Ardını oxu...
Rusiya sülhməramlılarının vasitəçiliyi ilə erməni qoşunlarının Qarabağdan çıxarılması prosesi başlayıb.

Eyni zamanda, sülhməramlıların təxliyə etdiyi ermənilərin yaşayış məntəqələrinə qayıtmasının təmin edilməsi üçün iş aparılır.

Cebhe.info xəbər verir ki, bu barədə separatçı rejim məlumat yayıb.

“Eyni zamanda, vətəndaşların Qarabağa giriş-çıxış proseduru da müzakirə olunur”,-deyə məlumatda bildirilir.

Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacızadə Azərbaycanın silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutduğunu deyib.
Ardını oxu...
Tanınmış hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Xankəndiyə daxil olmamasının səbəblərini açıqlayıb. Sosial şəbəkə hesabında bu haqda yazan ekspert məsələyə aydınlıq gətirib:

“Niyə Xankəndiyə daxil olmuruq sualına çox rast gəlirəm. Hazırda ərazilərimizdən erməni silahlıları tam çıxarılmayıb, onlara məxsus silahlar, zirehli vasitələr və artilleriya qurğuları bizə tam təhvil verilməyib. Bu prosesdən əvvəl əraziyə daxil olmaq əsassız itkilərə səbəb ola bilər”.

O, tezliklə Xankəndidə bayrağımızın dalğalanacağını qeyd edib:

“Rusiya kontingenti Ağdam, Kəlbəcər və Laçında olduğu kimi erməni silahlılarını ərazidən çıxaracaq, həm də silahları və texnikaları yığıb bizə təhvil verəcək. Bundan sonra əraziyə girmək daha təhlükəsiz olacaq. Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik və ruslarla əlaqədəyik. Bu günə qədər şeytan yuvası olan Xankəndi üzərində bayrağımızı hər an dalğalandıra bilərik, amma bunu itkisiz etməliyik və mütləq yaxın zamanda edəcəyik. Kimsənin şübhəsi olmasın. Rahat olun”.
 
Ardını oxu...
Ermənistan mediası “razılığın əldə olunmadığı”nı deyir, bizdə də buna istinad edənlər var. Halbuki, Yevlax görüşü hansısa razılığın əldə olunması üçün yox, erməni əhalisinin ehtiyaclarının öyrənilməsi və onlara bundan sonra nə edəcəklərini çatdırmaq məqsədi daşıyırdı. Gələn nümayəndələr Xankəndinə qayıdıb müzakirə etməli, cavab verməlidirlər.
Hazırda əsas məsələ erməni silahlılarının çıxarılması, tərki-silah edilməsini həyata keçirməkdir. Ki, indi bu proses aparılır. Ermənilərin nəsə şərt irəli sürmək, etiraz etmək, müqavimət göstərmək potensialı sıfıra bərabərdir. İstənilən xoşagəlməz halda isə sahədə hazır vəziyyətdə olan ordu yenidən işə başlayacaq.
Asif Nərimanlı
Teref/az
Ardını oxu...
Yevlax görüşündə Azərbaycanın Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək.

Bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında deyib.

Dövlət başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərksilah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib.
 
Ardını oxu...
Yevlaxdakı görüşdə ermənilər bizdən amnistiya məsələsinin həllini də istəyəcəklər.
Araik Arutunyan və onun kimilər, o cümlədən qətliamlarda iştirak edənlər amnistiya oluna bilməz, cinayət işlərinə xitam verilə bilməz, qalanlarının məsələsinə baxıla bilər.
Bir il əvvəl Moskvadan Xankəndinə göndərilən Ruben Vardanyan da Qarabağı nə qədər tez tərk etsə özü üçün yaxşıdır. Ümumiyyətlə Yevlaxdakı görüşdə Xankəndidə Azərbaycan bayrağının dalğalanmasından, manatın işlənməsindən tutmuş qazın, elektrikin və internetin Azərbaycan qanunları çərçivəsində istifadəsinə qədər bütün məsələlər həll olunmalıdır.
Bunlarla razılaşmayan ermənilərə Laçın yolundan ölkəmizi tərk etmək seçimi veriləcək.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Azərbaycan Qarabağda anti-terror əməliyyatını uğurla davam etdirir. Rusiya hələ ki, Azərbaycana mane olmur. Rusiya Azərbaycana mane olmaq istəyərsə Ukrayna müharibəsinə görə tərəfdaşlarını itirdiyi dövrdə Azərbaycan və Türkiyə ilə münasibətlərdə gərginliyi yaranacaq. Bu nə Rusiyanın, nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına cavab verir.
Rusiyada Azərbaycanın anti-terror əməliyyatı ilə bağlı iki yanaşma mövcuddur. Birinci yanaşma odur ki, Rusiyada mərkəzlər Ermənistan hakimiyyəti ilə münasibətlərdə gərginlik yaşaması fonunda Azərbaycana mane olmayacaqlar. Ermənistanda artıq mitinqlər başlayıb. Radikallar baş nazir Nikol Paşinyanı devirmək istəyirlər. Bu Rusiyanın maraqlarına uyğundur. Rusiyadakı mərkəzlərin ikinci yanaşması isə bundan ibarətdir ki, Azərbaycana Qarabağın tamamını nəzarətə almaqda hansısa mərhələdə mane olmaq lazımdır. Buna baxmayaraq, Rusiya hələ ki, Azərbaycana mane olmur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlamalarında Azərbaycanın hərbi əməliyyatının əleyhinə fikir bildirmədilər. Rusiya hərbi komandanlığı da açıqlama verərək, Qarabağdakı əməliyyatda Rusiya hərbçilərinə təhlükə olmadığını bildirdi. Bu o deməkdir ki, Rusiya bir müddət Azərbaycanın hərbi əməliyyatına mane olmayacaq.
Azərbaycanın hədəfi bəllidir: 1.Erməni separatçıları silahları təhvil verməli; 2.Separatçılar “parlamenti” və “hökuməti” buraxmalıdırlar; 3. Qarabağda Azərbaycan qanunları işləməlidir. Azərbaycanın bu şərtləri yerinə yetirilməyənə qədər hərbi əməliyyatı davam etdirəcək. Məsələ birdəfəlik həll olunmalıdır. Dünyadakı və bölgədəki mövcud vəziyyət Azərbaycana hərbi əməliyyatı davam etdirmək üçün münbit zəmin yaradıb.
Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi Azərbaycana dəstəyini davam etdirir. Bu, Rusiya və İranı Azərbaycana qarşı hər hansı təxribatdan çəkindirməli olan əsas amildir. Moskva və Tehran “Şuşa bəyannaməsini”nin mövcudluğunu da nəzərə almaq məcburiyyətindədirlər. Türkiyənin aparıcı televiziya kanallarında İkinci Qarabağ müharibəsində olduğu kimi yenə də bizim məsələni hərtərəfli müzakirə edirlər. Türkiyə dünyadakı ermənipərəst mərkəzlərin və təşkilatların Azərbaycana təzyiqini neytrallaşdırmaqda da Azərbaycana dəstəyini davam etdirəcək. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da BMT Baş Assembleyasındakı çıxışında Azərbaycanın anti-terror əməliyyatını dəstəklədi. Ərdoğanın çıxışı bu tezis üzərində qurulmuşdu ki, heç bir dövlət və beynəlxalq təşkilat Azərbaycana qanuni haqlarını bərpa etməyə mane olmamalıdır. Türkiyə Cumhurbaşqanının Nyu-Yorka səfərini bitirdikdən sonra Azərbaycana gəlməsi ehtimalı var.
Fransanın Azərbaycanın antiterror tədbiri ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili çağırılması tələbinə o biri daimi üzvlər necə reaksiya verəcəklər? Rusiya Ukrayna müharibəsinə görə Fransa ilə ixtilaf içindədir. Ona görə də elə tək bu səbəbə görə Rusiya Fransa ilə eyni mövqedən çıxış etməyəcək. Çinin həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin bu səbəbdən Azərbaycan əleyhinə hər hansı sənədin qəbulunda iştirak etməz istəməz. Londonun Bakı ilə tərəfdaşlıq münasibətləri mövcuddur, Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları var. Ona görə London Azərbaycan əleyhinə sənədin qəbuluna da müsbət yanaşmaz, uzaqbaşı “bölgədə atəşkəs elan edilsin” kimi heç bir hüquqi çəkisi olyaman ümumi bəyanata qoşula bilər. Ağ Ev və Dövlət Departamenti İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan əleyhinə bəyanat qəbul etmədilər, balanslı açıqlamalar verdilər. Bu sonrakı müddətdə Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasına şərait yaratdı. Vaşinqton enerji və təhlükəsizlik məsələlərinə görə Azərbaycanla əməkdaşlığa və dialoqa ehtiyac duyur, İran amilini də nəzərə alır. Ancaq Dövlət Departamenti rəsminin Konqresdəki son anti-Azərbaycan çıxışı bizdə məyusluq yaradıb. Bu o deməkdirmi ki, ABŞ Fransanın Azərbaycan əleyhinə hər hansı sənədin qəbuluna “yaşıl işıq” yandıracaq? Vaşinqton bilir ki, Parisin anti-Azərbaycan mövqeli sənədi Təhlükəsizlik Şurasında qəbul edilməyəcək. Belə olan halda Vaşinqton Fransanı dəstəkləməklə heç nə qazanmayacaq, əksinə Azərbaycanla münasibətlərinə kölgə salacaq. Bu Amerikanın regional maraqlarına da ziddir.
Azərbaycanın Qarabağda anti-terror əməliyyatını “etnik təmizləmə” kimi qiymətləndirməyə çalışan ermənipərəst mərkəzlər var. Yaxın tarixdə ən böyük etnik təmizləmə 1995-ci ildə Xorvatiyada həyata keçirilib. Xoravtiya 250 minə yaxın serbin yaşadığı bölgəni yerlilələrdən təmizləyib və Qərb dövlətləri buna etiraz etməyiblər. Bunun iki səbəbi var idi. Birincisi, keçmiş Yuqoslaviya 1990-cı illərdə dağıldıqdan sonra Serbiyadan fərqli olaraq Xorvatiya Qərblə yaxınlıq etmək istəyirdi. İkinci səbəb isə Xorvatiya serblərin Bosniyada olduğu kimi burada da separatçılığa başlayacağını proznozlaşdırır və buna yol vermək istəmirdi. Qərb mətbuatı Xorvatiya ordusunun əməliyyatını “ərazilər serb separatçılarından təmizləndi” başlığı ilə yayırdı. Xorvatiya rəhbərliyini anlamaq olardı, qonşusu Serbiya Ermənistan kimi serbləri silahlandırmağa və separatizmə başlamağa həvəsləndirirdi. Xorvatiyaya olarsa, Azərbaycana niyə olmasın? Azərbaycan Qarabağ ermənilərinə iki seçib verib: ya qanunlarımızı qəbul et və Qarabağda yaşamağa davam et, ya da qanunlarımızla yaşamaq istəmirsənsə, Azərbaycanın ərazisini tərk et! Bu etnik təmizləmə deyil.
Azərbaycan Qarabaği separatçılardan təmizləyəcək. Bundan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişini imzalamaq asanlaşacaq. Nikol Paşinyan Azərbaycanın Qarabağdakı anti-terror əməliyyatına seyrçi qalacaq. Çünki Paşinyan anlayır ki, Ermənistan ordusu Azərbaycana müdaxilə edərsə, bu böyük müharibəyə çevriləcək və Azərbaycan ordusu Ermənistan Qərbi Zəngəzur ərazisinə daxil olacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
 
Ardını oxu...
Türkiyəli yazar Abdullah Aydemir Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı lokal antiterror tədbirlərindən yazıb.

Sfera.az xəbər verir ki, yazar öz yanaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə dediyi sözlərdən xatırlatma edib.

“2022-ci ildə Ermənistan ordusunun açdığı atəş nəticəsində 50 Azərbaycan əsgərinin şəhid olduğu hücumda Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda çıxış edərək Ermənistan ordusuna aydın mesaj vermişdi. Əliyev həmin videoda erməni tərəfinə xəbərdarlıq edərək “Ağlınızı yığın başınıza, buradadır Dəmir yumruq, heç yerə getməyib, bizi əsəbiləşdirməyin. Bizə qarşı hər hansı bir təxribat, bəyanat, təhqir olsa, başınızı əzəcəyik” – deyə bildirmişdi. Bu gün bu sözlər bir daha gündəmə çevrildi”, – A.Aydemir qeyd edib.

 
Ardını oxu...
Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində söyləyib.

“Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir. Bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına sülh yolu ilə reinteqrasiyasına daha çox imkan verəcəkdir”, – Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, erməni qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir: “Onlar Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqda davam edirlər. Azərbaycan birbaşa dialoq aparmaq üçün Qarabağ ermənilərinin nümayəndəsini Bakıya və digər bölgələrə dəvət edib. Lakin onlar “boz zona” statusunu saxlamaqda davam edirlər ki, bu da Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqdır”.

O həmçinin qeyd edib ki, erməni qüvvələri Azərbaycan ərazisinə də milyonlarla mina qoyub və minalamaqla dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir.

Belə bir təxribat nəticəsində mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar olaraq, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələsi də var.

“Azərbaycan heç bir halda mülki əhalini hədəfə almır.Yüksəkdəqiqlikli silahlardan istifadə etməklə həyata keçirilən tədbirlər çərçivəsində erməni qüvvələrinin birləşmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri sıradan çıxarılıb”.

Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar.

“Buna görə də biz yerlərdəki mülki əhalini hərbi obyektlərdən uzaq durmağa və erməni qüvvələrinin birləşmələrinə dəstək verməməyə çağırdıq”, – o əlavə edib.
 
Ardını oxu...
“Azərbaycanın Qarabağda anti-terror tədbirləri həyata keçirməsi bütün dünya ictimaiyyəti tərəfindən anlayışla qəbul olunur. Heç bir entik təmizləmədən söhbət gedə bilməz, çünki Azərbaycan sivil və inkişaf etmiş dövlətdir”.

Teref.Az bildirir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

Ekspertin sözlərinə görə, baxmayaraq ki, dünya ölkələri bütün məsələlərin sülh yolu ilə həll olunmasına cağırırlar, amma Azərbaycanın Qarabağda antiterror əməliyatı keçirməsi bütün dünya ictimaiyyəti tərəfindən anlayışla qəbul olunur: “Hamı başa düşür ki, Qarabağ Azərbaycandır, Azərabycan Qarabağın bütün ərazisində konstutusiya quruluşunu tam bərpa etmək hüququna malikdir. Hamı Ermənistanın danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını da yaxşı anlayır. Lakin bir neçə ölkə, Fransa, ABŞ və onun müttəfiqləri özlərini elə göstərir ki, güya Ermənistanla nədəsə razılaşmaq olar. Onlar bunu Ermənistanın Rusiyadan Qərbə tərəf üz döndərməsi üçün edirlər”.

Markovun fikrincə, Azərbaycanın antiterror tədbirləri keçirməsinin əsaslarından biri də Ermənistanın Soçi razılaşmalarını kobud şəkildə pozmasıdır: “Bu sənəd erməni silahlı birləşmələrinin Qarabağdan tam şəkildə çıxarılmasını, regionun demilitirizasiyasını tələb edirdi. İndi Qarabağ ərazisində Azərbaycan ordusu ilə döyüşən kimlərdi? Onlar məhz həmin erməni silahlı birləşmələridir, hansı ki, hələ də regiondan çıxarılmayıb. Bundan başqa Soçi razılaşması həm də regionda nəqliyyat dəhlizlərinin, Azərbaycan üçün önəmli olan Zəngəzur dəhlizinin açılmasını tələb edirdi. Bütün bu razılaşmalara Ermənistan tərəfi əməl etməyib. Üstəlik də, Paşinyan təxribatçı açıqlamaları... İkinci Qarabağ müharibəsi zamanı da o, bunu etmişdi. Ona görə də, hər kəs dəqiq anlayır ki, Azərbaycanın fəaliyyəti qanunauyğundur. İndi Azərbaycan hava hücumundan müdafiə sistemlərinə, rabitə sistemlərinə və hərbi qərargahlara zərbələr endirir. Ermənistan hava hücumundan müdafiə sistemləri məhv ediləndən sonra Azərbaycan aviasiyası Qarabağdakı erməni hərbi obyektlərinə zərbə endirməyə başalayacaq. Daha sonra isə Azərbaycan ordusu həmin ərazilərə sakitcə daxil olacaq. Dünyada yaxın gələcək bu cür qəbul olunur. Çoxluq hesab edir ki, Azərbaycan bir həftə ərzində Qarabağ ərazisində tam nəzarəti həyata keçirəcək. Heç bir etnik təmizləmə olmayacaq. Çünki Azərbaycan sivil və inkişaf etmiş dövlətdir. Qarabağın erməni milliyyətindən olan sakinləri Azərbaycan cəmiyyətinə sakitcə inteqrasiya ola biləcəklər. Təkcə, hərbi cinayətlərdə, insanlığa qarşı cinayətlərdə, o cümlədən birinci Qarabağ müharibəsində iştirak edənlərdən başqa... Hesab edirəm ki, onların hamısı çoxdan Qarabağdan qaçıblar”, deyə rusiyalı ekspert yekunlaşdırıb.
 
Ardını oxu...
Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti