Bu gün 66 kəndin, bir qəsəbənin və üç yüksəkliyin Ermənistanın işğalından azad edilməsindən üç il ötür.
Oxu.Az xatırladır ki, Azərbaycan Ordusu 2020-ci ilin 9 noyabrında bir sıra rayonlar üzrə uğurlu əməliyyatlara imza atıb.
Həmin gün elan edilən məlumatlara əsasən, işğaldan azad olunmuş əraziləri rayonlar üzrə təqdim edirik.
Füzuli rayonu üzrə: Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq kəndləri.
Xocalı üzrə: Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndləri.
Şuşa rayonu üzrə: Daşaltı kəndi.
Xocavənd rayonu üzrə: Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağaverd, Zərdanaşen, Şexer kəndləri.
Cəbrayıl rayonu üzrə: Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər kəndləri.
Qubadlı rayonu üzrə: Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri.
Zəngilan rayonu üzrə: Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi, Bartaz yüksəkliyi, Sığırt yüksəkliyi, Şükürataz yüksəkliyi.
Laçın rayonu üzrə: Güləbird, Səfiyan, Türklər kəndləri.
Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.