Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin edilib.
Ardını oxu...
“Qarabağ” futbol klubu Xankəndidə keçirilmiş tarixi oyun haqqında video hazırlayıb.

“Biz qayıtdıq! Xankəndidə tarixi oyun!” sərlövhəli material dekabrın 21-i Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndi şəhər stadionunda keçirilmiş “Qarabağ” – MOİK matçına həsr olunub.

Xatırladaq ki, oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsilə yekunlaşıb.
Həmin videonu təqdim edirik:

 
Ardını oxu...
Samvel Şahramanyan qondarma “artsax” rejimini buraxması barədəki “fərman”ını ləğv etməsi nə gözlənilməzdir, nə də fövqəladə əhəmiyyət daşıyan bir hadisədir.

Hələ bu ləğv qərarı çox gecikib, əslində o, bunu 2023-cü ilin oktyabr ayının əvvəlində, paçasını Azərbaycanın hüquq-mühafizə orqanlarının əlindən birtəhər qurtarıb Ermənistan tərəfə adlayandan bir az sonra etməliydi, deməliydi ki, buraxılma qərarını verərkən başıma silah dayamışdılar, yoxsa verməzdim.

Aydın məsələydi ki, Şahramanyan bu ilin sentyabr ayının 28-də həmin fərmanı həm acı (ermənilər üçün) gerçəkliklə üzləşdiyindən, həm də öz canını qurtarmaq istədiyindən vermişdi. Necə deyərlər, başqa variantı yox idi. O, sadəcə reallığı konstatasiya etmişdi. Bunun nəticəsində sələfləri Arutyunyan, Saakyan, Qukasyan kimi ənsələnərək Bakıya gətirilmədi, Azərbaycana xidmət göstərdi, buna görə də öz “mükafat”ını aldı.

Həm də bu təkcə Azərbaycana xidmət deyildi, o fərman olmasaydı, şərəfisiz məğlubiyyəti həzm edə bilməyən, üzə düşərək dağdakı kahalarda, meşələrdəki qazma bunkerlərdə gizlənən separatçı erməni quldurlar müqaviməti qısa müddətliyə olsa da, davam etdirəcək, sonda məhv ediləcəkdilər. Şahramanyan öz fərmanıyla onların da həyatını xilas etdi.

Hazırda isə gərginlik azalıb, təlaş-təşviş səngiyib, can qorxusu çəkilib, indi Qarabağ erməniləri də, İrəvandakı revanşistlər də özlərini təhlükəsizlikdə hiss edirlər və həmişəki kimi diş altındakı iştahları qabarır, beyinləri çönür.

2020-ci ilin bu vaxtları da elə olmuşdu. Ermənilərin başbilənləri olan-qalan erməni ordusunu darmadağından, kütləvi əsir düşmək perspektivindən xilas etmək üçün tez-tələsik kapitulyasiya aktına imza atmışdılar, can hövlündən heç kəs etiraz etməmişdi, üstündən bir ay keçəndən sonra İrəvanda haray-həşir qoparmışdılar ki, biz niyə təslim olduq. Təslim olmamaq lüksünüz vardımı? Yox idi. Amma atəşkəs sazişi imzalanandan, hərbi hissələr darmadağın olmaqdan qurtulandan sonra barıt iyi, dron səsi çəkilmiş səmaya baxaraq “yox, biz mövcuduq, iddiamızdan da geri durmuruq” demək asan idi. Ermənilər məhz belə etdilər, düz üç il boyunca özlərini elə apardılar ki, sanki bu qədər itki verməyiblər, ağır məğlubiyyətə uğramayıblar, hər şeyi sıfırdan başlamaq gücündədirlər. Nəticədə 23 saatlıq lokal antiterror əməliyyat keçirilməsini haqq etdilər, “revanş”ları da o oldu ki, əməliyyatın 24 saatınının tamam olmasını gözləmədən ağ bayraq qaldırdılar.

Hazırda onlar yenə də köhnə təfəkkürdədirlər, yenə elə hesab edirlər ki, heç də hər şey itirilməyib, toparlana, itirdiklərini geri qaytara bilərlər.

Samvel Şahramanyan 28 sentyabrda imzaladğı “artsax”ın buraxılması haqqında “fərman”ı ləğv edən “fərman”ını ortaya çıxaran məhz bu düşüncədir. Söz yox, “Züleyxaya dil verən”lər də var. Onlara deyiblər ki, mübarizədən vaz keçməyin, iddianızdan geri durmayın, biz də sizə dəstək olacağıq. Ona görə də indi ermənilər qondarma qurumu öz aləmlərində bərpa edirlər. Amma harada? İrəvanda.

Qarabağ ermənilər bu fərmanla öz ayaqlarına balta vurduqlarının fərqində deyillər. Əgər ermənilərin geriyə, Xankəndiyə qayıtmaq ehtimalları vardısa, separatçı qurumun bərpasını elan edərək özlərini bundan məhrum edirlər. Artıq Azərbaycan dövlətinin haqqı yaranır ki, ölkənin ərazi bütövlüyünü şübhə altına alan, onu parçalamağa çalışan qüvvələri ölkənin daxilinə qəbul etməsin. Hansı ölkə imkan verər ki, xaricdən separatçılar gəlsin və ölkənin bir hissəsində separatizm ocağı yaratsın?

Bu, ağlabatan söhbət deyil. Ermənilər geri qayıtmaq istəyirlərsə, hər cür qanunsuz iddialarından vaz keçməli, Azərbaycan vətəndaşı olmağı qəbul etməlidirlər. Bu saatdan sonra heç kəs onlara gəlib Qarabağda yerləşmək, təzədən Bakıya itaət etməmək şansı verməyəcək. Bu iş bitib.

Şahramanyanın şəxsinə gəldikdə, bu gün ona təklif etsələr ki, yaxşı, əshabələrini də götür, gəl, Xankəndidə yaşa, gəlməz. Adam verdiyi sözə xilaf çıxdığının fərqindədir, bilir ki, dövlət məsələlərində yalnız bir dəfə namərdlik etmək olar, heç kəsə ikinci şans tanımır və əfv etmirlər./Musavat.com

Ardını oxu...
 

İşğaldan azad olunan Füzuli şəhərində böyük stadion tikiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyasında (AzTV) reportaj yayımlanıb.

Bildirilib ki, stadionun tikintisi 17 min hektar ərazidə aparılacaq.

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
“Bizə bugünkü sevinci yaşatdığına görə Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zabux kəndinə köç edən keçmiş məcburi köçkün Ramin Abbasov deyib.

O bildirib ki, Zabuxdan çıxarkən 12 yaşı olub:

“43 yaşımda öz doğma yurduma qayıdıram. Çox sevincliyəm, ilk dəfədir kəndimizə gedirəm. Böyük quruculuq işlərindən sonra kəndimiz, yəqin ki, çox dəyişilib, müasirləşib. Dünyanın ən xoşbəxt insanlarıyıq ki, müharibədə zəfər çalandan bir neçə il sonra öz yurdumuza qayıdırıq. Bizi zəfərə qovuşduran Ali Baş Komandanımıza, Ordumuza minnətdarıq. Dövlətimiz sağ olsun ki, bizi ən qısa zamanda öz doğma yurdumuza qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Xatırladaq ki, bu gün daha 30 ailə (121 nəfər) Laçın rayonunun Zabux kəndinə yola salınıb. Bununla da Zabux kəndində 176 ailənin (688 nəfərin) məskunlaşması təmin edilib.

Aytac Qasımova
Ardını oxu...
Sovet vaxtı mən Xankəndində olmamışam, olanlar deyir ki, o vaxt belə şəhərdə azərbaycan dilində yazı, demək olar ki, yox imiş - şəhərdə küçə adları, yazılar erməni və rus dillərində olub.
Bu gün TV-də Xankəndini, stadionu, axın-axın xalqı, yazıları, asılan müqəddəs bayrağımızı görmək qürurvericidir, nağıl kimidir, fantastik nəticədir.
Bir daha: Xankəndi heç vaxt indiki qədər bizim, Azərbaycanın olmayıb, Dövlətimiz nəinki 1988-dən başlayan separatizmin, sovetlərdən qalan özgələşdirmənin də kökünü qazdı!
Natig Cəfərli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report"xəbər verir ki, “Delimitasiya hansı illərin xəritəsinə uyğun aparılmalıdır?” adlı süjetdə ötən əsrin əvvəlində Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra Azərbaycan ərazilərinin ermənilərə verilməsi prosesinin başa çatmadığı, əksinə, SSRİ-nin mövcud olduğu müddətdə torpaqlarımızın otlaq və əkin sahəsi adı altında ermənilərə “bağışlanması”nın davam etdiyi bildirilir.

Qeyd olunur ki, Qarabağ münaqişəsinin həll edildiyi və Ermənistanla sülh sazişinin gündəmə gəldiyi vaxt ermənilərə “bağışlanmış” ərazilərimizin qaytarılması imkanı yaranıb: “Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətinin ərazisi SSRİ dövründə yenə Azərbaycan torpaqları hesabına genişləndirilib. Artıq yeni reallıqlar yaranıb və bu reallıqlarda Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsi aktuallaşdığı kimi, sovetlər dönəmində ermənilərə “bağışlanan” torpaqlarımızın qaytarılması da gündəmə gəlib”.

Diqqətə çatdırılır ki, rəsmi İrəvanın xəritə oyununu Bakıda yaxşı görürlər, məhz buna görə də Paşinyan dəfələrlə “1975-ci il xəritəsi”ndən bəhs etsə də, Azərbaycan bunu təkzib edib: “Rəsmi Bakının mövqeyi ən yüksək səviyyəsində elan edilib. Prezident İlham Əliyevbu ilin 28 may tarixində Laçında sakinlərlə görüşdə sərhədin müəyyənləşməsi şərtlərini qəti şəkildə açıqlayıb. Xəritələrə gəlincə, Prezident İlham Əliyev ötən ilin 29 aprelində ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın mövqeyini bəyan edib.

Dövlət başçısının çıxışları bir daha təsdiq edir ki, Ermənistanın xəritələr üzərindən oyun qurmaq cəhdlərinə baxmayaraq, Azərbaycan tarixi ədaləti bərpa etmək məqsədilə təkcə SSRİ dövründə ermənilərə otlaq və əkin sahəsi adı ilə ermənilərə verilən əraziləri yox, Qərbi Azərbaycanın – İrəvanın, Zəngəzurun, Göyçənin qaytarılmasını danışıqlar masasına çıxarır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

 
Ardını oxu...
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.

 
Ardını oxu...
 
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin birinci kanalına verdiyi müsahibədə bir sıra etiraflar edib.
Kanalın baş direktorunun “sizcə Qarabağ mövzusu bağlandı?” sualına cavab olaraq, Paşinyan bildirib ki, Qarabağın statusu məsələsənin müsbət həll variantı heç vaxt danışıqlar masasında olmayıb:
 “İndiyədək heç bir dövlət Qarabağı müstəqil qurum kimi rəsmən tanımayıb. Əgər bununla bağlı hər hansı sənəd varsa, arxivdən çıxarıb sübut etsinlər”
Ardını oxu...
Şərqi Zəngəzur dəhlizindən yeni görüntülər yayımlanıb.

AzTV sözügedən ərazidən süjet hazırlayıb.

Ən yaxın zamanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyondan 25 milyon tona çatdırılacaq.

Azərbaycandan keçən Çinlə Avropanı birləşdirən yükdaşıma marşrutu dünyada cərəyan edən proseslər fonunda təhlükəsiz çatdırılma baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təhlükəsizlik bir yana, bu gün Azərbaycan həm də yeni kommunikasiyaların mərkəzidir. İrandan keçərək Naxçıvanla Şərqi Zəngəzuru birləşdirəcək yeni dəhliz vasitəsi ilə il ərzində beş-yeddi milyon ton yük daşınacaq.

Həmin süjeti təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti