Ardını oxu...
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ağdam-Xankəndi yolundan video-paylaşım edib.

APA xəbər verir ki, səfir yazıb:

“Fərruxdayıq. Xocalı, Ağdərə, Xankəndi göründü!”

Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yüklərinin yerləşdiyi məntəqəyə gediblər.
Ağdam-Xankəndi yolunu bağlayan erməni silahlıları haqqında məlumatlar yayıldıqdan sonra separatçı media onların üzünü örtməyə başlayıb.

TEREF.AZ Ölkə.Az-a istinadla xəbər verir ki, həmin şəxslərin kimliyi barədə informasiyanı ermənilərin də izlədiyi rusdilli yerli “Bez tormozov” teleqram kanalı sızıdırıb.

“Gec-tez Qarabağdan Laçın SNB vasitəsilə getməli olacaqlar, orada bir-bir tutulacaqlar. Ona görə də teleqram komandası sızdırmasın deyə, üzlərini ört-basdır edirlər. Bütün bunlar qorxurlar!”, - deyə kanal yazıb.

Xatırladaq ki, artıq iki gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.

Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Bir qrup erməni separatçılar, həmçinin Xənkəndidəki təxribatçı Ruben Vardanyanın təşkilatçılığı ilə ayaqlanan quldurlar prosesi əngəlləməyə çalışır. Onlar hətta rus sülhməramlılara hücum ediblər. Həmin şəxsin azərbaycanlı olduğunu düşünüblər.

Bütün bu proseslər quldur rejimin, İrəvanın və havadarlarının “blokada”, “aclıq”, “humanitar böhran” kimi yalanlarını ifşa etmiş olur.

 
Ardını oxu...
Bir qrup erməni növbəti dəfə rus sülhməramlılarının yolunu kəsib.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər və məlumatlar sosial şəbəkələrdə yayılıb. Ermənilər Xocalı aeroportu istiqamətində Rusiya sülhməramlılarının qarşısını kəsiblər və onların lazımı vasitələri almaq üçün Ağdama getmələrinə icazə vermirlər.
Həmin görüntüləri təqdim edirik:

         
Ardını oxu...
“Ağdam-Xankəndi yolu bağlı qalacaq, qərar yekdilliklə qəbul edilib”.

Qondarma rejimin “parlament”inin sədri David İşxanyan bu gün keçirdiyi mətbuat konfransında belə açıqlama verib. Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvafiq nəzarət-buraxılış məntəqəsi qurulub, post-patrul xidmətinin müvafiq məntəqəsi də var.

“İctimaiyyətimizə və bütövlükdə dünyaya çatdıra bilərəm ki, bəli, bu yolun bağlı saxlanılması, istifadə edilməməsi ilə bağlı dəqiq qərar var. Cəmiyyətimiz bu məsələyə inamsızlıq və fərqli şərhlər verməyə meyilli olmamalıdır”,-İşxanyan belə deyib.

Beləliklə, Qarabağdakı ermənilər Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməkdən imtina edib. İndi nəzərlər rəsmi Bakının atacağı addımlara yönəlib. Azərbaycan Qarabağdakı erməni əhali qrupuna 40 ton un göndərsə də, separatçı rejimin təsiri və təzyiqi nəticəsində ermənilər bu yardımın qəbulundan imtina etdilər.

Artıq məsuliyyət ermənilərin üzərinə düşür və Azərbaycanı “humanitar böhran” yaratmaqda ittiham etmək üçün hər hansı əsas qalmır. Belə olan halda, Azərbaycanın hansı addım atacağı gündəmə gəlib. Çünki Azərbaycan ya yüklərin erməni sakinlərə çatdırılmasında israr edib dialoqu davam etdirə, ya da yardımın çatdırılmasında əsas maneə olan terrorçu dəstələrə qarşı hərbi zərbələr endirə bilər.

TEREF.AZ-ın məlumatına görə, politoloq Zaur Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, yaxın on gün ərzində vəziyyətə aydınlıq gələcək. Hətta Azərbaycan antiterror əməliyyatına başlaya da bilər:

“Məsələ yalnız Qarabağdakı ermənilərin humanitar yükü alıb-almaması ilə bağlı deyil. Ümumiyyətlə, separatçıların taleyi ilə bağlı ciddi qərarlar qəbul ediləcək. Hesab edirəm ki, bununla bağlı müxtəlif istiqamətlərdə, və ayrı-ayrı regional dövlətlərlə kommunikasiyalar davam edir. Mövcud vəziyyət göstərir ki, hadisələr gərginləşməyə doğru gedir. Əgər müsbət qərar çıxarılarsa, vəziyyət yaxşıya doğru dəyişə bilər. Əlbəttə, ermənilərin əsas məqsədi separatçılığı davam etdirməkdir. Bu məsələdə onlara müəyyən beynəlxalq qüvvələr də kömək edir.

Ancaq bu, uzun müddət davam edə bilməz. İndiki proseslər ona gətirib çıxartdı ki, ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqlarına ciddi zərbə endirildi. Ermənistan danışıqları demək olar ki, kənara atıb. Bundan iki çıxış yolu var. Ya sülh danışıqları yolu ilə nəticə əldə edilməli, ya da güc yolu bu məsələ öz həllini tapmalıdır”.
 
Ardını oxu...
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi iki yük maşını (40 ton) həcmində humanitar yükün Ağdam-Xankəndi yolundan keçməsinin qarşısını almaq üçün toplaşan bir qrup erməninin kimliyi üzə çıxıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, rus sülhməramlıların Ağdaç-Xankəndi yolundakı postuna yaxınlaşan ermənilər ora rusiyalı milyarder, bir müddət öncə xüsusi missiya ilə Xankəndiyə göndərilmiş Ruben Vardanyanın yaratdığı “ictimai” təşkilatın (“Qarabağ Təhlükəsizlik və İnkişaf Cəbhəsi”) üzvləridir və bura təşkilatın təşəbbüsü ilə (Vardanyanın tapşırığı ilə - red.) gəliblər. Başqa sözlə desək, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin TIR-larının Xankəndiyə daxil olmasına qarşı aksiyanı Vardanyan keçirir.

Bildirilib ki, əraziyə toplaşan onlarla erməni gənc artıq çadırlar qurmağa başlayıb, gecə-gündüz növbə çəkməyi düşünürlər.

Vardanyanın təşkilatının rəhbəri Arşak Abramyan erməni mediasına deyib ki, erməni silahlı dəstəsi də məntəqənin ərazisindədir.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Xankəndiyə iki TIR humanitar yardım göndərib. Yardıma 40 ton un məmulatları daxildir. Hazırda yardım daşıyanlar Ağdam-Xankəndi yolundadır və humanitar yardım gətirdikləri ilə bağlı Rusiya sülhməramlılarını məlumatlandırıblar.

Humanitar yardım aparanların bu gün çadır quraraq, rus sülhməramlı postunun önündə qalacaqları bildirilir.
Ardını oxu...
Ötən gün Qarabağ separatçıları “milli assableya” adlı qondarma qurumda keçirdikləri qapalı görüş zamanı son prosesləri müzakirə ediblər.

Bu barədə erməni mediası yazıb.

Bildirilib ki, keçmiş separatçıbaşılar Bako Saakyan və Arkadi Qukasyanın da iştirak etdiyi “iclasda” Azərbaycanın Ağdam yolu və Yevlaxda görüş təklifi “qəbuledilməz” adlandırılıb.

Qeyd edilib ki, Yevlaxdakı görüş Qarabağ məsələsini birdəfəlik bağlayacaq və bu işin Azərbaycanın daxili məsələsi kimi qiymətləndirilməsini əsaslandıracaq.

Ağdam-Xankəndi yolunun açılması variantı da “dağıdıcı” hesab edilib.

“Düşmən bəyan etdi ki, Ağdam yolu açıldıqdan sonra növbəti vəzifə “silahlı qüvvələri” (Xankəndi və ətrafındakı qanunsuz silahlı dəstələr – red.) tərk-silah etmək olacaq, bundan sonra hüquq-mühafizə orqanları Qarabağa daxil olmalıdır. Hər kəsə aydındır ki, bu, “artsax”ın dağıdılmasıdır”, - deyə “fəal” Artur Osipyan bildirib.

O, Həkəri körpüsünə (“Laçın” postuna - red.) dinc yürüş etməyi təklif edib.

Toplantıda “beynəlxalq sülhməramlı qüvvələrin” regiona cəlb edilməsi məsələsi də müzakirə edilib.

“Biz başa düşürük ki, Rusiyanın təsiri böyükdür, biz asılıyıq və belə bir təklifin olacağı təqdirdə Rusiya sülhməramlılarının Qarabağı tərk etmələri barədə fikir var. İndi “hökumət”in fikrincə, Qarabağın sayılı günləri qalıbsa, heç nə dəyişmirsə, onda nə itirəcəyik?” - Osipyan bildirib.

Məsləhətləşmələrin nəticələri yaxın günlərdə “qərar şəklində” məlum olacaq.
axar.az
 
Ardını oxu...
Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcəklər. Separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun “aksiyası”nın (təxribatının) nəticəsini gözləyəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Paris meri “humanitar yük”lə Azərbaycan sərhədinə gəlməyi planlaşdırır:

“Erməni lobbisi Parisin merini zərbə altında qoyacaqlar. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək¸ bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcək: “İndi nə edək?”

Fikrimcə, Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq, aralarında fikir ixtilafı yaranacaq. Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsi tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik”.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 ton un məhsulları olan humanitar yük Ağdam-Xankəndi yoluna çatıb və rus sülhməramlılara bu barədə məlumat verilib.
Ardını oxu...
Hazırda bir qrup erməni Azərbaycanın humanitar yüklərinin göndərildiyi yük maşınlarının Xankəndiyə daxil olmasının qarşısını almaq üçün Ağdam - Xankəndi yoluna toplaşıb.

Axar.az xəbər verir ki, yük maşınları sülhməramlı qüvvələrinin bazasının yaxınlığında dayanır.
Ardını oxu...
Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan “parlament”də 6 saatlıq müzakirədən sonra açıqlama verib.

DİA.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, separatçı ermənilərə müraciətində toplantıda digər məsələlərlə yanaşı onun “istefa”sı məsələsinin də müzakirə edildiyini deyib.

“Məni təhqir edə, tənqid edə bilərsiniz, amma anlamağınızı istəyirəm. Biz supergüclərə, BMT-yə inandığımız üçün bu nöqtəyə gəldik”, - Arutyunyan bildirib.

Baş separatçı əlavə edib ki, 6 saat davam edən müzakirə nəticəsində vahid qərara gəlmək mümkün olmayıb.

“Mənim “prezident” olub-olmamağım məsələsi də müzakirə olundu. Lazım gəlsə, “istefa” verəcəm”, - Arutyunyan bildirib.
Ardını oxu...
DİA.AZ: - Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə DİA.AZ-a MN-dən xəbər verilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
 

Dünyapress TV

Xəbər lenti