Hurriyyet.az xəbər verir ki, "Sputnik", RT və "Rossiya seqodnya" medaiqruplarının baş redaktoru Marqarita Simonyan "Avrasiya - ənənəvi dəyərlər ərazisi" forumundakı çıxışında İrəvanın ünvanına sərt açıqlama ilə çıxış edib. Simonyan deyib: "Əgər, iraq olsun, Rusiya ilə Ermənistan arasında qeyri-dost münasibətlər yaransa, Rusiya üçün əlbəttə, çox kədərli olacaq. Ermənistan isə yəqin ki, ümumiyyətlə olmayacaq. Dəhşət budur".