Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndinə isə 215 ailənin, yəni 819 nəfərin daimi məskunlaşması təmin edilib.

Ardını oxu...
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.

Gundeminfo.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd “Ural” və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib.
Ətraflı

Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut edir.

Antiterror əməliyyatından sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan silah-surat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından birinə çevrilib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşımış, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırmış, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirmişdir.


Ardını oxu...
Xankəndi yenidən qurulur, binalar əvvəlki görkəminə qaytarılır.

Artıq burada ictimai-iaşə obyektləri fəaliyyətə başlayıb.

Buraya ilk köç isə Kərkicahana olacaq.

Daha ətraflı “ATV Xəbər”in süjetində:

 
 
 

 
Ardını oxu...


Xankəndi məktəb binasında Azərbaycan xalqına, türk millətinə qarşı nifrət yazıları əks olunub.

Bu barədə görüntülər "İTV Xəbər”də yayımlanıb.

Belə ki, məktəbin koridorundakı divarda "We hate Turkish” ("Biz türklərə nifrət edirik”) yazılıb.

Həmin görüntüləri təqdim edirik:

Ardını oxu...
Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağda infrastruktur işləri sürətlə davam etdirilir. Görülən proseslərə uyğun olaraq, Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq.

İşğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsi mövcud olub. Böyük Qayıdış layihəsi çərçivəsində bu sayın 316-a endirilməsi planlaşdırılır.

Bəs prosesin icrası hansı zərurətdən yaranıb? Yaşayış məntəqələrinin sayı azalsa, bu, evlərin əvvəlki otaq sayına uyğun verilməsi qaydasına da təsir göstərə bilərmi?

Milli Məclisin deputatı Zahid Oruc deyir ki, 936 yaşayış yerinin hamısının bərpa olunması 100 milyardlarla manat vəsait demək olardı: “Axı ölkəmizin işğala məruz qalmamış bölgələrinin də məktəb, fabrik, zavod və sairin açılması ehtiyacları var. Otaq sayında xüsusi azalmanın olacağını düşünmürəm”.

Daha ətraflı İTV-nin süjetində:

 
Ardını oxu...
Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan hökumətinin ölkənin beynəlxalq aləmdə tanınmış ərazisinə daxil olmayan sərhədyanı əraziləri Azərbaycana təhvil vermək planlarını təkzib etməyib. Bundan əvvəl baş nazir Nikol Paşinyan Azərbaycanın tələb etdiyi dörd kəndin Ermənistanın de jure ərazisinə daxil olmadığını etiraf etmişdi.

Paşinyan ötən həftənin əvvəllərində bildirmişdi ki, İrəvan Bakının tələb etdiyi Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərini Azərbaycana qaytarmağa hazırdır. O, bildirmişdi ki, bu kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən 1991-1992-ci illərdə işğal olunub.

Referans.az xatrıladır ki, martın 15-də Ermənistan Milli Məclisində keçirilən iclasda bir sıra müxalifət deputatları Ararat Mirozyana təzyiq göstərməyə çalışıblar, lakin o baş nazirin dediklərini təsdiqləməklə kifayətlənib. Mirzoyan da Paşinyan kimi Azərbaycanın azad etdiyi 200 kvadrat kilometrlik ərazidən çəkilməyə hazır olub-olmadığına dair heç nə deməyib.

Mirzoyan bildirib ki, iki ölkə tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması 1991-ci il Almatı Bəyannaməsinə əsaslanmalıdır. Bu isə başqa sözlər, keçmiş sovet respublikaları arasında mövcud olmuş sərhədlərin tanınması deməkdir.

Məsələ ilə bağlı danışan Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc Referans.az-a deyib ki, Azərbaycan işğal altında olan bütün ərazilərini mərhələli şəkildə, bir-bir azad edir:

“Kəndlər məsələsinin xüsusən də sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycanın diplomatik, siyasi gündəliyində birinci yerə çıxdığı inkar edilməzdir. Bu məsələdə yaxın 3-4 ilin xronikasını xatırlamaq lazımdır. 44 günlük savaş bizə işğal altında olan torpaqlarımızın 90 faizini qaytardı. Lakin Xankəndi, Xocavənd və digər bir sıra kəndlər qalmışdı. 10 noyabr tarixində Zəngilanın 30-dan artıq kəndi işğal altında idi, onlar azad edilməmişdi. Dövlət başçısının dəmir iradəsi və bizim ordumuzun sistemli tədbirlərinin nəticəsində həmin torpaqlar tam azadlığına qovuşdu. Ardınca “Sarıbaba”, “Qırx qız” dağı azad olundu və daha sonra 2021-ci ildə Fərrux əməliyyatı həyata keçirildi. Daha sonra aprelin 23-də Laçın sərhədində məlum Nəzarət Buraxılış Məntəqəsi quruldu, biz isə ona heç sovet dövründə də olmayıb deyə bir növ məbəd, sərhəd və ya müstəqillik divarı kimi baxırıq. Çünki tarix boyu orada heç bir normal bir sərhəd sistemi olmayıb”.

Deputat qeyd edib ki, bir-birinin ardınca gedilən bu xətt ölkə rəhbərinin hər bir msəsələni öz zamanında həll etmək kimi bir iradə, bir kurs yürütdüyünü ortaya qoyur. Onun sözlərinə görə, ermənilər Qara göl əməliyyatı nəticəsində 150 kvadrat km-ə yaxın ərazinin guya bizim tərəfimizdən işğal olunduğunu sübut etmək istəyirlər, Fransa Senatında və Avropa Pralamentində bu məsələni tanıtdırırlar: “Sovet dövründən anklav kimi Gədəbəy ərazisində olan Başkəndin və başqa ərazilərin bizim nəzarətimizdə olduğunu söyləyirlər. Buna görə də 31 kənd mövzusu gündəliyə atılıb. Yəni demək istəyirlər ki, əgər biz nəyisə qaytarırıqsa, siz də bizə onun qarşılığında nə isə verməlisiniz, lakin Azərbaycan bir qarış belə torpağından keçməyə razı deyil. Onlar guya sübut etmək istəyirlər ki, SOVET dövründə 29,8-in içərisində olan bəzi yerlər bunların nəzarətində olub”.

Zahid Oruc əlavə edib ki, ermənilərin digər bir iddiası budur ki, guya biz Zəngilan ərazisindən Ermənistan torpaqlarına doğru dəhliz boyunca daxil olmuşuq. Yəni indi biz 42 km-lik Naxçıvanla quru əlaqəmiz ki var, onlar bəyan edirlər ki, guya biz bunun hardasa 12-13 kilo metrlik ərzisinə nəzarət edirik. Onlar bildirir ki, biz bu əraziləri qaytarsaq, o zaman bunlar sülh müqaviləsinə gedə bilərlər. Bir kvadrat metr yer də Azərbaycan üçün müqəddəs məna daşıyır, bu bizim üçün önəmlidir, ondan vaz keçilməyəcək.

Zahid Oruc onu da qeyd edib ki, delimitasi və demarkasiya prosesi başa çatmasa belə sülh müqaviləsinin imzalanması baş verəcək.
 
 


 
Ardını oxu...
Bu gün Füzuli şəhərinə növbəti köç karvanı başlayır.

“Report” xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də Füzuliyə 34 ailədən (123 nəfər) ibarət növbəti köç karvanı yola salınıb.

Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.

Qeyd edək ki, Füzuliyə sonuncu köç karvanı martın 15-də baş tutub. Həmin mərhələdə şəhərə daha 35 ailə - 153 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.
 
 
 

Ardını oxu...
Azərbaycan və Ermənistan təmsilçiləri sülh və ya çərçivə sazişinin mətni üzərində, o cümlədən sərhədin müəyyənləşməsi istiqamətində müəyyən qədər irəliləyiş əldə etsələr də, Zəngəzur dəhlizinin açılması və dəmir yolunun işə düşməsi mövzusunda irəliləyiş yoxdur.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əksini tapıb.

Təhlildə vurğulanıb ki, bu dəhliz bir çox dövlətin maraq dairəsindədir:

“Zəngəzur dəhlizi Çini Avropa ilə birləşdirəcək Orta dəhlizin tərkib hissəsi olmalıdır. Bu dəhlizin işə düşməsi Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, eləcə də Ermənistan üçün faydalıdır. Bu yol Rusiyadan yan keçsə də, Rusiya Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çıxış imkanı qazanacaq. Deməili, Zəngəzur dəhlizi Rusiya üçün də faydalıdır.

Zəngəzur dəhlizinin əleyhinə çıxan əsas dövlət İrandır. Çünki İranda yanlış olaraq hesab edirlər ki, Zəngəzur dəhlizi İranın Ermənistana çıxışının qarşısını alacaq. Halbuki dəhliz iki ölkə arasında giriş və çıxış imkanlarını bağlaya bilməz. Digər tərəfdən İranın özü də Azərbaycan üzərindən Zəngəzur dəhlizindən keçən dəmir yolundan sərnişin və yükdaşımalarda istifadə edə bilər”.

Analizdə xatırladılıb ki, Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı fərqli yanaşma ortadan qaldırılmayıb. Azərbaycan maneəsiz keçid tələb edərkən, Ermənistan dəhlizdə yoxlama həyata keçirmək istəyir:

“Azərbaycanın əsas arqumenti budur ki, Zəngəzur dəhlizi Azərbaycanın bir hissəsini digər hissəsi olan Naxçıvanla bağlayacaq və bu halda sərhəddə Azərbaycan vətəndaşlarının yoxlanılması düzgün deyil. İrəvan isə dəhlizin Ermənistan yurisdiksiyası altında fəaliyyət göstərməsini tələb edir.

Yanaşmalarda bu fərq necə ortadan qaldırıla bilər?

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel 2023-cü ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyandan görüşdən sonra mediaya belə bir açıqlama vermişdi: “Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqələrinin bərpası ilə bağlı mövqelər bir-birinə yaxınlaşır. AB bu istiqamətdə maliyyə töhfəsi verməyə hazırdır. Detalları biz hələ də aydınlaşdırmağa çalışırıq, ancaq bu mövzuda mövqelər bir-birinə yaxınlaşır və seçimlər fəal şəkildə öyrənilir. Tərəflər son iki ay ərzində regiondakı nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı aparılan müzakirələrdə aydın inkişaf əldə ediblər. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat tənzimləmələrinin üsullarını müzakirə etdik. Dəmir yolu əlaqələrinin inşası dərhal icra edilməlidir”.

Beləliklə, Brüssel də Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasını istəyir. Şarl Mişel açıqlamasında bu məsələdə mövqelərin bir-birinə yaxılaşdığını bildirmişdi. Ancaq bu açıqlamadan ötən 8 ay ərzində heç nə dəyişməyib və mövqelərdə yaxınlaşma müşahidə olunmur. Rəsmi Bakının nümunə kimi irəli sürdüyü Kalininqrad modelini (Rusiyanın bir hissəsindən Baltik dənizi sahilindəki şəhərinə digər ölkənin ərazisindən 70 kilometrlik maneəsiz keçid) İrəvan müzakirə etmək istəmir.

Dəhlizin işləməsi üçün təklif edilən digər model sərhəd və gömrük yoxlamasını üçüncü tərəflərdən birinə həvalə etməkdir. Ermənistan bəri başdan Rusiya hərbçilərinin dəhlizdə yerləşməsinin əleyhinədir. Bəs “üçüncü tərəf” dedikdə hansı dövlət və ya beynəlxalq təşkilat nəzərdə tutula bilər? Misal üçün Azərbaycanın və Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bu işin öhdəsindən gələ bilərmi? Və ya Ümumdünya Gömrük Təşkilatı sadələşdirilmiş keçid üçün tərəfləri razı salacaq model təklif edə bilərmi? Bu təşkilatın sadələşdirilmiş keçid modellərinin hazırlanmasında və tətbiqində təcrübəsi var.

Bütün hallarda bu mövzuda müzakirələrin davamına ehtiyac var. Azərbaycan Şərqi Zəngəzurda dəmir yolunun bərpasını sürətlə icra edir. Ermənistan tərəfdə isə heç bir iş görülmür. Azərbaycanın İranla razılaşması var və Araz çayının sahili ilə dəmir yolu inşa edilməlidir. Əslində bu amil Ermənistan hökumətini Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşmaya həvəsləndirməlidir. Çünki İrandan keçən marşrut qısa zamanda reallaşarsa və bu istiqamətdə sərnişin və yükdaşıma artarsa, Zəngəzur dəhlizinin əhəmiyyəti azalacaq.

Zəngəzur dəhlizindən yalnız Azərbaycan vətəndaşları Naxçıvana və Türkiyəyə keçid üçün istifadə etməyəcəklər. Ermənistan vətəndaşları da bu dəhlizdən keçən dəmir yolu vasitəsilə Rusiyaya gedə biləcəklər. Bu baxımdan Azərbaycan üzərindən Rusiyaya sadələşdirilmiş keçid Ermənistanın da maraqlarına cavab verir. Azərbaycanla Ermənistan arasında qısa zamanda sülh və ya çərçivə sazişi imzalanarsa, bu iki ölkə arasında digər, o cümlədən dəhliz mövzusunda danışıqları intensivləşdirməlidir.

Prezident İlham Əliyev “Qafqaz evi” modelini təklif edib. Dövlət başçısı 2023-cü ilin oktyabr ayında Tiflisdə rəsmi görüşləri zamanı rəsmi Bakının Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanılmasına hazır olduğunu vurğulamışdı. Azərbaycan Prezidentinin təklif etdiyi “Qafqaz evi” modeli reallaşarsa, Cənubi Qafqaz ölkələri arasında, AB ölkələri arasında olduğu kimi, sərhəddə xüsusi yoxlamalara ehtiyac qalmayacaq. Elə etmək lazımdır ki, həm Zəngəzur dəhlizi işə düşsün, həm də Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ittifaqlarda yer almasın. Ermənistan regional əməkdaşlığa cəlb olunarsa, müxtəlif ölkələrdəki mərkəzlərin Azərbaycana qarşı təbliğatının da effekti olmayacaq”.

Ardını oxu...
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, son 3 il ərzində işğaldan azad olunan ərazilərdə hər hansı yaşayış evi və sosial-mədəni obyekt istifadəyə verilməyib.

Yeniavaz.com-un məlumatına əsasən, Komitənin rəsmi saytında dərc olunan statistik məlumatlardan belə görünür ki, 2021, 2022 və 2023-cü illər ərzində işğaldan azad olunan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər və Şuşa rayonlarında yaşayış evləri, xəstəxana, təhsil müəssisəsi və digər sosial-mədəni obyektlər rəsmi şəkildə istifadəyə verilməyib.

Məlumat üçün bildirək ki, mətbuatda yayılan məlumatlarda ötən il işğaldan azad olunan ərazilərə yüzlərlə keçmiş məcburi köçkün ailəsinin köçürüldüyü qeyd olunub. Adları qeyd olunan rayonların bəzilərində çoxsaylı sosial-mədəni obyektin istifadəyə verilməsi ilə bağlı məlumatlar yayılıb.

2022-ci ilin iyul ayında Zəngilan rayonu ərazisində inşa olunan Ağalı kəndinə köç başlayıb və insanlar orada yaşamağa başlayıblar.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan belə görünür ki, işğaldan azad olunan ərazilərdə tikilən yaşayış evləri və sosial-mədəni obyektlər əhalinin istifadəsinə verilsə də, onların istismarına rəsmi dövlət qurumları tərəfindən icazə verilməyib.
 
 
 
Ardını oxu...
Xankəndidə 11 qumbara və digər silahlar aşkarlanıb.

Dia-az.info xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, 3200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Dünyapress TV

Xəbər lenti