Ardını oxu...
Separatçılar və erməni müxalifəti Qarabağla bağlı ard-arda iki kampaniyaya start verməyə hazırlaşırlar. JAMAZ.İNFO xəbər verir ki, həmin kampaniyalardan biri Azərbaycanın məhkəməyə verilməsi ilə bağlıdır.

Belə ki, “Azadlıq Radiosu”nun erməni bölməsi xəbər yayıb ki, separatçılar və onlara dəstək verən erməni müxalifəti Qarabağdan köçdüyü iddia edilən 120 min ermənin adından beynəlxalq məhkəməyə müraciət edəcək. Bunun üçün imzatoplama kampaniyasına belə start verildiyi deyilir.

İkinci kampaniya isə separatçıların nümayəndəsi, qondarma “parlament”in üzvü Marsel Petrosyan tərəfindən irəli sürülüb. O deyib ki, doqquz ay doqquz gün keçdikdən sonra bu dəfə Ermənistanın müxtəlif rayonlarından və İrəvan şəhərindən gələn kortejlər Qarabağa doğru hərəkət etməlidirlər. “Qayıdış bir neçə mərhələdə təşkil edilməlidir. Bizim heç bir ölkə ilə, o cümlədən Ermənistanla məsləhətləşməyə, razılaşmağa ehtiyacımız yoxdur. Biz dədə-baba ocaqlarımıza qayıdırıq və heç bir qüvvə yolumuzu kəsə bilməz. Başqa çarəmiz qalmadı. Mən bilirəm kimə etibar etmək olar, amma gəlin, hakimiyyətin iştirakı olmadan birlikdə qərar verək. Mütəşəkkil olmayan deportasiyadan sonra mütəşəkkil repatriasiya aparılmalıdır”.

P.S. Ermənilərin belə həvəsləri çox olacaq. Lakin hamısı gecikmiş və heç bir işə yaramayan haldır. Çünki zamanında onlara verilən şansdan yararlanmadılar. İndi geri dönmək istəsələr belə, hansı sənədlə və əsasla Azərbaycan ərazisinə daxil olmaq istəyəcəklər? Hansısa qondarma “pasport”la? Və Azərbaycan Ermənistan vətəndaşı olan erməniləri niyə öz ölkəsinə buraxmalıdır?
Ardını oxu...
“Rusiya bir zamanlar dünyanın ən böyük imperiyalarından olub. Dünyaya sahib olmağın dadı hələ də damağındadır. Bu gün əlindəkilərlə kifayətlənməyən Rusiya əvvəlki əraziləri geri arzulamaya bilməz”.

Bu fikirlər İctimai televiziyanın hazırladığı materialda yer alıb.

“Bu səbəbdəndir ki, bir neçə dövlətin ərazisini zəbt edib. Hətta Ukraynadan əl çəkmək üçün ona təslim olmağı təklif edir. Azərbaycandan isə səssiz-səmirsiz çıxır. İlham Əliyev başqa liderlər kimi Putinə nə təzyiq göstərdi, nə hədələr yağdırdı.

Rus hərbçilərinin öz xoşuna getməsi üçün sadəcə şərait yaratdı. 1920-ci aprelin 28-də Azərbaycanı işğal etməsi ilə tarixə düşmüşdü Rusiya ordusu. O ordunun varislərini 2024-cü il iyunun 12-də tam çıxarmaqla tarixə düşən Azərbaycan oldu. Düzdür, Moskva Xankəndidə konsulluq açmaq niyyətini gizlətmir. Amma arzulamaq heç zaman zərərli deyil. İndi sizə Xocalı aeroportunun gizlinlərini göstərəcəyik. Rus hərbçilərdən geriyə qalanları. Sülhmərmalılar burda əsl istirahət zonası salıblarmış. Yəqin ki, əbədi qalacaqlarını düşündüklərinə görə. İndi onlardan geriyə boş konteynerlər və hovuz qalıb. Xocalı aeroportu heç vaxt sıradan hava limanı olmayıb. Ermənilərin atəşi altında qalan azərbaycanlılar Qarabağı burdakı helikopterlərlə tərk ediblər. Helikopteri ilə Xocalı aeroportunu son tərk edən pilot isə o olub - Edison Həsənov. Çarəsiz insanları necə daşıdığını bu gün də kədərlə xatırlayır. Beləliklə, dünəndən bu günə Xocalı hava limanı”, süjetdə deyilir.

 
 
 
Ardını oxu...
  

Şuşa Rayon Mərkəzi Xəstəxanasında bərpa-quruculuq işləri sürətlə davam edir.

90 çarpayılıq xəstəxananın ümumi tikinti sahəsi isə 23 min kvadratmetrdən çoxdur.

Hazırda burada bir çox şöbə tikilir.

Qeyd edək ki, xəstaxananın ərazisində yoluxucu xəstəliklər korpusunun da yaradılması nəzərdə tutulub.

Ətraflı AzTVn-in süjetində:

 
 
 

Ardını oxu...
İyunun 12-də Xocalı aeroportunda Azərbaycan bayrağının qaldırılmasından sonra sosial şəbəkə istifadəçiləri hava limanına Milli Qəhrəman Əlif Hacıyevin adının verilməsini təklif edirlər.

Axar.az xəbər verir ki, buna səbəb kimi Əlif Hacıyevin 1992-ci ilin fevralında həm Xocalı sakinlərinin xilasındakı rolu, həm də şəhərin hava limanının müdafiəsi uğrunda mübarizəsi göstərilir.

Belə ki, 1970-ci illərdə inşa edilən Xocalı aeroportundan müxtəlif məqsədlər üçün AN-2 (“Kukuruznik”) təyyarələri uçurdu, Bakıdan Xocalıya, Xocalıdan İrəvana gedirdi. Bundan başqa, kənd təsərrüfatı məqsədilə istifadə olunub. Amma Heydər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci katibi olduğu zaman – 1975-ci ildə onun rəhbərliyi altında Xocalı hava limanı müasir formada qurulur. 1990-cı ildə isə Əlif Hacıyev Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir, eyni zamanda Xocalı hava limanının komendantı olur.

Bir müddət sonra Azərbaycana qarşı ərazi iddiaları ilə hərəkətə keçən erməni terrorçuların növbəti hədəfi Xocalı olur. Şəhərin hava limanının strateji əhəmiyyətinə görə buranı zor gücü ilə ələ keçirməyə çalışan ermənilər aeroportu mühasiəyə alır və oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. Əlif Hacıyev isə üstün zəkası ilə həm hava limanı uğrunda mübarizəsini davam etdirir, həm də binadakı azərbaycanlıları xilas etmək üçün hərəkətə keçir. Bu səyləri zamanı da 1992-ci ilin fevralın 25-də erməni gülləsinə tuş gələrək, şəhid olur.

Xocalı hava limanına Əlif Hacıyevin adının verilməsi ilə bağlı təklifləri hərbi ekspert Üzeyir Cəfərov da dəstəkləyib:

“Ordumuzun hələ qurulmadığı dövrdə Əlif Hacıyev və onun tərəfdarları, polis orqanlarından çalışanlar çox sadə və primitiv silahlarla düşmənə qarşı döyüşdülər, canlarından keçdilər. Dəfələrlə ermənilər onun həyatına sui-qəsdə cəhd edirlər. Əlif isə vətəndaşlarımızın oradan çıxarılması, dinc əhalinin nisbətən təhlükəsiz yerə çatdırılması üçün amalından dönmür. Bu səbəbdən də Əlifin adı Xocalı camaatı üçün əzizdir. Bu gün Əlif Hacıyev əqidəsində minlərlə polis əməkdaşları, hərbçilər, insanlarımız var ki, onun göstərdiyi şücaətdən danışır, yolunu davam etdirirlər. Ona görə deyirik ki, Əlif Hacıyevin adı Xocalı aeroportuna verilsə, həm cəmiyyət, həm də insanlarımız, bir növ, onların hansı amallar uğrunda vuruşduğunun bir daha şahidi olarlar. Düzdür, Əlifin adına Bakıda küçə var, ancaq mənə elə gəlir ki, Xocalımız azaddır deyə, onun adı doğma yurdunda da əbədiləşdirilməli, canını fəda elədiyi aeroporta onun adı verilməlidir. Bir sözlə, Xocalı aeroportunun təzədən qurulması, ora unudulmaz, əfsanəvi qəhrəmanımız Əlif Hacıyevin adının verilməsi həm hərbi vətənpərvərlik, həm də qəhrəmanlarımıza verdiyimiz dəyər nöqteyi-nəzərdən yaxşı olardı. Bu məsələnin həlli əlaqədar qurumlar tərəfindən aktuallaşdırılmalıdır”.

Ekspert həmin döyüşlərdə Əlif Hacıyevin qardaşının da şəhid olduğunu xatırladaraq, ümumiyyətlə, böyük qəhrəmanlıq göstərən şəhidlərimizin adının işğaldan azad olunmuş ərazilərdə əbədiləşdirilməsi gərəkdiyini bildirib:

“Bilirsiniz ki, artıq Füzulidə, Şuşada, Ağdamda insanlarımızın yaşayışı təmin olunur. Təkliflər hazırlanmalı, o torpaqlar uğrunda qəhrəmanlıq, şücaət göstərən şəhidlərimizin, o cümlədən canlı qəhrəmanlarımızın adları küçələrə, prospektlərə, məktəblərə, uşaq bağçalarına, idman obyektlərinə verilməsi məsələsi gündəmə gətirilməlidir”
Ardını oxu...
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen üç gün Ermənistanda oldu. Bu səfərdə məqsəd nə idi, niyə səfər belə uzun çəkdi?

- ABŞ Ermənistanda iqtisadi maraqlarını təmin etməyə çalışır, Obrayen də bu məqsədlə İrəvana göndərildi. Əgər Obrayen Ermənistanda üç-dörd gün qalırsa, demək, burada fürsət yaranıb ki, Amerikanın siyasi-iqtisadi maraqları təmin olunsun. Obrayen də həmin fürsətdən istifadə eləmək üçün İrəvanda Mirzoyan, Qriqoryan, Paşinyan və digər rəsmi şəxslərlə danışıqlar apardı. Görüşlərdən sonra bəyanat verdi ki, ABŞ və Ermənistan arasında əməkdaşlıq üçün yeni fürsətlər yaranıb, biz də bundan istifadə eləməliyik. İndi bu əməkaşlıqda maraqlar üst-üstə düşür.

Obrayen ötən ilin sonunda Bakıya da gəlmişdi. Blinken İlham Əliyevə zəng edib xahiş elədi ki, onu qəbul etsin. İlham Əliyev də bu xahişi yerə salmadı. Obrayen bizim haqqımızda artıq-əskik danışmışdı, sonra gəlib üzrxahlıq elədi, danışdıq, biz də bildirdik ki, Azərbaycan ABŞ ilə düşmənçilikdə maraqlı deyil. Obrayan də dedi ki, onlar da düşmənçilik istəmirlər. Biz də onun günahından keçdik, indi də Amerika ilə münasibətlərimiz yaxşıdır. ABŞ Ermənistanla da münasibətlərinin yaxşı olmasında maraqlıdır.

Rusiya Amerikanın düşmənidir, amma biz olmaq istəmirik. Rusiya Amerikanın düşmənidir, nəticəsini də görür – müharibə, mərmilər, raketlər, tanklar, toplar, sanksiyalar... Biz bunları istəmirik. Nə Amerika ilə düşmən olmaq istəyirik, nə də Rusiya ilə. Ermənistan da başa düşdü ki, yumurta yığdığı səbət aşanda yumurtaların hamısı qırılır. Ermənistan 30-40 il ərzində bütün yumurtalarını Rusiyanın səbətinə yığmışdılar. İş elə gətirdi ki, 2020-ci ildə səbət aşdı, Ermənistanın bütün yumurtaları qırıldı. İndi də çalışır ki, Qərblə, ABŞ ilə münasibətləri yaxşı olsun, özü bilər, biz buna soyuqqanlı yanaşırıq. Biz hamıya deyirik ki, Ermənistanla dost olmaq istəyirsinizsə, olun, amma Azərbaycanın hesabına yox. Biz son dörd ildəki siyasətimizdə bunu sübut eləmişik.

- Obrayen Ermənistana müdafiə və təhlükəsizlik sahəsində dəstəyin artırılması vədini verdi. Bu vədin arasında hansı məqamlar var? ABŞ hərbi cəhətdən Ermənistanda yerləşə bilərmi?

- Boş söhbətdir. Amerika heç cür Ermənistanın təhlükəsizliyinə zamin ola bilməz. Çünki Ermənistanın təhlükəsizliyinə zəmanəti qonşuları ilə yaxşı münasibətləri təmin edə bilər. Ermənistan Hind okeanının ortasında bir ada dövləti olsaydı, ABŞ onun təhlükəsizliyinə təminat verə bilərdi. Amma Ermənistan Cənubi Qafqazda yerləşir və onun qonşuluğunda Türkiyə var və onunla ədavət aparırdı. Ermənistanın qonşuluğunda Azərbaycan var, onunla da ədavət içindəydi. Onun qonşuluğunda sanksiyalar altında olan İran, ərazisinin 20 faizi işğal edilmiş Gürcüstan var. Belə bir durumda Ermənistana təhlükəsizlik zəmanətini kim verə bilər? Amerika verə bilməz.

ABŞ Ermənistanın təhlükəsizliyinə zamin durması üçün burada hərbi baza qurmalıdır. Artıq burada Rusiyanın hərbi bazası var. Bir ölkədə bir-birinə düşmən olan iki dövətin hərbi bazaları ola bilməz. ABŞ-nin hərbi baza açması üçün Rusiya öz bazalarını yığışdırmalıdır. Ermənistan da bunu eləməyə qadir deyil. Çünki bütün cəhətlərdən Rusiyadan asılıdır.

Obrayen bunu söz xatirinə deyib. Ermənistanın təhlükəsizliyinə zamin ola biləcək ən qüdrətli dövlət Türkiyədir. Əgər Ermənistan bunu istəyirsə, Türkiyə ilə can-ciyər olmalıdır, “Qərbi Ermənistan” səfehliyindən əl çəkməlidir. Türkiyənin 6-7 vilayətini qoparıb Ermənistana birləşdirmək? Nağıldır, dəliliyin əlamətidir. Bu səfeh fikirlərə yalnız savadsız adamlar sevinə bilərlər, amma savadlı adam başa düşür ki, bu, səfeh fikirdir. Türkiyə qüdrətli dövlətdir, heç kim ondan torpaq qopara bilməz.

“Qərbi Ermənistan” nədir? Bu axmaq fikri beyninizdən çıxarın. Yazıq adamlarsınız, yazıq millətsiniz. Sizi cürbəcür siyasi dələduzlar aldadırlar, dolayırlar. Əminəm ki, artıq Ermənistan sağalma yoluna qədəm qoyub. Sağalmaq üçün ona 2020-ci ildə ona elektroşok vurdular, Qarabağ əldən çıxdı. İndi də ona tərbiyə verirlər ki, ağıllı hərəkət elə, beynəlxalq hüquq deyilən şey, qonşuların hüquqları var. Milli təhlükəsizliyin qayğısına qalırsansa, bu, Azərbaycan və Türkiyə ilə normal münasibətlərə bağlıdır. Elə bir ortaq düstur tapmalısan ki, həm sənin, həm də Azərbaycanın milli təhülkəsizliyi təmin olunsun. Belə olarsa, Azərbaycan, Türkiyə və Ermənistan ortaq məxrəc tapa bilər ki, hər üçünün milli təhlükəsizliyinə xətər dəyməsin. Bütün aləm, bütün Avropa bu düsturla yaşayır.

Bircə Ermənistan deyirdi ki, Ağanəzərəm, belə gəzərəm. Bu da ona dərs oldu, minlərlə hərbçisi öldü, minlərləsi şikəst oldu. Bizim də gənclərimiz həlak oldular. Nəyə görə? Ona görə ki, Ermənistana göstərmək üçün ki, başqa xalq və dövlətin torpağını tutmaq olmaz.

- Ərazi iddiasından söz düşmüşkən, Ermənistan bu əsassız iddiadan imtinanı rəsmiləşdirəcək konstitusiya dəyişikliyinə gedəcəkmi?

- Ermənistan məğlub olub, ölüləri-itkiləri var, müttəfiqsiz qalıb, artıq ənənəvi siyasətinin səmərəsiz olduğunu anlayıb. Xalq da itkilər və müharibələrdən doyub, savaşa çağırış edənlərə səs vermək istəmir. Yerablur qəbiristanlığında məzarların sayı 2-3 dəfə artıb. Erməni xalqı artıq müharibə istəmir. Hətta Nikol Paşinyan məğlubiyyətdən sonra keçirilən seçkilərdə qələbə qazandı. Bu, artıq erməni xalqının müharibə istəmədiyini göstərir. İndi Azərbaycanla sülh müqaviləsini imzalayıb, müharibəyə son qoymaq lazımdır.

Azərbaycan deyir ki, sülh müqaviləsini imzalaya bilər, amma zəhmət çək, sən də konstitusiyanı dəyiş. Çünki sizin konstitusiyanızda vaxtilə xalqın başına hava gələndə qışqırdığı “Miatsum” səfehliyi var. Bu cinayətdir, BMT Nizamnaməsində təsbit olunub. Bu anlayışı Nasist Almaniyası gündəmə gətirmişdi. Amma Ermənistan deyir ki, mən Allahın xalası oğluyam, bütün dünya üçün yazılmış qanunlar mənə aid deyil, buna görə də “Miatsum” deyil. Göstərirsən ki, bu, beynəlxalq qanunvericiliyə ziddir, yenə də “Mitasum” deyirlər. İndi Allahın xalası oğlusansa, gör başına nə gəlir.

Paşinyan konstitsiya dəyişikliyinə dair referendumu indi keçirsə, uduzacaq. Çünki hörməti aşağı düşüb, böyük vədlər vermişdi, heç birini reallaşdırmayıb. Buna görə də deyir ki, mən konstitusiyanı dəyişə bilmərəm. Azərbaycan da bildirir ki, sən konstitusiyanı dəyişmirsənsə, mən də səninlə sülh müqaviləsini imzalamıram.

Digər yandan, hesab edirəm ki, Ermənistan konstitusiyasında nə yazılmasından asılı olmayaraq, sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın Azərbaycandan torpaq qoparmağa da, istəməyə də gücü yoxdur, ordusu darmadağın edilib, müttəfiqsiz qalıb. Biz Qarabağı azad eləmişik, indi orda yol çəkirik, abadlıq işləri aparırıq, binalar tikirik, məktəblər açırıq, insanlarımız yurdlarına qayıdırlar. Ermənistan bizə bata bilməz.

Ermənistanın sülh müqaviləsindən qazancları olacaq, dərhal Türkiyə ilə sərhədlər açılacaq. Türkiyə-Ermənistan ticarəti, iqtisadi əlaqələri yaranacaq, eləcə də Azərbaycanla Ermənistan arasında. Ermənistan bununla Türkiyənin hərbi-siyasi və iqtisadi təsir dairəsinə düşəcək. Şübhə etmirəm ki, erməni ordusunun türk ordusuna inteqrasiyası məsələsi gündəmə gələcək. Sülh müqaviləsi imzalansa, Azərbaycan, Türkiyə və Ermənistanın orduları müttəfiq olacaqlar.

- Obrayen Ermənistanda olarkən Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən Orta dəhlizin, bu çərçivədə bölgədə açılacaq yeni nəqliyyat dəhlizlərinin önəminə diqqət çəkdi. Bunu zəngəzur dəhlizinə yönəlik mesaj və ABŞ-nin bu mövzuya yanaşmasında dəyişiklik hesab olarmı?

- Bəli! Əvvəl istəmirdilər, Ermənistana da deyirdilər ki, Zəngəzur dəhlizini açma. Paşinyan da dirənmişdi ki, açmıram. Biz də dedik ki, yaxşı. Ərdoğan Naxçıvanda İlham Əliyevlə görüşündə söylədi ki, mən İranla danışmışam, razıdır, bütün yollar ordan keçəcək, bizə Ermənistan lazım deyil. Ermənistan da gördü ki, bu halda ofsaydda qalır. Çünki Azərbaycan bildirdi ki, Zəngəzur açılmırsa, mən də heç bir yolu açmıram. Yenə də təzyiq və blokadada, İran və Gürcüstanın ümidinə qalırlar, nə Türkiyə vasitəsilə Avropaya, nə də bizim vasitəmizlə Rusiya, Mərkəzi Asiya və Çinə çıxa bilirlər.

Azərbaycanın siyasəti elə gətirdi ki, ABŞ-nin şantajı baş tutmadı. Nəticədə Ermənistana dedilər ki, qardaş, sən Zəngəzur yolunu aç, biz də sənə kömək edərik. Bundan sonra Simonyan da, Mirzoyan da, Paşinyan da qayıtdılar ki, açmağa hazırıq. Adın nədir Daşdəmir? Yumşalırsan? Yumşalıram.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən gün parlamentdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş Qarabağ separatçı dəstəsinin 2 saat ərzində təslim olduğunu və Azərbaycana milyardlarla dollar dəyəri olan silahları işlək vəziyyətdə, döyüş sursatları ilə birgə təhvil verdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Paşinyan bu sözləri deyərkən Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabrındakı 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı və Qarabağdakı separatçıların tam təslim olmasını nəzərdə tutub.

28 sentyabr 2023-cü ildə separatçı və qanunsuz qurumun buraxıldığını elan edən baş separatçı Samvel Şahramanyan isə Paşinyanın bu sözlərinə qarşı çıxıb. O bildirib ki, Qarabağdakı silahlılar heç vaxt müstəqil olmayıb, onlar Ermənistan ordusunun tərkibində fəaliyyət göstərib və Ermənistan Baş Qərargahından da idarə edilib.

O, bu sözlərinə Qarabağdakı separatçıların "təhlükəsizlik şurasının katibi" olmuş Samvel Babayandan sitatı əlavə edib. Belə ki, Babayan da "Qarabağ ordusunun" "son günə kimi Ermənistan hökumətinə tabe olduğunu və Ermənistan Müdafiə Nazirliyinin struktur bölməsi kimi fəaliyyət göstərdiyini" deyib.

"Orada milyardlarla silah qoymağımızla bağlı isə demək istəyirəm ki, Nikol Paşinyan bu silahların kimin balansında olduğunu, onlara kimin cavabdeh olduğunu yaxşı bilməli idi", - Şahramanyan vurğulayıb.

Başqa sözlə, bu vaxta qədər guya "müstəqil fəaliyyət" göstərdiklərini iddia edən Qarabağdakı keçmiş separatçılar Azərbaycan torpaqlarını işğalda saxlayan qüvvələrin məhz Ermənistan ordusu olduğunu, Ermənistandan maliyyələşdiyini, Qarabağdakı bütün silah-sursatın Ermənistan Müdafiə Nazirliyinin balansında olduğunu etiraf etməklə əslində 30 illik yalanlarını ifşa ediblər.
 
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab etdiyini bildirib.

"AzPolitika" xatırladır ki, Paşinyan ilk dəfədir ki, belə açıqlama verir.

“Praktiki addımlarla real dünyanı formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür”, – deyən Nikol Paşinyan, rəsmi Bakının maneəsiz keçid şərtini qəbul etməyə hazırdırmı?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Paşinyan bu açıqlamaları ilə dəhlizlə bağlı əvvəlki fikirlərini korrektə etməyə hazır olduğunu göstərir: “Amerikalı diplomatlar Paşinyana deyiblər ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək. Bu, həm ABŞ-nin maraqlarına ziddir, həm də Ermənistanı Orta Dəhliz layihəsindən kənarda qoyacaq”.

Ekspert xatırladır ki, Paşinyanın məlum açıqlamasından bir gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da dəhlizin açılması üçün neytral ölkələrin və beynəlxalq təşkilatlardan birinin bu prosesə cəlb edilə biləcəyini söyləmişdi.
 
 
 
Ardını oxu...
26 iyun tariximizdə Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü kimi qeyd olunur. 44 günlük Vətən müharibəsi və uğurla keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda suverenliyimiz bərpa olundu. Müharibədə Vətən müharibəsində tarixi zəfərə imza ataraq dünyada adından, gücündən söz etdirən müzəffər Azərbaycan Silahlı Qüvvələri 106 yaşını qeyd edəcək.

Bu gün Azərbaycan ordusunun gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də əksini tapır. İşğaldan azad olunmuş ərazilərdə hərbi paradın keçirilməsi ilk deyil. Azərbaycan Silahlı Qüvvələri günündə hərbi parad harada keçiriləcək?

Mövzu ilə bağlı sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, bayramlarda, xüsusilə ordu günündə parad kiçik olsa da, Şuşada keçirilir: “Azərbaycan prezidentinin Xankəndidə iştirak etdiyi vaxt orada parad keçirildi. Düşünürəm ki, belə bir paradın keçirilməsi mümkündür. Artıq bu birinci dəfə deyil. Xankəndidə bayraq ucaldılan zaman orada parad keçirilib. Burada nəsə mürəkkəb bir şey yoxdur. Düşünürəm ki, Xankəndi yerinə paradın Xocalıda keçirilməsi daha vacibdir. Xocalıda baş verən faciələr bizim tariximizdir. Artıq sakinlər Xocalıya köçürülüb. Ona görə də Xankəndi əvəzinə, Xocalıda keçirilsin”.

Bəs bu dəfə hərbi paradın Xocalıda keçirilməsi mümkündürmü?

Politoloq Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a açıqlamasında deyib ki, hazırda Xocalıda paradın keçirilməsi üçün lazım olan şərtlər yoxdur. Üstəlik hələ ki, Rusiya sülhməramlıları Xocalıdan çıxmaqda davam edirlər: “Əlbəttə, Xocalıda kiçikmiqyaslı parad keçirilsəydi, daha möhtəşəm olardı. Çünki Xocalı bizim ən yaralı, belimizi bükən, qatlayan yerimizdir. Ölkə prezidentinin qətiyyəti və şücaəti sayəsində artıq bükülən belimizi dikəldə bilmişik. Xocalı da görməlidir ki, onun necə möhtəşəm ordusu var və bu ordu Xocalı, Meşəli, Ağdaban qətliamının qisasını aldı, ermənilərin Qarabağda törətdikləri bütün vəhşiliklərə, soyqırımlara möhtəşəm cavablar verdi. Beləliklə, Xocalıda kiçik də olsa parad keçirsək, milli qürurumuz xeyli yüksəldər, qarşımzıdakı düşmən daha da kiçilər. Bu, həm də tarixə qızıl hərflərlə yazıla biləcək tədbir olardı”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov isə qeyd edib ki, Xocalıda böyük parad keçirmək hələ ki mümkün deyil, bu baxımdan yalnız hərbi yürüş keçirilə bilər: “Biri var parad, biri də var yürüş. Hesab edirəm ki, parad böyük tədbirdir və bunun üçün dövlətin müvafiq qurumları tərəfindən hazırlıqlar olmalıdır. Üstəlik, bu tədbirdə prezidentin özü iştirak edir. Bu baxımdan əvvəldən hazırlıqlara başlanılmalıdır. Əlbəttə ki, istər Xocalı olsun, istər Xankəndi, Şuşa, istərsə də Bakı olsun, hamısı bizim üçün əzizdir. Amma hesab edirəm ki, Xocalıda böyük dövlət tədbiri olan hərbi paradın keçirilməsi indi mümkünsüzdür. Həmçinin mənə elə gəlir ki, bu il paradla bağlı böyük hazırlıqlar yoxdur, zamana da az qalır, ola bilsin ki, parad şəklində tədbir planlaşdırlımır. Amma Xocalıda, Xankəndində, Şuşada və digər yerlərdə yürüş şəklində tədbirlər keçirilə bilər”.
Ardını oxu...
İranın XİN başçısı vəzifəsini müvəqqəti icra edən Əli Baqeri Kaani Türkiyədə səfərdə olarkən Zəngəzur Dəhlizi məsələsinə toxunub. Tribunainfo.az xəbər verir ki, nazir səlahiyyətlərinin icraçısı CNN Türkə açıqlamasında deyib ki, onlar sərhədlərin dəyişdirilməsinə qarşıdırlar. Baqeri vurğulayıb: “Tehran regionun demoqrafik göstəricilərini və sərhədlərini dəyişdirə biləcək istənilən təşəbbüsün əleyhinədir. Biz regionun inkişafına kömək edəcək hər hansı təşəbbüsü dəstəkləyirik. Lakin regionun demoqrafik göstəricilərini və sərhədlərini dəyişdirəcək heç bir təşəbbüsü qəbul etmirik”.

Bu açıqlama ilə bağlı siyasi ekspert Fikrət Fəraməzoğlu Tribunainfo.az-a bildirib ki, Baqeri bu açıqlamasında İranın bir neçə məsələyə qarşı olduğunu nümayiş etdirib və onların arasında indiyə qədər deyilməyən məsələlər də var.

Onun sözlərinə görə, birinci məsələ, Zəngəzur Dəhlizinin açılmasına qarşı olmalarıdır. “Bu yeni fikir deyil. Hələ II Qarabağ savaşından sonra İranın davamlı olaraq işlətdiyi fikirdir. Tehran heç bir şəkildə Zəngəzur Dəhlizinin açılmasında maraqlı deyil. Bunun çoxlu səbəbləri var. Lakin başlıca səbəbi dəhliz açılarsa, İran çox önəmli mövqe və təsir imkanlarından birini itirmiş olacaq”.

Fəraməzoğlu maraqlı olan iki vacib məqamın ortaya çıxdığını da qeyd edib. O deyib ki, İran XİN başçısının səlahiyyətlərini icra edən şəxs son zamanlar müzakirə olunan Qərbi Azərbaycandan olan insanlarımızın Ermənistana köçürülməsi fikrinə də qarşı olduqlarını dilə gətirib. “Baqeri deyir ki, İran demoqrafik dəyişikliyə də qarşıdır. Bu o deməkdir ki, Tehran gələcəkdə azərbaycanlıların öz ata-baba yurdlarına köçməsi ilə bağlı Azərbaycanın təşəbbüsünə qarşıdır. Çünki azərbaycanlılar Ermənistandakı doğma yurdlarına köçsələr, bu, İranla Ermənistan arasında bütün gizli işlərin üzə çıxmasına səbəb olmaqla yanaşı, həm də İranın Ermənistana açıq dəstək imkanlarını əlindən alacaq. Yəni sözügedən proses baş verərsə, azərbaycanlılar əsasən İranla sərhəddə yerləşən Zəngəzura yerləşəcəklər. Təbii ki, Göycə məsələsi də öz yerindədir. Bu o deməkdir ki, İran Ermənistanla sərhəddə istədiyi kimi davranmaq imkanlarından məhrum olacaq. Buraya logistikadan tutmuş, məxfi yüklərin daşınmasına qədər hər şey daxildir”.

Ekspert ikinci məsələ kimi, Qarabağdan ermənilərin Ermənistana köçməsinə qarşı olmasını göstərir. “Baqerinin açıqlamasında demoqrafik dəyişiklik məsələsinin bir qolu da Qarabağdan köçən ermənilərlə bağlıdır. Iran onların geri qayıtmasında maraqlıdır. Çünki ermənilər Qarabağda olduqları müddətcə, İran Azərbaycana təsir imkanlarını daha da artırmağa nail ola bilər. Necə ki, işğal dövründə və müharibədən sonra bu istiqamətdə xeyli addımlar atmışdı. Eyni zamanda, ermənilərin Qarabağa köçmələri Azərbaycanda separatçılıq meyilləri üçün zəmin yaradacaq ki, bu da İrana sərf edir. Ona görə ki, sabah ermənilər Qarabağda separatçılıqla məşğul olduqda, onlara dəstək verə biləcək”.
 
Ardını oxu...
"Helikopter binamızın üzərində fırlananda artıq bilirdik ki, atamız getməlidir. O, itburnu mürəbbəsini çox sevirdi. Son görüşümüz də itburnu mürəbbəsi ilə çay içərkən oldu. Hətta sağollaşdı mənimlə. Atama çox bağlı olmuşam (ağlayır). Sonuncu dəfə dedi ki, gələcəyəm, tezliklə gələcəyəm. Və o, mürəbbə qabını stəkanın üzərinə qoyub, getdi..."

Muallim.edu.az bildirir ki, bu sözləri Şuşanın sabiq icra başçısı, şəhid Mikayıl Gözəlovun qızı Şuşa şəhər 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova deyir.

Söhbət onun Şuşadakı evində baş tutur.

Səbinə xanımın atası Mikayıl Gözəlov Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biridir. Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.
Ardını oxu...
Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edib. Mikayıl Gözəlov 1991-ci ildə ermənilərin sui-qəsdi nəticəsində qətlə yetirilib:

"Biz hər zaman evimizdə Şuşa adı eşitmişik. Atamın da doğma Şuşamıza olan sevgisi onun canını Şuşa üçün fəda etməsinə gətirib çıxardı. O dövrlərdə atama digər rayonlardan təkliflər gəlib və o, Şuşamızı qoyub getməyib. Həmçinin ona deyiblər ki, övladlarınızı da Şuşadan çıxarmalısınız, vəziyyət çətinləşir. Atam bildirib ki, mən öz övladlarımı Şuşadan çıxararamsa, bəs əhali nə edəcək?! Ona görə övladlarım da burada qalacaq, özüm də. Və sona qədər biz mübarizəni davam etdirəcəyik".
Ardını oxu...
O, Şuşanın işğaldan azad olunma xəbərini belə alıb:

"Deməli, Bakıda iştirak etdiyim iclasdan Qəbələyə qayıdırdım, yolda polis vəsiqəmə baxıb Şuşalı olduğumu görəndə dedi ki, "Bilirsiniz Şuşa azad olunub?" Mən bir anlıq donub qaldım və düşündüm ki, polisdir, yəqin ki, düz deyər. Amma yenə də əmin olmaq üçün prezidentin çıxışını gözlədim. Atamın Şuşa sevgisi məni bura daha çox bağladı. Düşünürəm ki, insandakı vətənpərvərlik hissi, torpağa bağlılıq onu gətirib öz torpağına çıxarır. Budur, illər ötüb və biz yenidən qayıtmışıq".
Ardını oxu...
8 dekabr 2023-cü ildə Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub:

"Şuşa şəhər 1 nömrəli tam orta məktəbə təyinat aldığımda sadəcə bunu deyə bildim: Ruhun şad olsun, atam! İnşallah ki, sənin yolunu Şuşada davam etdirəcəyəm (ağlayır). Çox sevinirəm ki, gözəl, müasir şəkildə inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəb ən gözəl akademikləri, elm xadimlərini yetişdirib. Və bu amal uğrunda biz və müəllim kollektivimiz də daim çalışacağıq".

Ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti