ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin minatəmizləmə əməliyyatlarına cəlb olunması prosesi ilə bağlı müəyyən sənədləşmə işləri gedir: “Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq”. Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb edilməsi Azərbaycan üçün problem yarada bilərmi? Misal üçün Kreml Qarabağda mina təmizləmə fəaliyyətini bəhanə edərək Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalma müddətinin uzadılmasında israr edə bilərmi? Əlbəttə, minatəmizləmə işində Azərbaycana dəstəkdən imtina etmirik. Ancaq bu fəaliyyətin statusu fərqlidir.