Ardını oxu...
İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən Bakcell şirkəti Qarabağ bölgəsində öz strateji genişlənmə planlarını elan edib. Belə ki, şirkətdən verilən məlumata əsasən, Bakcell regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq.
"Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ texnologiyaları təqdim etməkdir", — deyə şirkətdən bildirilib.
Xatırladaq ki, Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.
Bakcell zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların regiona gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək.
Həyata keçirilən layihələr NEQSOL Holding-in Azərbaycanın Qarabağ regionunda ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir.
Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.
 
Ardını oxu...
Qarabağda qalan qadının Ermənistana getmək istəmədiyini deməsi İrəvanda müzakirələrə səbəb olub. Bu barədə tanınmış erməni jurnalist Marat Yeqanyan da yazıb. O, Ermənistanı tərk edib Xankəndiyə qayıtmaq istəyən ermənilərin varlığı faktının araşdırılmalı olduğunu qeyd edib: “Videoya əsasən deyə bilərik ki, “Artsax”da qalan qadın Qırmızı Xaç Komitəsinin Ermənistana köçmək təklifini rədd etdiyini deyir. O həmçinin bildirir ki, 1000-ə yaxın erməni Qarabağa qayıtmağa hazırlaşır. Əgər qadının dedikləri doğrudursa, demək, 1000 xainimiz var”.

Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, Qarabağda qalan ermənilərin Azərbaycandan getməməsinin səbəbi böyük ehtimalla getməyə yerləri olmadığı üçündür. Analitik bəyan edib ki, Qarabağda qalmış ermənilərin əksəriyyətinin yaşlı, xəstə, eyni zamanda tənha insanlar olduğu görünür:

"Amma aralarında cavan, özünü idarə edən ermənilər də var. Xankəndidə şəhərin içində süfrə açıb oturmuşdular. Əslində, həmin ermənilər də soydaşlarının etdikləri cinayətlərə, vəhşiliklərə görə qorxub Azərbaycanı tərk etməli idilər, amma getməyiblər. Harasa getmək imkanı olmayanları başa düşmək olar, amma imkanı ola-ola getməyən ermənilər ya risk edib qalıblar, ya da azərbaycanlıların xarakterlərini bildikləri üçün belə ediblər. Azərbaycan xalqı öz düşməni də olsa, yaşlıya, xəstəyə, ona pənah gətirən insana pislik etməz. Ermənistandan geri gəlmək istəyən ermənilərin işi isə nisbətən rahatdır. Onlar görürlər ki, Azərbaycan heç bir erməniyə toxunmur, ona görə geri qayıtmaq istəyənlərin sayı getdikcə artır. Erməni ekspertin onlara xain deməsini də təbii hesab etmək olar. Çünki hələ iki ölkə bir-birinə düşmən gözü ilə baxır. Sülh sazişi olsa belə, bu məsələlərin yoluna düşməsi üçün uzun zaman tələb olunacaq. Əslində, ekspertin xain adlandırdığı ermənilər elə xaindirlər və onların geri qayıtması Azərbaycana da lazım deyil. Gəlmək istəyən ermənilər böyük ehtimalla imkansız adamlardır. Daha doğrusu, özlərini Azərbaycanın öhdəsinə buraxıb müftə yemək axtaranlardır. Onların arasında həkim, müəllim, elm adamı olduğuna şübhə edirəm. Odur ki, gəlmək istəsələr belə, rədd cavabı üçün səbəblər çoxdur".
 
 

 


Ardını oxu...
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

dia-az.info
Ardını oxu...
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində işğaldan azad olunan Xocalı şəhəri yenidən qurulur.

Hazırda isə burada 283 evin təmir-bərpası aparılır.

Yaxın vaxtlarda əhalinin köçürülməsinə başlanılacaq.
Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Son vaxtlar istər AŞPA, istərsə də digər ermənipərəst təşkilatlardan Qarabağ ermənilərinin yenidən həmin ərazilərə qayıtması ilə bağlı çağırışlar edilir. Həmçinin ermənilərin Qarabağı tərk etməsində guya Azərbaycanın rolu olması haqda təəssürat yaradılmasına cəhdlər sezilir. Lakin gerçəklik tamam fərqlidir: ermənilər Qarabağı öz istəkləri ilə tərk ediblər. Həmçinin rəsmi Bakı dəfələrlə bəyan edib ki, geri qayıtmaq istəyən ermənilərə əngəl yaradılmır.

Bu halda Qərbin və həmin qurumların səsləndirdiyi fikirləri necə qiymətləndirmək lazımdır?

Mövzu ilə bağlı politoloq Elşad Həsənov deyib ki, AŞPA, eləcə də Amerika konqresmenlərinin bəziləri Azərbaycana qarşı böyük qarayaxma kampaniyasına başlayıblar:

“Qarabağı könüllü tərk edən ermənilərin guya güc yolu ilə çıxarılması barədə absurd fikirlər səsləndirilir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iştirakının dondurulması haqqında qərar verildi. Burada göstərilən əsas məsələlərdən biri də məhz Qarabağ erməniləri ilə bağlı idi. Görünür, ermənilər bu mövzuda beynəlxalq səviyyədə ciddi iş aparırlar. Fevralın 1-də “artsax”ın qondarma “ombudsman”ı Qeqam Stepanyan və keçmiş dövlət naziri Artak Beqlaryan ABŞ-ın Demokratlar partiyasının konqresmenləri ilə görüşüblər. Onlar yenidən ağlaşma quraraq Azərbaycandan guya genosidlə çıxarıldıqlarını bildirib, “artsax” xalqının öz “qədim” torpaqlarına qayıtması üçün köməklik göstərmələrini xahiş ediblər. Ermənilər Qarabağı könüllü şəkildə tərk edən zaman BMT-nin komissiyası gəldi, Qırmızı Xaç Komitəsinin nümayəndələri müəyyən sorğular apardılar. Ayrı-ayrılıqda qərar verdilər ki, burada heç bir etnik təmizləmə olmayıb. Bunu sübut edəcək kifayət qədər audio, video materiallar var”.

E.Həsənovun sözlərinə görə, bu gün Qarabağa qayıtmaq istəyən ermənilərin sayı çox azdır:

“Köçüb gedənlərin 90 faizinin əli azərbaycanlıların qanına batıb. Onlar Azərbaycana qarşı döyüşüblər. Ermənistana qayıdan ermənilərin bir çoxu artıq oranı da tərk edirlər. Çünki İrəvanda aclıq, səfalət baş alıb gedir. Yaşamaq üçün əlverişli şərait yoxdur. Qaçan ermənilər ABŞ, Fransa və Rusiyaya üz tuturlar”.
 
Ardını oxu...
Ekspertlər İrəvanın itkin düşmüş şəxslərlə bağlı təklifinə fürsət kimi baxırlar...
Ermənistanın əsir, girov və itkin düşmüş vətəndaşlarla əlaqədar komissiyası Azərbaycanı əsir və
girovların axtarışı istiqamətdə birgə işi gücləndirməyə dəvət edib. Bu barədə ölkənin Milli
Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda bildirilir ki, Ermənistan Baş Nazirliyi və Azərbaycan
Prezident Administrasiyasının 7 dekabr 2023-cü il tarixli birgə bəyanatında qeyd olunan
razılaşmaya əsasən, Ermənistan komissiyası Azərbaycan tərəfini bu istiqamətdə əməkdaşlığı
aktivləşdirməyə dəvət edib.
Ermənistan bu təklifində nə qədər səmimidir? Yoxsa məqsəd Qərbin gözündə özlərini
əməkdaşlığa meyilli, sülhsevər göstərməkdir? Başqa tərəfdən, bu əməkdaşlıq baş tutarsa, sülhü
tezləşdirmək üçün zəmin yarada bilərmi?
“Ermənistanın Azərbaycanı itkin düşənlərin birgə axtarışına dəvət etməsində qeyri-səmimilik
var”.
Bu sözləri təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bildirib.
Ekspert deyir ki, bizim itkin düşənlərin sayı 4 mindən çoxdur. Bu, əsasən də Birinci Qarabağ
müharibəsində olub. Əsir düşənlər isə həm hərbçilər, həm də mülki vətəndaşlardır: “Ermənistan
tərəfi isə deyəcək ki, bu dövrdən xəbərimiz yoxdur, axtarmışıq. Ən yaxşı ehtimal kimi, 1-2
kütləvi məzarlıq tapacaq və sayı da itkin düşənlərin sayı ilə uyğun olmayacaq. Əsasən də
zamanla əlaqələndirib, deyəcəklər ki, onların taleyi ilə bağlı heç nə bilmirik. Ermənilər bizim
zamanında irəli sürdüyümüz 4 min nəfərlə bağlı olan məsələləri qabartmağımızı istəmirlər və
bunu arxa plana atmaq niyyətindədirlər. Özlərinin məsələsi isə yeni məsələdir, onun axtarışını
təşkil etmək istəyirlər”.
İlham İsmayıl sonda əlavə edir ki, sonuncu hücum etməmək haqqında pakt, yəni müqavilə
imzalamaq məsələsində də özlərini sülhə meyilli göstərmək istəyirlər. Azərbaycanın cavablarını
isə əvvəlcədən bildikləri üçün bizi təcavüzkar obrazında qələmə vermək istəyirlər. Bütün məqsəd
isə bundan ibarətdir: beynəlxalq ictimaiyyətə desinlər ki, Azərbaycan bizi ittiham edir, itkin
düşənlərlə bağlı biz bu addımı atırıq, amma Azərbaycan atmır. Məncə, biz buna müsbət cavab
verməliyik ki, gəlin axtarışı birlikdə davam etdirək və bizim 4 min nəfərimizi də tapıb verin. Təklifi
qəbul edirik, amma təklifin səmimiyyətinə inanmırıq.
“Ermənistan xüsusi dövlət orqanlarının kütləvi məzarlıqlarla, eyni zamanda əsir və girovlarla
bağlı verdiyi bəyanatda özlərini humanist tərəf kimi göstərməyə çalışırlar”.
Bu sözləri deputat Arzu Nağıyev saytımıza açıqlamasında bildirib.
Millət vəkili deyir ki, Azərbaycanın əsas tələblərindən biri təxminən 4 minə yaxın azərbaycanlı
əsir və girovların yerlərinin müəyyən edilməsi, onlar haqqında məlumatın verilməsidir. 2020-ci
ilin noyabr sazişində, eyni zamanda sonrakı tələblərdə bəlli olur ki, işğaldan azad olunmuş
ərazilərdə kütləvi məzarlıqların tapılması, müxtəlif insan qalıqlarının aşkar edilməsi və onların
yaxınlarına təhvil verilməsi ermənilərin bəzi məsələlərdə bir çox şeyi gizlətdiyini sübut edir.
Əslində onlar Avropaya özlərini humanist göstərmək üçün bu məsələləri qabadırlar.
“Əslində, Ermənistanın Azərbaycana əsir və girovlarla bağlı çağırışı müsbət addımdır.
Məlumdur ki, çoxsaylı əsir və girovlar haqqında məlumatlar məhz onlarda var və onlar bu
məlumatları təqdim etməlidirlər. Sülh müqaviləsinin imzalanmasından ümumi söhbət getsə
də, ən mühüm şərtlərdən biri məhz əsir girovların verilməsidir. Ən yüksək səviyyədə aparılan
danışıqlarda bu məsələ həmişə Azərbaycan tərəfindən qabardılıb. Hər gün bununla bağlı
məlumatların alınması istiqamətində də addımlar atılır. Ermənilər də mütləq şəkildə bu
prosesə qoşulmalıdırlar”.
Arzu Nağıyev qeyd edir ki, lokal xarakterli anti-terror əməliyyatından sonra həbs edilən
cinayətkarların ifadələrindən bir daha məlum olur ki, kütləvi güllələnmə yerləri, kütləvi
məzarlıqlarda basdırılmalar olub və ermənilər anti-humanist addımlar atıblar. Ona görə də
ermənilər bu hadisələr ilə bağlı bildikləri bütün məlumatı Azərbaycana verməlidirlər.
Əsir, girov və itkin düşmüş şəxslərlə bağlı məsələ hər zaman Azərbaycan üçün prioritet məsələ
olub. Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Ermənistanın bu məsələ ilə bağlı hər cür
əməkdaşlıq təklifindən yayınması, qeyri-konstruktiv mövqe tutması hansısa nəticənin əldə
edilməsinə imkan verməyib. Sonuncu təklifdə nə qədər səmimi və ciddi olduqlarını isə zaman
göstərəcək…
Mədinə Useynova
pressklub.az
Ardını oxu...


Yaxın vaxtlarda Laçın şəhərindən rayonun Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətləri fəaliyyətə başlayacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.

Məlumata görə, artıq həmin üç istiqamət müsabiqəyə çıxarılıb və ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.

İndiyə qədər tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları təşkil edilib.
Ardını oxu...
Hər gün olmasa da, erməni mediasını oxuyanda müxtəlif siyasi şərhçilərdən, eləcə də Paşinyan hakimiyyətinə müxalif olan siyasi qüvvələr tərəfindən “Qarabağ məsələsi hələ bitməyib” fikrinin səsləndirildiyini görmək olar. Xüsusilə, keçmiş XİN naziri Oskanyan və onun tərəfdaşları, separatçı rejimin keçmiş məmurları, xaricdəki daşnaklar bunun üçün konkret fəaliyyət istiqamətləri də göstərirlər. Qarabağa qayıtmaq üçün Qarabağ erməniləri arasında “petisiya” keçirildiyi və nəticələrini beynəlxalq mərkəzlərə göndərib qayıdanlar üçün “status” və təhlükəsizlik təminatları alacaqları uğrunda fəaliyyətə başladıqları barədə məlumatlar yayılıb. Diaspora da həmişəki kimi öz ampluasında. Dünən Amerika Erməni komitəsi -ANCA-nın nümayəndələri ilə Artak Beqlaryan və guya hələ də “artsaxın ombudsmanı” olan birisi arasında ermənilərin təminatlı olaraq Qarabağa dönməsi haqqında müzakirələr aparıldığı barədə də məlumatlar yayıldı. Daşnaklar Rusiya sülhməramlılarının Qarabağda qalmasını isə fürsət kimi dəyərləndirir, Rusiyanı perspektiv təminatçı rolunda görürlər. Bu gün də “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan “Qarabağ mövzusunun qapanmadığını, Qarabağ ermənilərinin pozulmuş hüquqlarının beynəlxalq platformalarda gündəmə gətirilməsini, təhlükəsizlik təminatları və müəyyən status müqabilində Qarabağ sakinlərinin geri qayıtması imkanlarının nəzərdən keçirilməsini” mediada paylaşıb.

“Boş şeydir”-deyib, üstündən keçə bilərik, amma dünyanın çox qarışıq olduğu, dünya düzəninin dağıldığı, bizi istəməyən, hələ də təzyiq göstərən qüvvələrin içərisində qlobal güclərin də olduğunu nəzərə alıb işimizi sağlama bağlamalıyıq. Fikirləşməyək ki, Qarabağı tərk edən ermənilər bir də qayıtmazlar. Erməni heç vaxt problemini özü həll etməyib, başqasının əli ilə görməyə çalışıb. Əlbəttə, özbaşlarına qalsa, gələn olmayacaq, amma yenə onlardan alət kimi istifadə edib, regionda təsir imkanlarını artırmaq istəyənlər bu qarışıq zamanda ermənilərin qolundan tutub gətirməyə cəhdlər edəcəklər. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra işğal olunan rayonlarda kimləri məskunlaşdırdılar? Livandan, Suriyadan, Fransadan gətirdikləri erməniləri və Ermənistanın özündə yaşayan evsizləri Laçın, Kəlbəcər, Qubadlı, Zəngilanda yerləşdirdilər.

Diplomatik addımlarımız, mübarizəmiz öz yerində, başda Xankəndi olmaqla Qarabağ iqtisadi zonasında məskunlaşma prosesinə start verməliyik. Vaxtilə etnik təmizləməyə məruz qalmış Xankəndi sakinlərinin və Xankəndi ətrafındakı Kərkicahanlıların yurdlarına dönməsi və bunun üçün zəruri bilinən şərtlərin həyata keçirilməsi bizim təxirəsalınmaz işimiz olmalıdır. Dünyanın təhlükəli bir dönəm yaşadığını biz də fürsət kimi dəyərləndirib, maraqlarımızı ləngimədən reallaşdırmalıyıq.

Ermənilər və havadarlarının Azərbaycana olan təzyiqləri bir tərəfdən sülhün imzalanmasını süni şəkildə uzatmaqdırsa, digər tərəfdən Azərbaycanı Zəngəzur yolu, anklav kəndlər, hətta Qarabağ ermənilərinin geri dönməsində hansısa güzəştlərə məcbur etmək siyasətidir. Odur ki, biz əks təzyiqlər göstərməkdən çəkinməməliyik. Bizim təzyiqlərimiz beynəlxalq hüquqa əsaslandığı üçün bizə cavab olacaq iradların əsası olmayacaq. Məsələn, Delimitasiya komissiyasının bu günkü görüşünün nəticələri haqqında heç nə bilməsək də, Qazaxın anklav olmayan 4 kəndinin ilk mərhələdə Azərbaycana qaytarılması bizim qanuni təzyiq vasitəmiz olmalıdır. Bu, bir daha “Qarabağ məsələsi Azərbaycan üçün bitib” fikrinin təsdiqi olacaq. Amma, ən öndə atacağımız addım Xankəndinin məskunlaşdırılmasıdır. O cümlədən, böyük ərazisi olan Ağdərədə də azərbaycanlıların doğma yurdlarına qayıtması üçün işlərə başlamaq, “Qarabağ məsələsi bitməyib” deyənlərin xəyallarının birdəfəlik gömülməsi olacaq.

Avropa İttifaqına daxil olan ölkələrdə Ermənistan respublikasının diplomatik nümayəndəliklərinə xüsusi tapşırıq verilib ki, qısa müddət ərzində səfirlər həmin ölkələrin parlament rəhbərləri ilə görüşüb Qarabağ ermənilərinin geri dönməsi üçün Azərbaycana çağırışlar edilməsi barədə müzakirələr aparılsın. Artıq bu prosesə başlanılıb. Aydındır ki, Azərbaycan kimin nə çağırış etməsindən asılı olmayaraq öz maraqlarına uyğun olan siyasətini aparacaq. Sadəcə olaraq, beynəlxalq ictimaiyyətdə imicimizə zərər gələ biləcək fikirlərin formalaşmaması üçün preventiv diplomatik addımların atılması erməni revanşistlərinə, diaporasına, kilsəsinə zərbə olmaqla yanaşı, havadarlarına da tutarlı cavab olmuş olar ki, bir daha erməni tələsinə düşməsinlər.

Mənbə: moderator.az
 

Ardını oxu...
Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara bir sıra güzəştlər olacaq.

Qaynarinfo xəbər verir ki, mikro sahibkarlar üçün əsas tələblər onların həmin sahə üzrə təcrübələrinin olması, ən qısa zamanda fəaliyyətlərini bərpa edə bilmələri, vergi və digər öhdəliklərinin olmamasıdır.

Bundan başqa, dövriyyə vəsaitlərinin olması da əsasdır.

Nəzərdə tutulan güzəştlər isə bunlardır:

* Vergi güzəştləri
* Sosial güzəştlər
* Kommunal güzəştlər
* 10 il müddətinə vergidən azad olma və.s

Daha ətraflı "İctimai TV"nin sujetində:

Dünyapress TV

Xəbər lenti