Ardını oxu...
Danışıqlara, masalara baxanda açıq şəkildə görürük ki, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ problemi bir-birindən ayrılıb. Ona görə də biz də bu problemi ayrı-ayrılıqda təhlil etməliyik.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müxtəlif ölkələr cəhd edir. Təbii ki, öz maraqları daxilində. Hər kəs divident qazanmaq üçün çabalayır. Çünki məlum dəhliz məsələsi yeni bazarlar, yeni qazanclar gətirəcək. Köhnə qazanc yollarına isə çomaq soxacaq. Ona görə də köhnə yolların ağaları yeni yoldan pay istəyir.
Faktiki olaraq Qarabağ Azərbaycanın daxilindəki problemdir. Çünki Azərbaycan ordusu Qarabağdakı qeyri-qanuni silahlıları tam mühasirədə saxlayıb. Azərbaycanda nədənsə bu sözü deyəndə bəziləri qorxurlar. Elə bilirlər ki, reallığı deyəndə ermənilərin əlinə “kozır” verəcəklər. Belə deyilsə, rəsmi Bakı niyə hər fürsətdə “Qarabağ daxili məsələmizdir” deyir? Sizin qorxaq olmağınız reallığı dəyişdirmir.
Qarabağ daxili məsələdir, ancaq həm də Rusiyanın və Ermənistanın məsələsidir. Niyə? Çünki daxilimizdə sülhməramlı adı altında rus ordusu və sayı qeyri-müəyyən olan ermənilər var. Ermənilərin olması da Ermənistanı maraqlandırır. Niyə? Biz necə İranda yaşayan soydaşlarımızın haqqı və hüququ barədə danışırıqsa, onlar da özündə bu hüququ görürlər. Qərəz, reallıqlara göz yummaqla, pafoslu çıxışlarla problem həll etmək olmur, olmaz.
Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan üçlüsündə ən ciddiyə alınacaq tərəf Rusiyadır. Azərbaycanlılar mövzusunda İran Azərbaycanı nə qədər ciddiyə alırsa, Azərbaycan da erməni mövzusunda Ermənistanı o qədər ciddiyə almalıdır.
Gələk Rusiyaya.
Rusiyanın əlini digər ölkələrə baxmış güclü edən sahədə olmasıdır. Digər ölkələr dediyim də ABŞ, Fransa, ümumilikdə Avropa İttifaqıdır. Çünki regionda marağı olan ölkələrin heç biri Rusiya qədər sahədə güclü sayılmır. Rusiyanın həm Ermənistanda, həm Azərbaycanda ordusu mövcuddur. Bu, rəsmi Moskvanı əsas oyunçu edir. Azərbaycan istər Ermənistanla, istərsə də Qarabağda maraqlarının təmin olunması üçün Rusiya ilə uzlaşmaya gedə bilər. Misal üçün, Rusiya Zəngəzur dəhlizinin açılmasını təmin edərsə, rəsmi Bakı Rusiyanın Qarabağda qalmasına güzəştə gedə bilər. Bu, sülhməramlı yox, komendant sistemi ola bilər. Maraqlar uzlaşmadan problemin həll olacağını gözləmək məntiqsiz olardı. Azərbaycanlıların nə istəməsindən asılı olmayaraq, Qarabağda, ehtimal ki, müəyyən sayda erməni əhalisi qalacaq. Birdən-birə Bakının ora daxil olması və idarəçiliyi təkbaşına əlinə alması çətin görünür. Buna görə də kənar qüvvənin Qarabağda olması gözləniləndir. Bu qüvvənin də Rusiya olacağı daha realdır. Əslində, Rusiyanın olması həm də sərfəlidir. Niyə? Ən yaxşı düşmən tanıdığın düşməndir. Üstəgəl, sahədə ruslara rüşvətlə hər şeyi etdirmək mümkündür. Biz bunu ötən iki il yarımda da gördük. Detallara indiki məqamda gərək yoxdur.
Rəsmi Bakı qeyri-qanuni silahlıların ərazidən çıxarılması üçün qan yox, mülkiləşdirmə siyasətinə daha çox üstünlük verir. Əslində, məntiqli olan tərəfi də budur. Antiterror, məcburetmə əməliyyatları onsuz da daim masadadır. Əgər qansız həll ola bilirsə, ağrımaz başı ağrıtmağa da gərək yoxdur. Qarabağdakı bütün silahlıları terrorçu kimi damğalamaq da olmaz. Bu həm də məntiqsizdir. 18 yaşı tamam olub çağırışla orduya gedən cinayətkar sayıla bilməz. Rəsmi Bakı əgər qansız şəkildə prosesə nail olsa, həmin şəxslərin əfv ediləcəyi realdır. Yeri gəlmişkən, bu məsələnin olma ehtialını bir neçə həftə öncə hərbi ekspert Tərlan Eyvazovla işləmişdik. Prezident İlham Əliyev də bu ehtimalların olmasını dilə gətirdi. Tarixdə bu halların çoxlu sayda analogiyası mövcuddur. Bunun Azərbaycan tarixində də örnəkləri var. Cümhuriyyət dövründə də bu hal yaşanmışdı. Zamanında eks-prezident Əbülfəz Elçibəy də belə bir addım atmışdı. Rusiya Çeçenistan müharibəsi də örnəklərdən biridir. Dövlət idarəçiliyi bunu tələb edir. Pafos, boşboğazlıq həll yolu deyil.
Nəzərə almaq lazımdır ki, Qarabağda bir diviziyalıq silahlı var. Onlar təkcə atıcı silahlarla silahlanmayıblar. Məsələn, Qarabağdakı silahlıların kifayət qədər topu, minaatanı mövcuddur. Təsəvvür edin, total əməliyyatlara start verilir və o toplar bir neçə dəqiqəyə açılır. Nə baş verəcək? Mütləq şəkildə Laçın, Şuşa, Tərtər zərbələr alacaq. Bəziləri hətta çıxıb camaatın başının altına yastıq qoyurlar ki, bəs, müharibədən sonrakı əməliyyatlarda itki verməmişik, ona görə də total əməliyyatlar baş versə, yenə itki olmayacaq. Yalançını mənzilinə kimi qovaq. Sentyabr ayındakı sərhəd toqquşmasında verilən itki deyildi? Yoxsa “UAZ əməliyyatı”ndakı itki deyildi? Təkcə ötən ay 4 şəhid verilib. Dəxli yoxdur, son 4 şəhid əməliyyatlarda olub, yoxsa mövqe döyüşündə, əsas odur, olub. Əgər qarşı tərəfin əlində silah varsa və sən ona güllə atanda o sənə gül atmayacaq. Ona görə də rəsmi Bakı mülkiləşdirmə, qansız həll etmə yolunu tutmaqda daha maraqlı görünür.
Bunu da yazmasam, olmaz. Bir müddətdir ki, Azərbaycan mediasını məşğul edən məsələlərdən biri də rusların ermənilərə hələ də silah daşımasıdır. Bir video ortaya atılıb və idda edilir ki, ruslar yenə silah daşıyır. Sual yaranır: silah haradan daşınır? Ermənistandan gətirilir, yoxsa daxildə hansısa kənddən hansısa kəndə aparılır? Bunu o adamlar iddia edirlər ki, həm Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qoymaqla bütün məsələni həll etdiyini, həm də silah daşındığını deyirlər. Bu adamların məntiqi ilə sərhəd-buraxılış məntəqəsi müqəvvadır. Bu adamlar həm deyir, uraaa, sərhədləri tam bərpa etdik, həm də deyirlər, silah daşınır. Bu iki bir-birinə zidd fikirin hansı gerçəkdir? Mütləq şəkildə biri yalandır. Özləri cavab versinlər.
Azərbaycan ictimaiyyətini erməni informasiya maşınından daha çox, özünü ciddi sayan qeyri-ciddi adamların sərsəmləmələri çaş-baş salır. Bunda əsas günah da özünü ciddi sayan media qurumlarının belələrinə yer verməsidir.
Teref.az

 

        
Ardını oxu...
Prezident İlham Əliyevin Laçında separatçıların amnistiyası barədə verdiyi mesaja ABŞ Dövlət Departamentinin müsbət yanaşması separatçı rejimdə heyrətlə qarşılanıb.

Globalinfo.az xəbər verir ki, Xankəndidəki saxta rejimin oyuncaq “xaric işlər nazirliyi” ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin Prezident Əliyevin sözügedən bəyanatını alqışlamasının separatçılarda dərin məyusluq və çaşqınlıq yaratdığını açıqlayıb.

Bununla yanaşı, separatçı rejim yalvarışlı notlarla ABŞ-ın “münaqişəni” həllində müsbət rol oynamaq istəməsinə şübhə etmədiklərini bildirib.

Baş verən son proseslərin fonunda separatçılar arasında bölünmə və təşviş daha da güclənib, saxta qurumun gələcəyi barədə ümidsizlik dərinləşib.

Xatırladaq ki, Prezident Əliyev 28 mayda Laçına səfəri zamanı çıxışında Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt edilə biləcəyini elan etmişdi.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, – Prezident Əliyev vurğulamışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bu sözlərə bu cür reaksiya vermişdi: “Prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışlayırıq”.

Tamerlan Yayaqan
 
Ardını oxu...
Babayan “artsax”da iğtişaşlar təşkil etmək, “dövlət təşkilatlarına” girişləri bloklamaq və 2018-ci ildəki inqilab ssenarisini Xankəndində təkrarlamaq istəyir.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Qarabağdakı separatçı hakimiyyətin belə bir məlumat aldığını yazıb.

Yazıda qeyd olunur ki, separatçıların hazırkı rəhbərliyi ilə qondarma qurumun sabiq “müdafiə naziri” Samvel Babayan arasında qarşıdurma “çevrilişlə” nəticələnə bilər.

Xatırladaq ki, 3 gün öncə Araik Arutunyan Xankəndində kütləvi aksiyalara qadağa qoyulması barədə qərar vermişdi. “Hraparak” yazır ki, bu qadağa məhz S.Babayanın hazırladığı “çevrilişə” imkan verməmək üçün tətbiq edilib.

S.Babayan bir müddət əvvəl qondarma rejimin “dövlət naziri” postuna iddiasını ortaya qoyub. Rusiyanın emissarı olan Ruben Vardanyan bu “vəzifədən” atılandan sonra həmin “postu” qondarma qurumun sabiq “prokuroru” tutub.

Ancaq Babayan “çiçəyi burnunda” yeni nazirin istefaya göndərilməsini və onun yerinə özünün təyin edilməsini Arutunyandan tələb edir. Hətta mayın 15-də bu tələblə çıxış edən Babayanın bir qrup tərəfdarı Xankəndində mitinq keçiriblər. Aksiyaçıların tələblərinə cavab verən Arutunyan qərar vermək üçün 10 gün vaxt istəyib. Ancaq həmin vaxt bitsə də, Babayanın tələbi yerinə yetirilməyib. Bundan sonra “Hraparak”-ın yazdığına görə, qondarma qurumun “müvafiq orqanları”na Babayanın iğtişaşlar və “çevriliş” hazırladığı barədə məlumat daxil olub.

Qəzet yazır ki, bunu görən Xankəndindəki Rusiya hərbi kontingentinin rəhbərliyi Arutunyana kütləvi aksiyalara qadağa qoymağı məsləhət bilib. Nəticədə Arutunyanın qadağa qərarının da məhz “sülhməramlıların” təklifi əsasında verildiyi məlum olub.

Maraqlıdır ki, erməni mətbuatı Qarabağdakı separatçıların didişməsinin sadəcə, Babayan-Arutunyan qarşıdurması olmadığını, Arutunyanın arxasında Moskvanın, Babaynın arxasında isə İrəvanın durduğunu yazır. Babayan bu iddiaları rədd etsə də, onun Paşinyan hökumətilə anlaşdığına dair məlumatlar var.

Əgər bu məlumatlara inansaq, belə çıxır ki, Paşinyan təkcə Ermənistanda yox, Qarabağ erməniləri arasında da Rusiyanın təsirini azaltmağa çalışır...

Bütün bunlarla yanaşı, belə görünür ki, separatçılar arasındakı bu didişməni və “hakimiyyət davası”nı həll edəcək yeganə qüvvə var – Azərbaycan Ordusu!
Ardını oxu...
Laçın rayonunda yerləşən Həkəri çayının sahilində çimərlik ərazisi təşkil edilib.

Sözügedən çayın üzərinə suya batıb-çıxan taxtadan körpü atılıb.

Çayın çimərlik kimi istifadəsi nəzərdə tutulan hissəsinə isə qum tökülüb.
Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Azərbaycan Prezidenti cənab İlham Əliyev mayın 27 və 28-də növbəti dəfə işğaldan azad edilən Laçında olub, burada bir sıra sosial və digər obyektlərin açılış mərasimlərində iştirak edib, son vaxtlarda burada görülən işlərlə tanış olub. Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən ölkə başçısı bildirib ki, “Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq!” “Əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək”, - deyə dövlətimizin başçısı qeyd edib. O, bildirib ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.
Hazırda Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Şəhərdə tibb məntəqəsi hazırlanır, yeni məktəb binası tikilir.
Burada onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Laçında əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.
Ölkə başçısının tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanır. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.
Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə onlara yaxından kömək edib.
Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.
Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Fuad Heydər - politoloq
Ardını oxu...
 

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Bu zaman Laçın sakinləri Prezidentə olan sevgilərini dövlət başçısını öpüb-qucaqlamaqla bildiriblər.

Sakinlərdən Elbrus Sadıqov isə Prezidentə “Mən çoxdan arzulayırdım ki, Sizi qucaqlayıb öpüm. Şükür Allaha arzuma çatdım” deyə müraciət etməsi ilə diqqət çəkib.

Olduqca həssas anların yaşandığı görüşdən həmin görüntüləri təqdim edirik:

 
 

Prezident İlham Əliyev Qarabağ ermənilərindən separatçı strukturları ləğv etməyi və Azərbaycan qanunlarına tabe olmağı tələb edib. Bu tələb yerinə yetirilərsə, qeyri-qanuni qurumların vəzifəli şəxsləri amnistiyaya ümid edə bilərlər. Bu mesajlarla Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu şəhərin öz yurd-yuvalarına qayıdan ilk sakinləri qarşısında çıxış edərkən çıxış edib.

Qarabağ bölgəsində yaşayan ermənilər aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasından nəticələr çıxarmalıdırlar.

«Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”, – deyə dövlət başçısı qeyd edib.

O ermənilərin «müstəqillik» xülyasının bitdiyini deyib

“Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.

Əliyev onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır.

Azərbaycan Prezidenti Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini də açıqlayıb.

O qeyd edib: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Əliyev əminliyini ifadə edib ki, «yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər». “İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

“Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”.

Əliyev həmçinin Naxçıvana yolun açılmasını və Ermənistan ordusunun bölmələrinin Qarabağdan çıxarılmasını sülh yolu ilə nizamlanmanın şərtləri kimi göstərib:

“Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”.

Ardını oxu...
Ötən gün Moskvada keçirilən Aİİ sammiti prezident İlham Əliyevlə şifahi “söz savaşına” başlamağa cəhd edən, amma nəticədə həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada özünü gülüş obyektinə çevirən Nikol Paşinyan üçün növbəti biabırçılığın zirvəsi oldu.

Üstəlik, Ermənistanda o, Əliyevin Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədiyi üçün müxalifət tərəfindən sərt tənqid edilib. Belə bir vəziyyətdə, görünür, Ermənistanın baş naziri özü üçün “uğurlu lokal qələbə” ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib.

Bununla o, həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edirdi. Sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır. Bu, nə ilkdir, nə də belə görünür ki, son olacaq.

Ancaq necə deyərlər, sən saydığını say, gör Azərbaycan ordusu nə sayır. Ermənistanın diversant qrupu hərbçilərimizi öldürməyi planlaşdırsa da, Dövlət Sərhəd Xidmətinin əsgərləri tərəfindən vaxtında aşkar edilib.
Diversiya baş tutsa, onlar Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib dinc vətəndaşları hədəf götürə bilərdilər. Bu da ilk belə hal deyil. Dəfələrlə bu kimi halların şahidi olmuşuq. Axı dinc vətəndaşlara zərər vurmaq da erməni təxribatçılarının adət etdikləri xüsusiyyətdir.

Qəhrəman əsgərlərimiz isə ayıq-sayıqlıqları ilə növbəti dəfə xilaskar oldular.
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasına özünəməxsus reaksiya verib.
Zaxarova bildirib ki, Nikol Paşinyanın son bəyanatları Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub. O əlavə edib ki, Rusiya nizamlama üzrə vasitəçidir və bu baxımdan Ermənistanın Qarabağla bağlı dəqiq mövqeyinin olması vacibdir.
Bundan da dəqiq mövqe olarmı? Paşinyan açıq deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, daha nə istəyirsiniz? Mariya Zaxarovanın “Paşinyanın açıqlaması Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub” cümləsi isə ona dəlalət edir ki, Kreml Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını “diqqətə” alır.
Yəni bu o deməkdir ki, Kremlin Qarabağla bağlı “fərqli” mövqeyi var. Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Demək, Kreml separatçılarla bağlı “planlarından” əl çəkməyib.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Azərbaycan dövlətinin Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin götürülməsini tələb edən separatçı erməni fəallar mayın 2-dən bəri Xankəndi-Şuşa yolunun Xan bağı adlanan məkana yaxın hissəsində gecə-gündüz keçirilən üzdəniraq aksiyaya son qoyub və çadırlarını söküblər.

Moderator.az xəbər verir ki, bu haqda "Kavkazski uzel" nəşri məlumata yayıb.

Azərbaycanın bütün beynəlxalq və yerli qanunlara uyğun olaraq qoyulmuş sərhəd-keçid məntəqəsinə qarşı piket keçirən “Artsaxın etnik təmizlənməsinə yox" separatçı revanşist hərəkatının təşəbbüs qrupu dünən- mayın 24-də cəmi 22 gün davam etmiş etiraz aksiyasını başa çatdırıb.

Aksiya təşkilatçılarından biri David Baqryan jurnalistlərə bildirib ki, çadırlar dünən səhər saatlarında fəalların Ruben Vardanyanın rəhbərlik etdiyi "Artsax təhlükəsizlik və İnkişaf cəbhəsi ümummilli hərəkatı"na qoşulması qərara alındıqdan sonra sökülüb...
 

Dünyapress TV

Xəbər lenti