|
Bu ilin ilk yarısında Xocalıya köç olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya 50 ailənin köçürülməsi planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvar ayında yerli mediaya açıqlamasında bu il Xankəndiyə də köçürülmə olacağını bildirmişdi.