Ardını oxu...
Putinin Qarabağa yolladığı uğursuz(?) milyarder “desant”ı Ruben Vardanyanı Xankəndindən “Laçın” sərhəd-məntəqəsinədək kimin müşayiət etməsi haqda informasiya meydana çıxıb.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, “Hraparak”ın yazdığına görə, Vardanyanı özü də dövlət sərhədini keçərkən Azərbaycan sərhədçiləri tərəfindən həbs edilən əski separatçı-terrorçu rejimin qondarma “müdafiə ordusu” komandanının keçmiş birinci müavini, general-mayor Davit Manukyan müşayiət etmək qərarına gəlib.

Məlumatda deyilir ki, Manukyan Ruben Vardanyanı aparan maşını şəxsən idarə edib və bununla da həyatını riskə ataraq Bakı zindanınının “hörmətli” məhbuslarından birinə çevrilib. Erməni nəşri iddia edir ki, Azərbaycan sərhədçiləri erməni generalın arvadını da özü ilə bərabər aparıb bir neçə saat saxlayıblar, sonra isə Manukyanın həyat yoldaşının sərhədi təkbaşına keçib Ermənistana getməsinə icazə veriblər...

Xatırladaq ki, sentyabrın 27-də, yəni Ruben Vardanyanın yaxalandığı gün Ermənistanda anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən, Azərbaycanın Qarabağ ərazisində “Dağlıq Qarabağ Respublikası”nın müdafiə ordusu komandanının birinci müavini vəzifəsində işləmiş Davit Manukyan da ərazimizdə xalqımıza və dövlətimizə qarşı törətdiyi cinayət əməllərinə görə dövlət sərhədimizdə saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib...
 
Ardını oxu...
Hər şey bir tərəfə, ermənilər bir ətək pul töküb ABŞ-ın xeyli ştatında qondarma Qarabağı müstəqil dövlət kimi tanıtdırmışdı. Amerika Erməniləri Milli Komitəsi bu işdə xüsusi fəallıq göstərirdi...
Cox vaxt “Artsax” erməni xalqına onu pantürkizmdən qoruyan “qalxan” kimi təqdim olunurdu. Məşhur erməni terrorçusu Monte Melkonyan I Dağlıq Qarabağ müharibəsi zamanı döyüşçülərinə mühazirə oxuyarkən “Biz bu torpağı itirsək, erməni tarixinin son səhifəsini çevirmiş olacağıq”, deyirdi.
“Artsax”ın məhvi ilə birlikdə erməni xaliqini pantürkizmdən qoruyan “qalxan” da əldən çıxıb. Məntiqlə 3 milyonluq erməni nüfuzu bölgədəki 100 milyonluq türk nüfuzu qarşısında çoxdan diz çəkməli idi. Ancaq türk düşmənləri bu qaçılmaz məğlubiyyətin qarsısın uzun müddət ala bildilər. İndi isə obrazlı desək, bölgədə türklər əli qılınclı dayanıb, ermənilərin isə özünü qorumaq üçün qalxanı belə yoxdur...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan videomüraciət yayaraq, yeni hərəkata başladığını bəyan edib. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, müraciətində işdən çıxarılmasının səbəblərini də açıqlayıb.

Karapetyan bildirib ki, o, Azərbaycan Ordusunun təqdim etdiyi ultimatumu qəbul etməyib. “Həmin vaxt sərhəddə gərginlik var idi. Hökumət rəhbərliyi atəş açılmaması haqqında göstəriş vermişdi. Lakin bu əmrə tabe olmadım və atəş açmaq barədə əmr verdim”.

Keçmiş müdafiə naziri onu da deyib ki, Nikol Paşinyan onu işdən çıxararkən bildirib ki, Qarabağa “müdafiə ordusu”na rəhbərlik üçün bu addımı atıb. “Ölkəmiz və regionumuz ətrafında son dərəcə sürətlə inkişaf edən təhlükəli geosiyasi proseslər şəraitində biz Ermənistan hökumətinin qorxaqlığı və satqınlığı nəticəsində baş vermiş Qarabağın dəhşətli bədbəxtliyinin şahidi olduq. Qarabağlıların taleyin ümidinə buraxdılar. Qarabağdakı ordunun buraxılması isə xəyanətdir”.
 
Ardını oxu...
Ukraynanın ən məşhur jurnalisti Dmitri Qordon: "Qarabağ öz doğma limanına qayıdıb"
“Qarabağ suveren Azərbaycanın ərazisidir, Cənubi Osetiya və Abxaziya suveren Gürcüstanın ərazisidir, Dnestryanı suveren Moldovanın ərazisidir, Krım və Donbass suveren Ukraynanın ərazisidir.
Burada müzakirə olunacaq heç nə yoxdur.
Burada hər şey aydındır. Qarabağın otuz illik qarşıdurma tarixindən sonra öz doğma limanına qayıtması Ukrayna, Gürcüstan və Moldova üçün çox ümidvericidir. Bu o deməkdir ki, ədalət zəfər çalır, beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər müqəddəsdir”, - Dmitri Qordon teleaparıcı Vasili Qolovanovla yayım zamanı deyib.
Cavid Dəmirli
Teref.az
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycanın hüquq-mühafizə orqanları özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “rəhbər şəxsləri”ndən bir neçəsini saxlayaraq Bakıya gətiriblər.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri sözügedən şəxslərin son ana qədər Rusiya sülhməramlı kontingentinin iqamətgahında olduqlarını yazıb.
Bildirilib ki, ruslar tərəfindən onlara sağ-salamat Ermənistana aparılacaqlarına dair vəd verilib:
“Lakin ruslar yalan danışıb, vədlərinə əməl etməyiblər. Əvəzində bəziləri Azərbaycanın siyahılarında olan bəzi şəxslərin ölkədən çıxarılması müqabilində külli miqdarda pul qazanıblar. Bizə çatan mötəbər məlumata görə, onlar bu avtomobillərin sərhəddən maneəsiz keçməsi üçün bir nəfərdən 280 min dollar alaraq Həkəridə azərbaycanlılara iki maşının nömrəsini veriblər. İllərlə ruslarla isti münasibətdə olan Arayik Arutyunyan əmin idi ki, ruslar onu Azərbaycan tərəfinə təhvil verməyəcəklər”, - nəşr yazır.
Qeyd edək ki, indiyədək Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən erməni separatçılarının keçmiş “prezident”ləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan, həmçinin Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyan, həmçinin keçmiş “dövlət naziri” Ruben Vardanyan və separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş Davit Babayan, eləc də 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Lyova Henrixi Mnatsakanyan saxlanılıblar.
Azərbaycan tərəfi rəsmi şəkildə sadəcə son üçünün saxlanılması xəbərini təsdiqləyib. Araik Arutyunyanın isə saxlanılmasını əks etdirən kadrlar yayılıb.
Ötən gün isə qondarma rejimin “sonuncu prezidenti” Samvel Şahramanyanın da saxlanılması ilə bağlı xəbər yayılsa da, daha sonra TASS onun artıq Ermənistanda olduğunu açıqladı.
 
Ardını oxu...
Qarabağ separatçılarının "eks-liderləri"nin həbsindən sonra sosial şəbəkələrin erməni seqmentində sabiq "təhlükəsizlik şurası"nın "katibi" Vitali Balasanyanın Azərbaycan tərəfinə keçərkən saxlanıldığı barədə xəbərlər yayılıb.
Bakupost.az xəbər verir ki, erməni KİV Vitali Balasanyanın Qarabağı tərk etməyəcəhd göstərmədiyini dəqiqləşdirib.
"O, saxlanılmayıb və hazırda Qarabağdadır", - deyə erməni KİV bildirir.
 
Ardını oxu...
“Rusiya qazı kəsir, qoy kəssin, erməni xalqı qazsız da yaşayar”.

TEREF.AZ Yenicag.az-a istinadla xəbər verir ki, bunu erməni general Qurgen Melkonyan deyib. O iddia edir ki, Rusiya qazı kəssə, ermənilər qazsız yaşayacaq.

Onun bu sözkləri ermənilərin qəzəbinə səbəb olub. Onlar Mulkonyanı “talançı və vecsiz” adlandırıblar:

“Təbii ki, Kəlbəcərdə (2020-ci ilə qədər – red.) ermənilərin evlərini qarət edən general bundan o qədər də narahat deyil. Çünki qışı ya Dubayda, ya da Rusiyadakı mehmanxanasında keçirəcək.

Xalq isə donub qalacaq və suveren Ermənistanda soyuq və aclığa görə təşəkkür edəcək”.
Ardını oxu...
Musavat.com xəbər verir ki, Ermənistan mediası Azərbaycan tərəfdən Xankəndinin komendantı təyin edilən Sarqis Qalstyanın kim olduğunu öyrənə bilib.

Məlumatda deyilir ki, Qalstyan 2020-ci ildə işğal altında olan Şuşadakı “Avan Plaza” (indiki "Xarıbülbül") otelinin direktoru olub. O, 1990-cı illərin fəallarından biridir, xalq diplomatiyasının tərəfdarıdır və tez-tez Bakıya gedirmiş (burası aydın deyil ki, hansı illərdə və necə - Red.). Erməni mediası yazır ki, ola bilsin, o vaxt da Bakının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.

Xatırladaq ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Şuşa "Avan Plaza" otelinin əməkdaşının milliyyətcə azərbaycanlı olduğunu, lakin 13 ildir "Artsaxda" yaşadığını iddia edən videolar yayılmışdı. Sargis Galstyan qondarma "Artsax" parlamentindəki Ədalət fraksiyasının lideri David Galstyanın əmisi oğludur.

Bir daha vurğulayaq ki, bunların hamısı Ermənistan mediasının iddialarıdır.
 
Ardını oxu...
Artıq Dövlət Təhlükəsizliyi Xidməti Qarabağdakı keçmiş qondarma rejimin keçmiş “prezidentləri” – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbs edildiyini bildirib.

Kult.az xəbər verir ki, həbs edilənlərdən biri – Bako Saakyan haqda tarixçi alim, dosent Zaur Əliyev ətraflı məlumat yayıb.

O bildirib ki, Qarabağda birinci müharibə zamanı Serj Sərkisyan, Monte Melkonyan, Vitali Balasanyan, Robert Köçəryan və digər qatillər ilə əlbir olan Bako Saakyanın əsl adı Bahadırdır:

“Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora xanım Qasımovanın dediklərinə görə, əsl adı Bahadır olan bu şəxs 1988-ci il Qarabağda separatçılıq baş qaldıran kimi adını Bakoya dəyişib.

Bako Saakyan Xankəndidə doğulub. 1998-ci ildə Qarabağdakı separatçı hərəkata qoşulanadək keçmiş muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb. O, vaxtilə keçmiş muxtar vilayətin prokuroru olmuş İsaqulovla tanış olub. Onun sayəsində irəli gedib. Gənc yaşlarından narkotik aludəçisi olduğu üçün regionda narkotik bazarına nəzarət edib.

1990-cı illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. O, ASALA, Rusiya, PKK, İran və Fransada güclü əlaqələri olan adamdır. Xocalı soyqırımı günü Fransa məhz onun vasitəsilə ermənilərə silah, geyim, ərzaq və maliyyə yardımı göndərib. Hizbullah, PKK, ASALA kimi teror təşkilatlarının rəhbərləri ilə sıx əlaqəsi var. Narkotik, silah və insan alveri sayəsində milyonlar qazanıb.

Qarabağ separatçıları içərisində bütün terrorçuların etimadını qazanmış Bakonun əsas işi əsirləri ağır mülki işlərdə işlətmək olub. Qarabağda işğal olunan ərazilərdə binaları, evləri, qəbir daşları və idarələri əsirlərə sökdürüb, İrana satmaq onun vəzifəsi idi. Eyni zamanda əsir və girovları ağır işlərdə çalışması üçün xarici şirkətlərə pul ilə satırmış. Xocalıda, Meşəli, Qaradağlı və digər soyqırımlarda bunun işi erməni zabitlərindən pul ilə sağlam əsir və girovları alıb sonradan onları qul kimi işlətmək olub. Sağlam əsirləri seçmək üçün o, onları bərk döydürüb, neçə gün ac-susuz saxlayıb. Sağ qalanları qul edib.

Saakyan Xocalıya hücum əməliyyatına rəhbərlik edənlərdən biri olub. Uzun müddət terrorçu və insan alverçisi Laura Geverkovna Lalayan (ləqəbi Arnold) birgə əsir uşaqların orqanlarının satışını İran üzərindən Fransa bazarına çıxarmaq işində onunla həmkar olub. Sağlam olmayan əsir və girovları isə ağır işgəncələrə məruz qoyulması əmrini də məhz bu qatil verib.

Orqanı satışa çıxarılan uşaqları (qızları) zorlaması barədə məlumatlar var. Özünün dediyinə görə, körpə qızları zorlamaq onu “cavanlaşdırırmış”.

Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu” kitabında bu qatilin adı Xocalı soyqırımında qətllər törədənlər arasında çəkilir. Bako Saakyan keçmiş prezident Serj Sərkisyanın adamıdır və onlar birgə Amerikada “Erməni gücü” adlanan mafiyanın maliyyəçisidir. Böyük pulların Amerikada leqallaşdırılması bu mafiyanın əli ilə həyata keçirilir.

15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində baş verən faciənin şahidləri bu qatili yaxşı tanıyırlar. Bu faciə zamanı 9 azərbaycanlı mülki şəxs öldürülmüşdür. Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə qoyurdular. Məhz bu ermənilərə başçılığı Bako edirdi.

Qaradağlı soyqırımında Monte ilə birgə əsirləri dəmir qaba salıb od vurmaq əmrini verənlərdən biri də Bako olub.

Həmin günü terrorçu, “Çapıq Edo” adlı qatilin bir neçə yaralı əsgərin üstünə benzin tökərək, yanan kibrit çöpünü atmasına da Bakonun gülərək baxmasını şahid ifadələri təsdiqləyir.

Məhz onun əmrini icra etdikləri üçün də 12 mart 2014-cu il tarixində - Qaradağlının işğal edilməsinin 22 illiyini qeyd edən günü Bako onları Qaradağlıdakı tədbirə dəvət edərək, mükafatlarla təltif edib”.
 
Ardını oxu...
Keçmiş separatçı liderlərin Xocalı aeroportunda saxlanıldığı bildirilir.

Azərbaycan təhlükəsizlik qüvvələri onların qoluna qandalı sülhməramlıların yanında vurub.

Bu barədə yazan erməni mənbələri bildirir ki, separatçı liderlər əvvəllər Rusiya komandanlığından təhlükəsizlik zəmanəti almışdılar. Saxlanılma məhz onların yanında həyata keçirilib.

Bundan öncə separatçı liderlərin Azərbaycandan buraxılmadığı və fəal danışıqların aparıldığı söylənilirdi./Ölkə.az
 

Dünyapress TV

Xəbər lenti