Ardını oxu...
Ermənilər artın bir neçə müddətdir Qafandakı aeroportun işləməməsi, daha doğrusu, işləyə bilməməsinin “günahkarı”nı axtarırlar. DİA.AZ JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, məsələnin ilk başında Ermənistan hakimiyyətini ittiham edən ermənilər, bir müddətdir hədəf olaraq Azərbaycanı göstərirlər.

Onlar iddia edirlər ki, Qafan hava limanının işləməməsinin səbəbkarı Azərbaycandır. Bunun onunla “əsaslandırırlar” ki, guya, Azərbaycan Qafan hava limanının cəmi 200 metrliyində post qurub və oradan təyyarələrin uçuşuna mane olur. Lakin bu maneçiliyin nə cür həyata keçirildiyi deyilmirdi. Amma iki həftədir həmin “maneçiliyi” tapıblar.

Belə ki, erməni tərəfi iddia edir ki, Azərbaycan davamlı olaraq Qafan aeroportunu atəşə tutur. Hətta dünən guya, Azərbaycan Ordusu Laçın rayonun Ağkənd kəndi istiqamətində aeroporta atəş açıb. “Üç güllədən ikisi hava limanının gəliş zalı və dispeçer otaqlarına dəyib. Nəticədə, əmlaka ziyan vurulub”.

Aydın məsələdir ki, bütün bunların hamısı yalandır. Çünki Azərbaycan hələ 44 günlük müharibə zamanı, Gəncə, Mingəçevir, Bərdə və Tərtər rayonları raketlə vurulan zaman ermənilərin heç bir mülki obyektinə adekvat zərbə endirmədi. Çünki Azərbaycan Ordusu üçün legitim hədəflər yalnız və yalnız hərbi obyektlərdir. Ona görə də, ermənilər özləri müxtəlif təxribatlar törədərək, günahı Azərbaycanın üzərinə atmağa çalışırlar.

JAMAZ.İNFO xəbər verir ki, ermənilərdən bəziləri “çıxış yolu” da tapıblar. Onlardan biri politoloq Edqar Elbakyandır. O “təklif” edir ki, Ermənistan dərhal Laçın rayonunu “azad etməli”dir. “Ermənistan ordusu vaxt gözləmədən Laçını götürməlidir. Nə qədər ki, Laçın götürülməyib, Ermənistana və Zəngəzura dinclik olmayacaq”.

P.S. Bu “ağıl torbaları”na başa salmaq lazımdır ki, daha o dövrlər keçdi, o əyyamlar bitdi. İndi nə Azərbaycan həmin Azərbaycandı, nə də Ordumuz həmin Ordudur. Əgər Laçın tərəf hər hansı təxribata əl atarsalar, onun cavabını layiqincə və lazımınca alarlar. Necə ki, digər ərazilərimizdə ermənilər törətdikləri təxribatın cavabının qat-qat artığını alırlar.
Ardını oxu...
“Müharibə bitməyib, sadəcə olaraq atəşkəs rejimidir. Vəziyyət ağırdır. Amma yol açılsa, inteqrasiya prosesi həyata keçirilə bilər”. DİA.AZ Jamaz.info-ya istinadla xəbər verir ki, bunu erməni ekspert, ehtiyatda olan ordu polkovniki Hayk Nahapetyan “Faktİnfo”ya deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas hədəfi Qarabağdakı Ermənistan silahlı qüvvələrini tam tərksilah etməkdir. “Əgər bunu edrələrsə və Qarabağdakı bütün strukturlar ləğv olunarsa, Bakı-Xankəndi dialoqu olacaq. Lakin burada vacib bir detal odur ki, Azərbaycanın planlarını ləngidən başlıca amil Rusiya sülhməramlı qüvvələri ilə fikirlərin üst-üstə düşməməsidir”.

Nahapetyan deyir ki, Laçında Sərhəd Buraxılış Məntəqəsinin qurulması Laçın yolunun dəhliz statusunu itirməsi deməkdir. “Keçid məntəqəsi ona görə yaradılıb ki, Azərbaycana asanlıqla Dığ kəndi ərazisindəki yüksəklikdə döyüş bazaları qursun. Həmin yüksəkliklər keçid məntəqəsinə nəzarət edir”.

Erməni ekspert Fransanın son zamanlar aktivliyinə də toxunub. “Son iki ildə Fransa Azərbaycanla qaz və neft müqavilələrinin sayını artırıb. Məhz Fransa idi ki, onun hərbi peykləri 44 günlük müharibə zamanı hava döyüşlərini idarə edərək Azərbaycan Hərbi Hava Qüvvələrinə məlumat ötürdü. Azərbaycan Fransanın maraqlarına xidmət edən mühüm tərəfdaşdır. Fransa yeganə ölkədir ki, enerjisi nüvə stansiyalarında istehsal olunur, xammalı isə urandır. O xammal əvvəllər Nigerdən gəlirdi, indi yəqin ki, uran satan Qazaxıstandan alacaqlar. Həmin uran Qazaxıstandan Azərbaycana, sonra Ermənistandan Sünik vasitəsilə Naxçıvana, ondan sonra Türkiyəyə, Qara dəniz vasitəsilə Avropaya daşınacaq. Fransa atom elektrik stansiyaları üçün xammal almaq üçün ən qısa yola sahib olmaq istəyir. Yəni, “Zəngəzur dəhlizi”ndən faydalananların sayı bir nəfər artıb”.

Nahapetyan qeyd edir ki, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirmək niyyətindən çəkilməyib. “Azərbaycanlılar sülhməramlılarla münaqişəsiz Qarabağ ərazisinə daxil olmağı, hərbi obyektləri, şəxsi heyəti tez bir zamanda ələ keçirməyi və hərbi texnikanı məhv etməyi planlaşdırırlar”.
 
Ardını oxu...
Əgər Xankəndindəki Rusiyanın hər mənada saxladığı qondarma rejimin üzvlərinin istefası, “elita” dəyişməsi Azərbaycanla razılaşdırılıbsa, rəsmi Bakı bu məsələni əsas oyunçularla müzakirə edibsə, lap yaxşı, adı terrorçular siyahasında olanlarla rəsmi Bakı erməni icması nümayəndələri kimi (ancaq bu statusda) görüşə bilməz-görüşməz, bu gələcəkdə baş tutacaq görüşlərin təməlidirsə, xeyrimizədir.
Yox, əgər bu Kremlin öz əlində olan “kartları” yenidən “paylamaq” cəhdidirsə (Xankəndində Rusiyanın nəzarətində olmayan heç bir şəxs yoxdur), bu məsələ İrəvana qədər uzana, Ermənistanda çevrilişə yol aça bilər. Sabah İrəvanda Köçəryan və Sarkisyanın iştirakı ilə mitinq olacaq - əgər bu dəfə Moskvanın əlində olan “Qarabağ klanı” ciddi dalğa yaradıb Paşinyanı devirsələr, bu günə qədər olan bütün anlaşmalar bitə bilər. Paşinyanın, “Qababağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, kimi vacib bəyanatı kağıza köçürülmədən uçub-gedəcək. Zaxarovanın həyasızcasına verdiyi, “bütün problemlər Paşinyanın Azərbaycanın ərazi bötövlüyünü tanımasından qaynaqlanır”, bəyanat da buna sübutdur ki, Kreml növbəti dəfə Ermənistanda hökumət dəyişikliyinə cəhd edəcək.
Əgər bu ssenari baş tutsa, bu heç də yaxşı bir gedişat deyil, danışıqlar “silbaşdan” moduna keçsə, Azərbaycanın ziyanınadır. Ona gərə də, rəsmi Bakının haqlı, hüquqi addımlarla Ermənistanı, Xankəndindəki qondarma rejimi sıxması doğru olsa da, çox sıxıb indi “sorvat” eləmək də olmaz – təzyiqlərin dalğalarını, zamanlamasını, gücünü düzgün ayarlamaq lazımdır...
Natig Cəfərli
Teref.az
Ardını oxu...
Qeyri-hökumət təşkilatları (QHT) ermənilərin Sərsəng su anbarında yaratdığı ekoloji terrorla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınalıqlarının qurbanına çevrilib:

“Biz buna etiraz edirik! Sərsəng su anbarı təyinatı üzrə istifadə olunarsa, 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb oluna bilər”.

“Ermənistan törətdiyi digər ekoloji cinayətlər ilə yanaşı, Sərsəng su anbarının qanunsuz istismarı və ekoloji terror aləti kimi istifadəsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurduğu böyük zərərə görə Azərbaycan dövlətinə təzminat ödəməlidir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində ekoloji terroru davam etdirənlər Azərbaycan Respublikasının ədalət mühakiməsinə cəlb edilməlidirlər. Biz Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müraciət edirik ki, Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar mümkün olan bütün tədbirlər həyata keçirilsin! Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntülərinin Azərbaycana qarşı ekoloji terror fəaliyyəti dərhal dayandırılmalı və Sərsəng su anbarının idarəçiliyi Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına təhvil verilməlidir”, - sənəddə vurğulanıb.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Araik Arutunyanın "istefası" Qarabağdakı xaosun qarşısını ala bilməyəcək. Onun “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək. Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək.
Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməliyik!
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Qarabağdakı separatçılar növbəti dəfə revanşist düşüncələrini ortaya qoyublar. Bu barədə qondarma parlamentin “spiker”i David İşxanyan yazıb. O iddia edib ki, “Qarabağın təhlükəsizlik zəmanəti” “müdafiə ordusu”dur.
“Artıq islahatlara başlamışıq. Biz döyüşü uduzmuşuq, müharibəni yox. Biz hazırlaşırıq”, – o qeyd edib.
TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən hərbi ekspert Alparslan İmamqulu bildirib ki, bölgədə hər hansı bir əməliyyatı başladacaq qüvvə varsa, o da Azərbaycandır. Ölkəmiz hazırda bölgədə antiterror əməliyyatlarını davam etdirir:
"Antiterror əməliyyatı dedikdə burada yalnız silah gücünə olunan əməliyyatlar nəzərdə tutulmur. Antiterror əməliyyatlarının çeşidlərinə baxsaq, burada yalnız silah gücünə deyil, digər vasitələrlə də icra olunan çoxşaxəli əməliyyat növlərinin olduğunu görmüş olarıq. Qarşı tərəf sadəcə bu cür əməliyyatların olmasından və hər keçən gün bu əməliyyatların genişmiqyaslı xarakter almasından narahatdır".
Ekspert vurğulayıb ki, hazırda Azərbaycan bölgədə yerləşən terrorist qüvvələri zərərsizləşdirməklə məşğuldur. Ölkə sərhədləri daxilində təhlükəsizliyin təmin edilməsi qarşıya qoyulan başlıca məqsəddir və durmadan bu istiqamətdə işlər görülür: "Zaman və dövr artıq dəyişib. Bölgədəki nəzarət tam olaraq bizim əlimizdədir. Bu səbəbdən də edilən bu pafoslu çıxışlar heç bir önəm kəsb etmir. İstədikləri qədər hazırlandıqlarını desinlər, nəticə dəyişməz olaraq qalacaq. Azərbaycan haqq yolundadır və sərhədlərimiz daxilində yerləşən terrorist qüvvələr tamamilə zərərsizləşdirildikdən sonra sıra şərti sərhədlərimiz ötəsində olan terrorist qüvvələrə də gələcəkdir".
 
Ardını oxu...
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ağdam-Xankəndi yolundan video-paylaşım edib.

APA xəbər verir ki, səfir yazıb:

“Fərruxdayıq. Xocalı, Ağdərə, Xankəndi göründü!”

Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yüklərinin yerləşdiyi məntəqəyə gediblər.
Ağdam-Xankəndi yolunu bağlayan erməni silahlıları haqqında məlumatlar yayıldıqdan sonra separatçı media onların üzünü örtməyə başlayıb.

TEREF.AZ Ölkə.Az-a istinadla xəbər verir ki, həmin şəxslərin kimliyi barədə informasiyanı ermənilərin də izlədiyi rusdilli yerli “Bez tormozov” teleqram kanalı sızıdırıb.

“Gec-tez Qarabağdan Laçın SNB vasitəsilə getməli olacaqlar, orada bir-bir tutulacaqlar. Ona görə də teleqram komandası sızdırmasın deyə, üzlərini ört-basdır edirlər. Bütün bunlar qorxurlar!”, - deyə kanal yazıb.

Xatırladaq ki, artıq iki gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.

Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Bir qrup erməni separatçılar, həmçinin Xənkəndidəki təxribatçı Ruben Vardanyanın təşkilatçılığı ilə ayaqlanan quldurlar prosesi əngəlləməyə çalışır. Onlar hətta rus sülhməramlılara hücum ediblər. Həmin şəxsin azərbaycanlı olduğunu düşünüblər.

Bütün bu proseslər quldur rejimin, İrəvanın və havadarlarının “blokada”, “aclıq”, “humanitar böhran” kimi yalanlarını ifşa etmiş olur.

 
Ardını oxu...
Bir qrup erməni növbəti dəfə rus sülhməramlılarının yolunu kəsib.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər və məlumatlar sosial şəbəkələrdə yayılıb. Ermənilər Xocalı aeroportu istiqamətində Rusiya sülhməramlılarının qarşısını kəsiblər və onların lazımı vasitələri almaq üçün Ağdama getmələrinə icazə vermirlər.
Həmin görüntüləri təqdim edirik:

         
Ardını oxu...
“Ağdam-Xankəndi yolu bağlı qalacaq, qərar yekdilliklə qəbul edilib”.

Qondarma rejimin “parlament”inin sədri David İşxanyan bu gün keçirdiyi mətbuat konfransında belə açıqlama verib. Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvafiq nəzarət-buraxılış məntəqəsi qurulub, post-patrul xidmətinin müvafiq məntəqəsi də var.

“İctimaiyyətimizə və bütövlükdə dünyaya çatdıra bilərəm ki, bəli, bu yolun bağlı saxlanılması, istifadə edilməməsi ilə bağlı dəqiq qərar var. Cəmiyyətimiz bu məsələyə inamsızlıq və fərqli şərhlər verməyə meyilli olmamalıdır”,-İşxanyan belə deyib.

Beləliklə, Qarabağdakı ermənilər Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməkdən imtina edib. İndi nəzərlər rəsmi Bakının atacağı addımlara yönəlib. Azərbaycan Qarabağdakı erməni əhali qrupuna 40 ton un göndərsə də, separatçı rejimin təsiri və təzyiqi nəticəsində ermənilər bu yardımın qəbulundan imtina etdilər.

Artıq məsuliyyət ermənilərin üzərinə düşür və Azərbaycanı “humanitar böhran” yaratmaqda ittiham etmək üçün hər hansı əsas qalmır. Belə olan halda, Azərbaycanın hansı addım atacağı gündəmə gəlib. Çünki Azərbaycan ya yüklərin erməni sakinlərə çatdırılmasında israr edib dialoqu davam etdirə, ya da yardımın çatdırılmasında əsas maneə olan terrorçu dəstələrə qarşı hərbi zərbələr endirə bilər.

TEREF.AZ-ın məlumatına görə, politoloq Zaur Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, yaxın on gün ərzində vəziyyətə aydınlıq gələcək. Hətta Azərbaycan antiterror əməliyyatına başlaya da bilər:

“Məsələ yalnız Qarabağdakı ermənilərin humanitar yükü alıb-almaması ilə bağlı deyil. Ümumiyyətlə, separatçıların taleyi ilə bağlı ciddi qərarlar qəbul ediləcək. Hesab edirəm ki, bununla bağlı müxtəlif istiqamətlərdə, və ayrı-ayrı regional dövlətlərlə kommunikasiyalar davam edir. Mövcud vəziyyət göstərir ki, hadisələr gərginləşməyə doğru gedir. Əgər müsbət qərar çıxarılarsa, vəziyyət yaxşıya doğru dəyişə bilər. Əlbəttə, ermənilərin əsas məqsədi separatçılığı davam etdirməkdir. Bu məsələdə onlara müəyyən beynəlxalq qüvvələr də kömək edir.

Ancaq bu, uzun müddət davam edə bilməz. İndiki proseslər ona gətirib çıxartdı ki, ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqlarına ciddi zərbə endirildi. Ermənistan danışıqları demək olar ki, kənara atıb. Bundan iki çıxış yolu var. Ya sülh danışıqları yolu ilə nəticə əldə edilməli, ya da güc yolu bu məsələ öz həllini tapmalıdır”.
 

Dünyapress TV

Xəbər lenti