Ardını oxu...
“Çox istəyərdim ki, Laçına atamla qayıdım, amma heyif ki, bu günləri görmək ona qismət olmadı”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Ülviyyə Atakişiyeva deyib.

O bildirib ki, Laçından çıxarkən 12 yaşı olub:

“Laçından ayağıyalın, başıaçıq çıxdıq. Ermənilər bizə imkan vermədilər ki, evdən nəsə götürək. Evimizi dolu şəkildə qoyub çıxdıq. Bu gün isə dövlətimiz bizim torpağımızı, evimizi bizə dolu qaytardı. Hər cür şərait yaradıb bizi öz yurdumuza köçürdü. Atamın da ən böyük arzusu Laçına qayıtmaq idi, amma ömrü vəfa etmədi. Əminəm ki, bu gün onun ruhu şaddır.
Bu günü bizə bəxş edən Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün Laçın şəhərinə 21 ailə (81 nəfər) köçürülüb. Bununla da 346 ailənin (1 326 nəfərin) Laçına köçü və məskunlaşması təmin edilib.

Aytac Qasımova
 
Ardını oxu...
Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.

Bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Kəlbəcər rayonun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək.

Qeyd edək ki, Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.("Report")
 
Ardını oxu...
İsrail Cənubi Afrika Respublikasındakı (CAR) səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Modern.az xəbər verir ki, bu barədə İsrial Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik CAR-da İsrailə əleyhinə səsləndirilən son bəyanatlardan sonra bu qərarı qəbul edib.

Cənubi Afrikanın hakim Afrika Milli Konqresi (ANC) partiyası İsrailin bu ölkədəki səfirliyinin bağlanmasını tələb edən təklifini dəstəkləyəcəyini bildirib.
İsrailin Qəzzada HƏMAS-a qarşı kampaniyasını çox tənqid edən Cənubi Afrika öz diplomatlarını İsraildən geri çağırıb.
 
Ardını oxu...
Azərbaycanda Ağdərə rayonu yaradılır.

Bununla bağlı Milli Məclisə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi daxil olub.

Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir.
report
 
Ardını oxu...
Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 17-də Qarabağla bağlı qərar verib və Azərbaycana tapşırıqlar ünvanlayıb ki, bu da ermənilərin təhlükəsiz yaşaması, qayıtması, köçməsi və s. ilə bağlıdır. Yəni onsuz da bu qərar verilməmişdən əvvəl də Azərbaycan belə davranıb. Sadalananlar Azərbaycanın Qarabağda yaşayan və oradan köçən ermənilərlə bağlı planlarına daxil idi. Sərəncamda Azərbaycanın “məcburi və hüquqi öhdəliklər yaradan” birtərəfli öhdəliklərinə əlavə olaraq, BQXK və BMT-nin yoxlamalarına girişi asanlaşdırmaq, abidələri, artefaktları və mədəni dəyərləri qorumaq, zədələməmək və məhv etməmək öhdəliyi də var.
Çox maraqlıdır ki, Qarabağda 30 ildir ki, yaşayan erməninin hansı tarixi abidəsi ola bilər? Yəni Ədalət Məhkəməsi bu qərarı qəbul edərkən, hansı abidələri nəzərdə tutub?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bir çox iddialarını rədd edib. Ermənilərin iddiaları arasında Azərbaycan təhlükəsizlik qüvvələrinin Qarabağdan çıxarılması, Azərbaycanın etnik təmizləmə etməsi və s. yer alsa da, bu kimi məsələlər ümumiyyətlə təmin edilməyib. Ədalət məhkəməsi Azərbaycanın haqlı mövqeyni müdafiə edib, Azərbaycan ərazisinin suverenliyini qeyri-şərtsiz tanıyıb.

Politoloq qeyd edib ki, “Beynəlxalq Qızıl Xaç komitəsi” BMT-ni yoxlamaları, Qarabağa girişi, burada mədəni abidələrinin yoxlanılması, erməni kilsələrinin yoxlanılması üçün şərait yaradılmasını vurğulayır. Halbuki, Qarabağda olan kilsələr qədim Alban kilsələridir və bunların Ermənistana heç bir aidiyyatı yoxdur. Buna görə də, Azərbaycan tərəfi bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə bu istiqamətdə məlumatlar verməlidir.

“Azərbaycanın Qarabağdan könüllü köçən ermənilərin, ümumiyyətlə Qarabağda doğulub boya-başa çatan ermənilərin geri qayıtması üçün planı var. Həmin plan beynəlxalq ictimaiyyətə də təqdim edib. Bu məsələnin Ədalət Məhkəməsində qaldırılması da absurddur. Çünki Azərbaycan bu istiqamətdə özü maraqlıdır ki, ermənilərin geri qayıtsın və reinteqrasiya prosesinə uyğun şəkildə Azərbaycan prosesi uğurla tamamlasın. Bu məsələlərin Beynəlxalq Ədalət Məhkəməsi müstəvisinə çıxarılması da, ümumiyyətlə yersizdir”-deyən politoloq bildirib ki, ümumiyyətlə Qarabağda ermənilərə aid hər hansı bir mədəni iz qəti şəkildə yoxdur.

Politoloqun fikrincə, burada olan qədim Alban abidələri, ümumiyyətlə Azərbaycan tərəfindən UNESCO-nun irs siyahısına təqdim edilməlidir.

“Azərbaycan BMT-nin yoxlamalarını bir neçə dəfə əraziyə buraxdı. Hər hansısa bir etnik təmizləmə, zorakılıq halları, mülki obyektlərə, infrastruktura zərər dəymədiyini də BMT-nin missiyası da sübut edib”-deyə Məhəmməd Əsədullzadə bildirib.
 
Ardını oxu...
Qarakənd faciəsindən 32 il ötür.

Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 32 il ötür.

“Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub.

Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub.

Əvvəllər rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması fərziyyəsi səsləndirilib. Ancaq bir neçə gün vertolyotun ermənilər tərəfindən vurulduğu təsdiqini tapıb.

Terror aktı nəticəsində Mİ-8 hərbi vertolyotunda həlak olanların tam siyahısını təqdim edirik:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi

- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror

- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri, daxili işlər naziri

- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini

- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili

- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili

- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri

- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini

- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru

- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi

- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı

- Saylau Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini

- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru

- Oleq Nikoloyeviç Koçerev - polkovnik-leytenant

- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi

- Alı Mustafa oğlu Mustafayev - telejurnalist

- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı

- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator

- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri

- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü

- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü
Teref. Xocanın Blogu
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az xəbər verir ki, noyabrın 20-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 91 nəfər köçürülüb.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Zabux kəndində 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
 

Ardını oxu...
Ağdam rayonunda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində Türkiyə hərbçilərinin qalma müddəti daha 1 il uzadılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi müvafiq qanun layihəsi Türkiyə parlamenti tərəfindən qəbul edilib.

Xatırladaq ki, Qarabağda Rusiya-Türkiyə monitorinq mərkəzinin yaradılması barədə qərar 2020-ci ilin payızında 44 günlük müharibə başa çatandan sonra qəbul edilib. Mərkəzin yaradılmasının məqsədi müasir texniki vasitələrdən, o cümlədən PUA-lardan istifadə etməklə atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək olub.

Monitorinq Mərkəzinə Rusiya və Türkiyə tərəfdən onlarla zabit daxildir. Ancaq bu strukturun üç ilə yaxındır nə işlə məşğul olduğu çox da aydın deyil. İctimaiyyətə hərbçilərin fəaliyyətinin təfərrüatları barədə heç vaxt məlumat verilməyib. Qarabağda erməni qanunsuz silahlı birləşmələri ilə baş verən çoxsaylı insidentlər və ya Rusiya sülhməramlı kontingentinin fəaliyyəti Azərbaycan və Ermənistan KİV-də geniş işıqlandırılsa da, Monitorinq Mərkəzi susmağa üstünlük verib, heç bir rəy açıqlamayıb və ya tövsiyə verməyib. Təbii ki, bir çox insanların düşüncəsində bu qurumun məqsədinin qeyri-müəyyən və hətta faydasız olduğu fikri yaranır və tədricən güclənirdi. Və budur, Türkiyə tərəfi bu mərkəzdə müşahidə aparan zabitlərinin qalma müddətini daha bir il uzatmaq qərarına gəlib. Bu zaman onların rusiyalı həmkarlarının aqibətinin necə olacağı bəlli deyil – Moskva hələlik heç nə açıqlamayıb.

İndi ortaya maraqlı sual çıxıb: Qarabağın dağlıq hissəsində vəziyyətin kökündən dəyişdiyi bir şəraitdə bu Monitorinq Mərkəzi Azərbaycana lazımdırmı? Axı Qarabağdakı bütün qeyri-qanuni silahlı birləşmələr Ermənistana çıxarılıb və bölgədə bütün hakimiyyət Bakının əlində cəmləşib. İndi orada türk və rus zabitləri kimləri müşahidə edəcək?

Siyasi müşahidəçi Murad Sadəddinov Pressklub.az-a açıqlamasında qeyd edib ki, tərkibinə Rusiya və Türkiyə silahlı qüvvələrinin nümayəndələrinin daxil olmasına baxmayaraq, bu Monitorinq Mərkəzinin (MM) yaradılması təkcə hərbi xarakter daşımayıb.

“Bəli, hərbi nöqteyi-nəzərdən MM-nin mövcudluğu onun göstəricisidir ki, Rusiya və Türkiyədən olan hərbi müşahidəçilər artıq yerlərdə, belə demək mümkünsə, bu hərbi əməliyyat teatrındakı vəziyyəti diqqətlə izləyiblər. Amma mən yenə də hesab edirəm ki, bu mərkəzin yaradılmasında ən mühüm vəzifə onun siyasi məqsədi idi. Bu, Rusiya silahlı qüvvələri ilə yanaşı, Türkiyə ordusunun da Azərbaycanda olmasını rəsmən təsdiqləyən konkret qərar idi. Bakı da, Moskva da bununla razılaşdılar. Hesab edirəm ki, bu, çox mühüm geosiyasi amildir, onun göstəricisidir ki, regionda, onun ən gərgin nöqtəsində rəsmi olaraq Türkiyə və Rusiya silahlı qüvvələri yerləşir və dost olmayan tərəfin hər hansı fəaliyyəti zamanı bunun ciddi nəticələri ola bilər. İnanıram ki, bu, vacib amil idi”, – deyə ekspert bildirir.

“Mən hələ də hesab edirəm ki, MM-nin heç bir məlumat verməməsi ilə bağlı məsələyə gəldikdə, bizim mediada bu mərkəzin fəaliyyət qaydaları ilə bağlı düzgün rəy formalaşmayıb. Çünki öncədən də MM-nin bu və ya digər pozuntuları barədə ictimaiyyətə məlumat verəcəyi və s. elan olunmamışdı. Görünür, MM Qarabağın dağlıq hissəsindəki vəziyyətlə bağlı məlumat toplayıb, Azərbaycan, Türkiyə və Rusiyanın müvafiq strukturlarına məlumat verib. Hesab edirəm ki, birincisi, mövzu həssas olduğundan, bu informasiya məxfi xarakter daşıyıb. İkincisi, bunlar silahlı qüvvələrlə bağlı məsələlərdir və belə məlumatlar, bir qayda olaraq, müəyyən dərəcədə qapalı xarakter daşıyır.

Missiyanın davam etdirilməsinə gəlincə, mən yuxarıda qeyd olunan reallıqlardan çıxış edirəm. Yəni, MM-nin mövcudluğu daha çox siyasi xarakter daşıyır və Türkiyə hərbçilərinin bu ərazidə xidmət müddətinin uzadılması Azərbaycanın maraqlarına, Türkiyənin bölgəmizdəki maraqlarına uyğundur və onun burada olduğu ilə bağlı xarici güclərə qəti siqnaldır. Xüsusən də, antiterror tədbirlərindən sonra Qərbdə bəzi qüvvələrin necə təşvişə düşdüyünü və sərt bəyanatlar səsləndirdiyini nəzərə almalıyıq. Ona görə də hesab edirəm ki, türkiyəli zabitlərin ölkəmizdə qalma müddətinin daha 1 il uzadılması qərarı Azərbaycana qarşı neqativ mövqedə olan qüvvələrə müəyyən dərəcədə ayıldıcı təsiri göstərə bilər”, – deyə Sadəddinov yekunlaşdırıb.

Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 
Ardını oxu...
“Əgər tranzit dəhlizi güc tətbiq edilməklə və ya İranın iştirakı ilə tikilsə, bunun çox güclü əks-təsiri olacaq”.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun katibinin müavini Ceyms O`Brayn ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağda vəziyyətə dair keçirilən dinləmələrdə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə münasibət bildirərərkən belə deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasında maraqlıdır. Bu sülh həm də iqtisadi baxımdan vacibdir.

“Mərkəzi Asiya öz malları üçün yeni marşrutlar axtarır. Bu marşrutlar da cənubdan, Ermənistandan keçə bilər. Biz demişik ki, gücdən istifadə yolverilməzdir. Ermənistanın iştirakı və razılığı ilə tikiləcək tranzit dəhlizi region ölkələri üçün, həmçinin buradan daşınan mallara çıxış əldə edəcək dünya bazarlarında böyük iqtisadi bum yarada bilər. Əgər dəhliz gücdən istifadə etməklə və ya İranın iştirakı ilə açılsa, o zaman bunun çox güclü əks-təsiri olacaq və təşəbbüs uğurlu olmayacaq”, - O’Brayn bildirib.

O, bunun Ermənistan və Azərbaycanın seçim məsələsi olduğunu vurğulayıb:

“Gələcəkdə onlar hansı siyasi münasibətləri qurmaq istəyirlər, onlar öz gələcəyini regional təhlükəsizliyin əsas oyunçuları kimi Rusiya və İran oxu ətrafındamı qurmaq istəyirlər? Hesab edirəm ki, bu, həmçinin, Ermənistan və Azərbaycan hökumətləri üçün də qeyri-sabit və arzuolunmazdır. Hazırda onların fərqli seçim etmək imkanı var. İndi biz bunu onlar üçün və bu mövzuda yüksək səviyyəli əlaqələr üçün aydınlaşdırırıq”.

Göründüyü kimi, Ceyms OBrayn paradoksal fikir yürüdüb. ABŞ diplomatının Zəngəzur dəhlizinin əhəmiyyəti və vacibliyi barədə fikirləri bir tərəfdən Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Lakin O`Brayn kommunikasyaların blokdan açılmasında Azərbaycanın təşəbbüsünü dəstəkləmək əvəzinə dolayısı ilə təhdid edib. Ceyms O`Brayn Zəngəzur dəhlizinə alternativ kimi İran ərazisindən çəkilməsi nəzərdə tutulan Ağbənd-Culfa yolunun açılmasına da etiraz edir və ABŞ-ın bu layihəyə qarşı oldğuna dair xəbərdarlıq edir.

ABŞ Dövlət katibinin müavini ciddi arqumentlər gətirmədən Ermənistanın mövqeyini dəstəkləyib. Bu isə Zəngəzur dəhlizinin açılmasına mane olan və 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirməkdən yayınan Ermənistanın mövqeyini gücləndirir.

Politoloq Əziz Əlibəyli “Cümhuriyət”ə bildirib ki, Ceyms OBraynın açıqlaması Zəngəzur dəhlizinin strateji əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir:

“Bəzən bu layihənin Rusiyanın marağında olduğunu, bəzən də Türkiyənin, Çinin maraqlarına aid olduğuna dair rəylər səslənirdi. Ancaq İsrail-Fələstin münaqişəsinin detalları göstərdi ki, Zəngəzur dəhlizi bütövlükdə bütün güclərin marağında ola biləcək meqalayihədir. Bununla yanaşı, Qərb Azərbaycana guya Ermənistana ərazi iddiasının olduğuna dair tezisi qəbul etdirmək istəyir. Ermənistan suveren ərazisinə müdaxilə etmək istədiyinə dair son vaxtlar səsələnən dezinformasiya xarakterli iddalar da buradan qaynaqlanır.

Ona görə də Azərbaycan tərəfi Ermənistana ərazi iddialarının olmadığına dair rəsmi açıqlama verməli oldu. Azərbaycanın bu rəmi imtinasından sonra Zəngəzur dəhlizi ilə bağlı toqquşma ehtimalı aradan qalxdı və bu, Ermənistanla Rusiya arasında mübahisə predmetinə çevrildi. Lakin Azərbaycanı bəhanə edərək Ermənistanın müdafiəsi adı altında Qərb bölgəyə gəlmək niyyətindədir. ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırması, yüksək rütbəli Amerika rəsmilərinin səfərinin dayandırılması, Azərbaycana ilin sonuna qədər vaxt verilməsi süni şəkildə “etnik təmizləmə” ifadəsinin istifadə olunması və Qarabağa dair Nümayəndələr Palatasında dinləmələrin keçirilməsi bu prosesin tərkib hissəsidir. Məqsəd Ermənistanda daha çox təmsilçiliyə nail olmaqdır.

Zəngəzur dəhlizinə gəlincə, Qərbin daha az təhlükəli olan tranzit marşrutlarına üstünlük verməsi təbii haldır. Bu mənada, Azərbaycan Qərbin tələsinə düşmədi və Zəngəzur dəhlizinin əhəmiyyətini qabartmaqla İran ərazisindən alternativ keçid marşrutu əldə etmiş oldu. Amma bunun Qərbin maraqlarına uygun gəldiyini demək olmaz. Dünyada bloklaşma prosesinin getdiyini nəzərə alsaq, Azərbaycan bu prosesdən yayındı və Rusiya ilə eyni siyasi vitrində dayanmaq təəsüratından uzaq olmağa çalışdı. Lakin nəticə etibarı ilə yenə də Qərb Azərbaycanı Zəngəzurla bağlı təhdid edirlər. Bunlar Azərbaycana qarşı sanksiyaların formalaşdırılmasına doğru aparır”.

Ekspert bildirib ki, Azərbaycana yönəlik təzyiqlərin artmasına baxmayaraq,Ermənistandan işğal altında saxladığı 8 kəndi geri qaytarmaq, 10 noyabr Bəyanaının 9-cu bəndini icra etmək, müharibədə vurduğu ziyama görə təzminat ödəmək tələb olunmur. Xüsusilə də ABŞ Nümayəndələr Palatasında erməni lobbisinin güclü olması Azərbaycan əleyhinə bu fəaliyyəti həyata keçirməyə imkan verir. Bu da Azərbaycanla Ermənistan arasında sülh prosesinə ciddi zərbə vurur:

“Rəsmi Bakı ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünü tanımağı, 8 kəndin qaytarılmasına görə səmərəli fəaliyyət tələb etməlidir. Azərbaycan Ermənistandakı revanşist qüvvələrin bundan sonra həmin addımları atmayacağına dair öhdəlik götürməsi tələbini irəli sürməlidir. ABŞ sülh prosesinə fayda vermək istəyirsə, ilk növbədə, bunlardan başlamalıdır. Yəqin ki, Azərbaycan Vaşinqton formatında danışıqlarda iştirak etmək üçün şərti bu cür də müəyyən edəcək. Artıq “top Ermənistanın meydanındadır”.

Bütün Cənubi Qafqazın gələcəyinə yönəlik qərarı Ermənistan verməldir. Amma Qərb raundu sülhün əldə olunmasına töhfə vermədi. Sülhün Qərbdə imazalanacağını demək mümkün deyil. Qərb həmin şansı itirdi”.

Əziz Əlibəylinin fikirncə, Qərb İran ərazisindən keçəcək alternativ dəhlizin qarşısını ala bilməyəcək:

“Çünki bu regional marşrutun baş tutmasında bir sıra ölkələrdə maraqlıdır. Ona görə də ABŞ-ın belə bir layihəni əngəlləmək imkanı görünmür”.
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus heç nə yoxdur. Nə torpaq, nə də ev onların mülkiyyəti hesab olunur.

Bu sözləri Axar.az-a vəkil Əkrəm Həsənov Qarabağdan köçən ermənilərin mülkiyyət hüquqlarından danışarkən deyib.

Onun sözlərinə görə, ermənilərin vaxtı ilə Qarabağda sahib olduğu bu əmlaklar müstəqil Azərbaycan Respublikasının qanunvericiliyi ilə əldə edilmədiyi üçün mülkiyyət hüquqları tanınmır:

“Ermənilər torpaq mülkiyyətinə malik deyillər. Çünki SSRİ dövründə torpağa mülkiyyət hüququ, ümumiyyətlə, yox idi. Torpağa mülkiyyət hüququ müstəqillik dövründə verilib. Deməli, heç bir erməni iddia edə bilməz ki, hansısa torpaq sahəsini alıb. Yalnız kimsə SSRİ-dən qalma sənədlə Xankəndi kimi şəhərdə mənzil sahibi olubsa və bunu sübut edə bilsə, onun mülkiyyət hüququ tanınacaq. Amma ehtimal etmirəm ki, belələri çoxdur. Onlar yəqin ki, bu sənədləri çoxdan tullayıblar. Əvəzində əllərində qondarma qurumun sənədləri var. Onu da biz heç bir beynəlxalq hüquqa görə tanımalı deyilik. Vətəndaşımız olmayan erməni SSRİ-dən qalma sənədlə mənzilə sahib olubsa, onun mülkiyyət hüququnu tanımalıyıq. Azərbaycanda çox insan var ki, vətəndaşımız deyil, başqa ölkənin nümayəndəsidir, lakin burada evi var”.

Vəkilin sözlərinə görə, ermənilər illər sonra istədiyi vaxt geri dönüb, vətəndaşlıq tələb edə bilməz:

“Onları heç bir halda Azərbaycan vətəndaşı kimi tanımaq öhdəliyimiz yoxdur. Yəni ermənilər digər millətlər kimi Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edə bilər. Amma vətəndaşlıqla bağlı qərar Azərbaycanın özünün səlahiyyətindədir. Kimə istəsə verəcək, kimə istəməsə yox. Hətta Gürcüstanda, yaxud digər bölgədə yaşayan azərbaycanlılara vətəndaşlıq vermirik. Elə isə niyə ermənilərə vətəndaşlıq verməliyik? Yəni verməyə də bilərik. Xüsusən də bizim ərazini öz istəkləri ilə tərk ediblərsə, bizim onlara vətəndaşlıq vermək öhdəliyimiz yoxdur. İndi bu məsələ siyasidir. Vətəndaşlıq verilsə də, bu, siyasi qərarla olacaq. Beynəlxalq hüquq isə bunu bizə məcbur etmir və zorla kiməsə vətəndaşlıq verməyimiz tələb oluna bilməz. Xüsusilə üstündən müddət keçəndən sonra kimsə gəlib vətəndaşlıq tələb edə bilməz. Nəzərə alın ki, onların çoxu Ermənistan vətəndaşıdır, əksəriyyətində Ermənistanın ümumvətəndaşlıq pasportu var. Çünki onlar bu pasportlarla xaricə səfər edirdilər”.
 

Dünyapress TV

Xəbər lenti