik “kazuistiya”nın tərkib hissəsi kimi xarici və daxili oyunçulara məsləhət görəcəyi təqdirdə necə olacağı barədə mesaj verməyə çalışır. Yəni Türkiyə-Azərbaycan tandeminə qarşı çıxış edəcək”.

Sabiq nazirin sözlərinə görə, Lavrov da hamı kim kimi başa düşür ki, Ərdoğan və Putin xətti üzrə qarşılıqlı fəaliyyətin fundamental əsaslarından biri Cənubi Qafqaz və Ermənistan-Azərbaycan nizamlanması mövzusudur. Buna görə də, Lavrovun “kabinetində” uydurulmuş utancaq, sakit və məntiqsiz mətn onun “Putinin Priqojindən sonrakı Rusiyası”nda müstəqil oyuna başladığının ilk sübutlarından biri olsa da, Patruşev-Sallivan xətti üzrə təmaslar, az qala, rəsmi olaraq Putinin ehtimal varisi adlandırılan gənc Patruşevin fəaliyyəti autsayderləri öz oyunlarına başlamağa məcbur edən qıcıqlandırıcı amildir.

Zülfüqarov düşünür ki, Rusiyanın sülhməramlı kontingenti Azərbaycan ərazilərini 10 Noyabr Bəyanatında müəyyən edilmiş vaxtdan əvvəl tərk etməli olacaq.
 
Ardını oxu...
Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

TEREF.AZ-ın məlumatına görə, siyasi şərhçi Kənan Novruzov Sherg.az-a açıqlamasında bildirib ki, rəsmi Bakının sülh təşəbbüsündə səmimi olması çoxlarına məlumdur. Bu, artıq təsdiqlənmiş faktdır:

"Əgər Azərbaycan sülh istəməsə idi, Vətən müharibəsindən bəri keçən iki il ərzində bu istiqamətdə səylə çalışmazdı. Amma, əlbəttə, sülh ədalətli olmalıdır. Qalib tərəf kimi bizim maraqlarımız təmin olunmalıdır.
Məhz Azərbaycanın səmimiliyyətinin təzahürüdür ki, biz Qarabağdakı etnik ermənilərlə birbaşa dialoqa can atırıq. Onlara vətəndaşlığımızı qəbul etmək şərti ilə Qarabağda qalmalarına şərait yaradırıq. Qarşı tərəf isə hələ ki, bu təklifləri qiymətləndirmir. Üstəlik, bu azmış kimi, Ermənistan hərbi-siyasi hakimiyyəti təxribatlarını davam etdirir. Bu isə onu deməyə əsas verir ki, rəsmi İrəvan Azərbaycanın səmimi səylərini qiymətləndirmir, əksinə, sülh quruculuğu prosesinə mane olur".

Ekspert qeyd edir ki, sabah liderlərin görüşü gözlənilir. Ermənistan baş naziri Nikol Paşinyan da artıq bunun anonsunu verib:

"Görüşdə müəyyən razılıqların əldə olunması mümkündür. Lakin tarixi təcrübə göstərir ki, bu cür razılaşmalar qaneedici və effektiv nəticə deyil. Çünki İrəvan öhdəliklərini pozur. Biz bunu dəfələrlə görmüşük: Ermənistan sözdə dediklərini əməldə təsdiqləmir, əksinə, bəyanatlarını reallaşdırmaqdan qaçır. Odur ki, əvvəl də dediyimiz kimi, sülh düsturu belədir: Ermənistan əvvəlcə konkret addımlar atmalıdır. Bu, xüsusilə Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işə salınması, terrorçuların torpaqlarımızdan çıxarılması istiqamətində ola bilər. Əks halda isə sülh kövrək olacaq. Və bizə belə sülh sərf etmir".
Ardını oxu...
“Ermənistanın xarici işlər nazirinin rəsmi müstəvidə yalanlar yaydığı zaman faktların yoxlanması və miflərin üzə çıxarılması zəruridir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qarabağ bölgəsində ölən uşaqlarla bağlı bugünkü paylaşımını şərh edərkən yazıb.

H.Hacıyev qeyd edib ki, “yerli polis” valideynlərinin nəzarətsiz qoyduğu iki uşağın avtomobildə ehtiyatsızlıq və yüksək temperaturdan öldüyünü təsdiqləyib.

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Mirzoyanın açıqlamaları ikiüzlülükdən başqa bir şey deyil. Belə ki, “Laçın” sərhəd-keçid məntəqəsinin təsvir olunan hadisə ilə heç bir əlaqəsi yoxdur.

“Ermənistanın xarici işlər naziri yəqin ki, “Laçın” sərhəd-keçid məntəqəsini xatırlatmaqla Qarabağda ərzaq qıtlığı olduğunu göstərməyə çalışır. Amma Xankəndidəki restoranlardan görüntülər bunun əksini göstərir”, – Hikmət Hacıyev bildirib.
Ardını oxu...
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın dəhlizi ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdar olduğunu, belə fəaliyyətləri dəstəkləmədiyini bildirir. Qurumun yaydığı məlumatda deyilir ki, BQXK-ya məxsus heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib, bütün humanitar yüklər Azərbaycan gömrük orqanları tərəfindən yoxlanılır.

"Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib", – məlumatda vurğulanır.

BQXK Laçın dəhlizi boyunca yalnız humanitar işlər gördüklərini bildirir. İndiyədək 600-dən artıq pasiyentin tibbi təxliyə olunduğu, səhiyyə ocaqlarına gərəkənlərin, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaradıldığı qeyd edilir. Qurum bildirir ki, bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir: "Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir".

BQXK avtomobillərinin Laçından keçidi dayandırılıb
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandan Azərbaycana gələn avtomobillərində müxtəlif növ qaçaqmalın aşkarlandığı bildirilir. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, artıq bir neçə dəfədir ki, BQXK avtomobilləri ilə Azərbaycana gələn Ermənistan vətəndaşlarında "Laçın" sərhəd-buraxılış məntəqəsində yoxlanış zamanı gizlədilmiş mobil telefonlar və onların ehtiyat hissələri aşkarlanıb. Qaçaqmal sırasında siqaret və benzinin də aşkarlandığı qeyd olunur.

DSX faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıldığını bildirir. Eyni zamanda, zəruri istintaq tədbirləri həyata keçirilənə qədər sözügedən buraxılış məntəqəsindən keçidin müvəqqəti dayandırıldığı vurğulanır.

BQXK-nın Azərbaycan nümayəndəliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
Xatırlatma
Apreldə Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulub.

Ermənistan bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.

Azərbaycan isə postun Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulduğunu açıqlayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.
 azadliq.org
 
 

Ardını oxu...
İyulun 11-i saat 19:00-dan 19:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən bildirib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, saat 21:15-dən 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
 
 
 

Dünyapress TV

Xəbər lenti