b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_d3f1bb1dba3a1d8cbacdc938c80b2f43.jpg
  

Onların bağlanması mexanizmi olmasa da, hər üç Avropa paytaxtındakı təşkilatların ölkəmizə münasibətdə qərəzli münasibəti dəyişməsi zərurəti var

Özlərini dünyada “insan hüquqlarının müdafiəsi üzrə ən kamil qurumlar” kimi qələmə verən “Amnesty İnternational”, “Transparency İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar Azərbaycana münasibətdə daima sərgilədikləri mövqe ilə hansı məqsədlərə xidmət etdiklərini təsdiqləyiblər.

Bu təşkilatlar bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış edilməyib. Azərbaycanda hansısa xırda bir məsələni şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar yalnız onlara verilən tapşırıq və əmrlər əsasında fəaliyyət göstərirlər. Həmin əmrdən kənara çıxmaq isə bu təşkilatların maliyyə mənbəyinin “quruması” ilə nəticələnə bilər.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını, lakin bunun kifayət olmadığını deyib. İ.Əliyev  diqqətə çatdırıb ki, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty İnternational”, “Transparency İnternational” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır. Qeyd edək ki, bu qeyri-hökumət təşkilatları dövlətdən pul almadığını iddia edir, amma şübhəli fondlardan və ianələrdən maliyyələşdiyini təsdiqləyir. “Human Rights Watch” ABŞ-da, “Transparency İnternational” Berlində, “Amnesty İnternational” Londonda mənzillənib. Bu təşkilatlar zaman-zaman qeyri-dəqiq hesabatların dərc edilməsinə, şübhəli reputasiyalı insan haqları təşkilatları ilə əməkdaşlığa,  hesabatlarda qərəzliliyə görə daima tənqid edilirlər.  

Onların bağlanması mexanizmi olmasa da, hər üç Avropa paytaxtındakı təşkilatların Azərbaycana qarşı qərəzli münasibəti dəyişməsi zərurəti var.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bu barədə “Yeni Müsavat”a bildirdi ki, cənab Prezidentin ADA Universitetindəki  çıxışı çox əhatəli və vacib məsələləri əks etdirib: “Cəmiyyətdə çox maraqla qarşılanıb. Prezident bir çox beynəlxalq təşkilatlarla bağlı fikirlərini bildirdi, o cümlədən Avropa Şurasının baş katibinin Azərbaycanın bu təşkilatdan çıxmamaqla bağlı xahişinin olduğunu dedi. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının artıq Azərbaycan üçün imperativ-məcburi olmadığı qeyd olundu. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində əgər Azərbaycan nümayəndə heyəti iştirak etməyirsə, o zaman həmin hakimlərin qəbul etdiyi qərarlara münasibətin də belə olacağını Avropa Şurası başa düşməli idi. Amma çox təəssüflər olsun ki, Avropa Şurası da digər adıçəkilən beynəlxalq təşkilatlar kimi Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verdilər və nəticəsi də bugünkü reallıqdır. Mənə belə gəlir artıq hamıya aydındır ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-nın işində iştirak etmir.  O ki qaldı "Human Rights Watch", “Amnesty International”, “Transparency International” kimi təşkilatlara, bu təşkilatlar həmişə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdiriblər. Yeri gəlmişkən, bir şeyi deyim ki, “Human Rights Watch” təşkilatının 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın Gəncəyə dinc əhalinin üzərinə qadağan olunmuş bombalarla zərbələr endirməsinə münasibəti gözümüzün qabağındadır və unutmamışıq. O zaman onların davranışına qarşı Azərbaycandan ciddi tənqidlər olduqdan və Bərdəyə də raketlər atılandan sonra onlar Azərbaycana gəldilər və yarımçıq bir hesabat hazırladılar. İki ay ərzində yarımçıq hesabat hazırlayacağıq deyə getdilər. Hazırladıqları hesabatda Azərbaycanı Ermənistana qarşı hansısa hüquq normalarını pozan hərəkətlərdə ittiham edib, Azərbaycanı Ermənistanla bərabərləşdirməyə çalışdılar. Bu, həmin təşkilatın Azərbaycana qarşı ən çirkin qərəzlərindən biri idi. Belə bir təşkilatlara artıq Azərbaycanda zərrə qədər etimad qalmayıb. Çünki onlar tamamilə siyasi təşkilatlara çevriliblər, hüquq müdafiəçiliyindən əsər-əlamət qalmayıb. Sadəcə olaraq, hüquq müdafiəsi, insan haqları adı altında bir sıra dövlətlərə basqı edirlər. Ona görə də ilk növbədə həmin təşkilatların özlərini düzətlmələrinə zərurət var. Ya adlarını rəsmi olaraq siyasi təşkilat elan etməlidirlər, ya da siyasi və qərəzli mövqelərindən imtina etməli və ədalətli hüquq müdafiə təşkilatı rolunda çıxış etməlidirlər. Bu sırada da ən çox qərəzli münasibət sərgilədikləri Azərbaycana münasibətlərində qərəzi kənara qoymalıdırlar. Bu zərurəti dərk edib buna uyğun davranışa keçməsələr, onlar Azərbaycan tərəfindən arzuolunmaz təşkilat kimi qəbul oluna bilər".

Hüquq müdafiəçisi qeyd etdi ki, “Human Rights Watch”, “Amnesty İnternational”, “Transparency İnternational”ın ermənilər tərəfindən də maliyyələşdirildiyi barədə dəfələrlə məlumatlar yayılıb, faktlar açıqlanıb. Ona görə də həmin təşkilatların anti-Azərbaycan mövqeyinə köklənməsində bu amil də rol oynayır. Bu təşkilatların artıq dünyada da nüfuzu qalmayıb. Ona görə də fəaliyyətlərinin zərərli, qeyri-qənaətbəxş olduğu səbəbilə fəaliyyətləri dayandırılmalıdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

12 Aprel 2025 Yunanıstan Türkiyəni təhqir edən hərbçilərini cəzalandırdı
12 Aprel 2025 106 milyard dollar sərvəti var - Cəmi 1 faizini övladlarına verəcək
12 Aprel 2025 Trampın Əliyevə məktubundakı açar cümlə...
12 Aprel 2025 Trampın nümayəndəsi "Ukraynanın bölünməsi" planını açıqlayıb?
12 Aprel 2025 Trampdan "Möhtəşəm" Strateji Qərar
11 Aprel 2025 Bakı və İrəvan sülh sazişini bu şəhərdə imzalayacaq
11 Aprel 2025 imonyan: "Yəqin ki, Ermənistan birdəfəlik silinəcək"
11 Aprel 2025 Moskva Tehranı qoruyurmu, yoxsa Vaşinqtonla balans oyunu oynayır?
11 Aprel 2025 Axios: İran ABŞ-la müvəqqəti nüvə sazişi imzalamağı düşünür
11 Aprel 2025 Ermənistan prizmasından Iranla təlimlər siyasi mesaj xarakteri daşıya bilər - Ekspert danışır...
11 Aprel 2025 Moskva öz dostlarına da “müharibə” elan edir? – Qəribə qadağa
10 Aprel 2025 Moskva polisi Özbəkistan vətəndaşını Ukraynada döyüşə məcbur göndərməyə çalışıb
10 Aprel 2025 ABŞ 4 ölkə ilə tariflərin yumşaldılmasını müzakirə edir
09 Aprel 2025 Nazir Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərləri ilə görüşü
09 Aprel 2025 Səssiz müharibə - Tramp bütün dünyaya savaş elan edib
08 Aprel 2025 İnsanlıq tarixinin ən dağıdıcı ili müəyyən edilib
08 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ: Proses başlandı - Fitnes zallarına BASQINLAR... - VİDEO
08 Aprel 2025 BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə aprelin 8-də iclas keçirəcək
08 Aprel 2025 Ermənilərin “boz kardinal”nın “çirkli pul”u: - Və onların oyuncağına çevrilən Avropa Parlamenti
08 Aprel 2025 Ermənistan dövlət sərhədlərinin ləğvini istəyir - Gözlənilməz bəyanat

Dünyapress TV

Xəbər lenti