Qarabağda separatçı erməniləri qızışdıran, davamlı olaraq təxribatçı çıxışları ilə diqqət mərkəzində olan Rusiyanın kuklası Ruben Vardanyan bölgədə yaşayan ermənilərə müraciət edib. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu dəfə o, Qarabağda qalmaqdan və kilsə tikməkdən danışıb.
O özünün Teleqram kanalında yazıb ki, kilsə tikmək lazımdır. “Heç nə etmək mümkün olmayan kimi görünəndə nə edirsiniz? Məbədlər tikin! Benzin yoxdu? At sürəcəyik, gəzəcəyik. Əlaqə yoxdur? Gəlin kağız üzərində məktublar yazaq. Yemək olmasa, son çörəyi də bir-birimizlə bölüşəcəyik. Biz daha güclü olmağı bilirik. Oksigen olmasa belə, biz burada qalacağıq”.
Vardanyan bildirib ki, onlar Qarabağda yeni kilsə tikməyi qərarlaşdırıblar: “Bu gün biz qərara gəldik ki, 7-ci əsrdə əsası qoyulmuş Müqəddəs Hakobavank məbədini bərpa edək. Çılpaq əllərlə, əcdadlarımızın etdiyi kimi – avadanlıqsız, yanacaqsız, mövcud ənənəvi materiallardan. Bütün insanlar – hər birindən qabiliyyətinə görə. Biz müqəddəs Akobavankın ruhani keşiş Ovannes Hovhannisyanla razılaşdıq ki, hamını bu işdə iştirak etməyə çağıracağıq. Bu tikintidə hər kəsin yeri olacaq. Biz ziyarətgahlarımızdan inanılmaz güc alırıq. Bunlar bizim kökümüzdür! Budur əcdadlarımızın ruhu, burada bizim həyat gücümüz, burada hər şeyimiz var. Bu bizim torpağımızdır, bura bizim havamızdır! Bunlar bizim dağlarımızdır! Məbədlər və yollar tikəcəyik, uşaqları böyüdəcək və öyrədəcəyik. Biz burada yaşayacağıq! Qarabağı sona qədər müdafiə edəcəyik! Monastırın bərpası ilə bağlı işlərə iyulun 28-də başlanacaq. Hər kəsi Stepanakertdəki Bizim Dağlar Mərkəzində (David Sasuntsi 2) gözləyirik”.
P.S. Vardanyan ənənəvi erməni nağıllarından daha birini danışıb. O, yenə də erməniləri anlaşmaya, Azərbaycanın tərkibində yaşamağa yox, təxribata çağırıb. Elə zənn edir ki, kilsə tikməklə, belə davranışlarla nəsə əldə edəcəklər. Bu sarsaq deyir ki, Qarabağ üçün mübarizə aparacaqlar. Nəynən? Hansı güclə və imkanla? Bu qədər sarsaqlığı yerə qoyub, ağıllı başla düşünsəydi, indi nə bu problemlər var idi, nə də bir erməninin belə burunu qanamamışdı. Görünür, Vardanyan Kremldəki havadarlarının əli ilə bir qədər də erməni qanı tökməyi qarşısına məqsəd qoyub.
“Ermənilərin Azərbaycana qarşı hər gün yeni iddialarını, saymazyana, meydan oxurcasına xüsusi siyasi ambisiyalı çıxışlarını, bəyanatlarını görməmək mümkün deyil. Azərbaycan türklərinə nifrət dolu münasibət, bizim xoş məramlı, humanitar addımımızı düşməncəsinə qarşılamaq - son günlərin əsas mövzusudur. Bu mənzərə situativ formadan çıxaraq strateji xarakter almağa başlayır və Qarabağ hadisələrinin başlandığı ilk illərdəki erməni iddialarından mahiyyət etibarı ilə fərqlənmir, çünki o illərdə olduğu kimi, Rusiya yenə də separatçıların arxasında, yanında, önündədir”.
Teref.az AzPolitika-ya istinadla xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Qarabağ ətrafında yaranmış son durumu şərh edərkən bunları deyib.
Onun sözlərinə görə, ermənilər Şarl Mişel başda olmaqla Qərbi də hədəfə alıblar, Rusiyaya xoş görünmək üçün Qərbi hədəfə almaq ermənilərin işinə yarayır və Rusiya XİN-in Azərbaycana qarşı yönəlik son bəyanatı buna sübutdur.
“Rusiya artıq yerdəki adamlarına xüsusi təlimatlar göndərir və bu onların çıxışlarında aydın görünür”, - deyə ekspert vurğulayıb.
İ.İsmayıl Ruben Vardanyanın bir ildir Qarabağ ərazisində olduğunu xatırladır: “Hərbi kontingentlə kifayətlənməyən Rusiya zəngin və şovinist Vardanyanı siyasi perspektivlə təlimatlandıraraq Qarabağ ərazisinə göndərib. Vardanyanın dediklərinə bəlkə də diqqət yetirməmək olardı, onsuz da erməninin terrorçusu, katolikosu, prezidenti, baş naziri, sıravisi hər gün Qarabağ barədə nəsə danışır, amma Vardanyan danışanda, deməli, Kreml danışır. Ona görə də, bəzi məqamlara nəzər salmağı məqsədəuyğun hesab etmək olar. Vardanyanın dünən “FB” səhifəsində yazdıqlarının tezis şəklində Kremldən göndərildiyinə şübhə olmasın”.
Bəs Vardanyanın dili ilə Moskva hansı tələblərlə, ideyalarla çıxış edir?
Təhlükəsizlik eksperti bunları qeyd edib: “Vardanyan “humanitar hava dəhlizinin” açılmasının birinci dərəcəli əhəmiyyət kəsb etdiyini deyir. Və məhz bu hava yolu ilə BMT-nin və başqa beynəlxalq təşkilatların Bakıdan yan keçməklə Xankəndinə gəlməsini, kömək göstərməsini tələb edir.
Ağdam-Əsgəran yolundan istifadə etməklə humanitar məqsədlərdən imtina edən ermənilərə bizim nəzarətimiz olmayan heç bir hava dəhlizi açmağa yol vermək olmaz. Onsuz da ruslar son günlər çox intensiv şəkildə helikopterlər vasitəsilə Qarabağdakı qanunsuz erməni silahlı qüvvələrinin təminatını həyata keçirir. Əgər hava dəhlizinə icazə verilsə, Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin mənası qalmaz. Xocalı hava limanı o zaman açıla bilər ki, ora birbaşa Azərbaycan nəzarət edəcək, gediş-gəliş, daşınan yüklər, Laçın yolunda olduğu kimi bizim filtrasiyadan keçəcək. Rusiya özünü hədəfə gətirməmək üçün Azərbaycana təkbaşına deyil, beynəlxalq güclərin vasitəsilə təzyiq planlaşdırır və Vardanyanın dili ilə bildirir ki, “Vaşinqton, Paris, Moskva vasitəçi kimi Azərbaycana təzyiq etməlidir ki, situasiyada dəyişiklik yaransın”.
Bir az da irəli gedərək tamam yeni oyunçunun – Çinin də sülhməramlı kontingentlə bölgəyə cəlb edilməsini vacib bilir. Ermənilərin fantaziyasına görə planetdəki dövlətlər, xüsusilə qlobal güclər bütün problemlərini, işlərini unudub yalnız Qarabağ ermənilərinin maraqları ilə məşğul olmalıdırlar. BMT Ukraynanı unudub ruslara beynəlxalq mandat verməlidir. Adam olsaydılar, deyilərdi ki, BMT-nin, dünyanın Rusiyanı işğalçı kimi gördüyü bir vaxtda adı çəkilən dövlətlərdə, qurumda necə Rusiya sevgisi ola bilər ki, dünyanın ən aqressiv ölkəsinə sülhməramlı mandatı versin?”
İlham İsmayıl hesab edir ki, Azərbaycanı ermənilərə nifrət təbliğatı aparmaqda ittiham edənlərə sonuncu hərəkətlərini xatırlatmaq lazımdır: “Ağdam yolundan istifadə etməklə minimum qida problemlərinin həll olunmasına etiraz edərək yola beton plitə döşəyən, “biz düşmən qapısına getmərik” şüarı ilə çıxış edən erməni daha çox bizə nifrət təbliğatı aparır, yoxsa 30 ildən çox müddətdə torpaqlarını işğal etmənizə baxmayaraq, sizə xoş məram nümayiş etdirib humanitar yol təklif edən Azərbaycan?
Hələ cinayətkar, Xocalı qatili Samvel Babayan da dünən təklifləri ilə bir az da qabağa gedib, birbaşa BMT-yə müraciət edərək Azərbaycanın bu təşkilata hansı ərazi ilə daxil olmasına yenidən baxılmasını xahiş edir. Yəni bunların ağlından keçən odur ki, BMT Azərbaycanın ərazi bütövlüyündən imtina edib, Qarabağı sinidə ermənilərə hədiyyə etsin. Erməni qatil BMT-nin yaxasını yalnız bu absurd xahişlə buraxmır, Qarabağda beynəlxalq təminatlı sülhməramlı mandatın təmin edilməsini də istəyir. BMT xətti həm Vardanyanın, həm də Babayanın planında təsadüfən səslənmir, çünki tezislər eyni mənbədəndir. Təbii ki, Rusiyaya müraciət heç yaddan çıxmır və Rusiyadan yaranmış situasiyaya müdaxilə etməyi xahiş edir. Bütün dünya ermənilərini də yaddan çıxarmadan ümumi mübarizəyə səsləyir. Azərbaycanı intensiv olaraq hədəf göstərməkdə əsas məqsəd Laçın yolunun açılması, nəzarət məntəqəsinin ləğv edilməsidir. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, hətta yol açılmasa, sərbəst gediş-gəlişə şərait yaradılmasa danışıqları dayandıracaqları ilə hədələyir”.
Ekspert vurğulayır ki, Azərbaycan bu hücumları zərərsizləşdirmək üçün özü hücum diplomatiyasına başlamalı, tələblərin reallaşma mexanizmini şərt olaraq göstərməklə qarşı tərəfi müdafiə mövqeyinə çəkilməyə məcbur etməlidir.
“Məsələn, erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa 10 gün vaxt verməklə. Ermənilərin yenidən dərsi verilməsə, şirnikib iddialarını reallaşdırmaq üçün Rusiya ilə birlikdə Qarabağda təxribatların miqyasını böyüdəcəklər”, - deyə İlham İsmayıl qeyd edib.
Onun sözlərinə görə, danışıqlar prosesi real nəticələrlə yekunlaşmır, əksinə, sadə, pozitiv bir fikir belə Ermənistan və Rusiya tərəfindən süngü ilə qarşılanır: “Perspektiv Brüssel, Qranada görüşlərindən sonra da eyni reaksiyaların şahidi olacağıq. Rusiyanın qeyri-konstruktiv mövqeyi, ermənilərin revanşist çağırışları, Qərbin yumşaq tərzi Azərbaycanın 2025-ci ildə Xankəndi və ətrafına dövlət nəzarətini bərpa edəcəyini şübhə altına alır. İki il səkkiz ay ərzində bir sıra taktiki və sərhəd-buraxılış məntəqəsi ilə strateji uğurlar qazansaq da, məsələnin yekun nöqtəsinin vurulmaması bu gedişlə vəziyyəti mürəkkəbləşdirir. Düzdür, buna birmənalı qiymət vermək mümkün deyil və ən azı Rusiya-Ukrayna müharibəsinin perspektivdə hansı beynəlxalq şəraiti yaratmasından çox məsələlər asılı olacaq. Amma biz qeyri-müəyyən gələcəyə deyil, bu günə hesablanan və real nəticələr verəcək siyasi, hərbi addımlar atmalıyıq. Düşməni və havadarını müdafiəyə çəkilməyə məcbur edib, Qarabağın qalan hissəsində suveren hüquqlarımızı bərpa etməliyik...”
İ.İsmayıl sual edir: “Niyə erməni silahlı qüvvələrinin çıxarılmasına vaxt qoyub xəbərdarlıq etmirik? Əgər bu tələbimiz keçmirsə, növbəti tələbimiz daha sərt və konkret olmalıdır. Məsələn, sabah elan edirik ki, Azərbaycan dövlət strukturları 10 gündən sonra Xankəndinə daxil olacaq və legitim hakimiyyət strukturları fəaliyyətə başlayacaq. Rusiya silahlı qüvvələri də iki toplum arasında asayişi, təhlükəsizliyi təmin edəcək. Yəni, gəlirik! Başqa bir təklif: keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların Şuşa-Xankəndi, Ağdam- Əsgəran, Tərtər-Ağdərə istiqamətində aksiyasını təşkil etmək, “evimizə qayıdırıq” şüarları ilə fasiləsiz etiraz aksiyasına başlamaq. Erməni razı olmayacaq, Rusiya sülhün yaranmasını tez hesab etdiyi kimi, Azərbaycanın da dövlət nəzarətinin bərpasını Lavrovun sözləri ilə “hələ tezdir, bu məsələni gələcək nəsillər həll edərlər” cavabını verəcək. 27 sentyabr 2020-dək də belə siyasət yeritdilər, indi biz də tarixdən dərs götürüb deməliyik ki, zor-xoş, biz öz torpaqlarımızda dövlət nəzarətimizi yaradırıq. Ermənilər istəsələr qalsınlar, istəməsələr, yol açıqdır. Bir sözlə, 2025-ci ili gözləmədən ən yaxın hədəf Xankəndi olmalıdır!..”
“Qərbin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqlarından sonra onların Qərb proqramını addım-addım irəlilətməyə çalışdıqları nəzərə çarpır. Yəni, Qarabağ statussuz və Rusiya sülhməramlıları olmayan Azərbaycanın bir hissəsidir”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözləri siyasi texnoloq Armen Badalyan deyib.
O bildirib ki,Brüsseldə irəliyə doğru daha bir addım atılıb. “Biz bu addımı onunla qiymətləndirə bilərik ki, Aİ-nin yüksək rütbəli rəhbəri Qarabağın erməni əhalisini, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi qeyd edib və Azərbaycandan humanitar yardımını ala biləcəyini qeyd edib. Bundan sonra Ermənistandan Laçın vasitəsilə Qarabağa yox, Ağdamdan Xankəndinə gedən yolla yardımlar daşınacaq”.
Badalyan Laçın dəhlizini açmaq üçün “yol” da fikirləşib. O deyib ki, bunun bir yolu var, o da mitinqlər təşkil etmək və ardından hücumlara başlamaq. “Əvvəlcə mitinqlər təşkil edib, Qarabağdakı rəsmiləri istefaya göndərmək lazımdır. Ardından Qarabağda problemi olan adamı seçmək və onu başa gətirmək lazımdır. Yeni təyin olunan “pörezident” isə güc strukturlarının rəhbərlərini dəyişməli, ardından isə zorla yolu açıb, bütün Laçını nəzarətə götürməlidir”.
P.S. Ermənilər hələ də anlamırlar ki, onların Azərbaycan Ordusuna qarşı döyüşmək imkanları yoxdur. Əksinə, bu gün üzük qaşı kimi, əhatəmizdədirlər. İstənilən təxribata isə ən sərt formada cavab verilir ki, bunun da əyani sübutlarından biri iyunun son günlərində ermənilər də gördülər. İndi bu ağıldankəmlər hansı qüvvə və güc ilə müharibə etmək fikrindədirlər? Əgər 90-cı illərdəki hava başlarında qalısa, o zaman ağıllı olmaları daha məsləhətdir. Çünki indi 90-cı illər deyil.
İyulun 18-dən 19-a keçən gecə Azərbaycan Respublikasının faktiki 32-ci ildir ki, Rusiyanın nəzarətində qalan Xankəndi şəhərində separatçı-revanşistlərin təşkil etdiyi oturaq etiraz aksiyası davam edib.
DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, separatçı-terrorçu rejimin üzdəniraq "dövlət naziri" Qurgen Nersisyan öz "Facebook" səhifəsində fotolar dərc edərək yazıb:
“Bu dəqiqə Stepanakertin Dirçəliş meydanı ümumerməni oyanışını gözləyir..."
Xatırladaq ki, iyulun 17-i gecə saatlarında baş separatçı Araik Arutyunyan Qarabağdakı hayklara müraciət edərək onları Laçın yolunun "bağlı qalması"na etiraz olaraq Xankəndində fasiləsiz oturaq aksiya keçirməyə çağırıb. Bundan sonra o, meydanda qurulmuş çadırlardan birinə daxil olub...
Qeyd edək ki, Xankəndindəki etirazçılar arasında seaparatçı-terrorçu rejimin qanunsuz "polis" əməkdaşları da görünür...
P.S. Deyəsən, artıq Azərbaycan polisinin öz ləyaqətini Xankəndində göstərməsinin vaxtı çoxdan çatıb...
Separatçıların əski parçasının Xocalı aeroportundan asılması faktı nə birinci, nə də ki sonuncudur. Rus sülhməramlıları həmişə Rusiya bayrağı ilə separatçıların əski parçasını yan-yana saxlayıb. Bu, əslində dünyada Rusiyaya separatçılara olan dəstəyinə görə verilən titulun mahiyyətini təsdiqləyir. Dəfələrlə rus sülhməramlılarının komandanı separatçıların əski parçasının altında oradakı terrorçularla görüşüb. Ona görə də, onların bu davranışına çox da təəccüblə yanaşmaq lazım deyil. Bu, onların xarakteri ilə bağlıdır.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, burada Rusiyanın məqsədi bölgədə separatizm meyillərinin daha da genişlənməsindən ibarətdir:
“Baş separatçı Araik Arutyunyanın məhz bu müstəvidə demarşlar etməsi də təəccüblü deyil. Əslində Arutyunyanı Qarabağda saxlayan elə sülhməramlılardır. Çünki o, buradan gedən kimi oradakı işləri pozulacaq. Rusiya da bunu istəmir. Onların istəyi Arutyunyanın Qarabağda qalmasıdır. Hətta onun sonuncu dəfə İrəvana getmək istəyi belə rədd edilib. Sülhməramlılar ehtiyat edir ki, o, Qarabağdan getsə geri qayıtmayacaq. Ona görə də, baş separatçının qızlarını Xocalıdakı aeroportdan yola salıblar. Bunun ardınca onun digər ailə üzvlərini İrəvana göndəriblər”.
Polkovnik hesab edir ki, Arutyunyanın İrəvanda peydə olması böyük səs-küy yaradacaq:
“Faktiki olaraq Azərbaycan əraziyə helikopterlərin uçuşuna qadağa qoyacaq. Digər bir məlumatda Azərbaycanın helikopterlərin uçuşuna speratçıların istifadəsi qadağan olunması şərti ilə razılıq verdiyi deyilir. Bu da baş verən proseslərin mahiyyətini göstərir. Çünki Azərbaycanın şərti o olub ki, separatçılar həmin helikopterlərdən istifadə etsə, onlar yerə salınacaq”.
Üzeyir Cəfərova görə, əslində separatçıların son fəallığı Rusiyanın yaratdığı şoudur:
“Onlar separatçıların maraqlarına diqqət çəkmək istəyir. Araikin çadır qurması, Azərbaycana hədə dolu mesajlar göndərməsi sülhməramlıların təşviqi ilə baş tutur. Bunun fonunda isə separatçıların olduğu yerlərdən və Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bu da gərginliyin artan xətt üzrə davam etdiyini göstərir”.
"Qarabağ Ermənistan üçün prioritet deyil və Azərbaycanın hissəsi kimi tanıyır" Bərdə-Ağdam-Xankəndi marşrutunun işə salınması Brüsselin danışıqlar gündəliyinə təsadüfi daxil edilməyib. Bu sözlərin müəllifi erməni politoloq Vladimir Martirosyandır. Politoloq deyib ki, Paşinyan danışıqlarda Ermənistanın maraqlarını təmsil etmir. TEREF.AZ-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazdə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bərdə, Ağdam, Xankəndi yolun açılması Azərbaycanın təklifidir və artıq bu danışıqlar prosesinə qatılıb, Avropa Birliyi tərəfindən qəbul edilib. Çünki artıq Azərbaycan Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurduqdan sonra demək olar ki, Ermənistanla və sərhəddə nəzarəti həyata keçirir.
Politoloq hesab edir ki, Azərbaycan reinteqrasiya siyasətinə maraqlıdır. Və çalışır ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına nail olsun. Azərbaycan bu istiqamətdə siyasət ortaya qoyub.
“Ermənistan baş naziri Nikol Paşinyan reallığı qəbul etməlidir. Əgər Ermənistanın bəzi politoloqları revanşist qrupları dediyi kimi o, növbəti mərhələdə onlar kimi düşünərsə, o zaman Qarabağın dırnaqarası statusu, ermənilərin müqəddəratı, sülhün əldə olunması və s. dalan dirənər və növbəti müharibə ehtimalı yüksək olardı. Bu kimi rəsmilərin verdiyi açıqlamalar ondan ibarətdir ki, Nikol Paşinyan avantüraya getsin və müharibə olsun, Nikol Paşinyanı devirsinlər, özləri hakimiyyətə gəlsin. Yəni məsələ bu qədər sadədir”-deyə politoloq əlavə edib.
Məhəmməd Əsədullzadə vurğulayıb ki, ümumiyyətlə Nikol Paşinyan Ermənistanı təmsil edir, Ermənistanın maraqlarını qoruyur. Nikol Paşinyan qeyd edib ki, “mən Ermənistanın müstəqilliyini ərazi bütövlüyünü qorumağa çalışıram”.
Qarabağ məsələsi, artıq Ermənistan üçün prioritet deyil və Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıdı.
Politoloqun fikrincə, bu səbəbdən də, Ermənistanda revanşist qrupları təmsil edən bu kimi siyasi ekspretlərin verdiyi açıqlamalar ciddi qəbul edilməməlidir.
Oxu.Az xəbər verir ki, bu gün növbəti köç karvanı Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola düşür. Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilir.
Ermənistan Silahlı Qüvvələrinin Laçın sərhəd-keçid məntəqəsi yaxınlığındakı körpüdə Azərbaycan sərhədçilərini və Rusiya sülhməramlılarını atəşə tutduğu hadisənin tam videosu yayılıb.
Teref.az axar.az-a istinadən xatırladır ki, hadisə 15 iyunda baş vermişdi. Belə ki, 15 İyun – Qurtuluş Günündə Laçın postu önündə Azərbaycan bayrağını qaldırmaq istəyən sərhədçilərimiz atəşə tutulmuşdu və nəticədə bir sərhədçimiz yaralanmışdı.
Bunun ardınca əraziyə rus sülhməramlılar gəlmiş, Azərbaycan sərhədçiləri növbəti dəfə bayrağımızı qaldırmış, bu zaman isə sərhədçilərimizlə bərabər, rus sülhməramlılar da atəşə tutulmuşdu.
Azərbaycan Ordusu cavab tədbirləri ilə sərhədçilərimizi atəşə tutan və sonradan asılan bayrağımızı dirəkdən vurub-salan erməni snayperləri məhv etmişdi.
"Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı sonuncu və yumşaq desək, qəribə bəyanatı “Kreml qüllələri”nin hakimiyyət uğrunda mübarizəyə, Putindən sonrakı dövrə başladığına daha bir sübut ola bilər".
DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, məlum qondarma bəyanatda 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın fundamental əsaslarının və prezident Vladimir Putinin bununla bağlı bəyanatları açıq-aşkar təhrif olunur.
Zülfüqarov əlavə edib ki, əslində, bu hal Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatında xüsusilə vurğulanır: "Bu, məntiqi nəticəyə gəlməyi nəzərdə tutur ki, ya Putinin özü mövqeyini dəyişib, ya da Sergey Lavrov diplomatik “kazuistiya”nın tərkib hissəsi kimi xarici və daxili oyunçulara məsləhət görəcəyi təqdirdə necə olacağı barədə mesaj verməyə çalışır. Yəni Türkiyə-Azərbaycan tandeminə qarşı çıxış edəcək”.
Sabiq nazirin sözlərinə görə, Lavrov da hamı kim kimi başa düşür ki, Ərdoğan və Putin xətti üzrə qarşılıqlı fəaliyyətin fundamental əsaslarından biri Cənubi Qafqaz və Ermənistan-Azərbaycan nizamlanması mövzusudur. Buna görə də, Lavrovun “kabinetində” uydurulmuş utancaq, sakit və məntiqsiz mətn onun “Putinin Priqojindən sonrakı Rusiyası”nda müstəqil oyuna başladığının ilk sübutlarından biri olsa da, Patruşev-Sallivan xətti üzrə təmaslar, az qala, rəsmi olaraq Putinin ehtimal varisi adlandırılan gənc Patruşevin fəaliyyəti autsayderləri öz oyunlarına başlamağa məcbur edən qıcıqlandırıcı amildir.
Zülfüqarov düşünür ki, Rusiyanın sülhməramlı kontingenti Azərbaycan ərazilərini 10 Noyabr Bəyanatında müəyyən edilmiş vaxtdan əvvəl tərk etməli olacaq.