Ardını oxu...
Qarabağ klanı 1998-ci ildə Levon Ter-Petrosyanı da bu yolla devirmişdi. SSRİ illərində erməni millətçilərinin təsis etdiyi “Qarabağ komitəsinin” fəal üzvü olan Levon Ter-Petrosyan sonrakı illərdə fikirlərində dəyişiklik etdi, prezident ikən Minsk Qrupunun Qarabağ münaqişəsinin həlliylə bağlı hazırladığı “mərhələli həll” planını qəbul etdi.
Həmin plan birinci mərhələdə işğal altındakı torpaqların azad edilməsini ehtiva edirdi. Levon Ter-Petrosyan Ermənistanın o zamankı baş naziri Robert Köçəryan və milli təhlükəsizlik naziri Serj Sərkisyanın timsalında Qarabağ klanının təzyiqi ilə istefa verdi.
Qarabağ klanı bu gün eyni ssenarini işə salmağa çalışır, yenə eyni simalar peyda olaraq Levon Ter-Petrosyanın ardıcılı olan baş nazir Nikol Paşinyanı devirməyə çalışırlar. Paşinyanın dünənki “Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırıq” bəyanatı Qarabağ klanını hərəkətə gətirib, Qarabağdakı separatçıların “parlamenti” də Ermənistanın baş nazirini hədəf seçib.
İşin içində vaxtilə Levon Ter-Petrosyanın devrilməsini sürətləndirən Rusiyadakı mərkəzlər də var. Həmin mərkəzlər anlayırlar ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa Rusiya hərbi kontingenti iki ildən sonra həm Qarabağı tərk etməli olacaq, həm də Ermənistandakı hərbi bazalara ehtiyac azalacaq. Paşinyan şərtlərimizi qəbul etməyə hazırdırsa, Rusiyadakı mərkəzlər Qarabağ klanının əli ilə onu devirməyə macal tapmamış sülh sazişini imzalamaq faydalı olar.
Elxan Şahinoğlu
Teref.az

Ardını oxu...


Erməni baş nazir Ermənistanın tanıdığı Azərbaycanın 86,600 kv.km-lik ərazisinə Qarabağın da daxil olduğunu açıq şəkildə etiraf etdi, Azərbaycan tərəfindən tanınmış 29,800 kv.km-lik Ermənistan ərazisinə isə Naxçıvanın və Qazaxın kəndlərinin daxil olmadığını vurğuladı... Kreml müqavimət göstərsə də, Paşinyan hakimiyyəti Cənubi Qafqazın Rusiyanın geopolitik iradəsindən uzaqlaşdığına əmindir və yekun sülh sazişini imzalamağa can atır...
Cənubi Qafqazda sülh prosesi intensiv şəkildə inkişaf edir. Azərbaycan və Ermənistan xarici ilər nazirlərinin Vaşinqton görüşündə önəmli anlaşmalar əldə olundu, prosesin önü böyük ölçüdə açıldı. Nəticədə Azərbaycan və Ermənistan liderləri Brüssel görüşündə konkret qərarlar qəbul etmək imkanı qazandılar. Və müşahibələr onu göstərir ki, hər iki tərəf Brüssel görüşündən məmnun ayrılıb.

Onu da qeyd etmək lazımdır ki, son baş verən hadisələr də Cənubi Qafqazda sülh prosesinin uğur qazanma ehtimalının yüksək olduğunu göstərir. ABŞ və Avropa Birliyinin vasitəçilik fəaliyyəti demək olar ki, effektiv xarakter daşıyır. Ona görə də, Azərbaycan və Ermənistan ilk dəfə yekun sülh sazişinin imzalanmasına bu qədər yaxın görünür. Və Rusiyanın “Qarabağ mövzusu” ilə “suyu bulandırmaq” cəhdləri hələlik Kremli məmnun edəcək nəticədən uzaqdır.

Digər tərəfdən, ABŞ və Qərb yekun sülh sazişinin imzalanması ərəfəsində Ermənistanda baş verə biləcək kütləvi etiraz dalğasının qarşısını almaq üçün də indidən priventiv addımlar atmağa çalışır. Belə ki, ABŞ-ın generalı Ermənistana göndərilib. Bu, əslində, dolayısı ilə həm Kremlə, həm də Rusiyaya bağlı erməni “5-ci kolonu”na xəbərdarlıq mesajıdır. Ağ Ev bununla ABŞ-ın artıq Ermənistanda olduğunu, Kremlə bu ölkədə kütləvi iğtişaşlarla hakimiyyət çevrilişi etmək imkanı verməyəcəyini qabartmağa çalışır.

Maraqlıdır ki, rəsmi İrəvanın son açıqlamaları da ABŞ-dan alınmış dəstəyin təsirini göstərir. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla yekun sülh sazişinin iki əsas maddəsi üzərində anlaşma olduğunu vurğulayıb. Böyük ehtimalla daxili müqaviməti nəzərə alan erməni nazir razılaşdırılmış maddələrin sayını mümkün qədər az göstərməyə məcburdur. Üstəlik, yekun sülh sazişində yer alacaq maddələrin sayı da əslində, çox deyil.

Məsələ ondadır ki, rəsmi Bakı beynəlxalq hüquq normaları çərçivəsində cəmisi beş baza prinsipi təklif edib. Sülh danişiqları da məhz rəsmi Bakının həmin beş şərti üzərində aparılır. Bu baxımdan, əgər, erməni nazir iki razılaşdırılmış maddənin olduğunu deyirsə, deməli, ən azı 3-4 baza şərti ətrafında prinsipial anlaşma mövcuddur. Və bu, xarici işlər nazirlərinin 4 günlük Vaşinqton müzakirələrinin nəticələridir.

Nəhayət, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları da yekun sülh sazişinin uzaqda olmadığını göstərir. Belə ki, erməni baş nazir Ermənistan cəmiyyətinə münasibətdə hiyləgər manevrlər etməsiylə diqqəti çəkir. Çünki baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etmək üçün əvvəlcə Avropa məkanını seçdi. Hər halda, Avropa məkanında belə bir rəsmi bəyanatdan sonra geriyədönüşün mümkün olmayacağını hər kəs anlayır. Və indi Ermənistan cəmiyyəti də onun ölkəyə qayıdışına qədər erməni baş nazirin “Qarabağ Azərbaycandır” açıqlamasını artıq böyük ölçüdə həzm edib.

Ona görə də, baş nazir Nikol Paşinyan Avropa məkanında bəyan etdiyi açıqlamanı Ermənistan cəmiyyəti qarşısında detallaşdırmaqdan o qədər də çəkinməyib. Hər halda, erməni baş nazirin Ermənistanın tanıdığı Azərbaycanın 86,600 kv.km-lik ərazisinə Qarabağın da daxil olduğunu etiraf etməsi yekun sülh sazişinə doğru önəmli addımın atıldığını göstərir. Üstəlik, baş nazir Nikol Paşinyanın Azərbaycan tərəfindən tanınmış 29,800 kv.km-lik Ermənistan ərazisinə Naxçıvanın və Qazaxın kəndlərinin daxil olmadığını da açıq şəkildə vurğulaması həlledici mərhələnin sürətlə yaxınlaşdığını sezdirir.

Belə anlaşılır ki, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişini imzalamağa hazırdır. Eyni zamanda, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətini də tədricən bu önəmli regional hadisəyə hazırlayır. Əgər, Ermənistan ətrafında hər hansı fors-major situasiya yaranmazsa, yaxın vaxtlarda yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər.

Təbii ki, əgər, Ermənistanda hansısa fors-major hadisə baş verəcəksə, bu, yalnız Kreml və Rusiyaya bağlı radikal-revanşist qüvvələr tərəfindən törədilə bilər. Rusiya mətbuatının Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarına verdiyi reaksiya da Kremlin artıq hərəkətə keçdiyini göstərir. Hər halda, Rusiya mətbuatında erməni baş nazir Qarabağın Azərbaycan ərazisi olaraq, tanınmasına görə sərt şəkildə qınanır, Ermənistana xəyanət etməkdə suçlanır. Üstəlik, iddia olunur ki, guya baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişini imzalamaq cəhdi ilə Ermənistan dövlətçiliyinin sonunu yaxınlaşdırır.

Təbii ki, bütün bunlar Kremlin Paşinyan hakimiyyətinə qarşı təhdidləridir. Böyük ehtimalla Moskvada keçirilməsi gözlənilən üçtərəfli görüşdə Rusiya prezidenti Vladimir Putin Vaşinqton və Brüssel anlaşmalarının pozulması üçün bütün imkanlardan istifadə edəcək. Belə ki, vaxtilə Brüssel görüşlərinin birindən sonra prezident V.Putin Paşinyan hakimiyyətini dolayısı ilə xəyanətdə suçlamaqla, öz pozuculuq potensialını sınaqdan çıxartmışdı.

Ancaq onu da nəzərə almaq lazımdır ki, Ukraynada “savaş bataqlığı”na düşən Rusiyanın zəifləməkdə davam etməsi Cənubi Qafqazdakı sülh prosesini Kremlin nəzarətindən çıxara da bilər. Ola bilsin ki, Paşinyan hakimiyyəti də bu regionda baş verənlərin Rusiyanın geopolitik iradəsindən uzaqlaşdığına əmin olmağa və Qərbdən təhlükəsizlik təminatı almağa nail olub. Və bu səbəbdən də, Rusiyanın regional maraqlarına ciddi problem olan yekun sülh sazişinin imzalanmasına çalışır.(Yeni Müsavat)
Ardını oxu...
Foto: president.az
Təxminən 30 il ərzində Horadiz stansiyasına gəliş olub, amma buradan irəliləyiş olmayıb. Qarabağ azad olunandan sonra Füzulinin Horadiz şəhərindən Zəngilanın Ağbənd qəsəbəsinə qədər irəliləmək üçün dəmir yolu xətti çəkilir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci ilin fevralın 14-də qoyulub. Xəttin uzunluğu 110,4 km olacaq. Layihə çərçivəsində 9 stansiyanın, 3 tunelin, 41 körpünün, 3 qalereya, 7 yolötürücünün tikintisi planlaşdırılır.

Prezidentin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb. Di gəl ki, həmin sərəncamlarla bağlı heç bir rəsmi mənbədə məlumat tapmaq mümkün deyil.

Layihəni Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Türkiyənin “Kalyon” şirkəti icra edir.

"Kalyon" şirkəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınır. Şirkətin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin martın 4-də dövlət reyestrində qeydiyyatdan keçib və cəmi bir ay sonra tendersiz Qarabağda milyonluq investisiya layihələrinə qoşulub.

Ərdoğan və Kalyoncu ailələri arasında isti münasibətlər var. Hətta o dərəcədə ki, Ərdoğan holdinqin sahibi Cemal Kalyoncunun oğlu Mehmet Kalyoncunun nikah şahidi olub.

“Kalyon” şirkətinin layihə meneceri Eftal Gökcə ilə müsahibə zamanı o bildirib ki, tenderlə bağlı sualları Azərbaycan Dəmir Yollarından soruşaq. Çünki sifarişçi onlardır.

“Kalyon” şirkətinin Horadizdəki ofisində olduq. Şirkətin rəsmi nümayəndəsi Eftal Gökcə layihə ilə bağlı açıqlama verməkdən imtina etdi. O, tenderlə bağlı suallarımızı podratçı təşkilatın nümayəndəsi Mirzə Səfərova ünvanlamağımızı məsləhət görsə də, o da açıqlama vermək səlahiyyətinin olmadığını dedi.

2021-ci ilin dekabrında Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi məlumat yaydı ki, onların şirkətləri Qarabağdakı layihələrdə iştirak etmək üçün Azərbaycana 14 ərizə göndərib.

Nazirlik açıqlayıb ki, "İNNOPRO" şirkəti Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi layihəsində iştirak edir. Şirkətin müqavilə üzrə xidmət haqqı isə 12 milyon manatdır. Bundan başqa, Rusiya şirkəti “Rail-Trans Service” MMC ilə birlikdə dəmir yolları üçün siqnalizasiya istehsalı müəssisəsi yaradacaq.

2021-ci ilin mayında “Rail Trans Service” MMC dəmir yolu xəttinin Rabitə və İşarəvermə sistemlərinin layihələndirilməsi üçün müqavilə bağlayıb.

Şirkətin təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova bizimlə söhbətində müqaviləni hansı şirkətlə bağladıqlarını və dəyərini açıqlamaqdan imtina edib:

"Sifarişi hansı şirkətdən almısınız?

- Vallah onu sizə deməyə icazəm yoxdur.

Müqavilənin dəyəri nə qədər olub?

- Oyy, onu ümumiyyətlə sizə deyə bilmərəm.

Bizim müqavilə məbləğimizi sizə deməyə icazəmiz yoxdur. Çünki bu, iki şirkət arasında olan sirrdir. Kommersiya sirridir. Bu, alıcı ilə satıcı arasında xidmət göstərən və sifarişçi arasında bir kommersiya qaydasıdır. Bunu üçüncü nəfərin bilməsi müqavilə şərtlərinin pozulması deməkdir".

"İNNOPRO" şirkəti də suallarımızı cavablandırmaqdan imtina edib.

Layihənin sifarişçisi olan Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova isə bildirib ki, Qarabağla bağlı sualların cavabını Əlaqələndirmə Qərargahı ilə razılaşdırıb verəcəklər. Əlaqələndirmə Qərərgahı 2020-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Qərərgah işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati məsələləri həll etməlidir. Qərərgaha Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev başçılıq edir.

Amma nə Natəvan Bayramova, nə də Əlaqələndirmə Qərərgahı dəmir yolunun çəkilişi üçün ayrılan vəsait, hansı şirkətlərin və necə seçilməsi ilə bağlı suallarımıza cavab verməyib.

İqtisadçı-ekspert Toğrul Vəliyev bildirir ki, Horadiz-Ağbənd yolunun tikintisi üçün ümumilikdə nə qədər vəsaitin ayrıldığını rəsmi qurumlar bəyan etmir. Bu barədə bəzi məlumatları ancaq Rusiyanın dövlət orqanlarının açıqlamalarından öyrənə bilirik.

Rəsmilər bildirir ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa əlaqənin yaradılmasına imkan verəcək. Bu xətt ilə qatarların 2023-cü ilin sonundan yola düşəcəyi gözlənilir. İndiyə qədər açıqlanan rəsmi rəqəmlərlə dəmir yolu xəttinin hər kilometri dövlət büdcəsinə 2 milyon 836 min manata başa gələcək.

Araşdırma və vizualizasiya: AbzasMedia
 
Ardını oxu...
Rusiya sülhməramlıları Qarabağın Xocavənd və Şuşa rayonlarında atəşkəs rejiminin iki dəfə pozulması faktını qeydə alıblar.

Musavat.com xəbər verir ki, məlumatda ölən və yaralananların olmadığı qeyd olunub.

Rusiya Müdafiə Nazirliyinin 21 may tarixli məlumat bülleteninə əsasən, Rusiya hərbi komandanlığı Ermənistan (?-M.) və Azərbaycan tərəfi ilə birlikdə insidentlərlə bağlı araşdırma aparır.
 
Ardını oxu...
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçularının növbəti dəfə silah daşıdığı üzə çıxıb.
TEREF.AZ xəbər verir ki, silah daşındığını təsdiqləyən görüntülər Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.
Videodan da aydın görünür ki, rus sulhməramlılar qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların “postları” arasında silah daşımasına yardım edirlər.

Qeyd edək ki, söhbət Ermənistandan silah gətirilməsindən yox, separatçı-terrorçuların daxildə “postlararası” sursat və şəxsi heyət daşımasından gedir. “Laçın” postu qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil.

Bu addımların təxribata hesablandığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, Rusiyanın birbaşa Azərbaycana hücum əmri verəcəyini bəlkə də iddia edə bilmərik:

"Lakin fakt ondan ibarətdir ki, Kremlin bölgədəki qeyri-qanuni birləşmələri silahladırmaqla, rəsmi Bakıya qarşı özünə təsir vasitəsi yaradır. Yəni bu vasitə ilə Azərbaycanın müstəqil xarici siyasətinə müdaxilə etməyə və özünə uyğun qərarların verilməsinə çalışır. Təbii bölgədə olan etnik erməni separatçılar bunun üçün ən effektiv vasitədir".

Ekspertin sözlərinə görə, Ermənistandan bölgəyə silah daşınması mümkün deyil:

" Çünki Laçın yolunda nəzarət buraxılış məntəqəsi quraşdırılıb və hər şey bizim nəzarətimizdədir. Ancaq rus sülhməramlıları əllərində olan imtiyazlardan və rəsmi Bakının xoşməramlı niyyətindən istifadə edərək, bölgədəki problemlərin davamına çalışır.

O ki qaldı, silah daşınmasına yardım edən sülhməramlıların imtiyazlarının alınmasına, bu çoxdan labüd hall alıb. Hətta biz gecikirik də deyə bilərik.

Çünki rəsmi Bakının əllərində bu neqativ hallarla bağlı faktlar var. Ona görə də bundan istifadə edərək bölgədəki rus özbaşınalığına son verməliyik.

Bunu ən effektiv yolu isə rus sülhməramlı missiyasının BMT mandatının olmamasını əsas gətirərək bölgədən çıxarmaqdan ibarətdir".
 
Ardını oxu...
Moskva Ermənistan-Azərbaycan prosesində Qərbin vasitəçiliyinin müsbət nəticələrini görmür.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, Qərb gündəmi yarımçıq qoyaraq Rusiya Federasiyasının nailiyyətlərini öz üzərinə götürmək istəyir.
Zaxarova bildirib ki, Qərbin səylərin heç bir konstruktivliyi və real nəticəsi yoxdur.
"Rusiya tərəfi nəticə verən addımları yüksək qiymətləndirir. Amma Qərbin timsalında, hələ ki, qiymətləndirəcək heç nə yoxdur", - o vurğulayıb.
 
Ardını oxu...
Azərbaycanın Xankəndi şəhərindəki separatçı rejim yenidən fəallaşıb.

Belə ki, qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, qanunsuz “hərbi birləşmənin keçmiş komandiri” Samvel Babayan yenidən meydanlara qayıdıb.

O, yenidən separatçı rejimdə “vəzifə” almağa çalışır. Hətta son keçirilən mitinqdə Samvel Babayanın “dövlət naziri” təyin olunmasını tələb edilib.

Separatçı rejimin “Milli Assambleyasının sədri” Artur Tovmasyan isə bu istiqamətdə müəyyən addımlar atacağını bildirib.

Həm Artur Tovmasyanın, həm də özünü qondarma rejimin rəhbəri adlandıran Araik Arutyunyanın Samvel Babayanla “siyasi məsləhətləşmələr” aparacağı da qeyd olunur.

Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi bir vaxtda Xankəndidə yeni bir qüvvə ortaya çıxıb.

Bəs bunun arxasında kim dayanır və nə hədəflənir?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, hər dəfə Azərbaycanla Ermənistan arasında sülhə dair yaxınlaşma olanda bir sıra ssenarilər işə düşür:

“Yəni bir sıra pozucu fəaliyyətlər müşahidə olunur. Bu gün də biz proseslərin içindəyik. Onu da yaddan çıxarmayaq ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına dair tarixi anlar yetişəndə Ermənistan parlamentinə silahlı hücum oldu. Nəticədə parlamentin sədri və baş nazir güllələndi. Həmçinin, bir sıra deputatlar da terror aktının qurbanı oldu.

Xatırladım ki, 2016-ci ildə də belə bir an yetişəndə Ermənistanın radikal terrorçu "Sasna Tsrer" təşkilatının nümayəndələri İrəvanda polis idarəsinə basqın etdilər və ümumi daxili-siyasi gərginliyin yaradılmasına səbəb oldular. Sanki bu gün də Ermənistan Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqdan sonra separatçı qurum daxilində müxtəlif pozucu fəaliyyətlərin şahidi oluruq. Burada Samvel Babayan aktuallaşma başlayır.

Bir müddət öncə Ruben Vardanyanın da sönük bir mitinq keçirdiyini qeyd etməliyik. Bununla yanaşı, Araik Arutyunyana qarşı müxtəlif planlar icra olunmaqdadır. Onun başqası ilə əvəz olunması və ona qarşı bir alternativin formalaşdırılması həm də İrəvanın siyasi kursuna bir müqavimət kimi qələmə verilir. Artıq separatçı qurum, Rusiya və Ermənistan arasında da müxtəlif fikir ayrılıqları olduğu görünür”.

Politoloq hesab edir ki, Xankəndidəki proseslərin arxasında Nikol Paşinyan və Rusiya ola bilər:

“Bu, Nikol Paşinyanın siyasi vizyonuna təsir etmək üçün də atılan addımdır. Paşinyan da burada iki məqsəd güdə bilər. Birincisi, baş verən neqativ halları əsas gətirərək, sülh müqaviləsini imzalamaq üçün hərəkətə keçə bilər.

Yəni sülh müqaviləsi imzalayaraq bütün bu proseslərin səngiməsinə çalışa bilər. İkinci ssenaridə isə Paşinyan baş verən daxili təlatümləri və narazılıqları əlində kart kimi istifadə edərək prosesi uzada bilər. O, əlbəttə ki, yaranan imkanlardan özü üçün fürsət kimi istifadə edəcək.

Ərazidə Rusiya sülhməramlılarının olduğunu da nəzərə almaq lazımdır. Təbii ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa, sülhməramlıların fəaliyyət müddəti bitdikdən sonra regionu tərk etməli olacaqlar.

Rusiya isə bütün təsir imkanlarını genişləndirmək üçün Xankəndidəki proseslərin arxasında dayan bilər. Müxtəlif kartları işə salaraq, regiondakı destruktiv niyyətlərini siyasi zəminə sürükləyə bilər. Ona görə də burada Rusiya faktoru da çox ciddi qəbul olunmalıdır”.
 

Ardını oxu...


Qarabağdakı erməni əhalisinin Laçın postunda yoxlanılmasına dair görüntülər yayılır. Burada diqqətçəkən əsas məqam ilk yoxlamadan sonra situasiyanın dəyişməsidir.

İki həftə öncə ermənilərin pasportları ilk dəfə yoxlanılanda reaksiya fərqli idi: pasportu yoxlanılan ermənilər narazı görünür, o cümlədən, rəsmi İrəvan, Xankəndidə qalan separatçılar və beynəlxalq aləmdə ermənipərəst dairələr buna etiraz edirdi; daha sonra yoxlamalarla bağlı yayılan görüntülərdə fərqli mənzər müşahidə edilir;

Son görüntülərdə nə var?

1. Azərbaycan sərhədçiləri mədəni qaydada ermənilərlə təmaslar qurur;

2. İlk yoxlamadan fərqli olaraq, ermənilərin aqressiyası və narazılığı hiss olunmur;

3. Postu keçən ermənilər prosedur qaydalarına razılıqla əməl edirlər: onların hansısa etirazı gömrük prosedurlarının dəyişməsi ilə nəticələnməyəcək, lakin məsələ bu qaydalara hansı əhval-ruhiyyədə əməl etmələridir;

Bu mənzərədən birdən çox nəticə ortaya çıxır:

Birincisi, erməni əhalisi reallıqla barışır və bölgədə hərəkət etmək üçün Azərbaycan qanunvericiliyinə tabe olmaqdan başqa çıxış yolunun olmadığını görürlər;

İkincisi, Qarabağın Azərbaycan ərazisi olduğu, Azərbaycan qanunlarına tabe olmadan burada yaşamaq perspektivinin olmadığını əyani şəkildə müşahidə edirlər;

Üçüncüsü, ermənilər azərbaycanlılar haqda anti-təbliğatın doğru olmadığına öz gözləri ilə şahid olurlar;

Bütün bunlar erməni əhalisinin reinteqrasiya prosesinə münasibətinin də müsbət yöndə dəyişməsi perspektivini yaradır. Qarabağdakı separatçılar əhalinin reinteqrasiyasına mane olmağa çalışsa da, Laçın postundakı yoxlama prosesini ümumilikdə erməni əhalisi ilə təbii təmasın yaranması da hesab etmək olar. Bu, Xankəndi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi digər ərazilərə nəzarətin bərpa olunması istiqamətində mühüm addımdır.
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev atasının əsas vəsiyyətlərindən birini yerinə yetirdi: Qarabağı vətənə qaytardı.

Bunu "Report"un Rusiya bürosuna Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, “LDPR” partiyasının lideri Leonid Slutski bildirib.

Deputat qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatını, sosial siyasətini, logistika infrastrukturunu gücləndirmək yolu ilə inamla gedir: “Azərbaycan Rusiya üçün etibarlı strateji tərəfdaşdır”.

O qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanla fəxr edə bilərdi: “Azərbaycanın dahi oğlu Heydər Əliyevin anadan olmasından 100 il keçir və bu gün o, oğluna baxaraq, gördüyü işlərlə fəxr edə bilər. Azərbaycan postsovet məkanından çox-çox kənarda çiçəklənən iqtisadiyyata malik, enerji asılılığı olmayan müstəqil dövlətə çevrilib”.
 

Dünyapress TV

Xəbər lenti