Ardını oxu...
2024-cü il yanvarın 1-də Qarabağdakı keçmiş separatçı rejimin özünü buraxması haqqında fərman qüvvəyə minib.

Qondarma rejimin qurumun fəaliyyətini davam etdirməsinə çalışan siyasi qüvvələrin ləğv edilmiş rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın bununla bağlı ötən il sentyabrın 28-də fərmanını dəyişmək cəhdləri baş tutmadı. Ermənistan ərazisində müxalifətə və Rusiyaya bağlı olan oyuncaq dövlətin yaranmasında maraqlı olmayan Nikol Paşinyan hakimiyyəti Şahramanyana öz imzasına “hörmət” etmək barədə xəbərdarlıq etdi.

Əks təqdirdə, separatçıların fəalları Ermənistan konstitusiyasına zidd fəaliyyətinə görə cəzalandırıla bilərdi. Beləliklə, həm separatçılar, həm də Ermənistan Qarabağdakı qondarma rejimdən rəsmən imtina etmiş oldu. Bu isə öz növbəsində ermənilərin Qarabağa kütləvi qayıdışına, Azərbaycan Ermənistan sülh danışıqlarına təsirsiz ötüşməyəcək.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatları Qarabağda separatizmin aradan qaldırılmasına gətirib çıxarıb:
"Separatçıların keçmiş rəhbəri Samvel Şahramanyanın 2023-cü il sentyabrın 28-də imzaladığı sənəd bu prosesi başa çatdırıb. Təbii ki, qondarma rejimin fəaliyyəti qanunsuz idi. Amma onlar rejimin buraxılmasına dair sənədi imzalamışdı. Həmin fərmana əsasən, yanvarın 1-dən oyuncaq qurum ləğv edilir. Ancaq hələ oktyabr ayından Nikol Paşinyan hökuməti qondarma rejimin Ermənistanda formalaşmasına və fəaliyyətini davam etdirməsinə icazə vermədi.

Ermənistan rəhbərliyi həmçinin separatçılara maliyyə yardımını dayandırıb. Sentyabrın 28-dən etibarən qondarma rejim mövcud deyil. Ötən günlərdə Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı və ona kortejlə gəzməyə icazə verilmədiyi bildirildi. Göründüyü kimi, artıq ermənilərin Qarabağa kütləvi qayıtması prosesi reallaşmayacaq. Rəsmi Bakı bu məsələyə azərbaycanlıların Zəngəzura qayıdışı ilə paralel baxılmasını təklif edir. Təbii ki, bu məsələlər sülh sazişində yoxdur.

Artıq ermənilərin Qarabağa dönüşü də inandırıcı görünmür. Yəni Qarabağ məsələsi yoxdur və bitib. Ermənistan hökuməti də Qarabağdakı separatçılara hər hansı dəstək vermir, onlara hər hansı şərait də yaratmır. Əgər onlar gələcəkdə separatizm ideyalarını dirçəltməyə cəhd etsələr, buna cavab olaraq, Qərbi Azərbaycan hökuməti yaradıla bilər”
 
Ardını oxu...
Prezident İlham Əliyev Yeni il təbrikində 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağını söyləyərkən, Kərkicahan, Malıbəyli, Turşsu kəndləri və Xocalı qəsəbəsi ilə yanaşı Xankəndinin də adını çəkdi. “İl ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar” deyən dövlət başçısı bu prosesin sürətlənəcəyini vurğuladı. Xankəndinin məskunlaşdırılması o deməkdir ki, rəsmi Bakı ermənilərin Qarabağa qayıdışını gözləyən deyil. Aydın oldu ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Demək qayıtmayacaqlar. Belə olan halda Xankəndinə keçmiş sakinlərin köçürülməsi ilə yanaşı, şəhərin tamamilə məskunlaşdırılması siyasətinə də üstünlük veriləcək. Eyni məntiqlə Hadrutun da məskunlaşdırılması barədə qərar verilməsi mümkündür.
Elxan Şahinoğlu
Teref: Xocanin Blogu
 
Ardını oxu...
Sarqsyan Azərbaycana növbəti müharibəyə başlamaq üçün əsas verir

Azərbaycanın şanlı qələbəsi və ölkənin ərazi bütövlüyünün çoxdan gözlənilən bərpası ilə yadda qalan ötən ilin sonunda Ermənistanın üçüncü prezidenti, separatçı hərəkatın və Azərbaycanın ərazi bütövlüyünün pozulmasının kökündə dayanan, əlləri qətlə yetirilən mülki azərbaycanlıların qanına bulanan Serj Sarqsyan özünü xatırlatmaq qərarına gəlib.

O, jurnalistlərə açıqlamasında Qarabağ xuntasının lideri Samvel Şahramanyanla görüşdüyünü bildirib: “Düşünürəm ki, Şahramanyan xalqımıza xeyir verəcək, onu əbədi olaraq rüsvay etməyəcək və istənilən şəxsin, hətta prezidentin də birtərəfli qərarla respublikanı ləğv edə bilməsi ehtimalını aradan qaldıracaq bir həll yolu tapacaq. Belə presedentlər olmayıb və ola da bilməz”.

Şahramanyan Qarabağ xuntasının özünü buraxması haqqında “sənəd” imzaladı və Ermənistana gəldikdən sonra bundan imtina etməyə başladı. Bu, çox ermənisayağı bir addımdır və heç kim Şahramanyanı buna görə qınamır, amma onun imzaladığı kağız parçasının heç bir hüquqi qüvvəsi olmadığını aktiv şəkildə müzakirə edirlər.

Erməni revanşistlər böyük həvəslə inanırlar ki, Şahramanyanın imzaladığı “sənəd”dən imtina etməsi regionda vəziyyəti kökündən Qarabağ separatçılarının xeyrinə dəyişəcək. Sarqsyan Şahramanyanın “faydalı həll” tapacağına ümid etdiyi “Artsax”ı dünyada kim tanıyıb?

Hələ 2011-ci ilin avqustunda Sarqsyan gənclərə müraciət edərək onun nəslinin Qarabağı “fəth etdiyini”, gələcək nəsillərin isə “Araratı fəth etməli” olduğunu bəyan edərək, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və Türkiyəyə qarşı ərazi iddiaları olduğunu etiraf edib.

Dörd il sonra Sarqsyan öz sözlərinə inanaraq bildirdi ki, “Ermənistan deyəndə Qarabağın onun tərkib hissəsi olduğunu nəzərdə tutur”.

İndi isə o, məğlubiyyəti qəbul etməyərək, Azərbaycanla barışıq və dialoqa imkan verməyərək, yenidən erməni xalqını qurban verməyə hazırdır. Axı Ermənistan ərazisində separatçı strukturlar fəaliyyətini davam etdirsə, bu, Azərbaycana yeni müharibəyə başlamaq üçün əsas verəcək və bunun məsuliyyəti Şahramanyan və onun tərəfdarlarının üzərinə düşəcək.

Görünür, Sarqsyan yeni müharibəyə can atır, onun fikrincə, bu müharibədə Ermənistan qalib gəlməlidir. Məsələn, Bakının sülh müqaviləsinə revanşı istisna edən bəndin daxil edilməsi tələbini şərh edən Serjik qeyd edib ki, o, uzun illər şahmat oynayır və “qisas almaqda pis heç nə görmür”.

“Baş verənlər Azərbaycan üçün revanş idimi? Əgər belədirsə, onda niyə onlara olar, amma bizə yox? Doğrudanmı biz o yerə gəlib çatdıq ki, onlar hər şeyi edə bilərlər, amma biz heç nə edə bilmirik?”, - deyə Sarqsyan iddia edib.

Özünü görkəmli qrossmeyster kimi təsəvvür edən Serjik unudur ki, şahmat oyunlarına olan meyli 2018-ci ildə hakimiyyəti əldə saxlamağa kömək etməyib. Planlaşdırılan rokirovka uğursuz oldu, baxmayaraq ki, bunun üçün Konstitusiyanı da dəyişdirdi. İndi isə onun növbəti hərəkətlərini diqqətlə düşünərək, görürsən ki, özünü görkəmli şahmatçı kimi göstərmək cəhdləri əbəs və gülüncdür.

Həyat Sarqsyanı çoxdan mat edib. İndi o, açıq-aşkar uzaqgörməzliyinin, aşkar avantürizminin və hədsiz axmaqlığının bəhrəsini dadır. Erməni xalqını acı məğlubiyyət və uzun sürən sosial-iqtisadi böhrana, uçuruma sürükləyən Serjik hələ də qisas haqqında danışmağa cəsarət edir.

Sarqsyandan fərqli olaraq, istənilən ayıq başlı siyasətçi çox gözəl anlayır ki, Ermənistanın qisas cəhdləri bu ölkənin dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxara bilər. Sarqsyanın bütün siyasi fəaliyyəti göstərir ki, o, erməni xalqının maraqlarını dərindən düşünmür.

Onun Ermənistanda hakimiyyətdə olduğu illər terror, həbslər, təqiblər və irimiqyaslı korrupsiya dövrləri kimi yadda qalıb. Odur ki, “dahi şahmatçı” qisas xəyalındansa bu haqda danışsa, yaxşı olar...

Müəllif: Asif Aydınlı
ayna.az
 
 
 
Ardını oxu...
İşğaldan azad edilən bütün ərazilərimizdə ermənilər tərəfindən viran qoyulmuş, illərlə araşdırılmamış tarixi adibələrdə əsrlərin sirləri yatır.

Ağdamda bərpası aparılan Qarabağ xanlarının “İmarəti”də bunlardan biridir.

Kompleksin bərpası zamanı ərazisinin yeni tarixi nümunələri aşkar olunur.
Daha ətraflı İTV-nin süjetində:

 
 
 
Ardını oxu...
“Nikol Paşinyan son müsahibəsində açıq şəkildə bildirdi ki, Moskva Ermənistanı Azərbaycana hücuma məcbur edib və amma o, Rusiyanın tələbini yerinə yetirməyib”.

Bunu erməni politoloq Argişti Kiviryan deyib.

O bildirib ki, Paşinyan Azərbaycana Moskvaya qarşı istifadə edə biləcəyi alətlər verir.

“Ermənistan baş naziri Rusiyanın Bakıya təzyiq etmək imkanlarını zəiflədir. Sonra Paşinyan şikayət edir ki, Bakı Moskvanın tələblərinə əməl etmir. Rusiya bir neçə dəfə eyham vurub ki, Ermənistan öz davranışını dəyişməlidir ki, Moskva Azərbaycanla münasibətlərdə əlində olan vasitələrdən istifadə edə bilsin”, – deyə erməni ekspert əlavə edib. \\KONKRET.az
 

Ardını oxu...


Dünən- dekabrın 27-də Ermənistanın terrorçu eks-prezidenti, Respublika partiyasının sədri Serjik Sərkisyanın sədrliyi ilə partiyanın icraedici orqanının növbəti iclası keçirilib.

Moderator.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, bu barədə icra orqanının üzvü, Sərkisyanın lideri olduğu “Şərəf duyuram” siyasi blokunun parlamentdəki fraksiyasının sədri Hayk Mamicanyan öz “Facebook” səhifəsində məlumat yayıb.

“İclasda partiyanın icraedici orqanı üzvlərinin noyabr və dekabr aylarında partiyanın rayon təşkilatlarının fəalları və tərəfdarları ilə keçirdiyi görüşlərə yekun vurulub.

Prezident Sarkisyan Ermənistanın regionlarında və İrəvanda proqramların hazırlanması və həyata keçirilməsi üçün göstərişlər verib. Daxili siyasi və regional hadisələr də müzakirə edilib”, - deyə deputat qeyd edib.

Xatırladaq ki, 1988-ci ildən baş verən hadisə və proseslərin məntiqi və təhlili göstərir ki, digər Xocalı canisi və ümumiyyətlə, Qarabağ münaqişəsinin katalizatoru olan Robert Köçəryanla yanaşı, Serjik Sərkisyan da sovet dövründən bəri birbaşa sovet “KQB”-si tərəfindən yetişdirilmiş və Ermənistanın “müstəqillik” dövründə də Rusiya “FSB”-sinin(yəni daha sonra Putinin) əlinə veirlmiş və Güney Qafqazda Kremlin maraqlarına uyğun ssenarilərə uyğun oynayan marionet fiqurlardır... Onların hazrıkı əsas funksiyası Ermənistanda Paşinyanın başçılıq etdiyi Qərbyönümlü hakimiyyətin devrilməsinə və birbaşa Moskvadan idarə olunan yeni hakimiyyət qurmaq və lazım gələrsə, Azərbaycanla yeni müharibəyə hazır olmaqdır...
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Oxu.Az xəbər verir ki, dekabrın 28-də daha 25 ailə - 80 nəfər doğma yurduna köçürülür.

Bunlardan 13 ailə (38 nəfər) Bakı şəhərində, beş ailə (17 nəfər) Bərdə rayonunda, beş ailə (15 nəfər) Sumqayıt şəhərində, iki ailə (10 nəfər) Abşeron rayonunda məskunlaşmışdı.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 20 ailə (63 nəfər) Qaradağ rayonunda məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bərdə rayonunda yaşayan beş ailə (17 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və Horadiz şəhərində köç karvanına qoşulacaq.
Beləliklə, bu gün doğma yurdlarına yola düşən keçmiş məcburi köçkünlər də nəzərə alınmaqla Laçın şəhərində 408 ailənin (1 555 nəfər) daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, bu, 2023-cü ilin son köç karvanıdır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesi 2024-cü ildə də davam etdiriləcək.
Ardını oxu...
İşğaldan azad edilmiş Şuşa şəhərindən yeni görüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb.

Belə ki, kadrlarda Şuşanın məşhur “Şirinsu hamamı”nı görmək mümkündür.
Hazırda isə ermənilərin dağıtdığı abidədə təmir-bərpa işləri aparılır.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Ermənistanda hakim partiya Qarabağ separatçılarının son lideri Samvel Şahramanyanın 28 sentyabr fərmanını ləğv etməsinə dair xəbərin ardınca onu kəskin tənqid edib.
Şahramanyan Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr əməliyyatından bir həftə sonra mümkün hərbi toqquşmaların dayandırılması üçün qondarma “Artsax respublikası” və onun “müdafiə ordusunun” 2024-cü il yanvarın 1-dən buraxılacağına dair fərman imzalamışdı.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Qarabağın demək olar bütün erməni əhalisi 19-20 sentyabr əməliyyatının ardınca bölgəni tərk edib.
Şahramanyanın “müşaviri” kimi təqdim olunan Vladimir Qriqoryan ötən cümə günü demişdi ki, separatçı liderin oktyabrın 19-da imzaladığı daha bir “fərman” onun 28 sentyabr fərmanını qüvvədən salıb.
19 oktyabr tarixli “fərmanda” deyilirdi ki, qondarma respublikanın bütün hakimiyyət orqanları, “dövlət naziri”, “hökumət üzvləri”, “parlament”, “hüquq-mühafizə orqanları”, habelə Xankəndinin meri fəaliyyətlərini ictimai əsaslarla, yəni maaşsız, davam etdirirlər.
Şahramanyan dekabrın 22-də başqa separatçı “liderlərlə” görüşərək onlara bildirib ki, “Artsax respublikasını” “hüquqi çərçivədə ləğv edən heç bir sənəd mövcud deyil”.
Azadlıq radiosu
 
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin edilib.

Dünyapress TV

Xəbər lenti