Anar Əliyev məhkəmə qərarını niyə icra etmir? -
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məhkəmə qərarını icra etmir.

Bu barədə Qaynarinfo-ya keçmiş baş əmək müfəttişi Müşfiq Məmmədov bildirib.

Müşfiq Məmmədov 2002-ci ildən sözügedən qurumda baş əmək müfəttiş vəzifəsində işləyib. Onun sözlərinə görə, 2019-cu ildə heç bir əsas olmadan işdən çıxarılıb.

Keçmiş baş əmək müfəttişi rəhbərliyin işdən çıxarılma barədə əmrini məhkəmədə mübahisələndirmək qərarına gəlib. O, Bakı İnzibati Məhkəməsində işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə iddia qaldırıb. Müşfiq Məmmədovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılıb və təmin edilməyib.

Keçmiş baş müfəttiş qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Lakin Müşfiq Məmmədov hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib. Ali Məhkəmə onun şikayətini qismən təmin edərək, yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya instansiyası isə Bakı İnzibati Məhkəməsinin qərarını ləğv edib.

ƏƏSMN qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, təmin olunmayıb. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 25 aprel 2022-ci il tarixdə icra edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Lakin Nazirlik Ali Məhkəmənin qərarını bu günədək icra etməyib.

Maraqlıdır ki, nazirlik məhkəmə qərarını icra etmək əvəzinə, Müşfiq Məmmədovun işdən çıxarılması barədə əmri faktiki olaraq saxtalaşdırıb.

"Nazirlik xəbərim olmadan analoqu olmayan qanunsuz bir addım atıb: 19 avqust 2022-ci il taixli əmrlə 17 dekabr 2019-cu il taixli ştat cədvəllərinin təsdiq edilməsi haqqında əmrə dəyişiklik adı altında adımı həmin əmrə salaraq süni xitam əmri yaradıb və əmri qanunsuz olaraq geri tarixlə elektron informasiya sisteminə yerləşdirərək analoqu olmayan növbəti qanun pozuntusuna yol verib. Beləliklə, guya mən 2019-cu ilin iyun ayında deyil, 2019-cu ilin dekabrında təkrar işdən çıxarılmışam. Halbuki mən dekabr ayında işdə olmamışam, çünki qeyd etdiyim kimi, bundan 5 ay əvvəl mən artıq işdən çıxarılmışam. Belə çıxır ki, məhkəmə qərarının icrasından yayınmaq üçün istənilən tarixdə verilmiş istənilən əmrə dəyişiklik edərək süni əmrləşmə aparmaq olar. Özü də bunu əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın rəhbərliyi edirsə, bu çox acınacaqlı bir haldır", deyə Müşfiq Məmmədov bildirib.

Bu mənfi nümunədən istənilən dövlət orqanı və ya sahibkar yararlanaraq istənilən işçinin əmək hüquqlarını poza bilər.

Keçmiş baş əmək müfəttişi 2022-ci ildə verilmiş əmrin ləğvi ilə bağlı yenidən Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Lakin iddiası təmin edilməyib. Apellyasiya instansiyasına və Ali Məhkəməyə təqdim edilən şikayətlər də nəticə verməyib.

"Halbuki, eyni məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər işçisi Zaur Hüseynovun iddiası təmin edilib. Bakı İnzibati Məhkəməsinin eyni məsələyə ikili standartlarla yanaşması təəssüf hissi doğurur", deyə Müşfiq Məmmədov qeyd edib.

Onun sözlərinə görə, ayrıca Bakı İnzibati Məhkəməsi işə bərpa olunmağım və işsiz qaldığım müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı qərardad qəbul edib. ƏƏSMN bu qərardadı da icra etməyərək apellyasiya şikayəti verib. Lakin apellyasiya instansiyası şikayəti təmin etməyib.

Müşfiq Məmmədov deyir ki, bu günə qədər ƏƏSMN məhkəmə qərarının icra etmir və yaxud icrasına süni əngəllər yaradır. O, konkret adlar da çəkib:

"Qərarın icrasına maneə törədənlər dövlət qulluğu və məsələləri şöbəsinin müdiri Bayramova Nərmin Ernest qızı və şöbənin əməkdaşı Əliyev Elşad Nizami oğludur. Qərarın icrası ilə bağlı görüşdə bir söz deyən, reallıqda isə başqa cür davranan bu şəxslər işçilərin başına olmazın oyunlar açır və nəticədə vətəndaşları dövlətimizdən narazı salırlar".

Qeyd edək ki, hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir. O, cari ilin fevralında bu vəzifəyə təyinat alıb.
 

Bölmənin digər xəbərləri

12 Aprel 2025 Ş VAXTI BAŞINA 40 KİLOQRAMLIQ DƏMİR DÜŞDÜ, ŞİRKƏT MÜALİCƏSİNİ YARIMÇIQ SAXLADI... - Şəki sakini “Körpü-Bina-Tikinti” MMC-dən şikayətçidir
12 Aprel 2025 Kosmetoloq Aygün Ömərova lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir?
12 Aprel 2025 Elmi Cərrahiyyə Mərkəzində rəzalət
12 Aprel 2025 QHT Agentliyindən qrantları deputatlar və hökumət nümayəndələri necə udurlar? – RƏZALƏT
12 Aprel 2025 Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12 Aprel 2025 Yasamaldakı TİKİNTİ XAOSU davam edir... - NƏ BAŞ VERİR?
12 Aprel 2025 “Embawood” MMC keyfiyyətsiz mebellərini daha çox kimlərə satır - İLGİNC FAKTLAR..
12 Aprel 2025 Ketrinq xidməti göstərirdi, indi isə... - Mahir Abbaszadənin 1,8 milyonluq tender verdiyi şirkət kimindir?
12 Aprel 2025 Xırdalan şəhər 1 saylı orta məktəbin xanım direktorundan qeyri-etik sözlər - “Ala, bilirsən nə var? Bas bayıra!” VİDEO
11 Aprel 2025 Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur-Video-Foto
11 Aprel 2025 Gəncədə məktəbdə insident olub, şagirdlər müəllimə xəsarət yetiriblər - TƏFƏRRÜAT
11 Aprel 2025 Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki zəhərli,çirkab maddələrini gölə axıdır- Video
11 Aprel 2025 Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video
11 Aprel 2025 Daha bir tibb cinayəti: Zaur Ramixanov xəstənin həyatını məhv etdi
10 Aprel 2025 Yardımlıda ŞOK OLAY - Başçının müavini bu işin harasındadır?
10 Aprel 2025 2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət - Kimindir?
10 Aprel 2025 “DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -
10 Aprel 2025 “Vialon” “Kubinka“nı darmadağın edir: Damı uçurulan qadının fəryadı - ŞOK GÖRÜNTÜ
10 Aprel 2025 Səhiyyə Nazirliyinin baş psixiatrı 19 yaşlı gəncə “anadangəlmə əlil” diaqnozu qoydu, amma... – ABŞERON SAKİNİNİN İDDİASINA RƏSMİ REAKSİYA
10 Aprel 2025 ŞƏHİD QIZI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət

Dünyapress TV

Xəbər lenti