Ardını oxu...
Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

Bu barədə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov bildirib.

Onun sözlərinə görə, səfər təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədi daşıyır.

R.Məmmədov, həmçinin reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib.

Qeyd edək ki, ki, sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib. Görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub. Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib.
 
Ardını oxu...
Arşavir Qaramyan - Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə olmazın əzablar verən qatil erməni komandirdir.

Axar.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Arşavir Qaramyanın həbsi barədə xəbərlərə reaksiyasında qeyd edib.

O bildirib ki, Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub:

“Qaramyan Arşavir Surenoviç 22 iyul 1965-ci ildə Qarabağın Əsgəran rayonunda Aknaxbyur kəndində doğulub. İrəvan Dövlət Universitetinin Radiofizika və elektronika fakültəsini bitirdikdən sonra SSRİ Dəniz Qüvvələrində xidmət edib. 1990-cı ildə Qarabulaqda “Arşo batalyonu” kimi tanınan könüllü dəstə yaradıb. 8 nəfərlik dəstəsi olub. 1992-1996-cı illərdə isə “müdafiə ordusu”nun Əsgəran rayonunun 35-ci “motoatıcı batalyonu”nun (MOA) komandiri olub.

O, 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Fizuli rayonlarının işğalında iştirak edib”.

Alimin sözlərinə görə, Qaramyan azərbaycanlılara verdiyi işgəncələr bunlar idi:

“- Əsir və girovların ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartmaq;

- Qadınların döş vəzilərini və burnunu kəsmək;

- Kişilərin cinsiyyət üzvünü kəsib yandırmaq;

- İnsanları diri-diri yandırmaq;

- Kişilərin cinsiyyət üzvünə güllələr vurmaq;

- Kişilərin arxa keçəcək dəliyində boş içki şüşəsi yerləşdirmək və s.

Xocalıda hadisələrin şahidlərinin birinin ifadəsindən: “Ermənilər bir çox əsirin başını elə orada, Arşavirin yanında kəsiblər. Qalan adamları isə Xankəndiyə aparıblar. Ermənilər Talehin gözü qabağında anasına əzab verib, qızıl dişlərini söküblər”.
 
Ardını oxu... ·
“Bu gün 120 min erməni qətlə yetirilir, zorlanır, məhv edilir, qovulur və dünya bütün bunlara susur”.
Livanda yaşayan ermənilər oradakı Azərbaycan səfirliyinə hücum zamanı belə fikirlər sələndiriblər. Xüsusi təyinatlı polislərlə ermənilər arasında ciddi qarşıdurma olub. Ermənilər əllərinə kəcən hər şeyi-daş, ağac... polisə tərəf fırlayıb...
Ən maraqlısı odur ki, ermənilər təkcə Azərbaycanı, Türkiyəni, ermənilərin köçünə susan ABŞ və Rusiyanı söyməyiblər. Həm də Livan hökumətini ittiham ediblər ki, siz nədən Azərbaycanın müttəfiqi olan İsrail ilə yaxınlıq edirsiz, prosesə ikili standartla yanaşırsız...
Livanda xeyli erməni yaşayır. Arada da bizim səfirliyə hücum edirlər...
O ki, qaldı erməni qadınların Azərbaycan əsgərləri tərəfindən zorlanmasına dünya media məkanında mən belə bir xəbər oxumadım. Əlbəttə, bu da ermənilərin növbəti böhtanıdır...
Elbəyi Həsənli
 
Ardını oxu...
Paşinyan yaxın günlərdə Qarabağda bir erməninin də qalmayacağını bildirib, buna görə Azərbaycanı “etnik təmizləmədə” ittiham edib. Ermənilərin kütləvi köçünün arxasındakı səbəblərdən biri də məhz Bakıya qarşı beynəlxalq səviyyədə kampaniya aparmaq planı dayanır. Bu kampaniyada əsas motiv kimi “deportasiya” iddiası istifadə olunacaq, İrəvan bununla Bakının Qərbi Azərbaycan məsələsini, azərbaycanlıların öz yurdlarından deportasiya olunmasını danışıqlar masasına daxil etməsinə qarşı əks-gediş hazırlayır.
Hərçənd, ermənilərin Ermənistana qayıtması prosesinin təşkili Azərbaycanın mümkün kampaniyalara qarşı hazırlaşdığını göstərir:
- Humanitar yardımlar və tibbi ləvazimatların göndərilməsi;
- Polislərimizin ehtiyacı olan erməni sakinlərə yardım etməsi;
- Laçın sərhəd-keçid məntəqəsindən keçən ermənilərin media tərəfindən danışdırılması və etiraflarının sənədləşdirilməsi;
- Sərhədi keçənlərə, xüsusilə yanlarındakı azyaşlıları hərbçilərimiz tərəfindən isti münasibətin göstərilməsi və s;
Bütün bunlar Ermənistanın “etnik təmizləmə”, “deportasiya” iddiaları üzərindən irəli sürəcəyi ittihamlara qarşı tutarlı arqumentlərdir. Bu baxımdan, İrəvan iddialarını beynəlxalq strukturlara çıxarmağa nail olsa belə, nəticə əldə edə biləcəyi çətin görünür.
Asif Nerimanli
Teref.az
Ardını oxu...
ABŞ-nin Hudzon Universitetinin Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran Azərbaycan ərazisindəki separatçı qurumun ləğvi ilə bağlı ironik paylaşım edib.

O, artıq tarixə qovuşmuş qondarma rejimi nağıllardakı xəyali dövlətə bənzədib:

Doran “Narniyasız nə edəcəyik?”, - yazaraq baş verənləri şərh edib.
Ardını oxu...
 

Ardını oxu...
Azərbaycanın erməni əhalisinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin bərpası prosesində separatçı rejimin özünü buraxmağa məcbur edilməsinin perspektiv hədəfi də var.
Bu proses başqa ssenari üzrə də cərəyan edə bilərdi: separatçıların özünü buraxan “rəhbərliyi” bölgədən qovula, yaxud qandallanıb Bakıya gətirilə bilərdi. Ki, bundan sonra onların qanun qarşısına çıxarılması, amnistiyaya düşüb-düşməyəcəkləri rəsmi Bakının siyasi iradəsindən asılı olacaq. Və yaxud Rusiya separatçıları özlərini buraxmamış bölgədən çıxara bilərdi;
Bu halda Bakının Xankəndi hədəfi – suverenliyimizin tam bərpası, o ərazilərdə mərkəzi hakimiyyətin qurulması hədəfi dəyişməyəcəkdi və nail olunacaqdı. Lakin separatçı rejim özünü buraxmayacağı təqdirdə, ermənilər Ermənistanda qondarma “artsax”ın “mühacir hökuməti”ni yarada və ərazi iddialarını davam etdirə, beynəlxalq səviyyədə dəstək qazana bilərdilər. Bu məsələdə Ermənistan da maraqlıdıer, Rusiya da, o cümlədən, bölgədə maraqları olan digər qüvvələr də.
Şübhəsiz ki, rəsmi Bakı separatçı rejimin özünü buraxması tələbində israr edib və bu, həm də perspektivdə ərazi iddialarının qarşısını almağa hesablanmış addımdır. Ermənilərin eyni iddiaları davam etdirməyəcəyinə, qondarma “artsax” kimi iddialar irəli sürməyəcəyinə heç kim zəmanət verə bilməz, indi olmasa belə, 20 ildən sonra – fürsət tan kimi edə bilərlər. Separatçı rejimin özünü buraxması Azərbaycana bu iddiaların önünə fakt qoymaq imkanı verəcək: “öz müqəddəratını təyin etmək” istəyənlər özləri bundan imtina etdi - etdirildi...

Asif Nərimanlı - DİA.AZ
Ardını oxu...
Suallar çoxdur.
Qarabağa Rusiyanın tapşırığı ilə gələn Vardanyan niyə antiterror əməliyyatından əvvəl ərazidən uzaqlaşdırılmayıb?
Sülhməramlılar istəsəydilər, Vardanyanı hava yolu ilə ərazidən uzaqlaşdıra bilməzdilərmi?
Bəs Vardanyanın ərazidə qalması nəyə xidmət edirdi?
Üstəlik, həbs olunacağını bilə-bilə Vardanyan niyə sərhəd keçid məntəqəsinə gəlib?
Ekspertlər xeyli vaxtdır bildirirlər ki, Putin Vardanyanı Paşinyanın yerinə yetişdirir. Lakin Vardanyanın Ermənistanda siyasi nüfuzu yoxdur. Vardanyanın həbsi və Bakıya gətirilməsi onun siyasi karyerasına hansı təsir göstərə bilər?
Bakının həbs etdiyi Vardanyana erməni lobbisi isnişəcəkmi?
Vardanyan hansı şərtlər altında azadlığa buraxılacaq?
Vardanyan azadlığa çıxarsa, Rusiyaya dönəcək, yoxsa İrəvanda siyasətə atılacaq?
Vardanyan həqiqətənmi Paşinyanı devirmək iqtidarına malikdir?
Ürfan Məmmədli
Teref.az
Ardını oxu...
Qarabağ ərazisində işğal dövründə ermənilər yaşasa da, hüquqi baxımdan o torpaqlar Azərbaycanın tarixi ərazisidir. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə atılan ilk addımlardan biri də şəhər adlarını əks etdirən lövhələrin dəyişdirilməsidir.

Bəs Xankəndinin tarixi adı yazılan lövhələr nə zaman asılacaq?
Ardını oxu...
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib ki, əsas məsələ Xankəndidə yazılan lövhə deyil.

O, ən vacib məsələnin həll olunduğunu bildirib:

“Bildiyimiz kimi, ermənilər artıq təslimçilik aktına qol çəkiblər, ağ bayraq qaldırılıb. Yəni mövzu həm nəzəri, həm praktik cəhətdən bağlanıb. Lövhənin dəyişdirilməsi təşkilati işlərdir. Hazırda ermənilərin əksəriyyəti Xankəndini tərk edirlər, qalanlar isə təkliflərə riayət etməlidirlər. Proses tamamlandıqdan dərhal sonra Xankəndinin adı yenidən lövhələdə olacaq.

Sovet dönəmində Xankəndinin adını dəyişib Şaumyanın şərəfinə Stepanakert qoydular. Ad dəyişmək 1 dəqiqəlik işdir. Sadəcə, tələsərək ora lövhə asmaqla nəyə nail olacağıq? Biz lazım olan məsələlərə nail olmuşıq!”

Ardını oxu...
Fəzail İbrahimli

F.İbrahimli deyib ki, lövhə asmaq xırda təşkilati məqamdır:

“Allahın iznilə lövhəni asmaq məsələsi çox rahatlıqla həyata keçiriləcək və yaxın zamanda o lövhə orada asılacaq. Bu, sabah da ola bilər, 2 gün və ya 1 ay sonra da. Ona görə də narahat olmağa dəyməz. Bir gün ərzində nə ağac bar verir, nə də meyvə yetişir. Lövhəni yerləşdirmək bizim əlimizdədir. Gəlib o lövhəni gülləbaran edən qüvvə yoxdur. Azərbaycan dünya ictimaiyyətində öz obrazını yaradıb”.
 
Ardını oxu...
Xocalı görüşündə erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı vacib razılaşmalar əldə olunub:
- Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan ermənilərlə birlikdə işçi qrupu yaradılacaq;
- Xankəndi yaxınlığında, yaxud Xocalıda səhra hospitalı qurulacaq: səhiyyə xidmətlərinin Azərbaycan və erməniəsilli tibbi heyətin tərəfindən birgə təşkil edilməsi planlaşdırılır;
- Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsi həyata keçiriləcək;
- Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsi planlaşdırılır;
- Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklif edilib: vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması gündəmdədir;
Bütün bunlar Xankəndində qalacaq ermənilərin inteqrasiyası və Ermənistanla bağlarının qalmaması baxımından əhəmiyyətlidir. Çünki ermənilər Ermənistana əsasən tibbi xidmət üçün gedirlər, bundan sonra tibbi xidməti Azərbaycan həyata keçirəcək. Bu, həm də erməni xəstələri Ermənistana daşıyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki nümayəndələyinin İrəvandakı ofisə deyil, yalnız Bakıdakı ofisə bağlı olmasını təmin edəcək amildir. Bir müddət sonra bu nümayəndəliyə ümumiyyətlə ehtiyac qalmayacaq.
Xankəndinin bütün kommunal xidmetləri də Azərbaycanın kommunnal xidmət şəbəkəsinə bağlanacaq. Artıq elektrik enerjisi həll edilib, növbədə təbii qaz, su, internet, telefon və digər xidmətlərdir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən yaradılan İşçi Qrupu Xankəndində gedəcək. Xankəndində mərkəzi hakimiyyət addım-addım bərpa olunur.
Asif Nerimanli
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti