Xəbər verdiyimiz kimi, Rusiya lideri Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Moskvada görüşəcəklər.
"DogruXeber.az" xəbər verir ki, tərəflər Moskvada razılığa gələcəklər.
Rusiyadakı diplomatik mənbələrin Ermənistanın "Joğovurd" qəzetinə verdiyi məlumata görə, razılıq əsasında may bayramlarından (Qələbə Günü - red.) sonra Ermənistan və Azərbaycan Alma-Atada sülhlə bağlı hansısa sənədi (sülh sazişi nəzərdə tutulur) imzalayacaqlar. İmzalanma yeri kimi Qazaxıstanın Alma-Ata şəhəri seçilib ki, bu da təsadüfi deyil. Çünki Alma-Ata Bəyannaməsi Azərbaycan-Ermənistan danışıqlarının mərkəzində olub.
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu barədə suala cavab verməkdən imtina edib.