Ardını oxu...
Qarabağın (keçmiş və qondarma xunta nəzərdə tutulur – red.) heç bir institutu Ermənistanda fəaliyyət göstərməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, bu “institutların” işləməməsi Ermənistanın təhlükəsizliyi məsələsidir.

Erməni mediası bildirib ki, Ermənistan “artsax” sözünü lüğətdən çıxarır, "nümayəndəliy"ini bağlamağa hazırlaşır, bütün “qurumlar”, “universitetlər”, “idarələr” və “artsax ordusu” ləğv edilir.
Ardını oxu...
Qarabağdan könüllü olaraq Ermənistana köçən ermənilər vətəndaşlıq almaq üçün gələn həftədən müraciət edə biləcəklər.

Cebhe.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, müvəqqəti müdafiə statusu alan şəxslər bazar ertəsi günündən etibarən, DİN-in rəsmi saytında dərc edilmiş siyahıda göstərilən müvafiq sənədləri təqdim etməklə müraciət edə bilərlər.

Xatırladaq ki, ötən ayın 26-sı Ermənistan hökuməti Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərə yeni “müvəqqəti müdafiə” statusunun verildiyini bəyan edib. Qeyd olunub ki, bu status onların hüquq və vəzifələrini dəqiqləşdirməyə kömək edəcək.
 
Ardını oxu...
Bu gün bir neçə kəndin 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci il noyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində uğurlarını davam etdirib.

Həmin gün Cəbrayılın Mirək, Kavdar kəndləri işğaldan azad edilib.

Zəngilan istiqamətinə gəlincə, ordumuz rayonun Məşədiismayıllı, Şəfibəyli kəndlərini işğalçılardan təmizləyib.
Eyni gündə Qubadlının üç kəndi - Başarat, Qarakişilər və Qaracallı kəndləri də işğaldan azad edilib.

Bildirək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq qələbə xəbərini xalqa çatdırıb.
Ardını oxu...
 
Ardını oxu...
Noubar Afeyan pullu kişidir, həm də ermənilərin ictimai-siyasi xadimi kimi tanınır. Adam CNN-də çıxışında deyib ki, Azərbaycan Ruben Vardanyanı həbs etməklə dünyada yaşayan 10 milyon erməniyə psixoloji təzyiq göstərir...
Noubar Afeyan deyir ki, ümumiyyətlə, Artsaxın həbs olunmuş bütün rəhbərlərini Azərbaycan azad etməlidir...
Bəllidir ki, Qarabağdakı erməni separatizminə görə 30 mindən çox adam ölüb. Həm ermənilərə, həm də azərbaycanlılara bu qədər zülm olunub. Yəni törədilmiş bu qədər cinayətlərə görə kimsə məsuliyyətə cəlb olunmalı deyil?..
Məncə, nəyin ki, qondarma Dağlıq Qarabağın, eləcə də Ermənistanın rəhbərləri kütləvi qətllərə və zorakılığa görə mütləq həbs olunmalıdır. Xüsusən, Robert Köçəryan və Serj Sərkisyan hərbi cani kimi Azərbaycana gətirilməlidir. Onlar törətdikləri qırğınlara görə cavab verməlidir.
Düşünürəm ki, Azərbaycan tərəfi eks-prezident Robert Köçəryan və Serj Sərkisyanın təhfil verilməsi üçün Ermənistana rəsmi şəkildə müraciət etməlidir...
Elbeyi Hesenli
Teref.az
 
Ardını oxu...
Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində bütün infrastrukturu, yaşayış məntəqələrini, tarixi, mədəni, dini abidələri barbarcasına məhv edib. Burada 10 min kv km-lik ərazidə böyük dağıntıdan söhbət gedir. Bu, Ermənistanı beynəlxalq hüquq qarşısında cavab verməyə məcbur edən amillərdən biridir.

TEREF.AZ bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, məkrli şəkildə Ermənistan Qarabağdan ermənilərin çıxışına nail olmaqla Azərbaycana qarşı etnik təmizləmə ittihamı irəli sürməyə çalışır:

“Azərbaycan beynəlxalq prinsiplərə sadiqdir. Ermənilərdən fərqli olaraq xalqımız qeyri-islam mədəniyyətinə hörmətlə yanaşır. Bunun əksinə olaraq erməni tərəfi işğalda saxladığı ərazilərdə xristian məbədlərini, alban irsini belə barbarcasına dağıdıb”.

Millət vəkili hesab edir ki, Azərbaycanın bu barbarlığı hüquqi müstəvidə həllini gündəmə gətirməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub:

“Çünki milyardlarla manat təzminət məsələsi var. Kənd, şəhər, rayon mərkəzləri, infrastruktur yerlə-yeksan edilib. Azərbaycanın bu məsələni qaldırması ilə Ermənistana ciddi problemlər yaranacaq. Çünki elə rayonumuz var ki, Ermənistan 60-100 milyard manat dəyərində ziyan vurub”.

Ceyhun Məmmədova görə, Azərbaycan haqlı olaraq bu addımı atdığı təqdirdə Ermənistan bunun qarşılığını verməli olacaq:

“Ermənistan tərəfi məhz bu məsələlərdən “sığortalanmaq” üçün Qarabağdan könüllü şəkildə çıxmış ermənilərə xüsusi sənəd paylayır. Həmin ermənilərin hətta fərdi qaydada Azərbaycanı məhkəməyə verməsi ilə bağlı təşviqat aparılır. Çünki Azərbaycanın təzminat məsələsini qaldırmasının Ermənistan üçün böyük çətinliklər törədəcəyini bilirlər. Hazırda Ermənistan tərəfindən vurulmuş ziyana görə qiymətləndirmə aparılıb, bütün tədbirlər görülüb. Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır”.

Ardını oxu...
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində
Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5
şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa
şəhərinin noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini
kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına görə,
noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər,dekabrın 1-i isə Laçın rayonları
Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş
meydanında, həm siyasi müstəvidə qazandı.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı
Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin
aqibətini müəyyən etmiş həlledici amillərdən biri oldu. Təcavüzkar ölkə və
onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi,
Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla
davam edir.Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də
Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava
Limanının, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış
mərasimlərində, eləcə də Zəngilan və Cəbrayıl rayonlarında bir sıra
obyektlərin təməl qoyma tədbirlərində iştirakıbunun bariz nümunəsidir. Bu
il daha bir neçə beynəlxalq miqyaslı tədbir azad edilmiş ərazilərdə təşkil
edildi. Buna misal kimi 2023-cü il sentyabrın 29-də Zəngilanda BMT-nin
Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən
“Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi
inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi”
mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Bu ildən
etibarən Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhər günlərinin keçirilməsinə
başlanılıb, digər azad edilən şəhərlərin də günü böyük təntənə ilə qeyd
ediləcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla
çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş
ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq:
“Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş
torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü
bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu
bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur
layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın
təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki
qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın
olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə,
Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.
Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış böyük ərazidə yeni
həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz
sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa
etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Azad edilmiş
şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat və infrastruktur işləri gedir,
xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, hava
limanları, dəmir yolları, tunellər tikilir, məscidlər, muzeylər bərpa edilir. Bu
məsələlərdə hər bir vətəndaşımız fəal olmalıdır.
Çox fərəhverici və qururlu haldır ki, bu il Şanlı Zəfərimizin 3-cü
ildönümünü daha böyük sevinclə qeyd edirik. Sentyabrın 19-da cəmi bir
gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ
ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz
də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində,
Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində
Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə
başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin
Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun
Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-
Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu əlamətdar və qürurverici
hadısələr cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsinin 20-ci ildönümündə baş verdi.
Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq
işləri həyata keçirilir. Ən qururverici hadisə isə yəqin ki, noyabrın 8-də
olacaqdır. Həmin gün Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini -
Zəfər Gününü qeyd edəcəkdir. Zəfər Günü münasibəti ilə keçiriləcək hərbi
parad isə Xankəndi şəhərində olacaq, saha sonra isə bayram tədbirləri
Şuşa şəhərində davam edəcəkdir. Hamımız bu günü səbirsizliklə gözləyirik.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
DİA.AZ
 
Ardını oxu...
Bu gün Azərbaycan ordusunun bir neçə kəndi işğaldan azad etməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabrın 30-da Cəbrayılın Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri işğaldan azad edilib.

Eyni gündə Zəngilanın Aladin, Vejnəli, Qubadlının Kavdadıq, Məmər və Mollalı kəndləri işğaldan təmizlənib.
Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.
Ardını oxu...
 
Ardını oxu...
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür.

2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutub.

Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb.

Eyni zamanda bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
 
Ardını oxu...
Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişib
Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.

Hurriyyet.Az xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
 
Ardını oxu...
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür.

“Report” xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.

Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
 

Dünyapress TV

Xəbər lenti