Zəngəzur dəhlizinin qarşısında “Qərb səddi” - GƏLİŞMƏ
“Əgər tranzit dəhlizi güc tətbiq edilməklə və ya İranın iştirakı ilə tikilsə, bunun çox güclü əks-təsiri olacaq”.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun katibinin müavini Ceyms O`Brayn ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağda vəziyyətə dair keçirilən dinləmələrdə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə münasibət bildirərərkən belə deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasında maraqlıdır. Bu sülh həm də iqtisadi baxımdan vacibdir.

“Mərkəzi Asiya öz malları üçün yeni marşrutlar axtarır. Bu marşrutlar da cənubdan, Ermənistandan keçə bilər. Biz demişik ki, gücdən istifadə yolverilməzdir. Ermənistanın iştirakı və razılığı ilə tikiləcək tranzit dəhlizi region ölkələri üçün, həmçinin buradan daşınan mallara çıxış əldə edəcək dünya bazarlarında böyük iqtisadi bum yarada bilər. Əgər dəhliz gücdən istifadə etməklə və ya İranın iştirakı ilə açılsa, o zaman bunun çox güclü əks-təsiri olacaq və təşəbbüs uğurlu olmayacaq”, - O’Brayn bildirib.

O, bunun Ermənistan və Azərbaycanın seçim məsələsi olduğunu vurğulayıb:

“Gələcəkdə onlar hansı siyasi münasibətləri qurmaq istəyirlər, onlar öz gələcəyini regional təhlükəsizliyin əsas oyunçuları kimi Rusiya və İran oxu ətrafındamı qurmaq istəyirlər? Hesab edirəm ki, bu, həmçinin, Ermənistan və Azərbaycan hökumətləri üçün də qeyri-sabit və arzuolunmazdır. Hazırda onların fərqli seçim etmək imkanı var. İndi biz bunu onlar üçün və bu mövzuda yüksək səviyyəli əlaqələr üçün aydınlaşdırırıq”.

Göründüyü kimi, Ceyms OBrayn paradoksal fikir yürüdüb. ABŞ diplomatının Zəngəzur dəhlizinin əhəmiyyəti və vacibliyi barədə fikirləri bir tərəfdən Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Lakin O`Brayn kommunikasyaların blokdan açılmasında Azərbaycanın təşəbbüsünü dəstəkləmək əvəzinə dolayısı ilə təhdid edib. Ceyms O`Brayn Zəngəzur dəhlizinə alternativ kimi İran ərazisindən çəkilməsi nəzərdə tutulan Ağbənd-Culfa yolunun açılmasına da etiraz edir və ABŞ-ın bu layihəyə qarşı oldğuna dair xəbərdarlıq edir.

ABŞ Dövlət katibinin müavini ciddi arqumentlər gətirmədən Ermənistanın mövqeyini dəstəkləyib. Bu isə Zəngəzur dəhlizinin açılmasına mane olan və 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirməkdən yayınan Ermənistanın mövqeyini gücləndirir.

Politoloq Əziz Əlibəyli “Cümhuriyət”ə bildirib ki, Ceyms OBraynın açıqlaması Zəngəzur dəhlizinin strateji əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir:

“Bəzən bu layihənin Rusiyanın marağında olduğunu, bəzən də Türkiyənin, Çinin maraqlarına aid olduğuna dair rəylər səslənirdi. Ancaq İsrail-Fələstin münaqişəsinin detalları göstərdi ki, Zəngəzur dəhlizi bütövlükdə bütün güclərin marağında ola biləcək meqalayihədir. Bununla yanaşı, Qərb Azərbaycana guya Ermənistana ərazi iddiasının olduğuna dair tezisi qəbul etdirmək istəyir. Ermənistan suveren ərazisinə müdaxilə etmək istədiyinə dair son vaxtlar səsələnən dezinformasiya xarakterli iddalar da buradan qaynaqlanır.

Ona görə də Azərbaycan tərəfi Ermənistana ərazi iddialarının olmadığına dair rəsmi açıqlama verməli oldu. Azərbaycanın bu rəmi imtinasından sonra Zəngəzur dəhlizi ilə bağlı toqquşma ehtimalı aradan qalxdı və bu, Ermənistanla Rusiya arasında mübahisə predmetinə çevrildi. Lakin Azərbaycanı bəhanə edərək Ermənistanın müdafiəsi adı altında Qərb bölgəyə gəlmək niyyətindədir. ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırması, yüksək rütbəli Amerika rəsmilərinin səfərinin dayandırılması, Azərbaycana ilin sonuna qədər vaxt verilməsi süni şəkildə “etnik təmizləmə” ifadəsinin istifadə olunması və Qarabağa dair Nümayəndələr Palatasında dinləmələrin keçirilməsi bu prosesin tərkib hissəsidir. Məqsəd Ermənistanda daha çox təmsilçiliyə nail olmaqdır.

Zəngəzur dəhlizinə gəlincə, Qərbin daha az təhlükəli olan tranzit marşrutlarına üstünlük verməsi təbii haldır. Bu mənada, Azərbaycan Qərbin tələsinə düşmədi və Zəngəzur dəhlizinin əhəmiyyətini qabartmaqla İran ərazisindən alternativ keçid marşrutu əldə etmiş oldu. Amma bunun Qərbin maraqlarına uygun gəldiyini demək olmaz. Dünyada bloklaşma prosesinin getdiyini nəzərə alsaq, Azərbaycan bu prosesdən yayındı və Rusiya ilə eyni siyasi vitrində dayanmaq təəsüratından uzaq olmağa çalışdı. Lakin nəticə etibarı ilə yenə də Qərb Azərbaycanı Zəngəzurla bağlı təhdid edirlər. Bunlar Azərbaycana qarşı sanksiyaların formalaşdırılmasına doğru aparır”.

Ekspert bildirib ki, Azərbaycana yönəlik təzyiqlərin artmasına baxmayaraq,Ermənistandan işğal altında saxladığı 8 kəndi geri qaytarmaq, 10 noyabr Bəyanaının 9-cu bəndini icra etmək, müharibədə vurduğu ziyama görə təzminat ödəmək tələb olunmur. Xüsusilə də ABŞ Nümayəndələr Palatasında erməni lobbisinin güclü olması Azərbaycan əleyhinə bu fəaliyyəti həyata keçirməyə imkan verir. Bu da Azərbaycanla Ermənistan arasında sülh prosesinə ciddi zərbə vurur:

“Rəsmi Bakı ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünü tanımağı, 8 kəndin qaytarılmasına görə səmərəli fəaliyyət tələb etməlidir. Azərbaycan Ermənistandakı revanşist qüvvələrin bundan sonra həmin addımları atmayacağına dair öhdəlik götürməsi tələbini irəli sürməlidir. ABŞ sülh prosesinə fayda vermək istəyirsə, ilk növbədə, bunlardan başlamalıdır. Yəqin ki, Azərbaycan Vaşinqton formatında danışıqlarda iştirak etmək üçün şərti bu cür də müəyyən edəcək. Artıq “top Ermənistanın meydanındadır”.

Bütün Cənubi Qafqazın gələcəyinə yönəlik qərarı Ermənistan verməldir. Amma Qərb raundu sülhün əldə olunmasına töhfə vermədi. Sülhün Qərbdə imazalanacağını demək mümkün deyil. Qərb həmin şansı itirdi”.

Əziz Əlibəylinin fikirncə, Qərb İran ərazisindən keçəcək alternativ dəhlizin qarşısını ala bilməyəcək:

“Çünki bu regional marşrutun baş tutmasında bir sıra ölkələrdə maraqlıdır. Ona görə də ABŞ-ın belə bir layihəni əngəlləmək imkanı görünmür”.
Teref. Xocanın Blogu
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
31 Oktyabr 2024 Sakinlər Qarabağda torpaqları nə zaman icarəyə götürə biləcək - açıqlama

Dünyapress TV

Xəbər lenti