Ardını oxu...
Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Dia-az.İnfo-ya verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Toplanmış material qərar verilməsi məhkəməyə göndərilib.
Ardını oxu...
Türk varlığı imperialistlərin, xaçlı dünyasının ən böyük qorxusu və düşmənidir. Hətta bu, onların ən məşhur eposları olan “Nibelunqlar haqqında nəğmə”də də öz əksini tapıb. Türk dünyasının birləşdiyini və bütün mənalarda güc mərkəzinə çevrildiyini təsəvvür edəndə az qala ağıllarını itirirlər. Ona görə də buna əngəl olmağın yollarını axtarırlar.

Bu sözləri Axar.az-a AB-nin Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin TDT-nin Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirakını qınaması haqqında danışan istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik Şimali Kipr Türk Cümhuriyyətinin Şuşadakı sammitə qatılmasına etiraz edənlərin öz keçmişlərinə nəzər yetirməli olduqlarını bildirib:

“Hadisələrin belə inkişafı onlar üçün böyük təhdiddir. Ona görə həm AB-nin baş diplomatı Jozep Borrell və AP-nin deputatı Natali Luazo belə reaksiya veriblər. Xüsusilə Luazonun Şimali Kipr Türk Cümhuriyyətinin sammitdə müşahidəçi statusu ilə Qarabağ şəhərində iştirakını “biabırçılıq” adlandırması hansı təfəkkürdə və əxlaqda insan olduqlarını gözlər önünə sərir. Qarabağ qədim türk yurdu və Azərbaycan torpağıdır. Azərbaycanın da öz suveren ərazisində sammitə ev sahibliyi etməsi ən təbii hüququdur. Kimi dəvət etməsi də öz səlahiyyətidir”.

Başbuğ türk dünyasının heç nədən çəkinmədən öz yoluna davam edəcəyini vurğulayıb:

“Təşkilata qarşı bu mövqe bizim bir olanda ortaya qoyduğumuz gücü göstərir. Cənab Ərsin Tatarın TDT-nin sammitinə dəvət olunması heç kimə sadə məsələ kimi gəlməsin. Bunu etməklə Türkiyə və Azərbaycan birlikdə dövlət qətiyyəti sərgiləyib, riskə gediblər. Yəni hazırda bu risklərə gedə biləcək gücümüz, qətiyyətimiz var. Proseslər qəhrəman oğullarımızın, Azərbaycan Ordumuzun Qarabağı düşmən tapdağından azad etməsi ilə sürətləndi. Sonra isə ortaq tariximizin ən önəmli müqavilələrindən biri olan Şuşa Bəyannaməsi imzalandı və digər qardaş ölkələrimiz Türkiyə ilə Azərbaycanın ətrafında birləşməyə başladı. İndi isə kimlərinsə açıqlamaları, qınamaları bizi yolumuzdan döndərə bilməz. Ox artıq yaydan çıxıb, geriyə yol yoxdur, nə olursa olsun, bir olmalı, güclənməliyik. Çünki gələcək dünyada var olmağımız, özümüzə layiq yer tutmağımız bundan asılıdır. Bu ailədən kənarda qalmaqla özünə hansısa yol tapacağını düşünmək isə xam xəyaldan başqa bir şey deyil. Cənab İlham Əliyevin də vurğuladığı kimi, kənarda heç kim bizi gözləmir və bunu aşkar şəkildə dilə gətirirlər. Ona görə də güclü olmaq üçün daha da yaxınlaşmalıyıq. Macarıstan və ŞKTR-in də etdiyi budur. Jozep Borrell və ya başqalarının açıqlaması isə buna əngəl ola bilməz. Çünki bizi birləşdirən yalnız iqtisadi maraqlar yox, həm də ortaq tariximiz və mənəvi dəyərlərimizdir. Bir də ortada qətiyyət, iradə və qarşımızda isə hamımızı gözəl gələcəyə aparan aydın hədəflərimiz var”.
Ardını oxu...
TDT Şuşadan bütün dünyaya açıq-aşkar meydan oxudu, Türk İttifaqı yeni beynəlxalq güc mərkəzinə çevrilmək niyyətini birmənalı şəkildə bəyan etdi...

Bütün dünyanın gözü Azərbaycana dikilmişdi. Çünki Türk Dövlətləri Təşkilatının liderləri Azərbaycanda növbəti zirvə görüşü keçirirdilər. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür. Və bu, rəsmi Bakının siyasi-ideoloji prioritetləri sırasında ön planda yer alır.

Məsələ ondadır ki, rəsmi Bakı Türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas hədəflərinin sırasına çoxdan daxil edib. Azərbaycan Türk dünyasının daha sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi istiqamətində intensiv fəaliyyət göstərir. Rəsmi Bakının prinsipial mövqe ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında real güc mərkəzlərindən birinə çevrilməlidir.

Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Türk İttifaqının hərbi potensialı döyüş meydanlarında artıq özünü dəfələrlə təsdiqləyib. Zəngin təbii resurslar, onların beynəlxalq məkana nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat-kommunikasiya dəhlizləri, ortaq qədim tarix və mədəniyyət Türk dünyasının böyük sərvətidir.

Təbii ki, bütün bu sərvətin ortaq maraqlar və hədəflər çərçivəsində birləşdirilməsi hazırda Azərbaycanın strateji hədəflərindən biridir. Çünki rəsmi Bakının siyasi-ideoloji avanqard mövqeyi sayəsində bu strateji hədəf reallaşarsa, yaxın gələcəkdə dünyada yeni beynəlxalq güc mərkəzinin təşəkkül tapması da qaçılmaz olar. Bu baxımdan, Türk dövlətlərinin siyasi liderlərinin azad edilmiş Azərbaycan ərazilərinə səfərləri də əslində, gələcək güc mərkəzinin ilkin əlamətləri sayıla bilər. Azərbaycanı strateji müttəfiqi Türkiyənin prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan liderləri Şuşa və Füzuliyə, Qırğızıstan rəhbəri isə Füzuli və Ağdama səfərlər ediblər.

Belə görünür ki, Türk İttifaqının təmsilçiləri vaxtaşırı dünyaya siyasi mesaj xarakterli addımlarla gələcək beynəlxalq iradə mərkəzinin təqdimatını artıq təmin etməyə başlayıblar. Hazırda Türk İttifaqının davamlı fəaliyyəti üçün uyğun resursların yaradılması istiqamətində məqsədyönlü addımlar da atılır. Belə ki, rəsmi Bakı Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli səviyyədə olmadığı qənaətindədir. Ona görə də, AzərbaycanTDT katibliyinin hesabına iki milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürüb.

Rəsmi Bakı hesab edir ki, TDT-nin qarşısında duran hədəflərin reallaşmasına nail olmaq üçün ilk növbədə maliyyə imkanlarını genişləndirmək vacibdir. Belə ki, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin genişləndirilməsi hazırda qarşıda duran prioritet məsələlərdən biri sayılır. Orta Dəhlizin ayrılmaz tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun illik yükdaşırma qabiliyyəti isə Azərbaycanın əlavə sərmayə yatırımı sayəsində bir milyon tondan artıq beş milyon tona çatdırılıb.

Onu da qeyd etmək lazımdır ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda daha 6 yeni gəmi də inşa edilir. Gələn il isə Azərbaycanda sayca 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Eyni zamanda, TDT çərçivəsində enerji sahəsində strateji tərəfdaşlıq, o cümlədən də, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, TDT-nin Şuşa zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi və qəbul edilmiş önəmli qərarlar Türk dünyasının həmrəyliyini göstərməklə yanaşı, həm Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirə biləcək addımlardır. Və bütün dünyaya prinsipial Türk mesajı xarakteri daşıyır.

Maraqlıdır ki, Şuşadan verilən Türk mesajları artıq bütün dünyada müəyyən reaksiyalara da səbəb olmaqdadır. Hər halda, Türk İttifaqının daha güclü formatda fəaliyyətə keçməsi bəzi beynəlxalq siyasi dairələri ciddi şəkildə narahat etməkdədir. Belə ki, bəzi Qərb siyasi dairələri Türk İttifaqının Şuşa görüşünə qıcıqla yanaşdıqlarını gizlətməkdə ciddi şəkildə çətinlik çəkirlər. Və bu, o deməkdir ki, Qərbdə TDT-nin yeni tərəfdaşlıqla intensiv inkişaf mərhələsinə keçid etməsi dünya supergüclərini artıq çox narahat edir.

Məsələ ondadır ki, Türk İttifaqının Şuşa mesajları Qərbdə bir çoxlarını çıxılmaz vəziyyətə salıb. Son vaxtlara qədər Türk dünyasına qarşı "erməni faktoru" da daxil olmaqla, bir çox manipulyasiya mexanizmlərdən istifadə edənlər artıq yeni situasiya ilə üzləşməyə başlayıblar. Belə ki, "erməni faktoru" artıq işləmir, böyük ölçüdə sıradan çıxarılıb. Türk dünyası isə yenidən təşkilatlanır, real güc mərkəzinə çevrilir, Qərbin hegemoniya ssenarilərinə müqavimət potensialı qazanır. Və Qərbə öz güc resurslarını nümayiş etdirir, meydan oxuyur.

Avropa Birliyinin keçmiş xarici işlər funksioneri, qatı ermənipərəst Jozep Borrelin TDT liderlərinin Şuşa görüşünə reaksiyası Qərbdəki narahatlığı ifadə edib. Halbuki, Avropa Birliyi onilliklər boyu toplantı keçirib, bu qurumdan kənarda olan dövlətlərin maraqlarına zidd addımlar atırlar. Ancaq Türk İttifaqının təmsilçiləri buna qətiyyən əhəmiyyət vermirlər. Əksinə, bərabər hüquqlu əməkdaşlığa üstünlük verirlər. Və bu, onu göstərir ki, Qərbdə Türk İttifaqının dünyada çox ciddi dəyişiklik etmək gücü qazanmaq üzrə olduğunu artıq anlamağa başlayıblar.

Jozep Borrelin narahat olduğu məqamlardan biri Avropa Birliyinin üzvü olan Macarıstanın baş naziri Viktor Orbanın da TDT-nin Şuşa görüşünə qatılması ilə bağlıdır. Ermənipərəst avropalı siyasətçi bunu həm yolverilməz, həm də Avropa Birliyinin prinsiplərinə zidd olduğunu vurğulayıb. Macarıstan baş nazirinin Şuşa görüşündə Avropa Birliyini təmsil etmədiyini bildirsə də, onun Şuşa görüşündə iştirakının niyə yolverilməz olduğunu normal şəkildə izah edə bilməyib.

Digər tərəfdən, Jozep Borrel Şimali Kipr Türk Cümhuriyyətinin liderinin TDT-nin toplantısına qatılmasından ciddi şəkildə qıcıqlanıb. Onun fikrincə, bu, legitimləşdirmə cəhdidir. Avropa Birliyinin ŞKTC-yə qarşı riyakar mövqeyi əvvəl-axır öz əhəmiyyətini itirəcək. Çünki Avropa Birliyi dünyada ləngitimlik paylamaq və ondan məhrum etmək hüququna malik deyil. Əgər, Avropa Birliyi öz riyakarlığı ilə yunan Kiprini öz sıralarına daxil edibsə, ŞKTC-nin təmsil olunması üçün də TDT var. Və Qərbdə heç kim buna əngəl törədə bilməz.

Göründüyü kimi, TDT Şuşadan bütün dünyaya açıq-aşkar meydan oxudu. Türk İttifaqı yeni beynəlxalq güc mərkəzinə çevrilmək niyyətini birmənalı şəkildə bəyan etdi. Sahib olduğu ortaq siyasi-strateji təsir mexanizmləri, maliyyə-iqtisadi və s. resursları ilə Qərbdə bəzilərini ciddi şəkildə qorxuya saldı. Ən əsasısa isə bundan sonra Türk İttifaqına daxil olan dövlətlərin gələcək taleyinin müəyyən edilməsi məsələsinin Qərb strukturlarının iradəsindən kənarda olacağını qabartdı. Və bununla da, yeni dünya düzənundə Qərb qurumlarının, o cümlədən də, Avropa Birliyinin deyil, Türk Dövlətləri Təşkilatının siyasi iradəsinin daha keçərli olacağının sərt mesajını vermiş oldu. ("Yeni Müsavat" )
 
 
 
Ardını oxu...
İyulun 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşada Türkdilli Dövlətlər Təşkilatının (TDT) sammiti keçiriləcək, bu da əhəmiyyətli diplomatik hadisə olacaq. Sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak edəcək və “Nəqliyyat əlaqələri vasitəsilə dayanıqlı gələcəyin qurulması və iqlim dəyişikliyi ilə mübarizə” mövzusuna həsr olunacaq. Gözlənilir ki, müşahidəçi ölkələrin liderləri və TDT Baş Katibi Kubanıçbek Omuraliyev də iştirak edəcək.

Bu sammit, simvolik şəhər olan Şuşada keçirilərək, vacib məsələlərin və təşkilatın daha geniş gündəliyinin yüksək səviyyəli müzakirələrinə şərait yaratmağı hədəfləyir. Tədbirin əsas hadisəsi Qarabağ Bəyannaməsinin və bir sıra digər vacib sənədlərin imzalanması olacaq.

Sammitin ərəfəsində, Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək və burada qeyri-rəsmi sammit üçün gündəlik maddələri və sənədlər yekunlaşdırılacaq. Bu hazırlıq mərhələsi sammitin gündəliyinin dəqiq planlaşdırılmasını vurğulayır, müzakirələrin məhsuldar və razılaşmaların məzmunlu olmasını təmin edir.

Sammit, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlət başçılarının Azərbaycana rəsmi səfərləri, o cümlədən Ermənistan işğalından azad edilmiş ərazilərə səfərlərindən sonra keçirilir. Bu səfərlər və Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri tərəfindən Qarabağda həyata keçirilən humanitar layihələr yalnız Azərbaycanla həmrəyliyi vurğulamaqla yanaşı, həm də Sovetlər Birliyindən çıxan də bu dövlətlər üçün mühüm olan ərazi bütövlüyü prinsipinə kollektiv bağlılığı ön plana çıxarır.

Prezident Əliyevin mövqeyindən baxıldığında, sammit və əvvəlki səfərlər Azərbaycanın bərpa edilmiş ərazi bütövlüyünün geosiyasi reallığının gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Şuşada, Azərbaycan üçün böyük tarixi və mədəni əhəmiyyətə malik olan şəhərdə türkdilli liderlərin görüşməsi xüsusi güclü birliyin və dəstəyin simvoludur.

Bu sammitin nəticələri, xüsusilə Qarabağ Bəyannaməsi, regionda geosiyasi vəziyyətə təsir göstərəcək, türkdilli dövlətlər arasında həmrəyliyi gücləndirəcək və onların əsas məsələlər üzrə kollektiv mövqeyini möhkəmləndirəcəkdir.
Ardını oxu...
 

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışında iştirak edib.

Bu kiçik xəbər böyük həcmli və tarixi proseslərin, savaş və mübarizələrin bir növ özətidir. Qarabağa Xankəndi qayıtdığı kimi, Xankəndiyə də Qarabağ qayıdır. Bu möhtəşəm prosesin başında da yenə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır.

Xankəndidə "Qarabağ" hotelinin açılışı yadımıza həm də o möhtəşəm dialoqu salır. O video - dialoq yadınızdamı? Kim xatırlamırsa, Musavat.com-un təkrar paylaşımına baxsın.

 

 
 
 
 
 

 

Prezident Əliyev qayaların arasından bir istiqaməti göstərərək prezident Ərdoğana:

- İki qayanın arasındakı yer ki, var... Orası Xankəndi şəhəridir.

Ərdoğan:

- Hotel oradamı?

İlham Əliyev ürəkdən gülərək:

- Hayır, hayır ... (ikisi də gülür) Amma orada da olacaq...

Hər ikisi inşallah deyir və kadrlar bağlanır...

...Bu video o zamanlar çox yayıldı. Skeptiklər, vətənpərvərlər yorumladılar: "Prezident Ərdoğana da, xalqa da söz verdi, edəcək..."

Opponentlər və ölkədaxili "ermənilər" hay-küy saldılar. Xankəndinin heç zaman bizim olmayacağını, yanlış siyasət nəticəsində Xankəndinin Rusiyanın və ermənilərin nəzarətində qaldığını, Ərdoğanın da bundan narazı olaraq, bunu qəsdən üzə vurduğunu tirajladılar...

İlham Əliyevə inananlar haqlı çıxdılar. Hər zamankı kimi!

Prezident o zaman da bilirdi ki, enində-sonunda Xankəndini də Azərbaycana qaytaracaq.

Onun qardaşı Ərdoğan da buna "inşallah", dedikdən sonra...

Əliyev bütün dedikləri kimi, bunu da etdi.

Xankəndidə o hoteli açdı!

Türkiyə prezidenti Ərdoğan Almaniyaya, Türkiyə Millimizə dəstəyə getməsə idi, bu gün onu Xankəndidə gözəl sürpriz gözləyirdi.

Biz də bu yerdə "inşallah", deyək, Türkiyə adına AÇ-də mücadilə verən bütün Türklərin Milli komandasına uğurlar diləyək.

Biz də sabah orada, o meydanlarda olacağıq! Ruhumuz, qəlbimiz və dualarımızla!

İnşallah, əziz Tayyib bəy ən qısa zamanda Xankəndidə yenicə açılan "Qarabağ" hotelinə gələcək və orada gecələyəcək.

O yeni dialoqu indidən sevdim...

Xeyirli-uğurlu olsun.

Rauf Arifoğlu,
Musavat.com

 
 
 

Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “GM Construction” MMC olub.

Qalib şirkətlə 20 905 738 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “GM Construction” MMC 2016-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hafiz Nəzərli Akif oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189 ünvanında yerləşir.
 
Ardını oxu...

Laçın rayonunun Sus kəndi yenidən tikilib. Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış sakinlər artıq bir aydan çoxdur ki, doğma yurda daimi yaşamağa qayıdıblar.

"DogruXeber.az" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Sus kəndinin indiki vəziyyətini göstərən videoçarxı şərhsiz təqdim edir.

Xatırladaq ki, Laçın rayonu Sus kəndi, dövlət başçısının tapşırğı əsasında, tamamilə yenidən tikilib və zəruri infrastrukturla təchiz edilib. İndiyədək Sus kəndində 59 ailə (215 nəfər) fərdi yaşayış evi ilə təmin edilib.

 

 

Ardını oxu...
İrəvanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsi Qərb tərəfindən hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri general-mayor Arşak Karapetyan deyib.

Onun sözlərinə görə, Qərbin Cənubi Qafqazda hədəfi Rusiyadan yan keçməklə Avropa Birliyinə nəqliyyat dəhlizlərinin açılmasına nail olmaqdır.

“Görünən budur ki, Ermənistan hakimiyyəti “yeni kapitulyasiya paketi” alıb və bu, qeyri-real qərar deyil”, - Karapetyan qeyd edib.

“Past” qəzeti yazır ki, İrəvan layihəni Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Ermənistan arasında həyata keçirməyə çalışır. Ermənistan rəhbərliyi projeyə qonşularla yanaşı, beynəlxalq tərəfdaşları da cəlb etmək istəyir.

Layihə yeni infrastrukturların yaradılmasını və mövcud olanların təkmilləşdirilməsini nəzərdə tutur. Ermənistan bu çərçivədə Azərbaycanla sərhəddə 5, Türkiyə sərhədində 2 nəzarət-buraxılış məntəqəsi açmağa hazır olduğunu bildirib. Nəşr Azərbaycan, Türkiyə və İranın layihənin qəti əleyhinə olduğunu qeyd edir.

“Rusiya da layihənin əleyhinədir, çünki Ermənistan hakimiyyəti Qərbin tələbi ilə üçtərəfli bəyannamənin (10 noyabr) 9-cu bəndinin tələbini yerinə yetirməkdən imtina edir. Bu bəndə görə, bölgədə (Zəngəzur) açılacaq kommunikasiyalara Rusiya Sərhəd Xidməti nəzarət etməlidir.

Qərb bu layihənin tərəfdarıdır, ancaq bir şərtlə ki, hansısa Qərb qurumu nəzarəti həyata keçirsin. Bir neçə gün əvvəl ABŞ dövlət katibinin müavini Ceyms Obrayen Bakıda bəyan etmişdi ki, Rusiya və Çindən yan keçən Azərbaycan-Ermənistan-Türkiyə yolu olmalıdır”, - nəşr vurğulayır.
Ardını oxu...
"Hurriyyet.Az" "İnterPosta" istinadla xəbər verir ki, rayonda baş verənlərə sosial şəbəkə istifadəçisi Söhrab Həsənovda münasibət bildirir.
O, yazır: Laçında son zamanlar baş verən sel basmaları,körpü uçmalarını təbii fəlakət deyib yazıq Həkərinin üstünə şər atmayın.Hələ sevininki yuxarıda olan mini su elektrik stansiyaları Həkərinin suyunu boğub,azaldıb.Yoxsa Həkəri göynən gəlib orda nə qəsəbə buraxar,nə də ağıllı kənd zad.Həkəri həmin Həkəridir,heç dəyişməyib.Yarıtmaz olan Laçında abadlıq adı ilə talançılıqla məşğul olan firma və şirkətlərin yarıtmaz işləri və buna göz yuman Laçını,Laçınlıları tanımayan insanların rəhbərçiliyinin nəticələridir.Sizə dedilər axı gedib orda Avropa ,Amerika kəşf eləməyin.Laçına uca yaradan bütün gözəllik və nemətlərini onsuzda bəxş edib,bər bəzəyə gərək yoxdu,zatən gördüyünüz işlər üstü bəzək,altı təzəkdir.Dövlətin malı dəniz , yemiyən kəriz prinsipi ilə iş görərsəniz,dövlətin orqanları da sizə nə edəcəyini bilir.Darıxmayın azca qalıb.Çox ağ biləklərə qandal deyə bilərzik taxacaq dövlətin orqanları.Dərə xəlvət, tülkü bəy dövrü deyil papalarının gül balaları, internet əsrindəyik.Sonra demədi deməyin.-Deyərək qeyd edib.
Digər sosial şəbəkə istifadəşisi Elçin Həsənzadə də, belə münasibət bildirirb: Laçından görüntülər. Güclü yağış Laçında bir sıra problem yaradıb, 2 körpünün dağıldığı deyilir.
Bu hallar hələ işğaldan azad olunmuş ərazilərdə çox baş verəcək! Cünki bu ərazilərdə hələ 30 il əvvəl tikilən hər bir infrastruktur bundan keyfiyyətli idi. Əraziyə bələd olan həmin yerlərin iqlim və reliyefini bilən insanlardan və onların fikirlərindən istifadə edilmir! Buyurun burda nəticə!
Rayonun digər sakini Yusif Şamil oğluda aktiv gənclərindəndir, oda rayonda aparılan “abadlıq” və “bərpa” işlərinə öz münasibətin bildirirb: Laçında güclü sel həkəri körpüsünü dağıdıb. Şıltaq təbiətə malik olan Laçın rayonunda ciddi və keyfiyyətli şəkildə təmir ,tikinti işləri aparmaq lazımdır. Bununla yanaşı Laçın təbiətini yaxından tanıyan yerli mütəxəssislərə müraciət etmək lazımdır.
İnşəAllah müraciətlərimiz nəzərə alınar. Ən azından bundan sonra işlər doğru-düzgün şəkildə aparılar.
Laçın rayonunda baş verənlərə qərəzsiz və obyektiv münasibət bildirən, ziyalı Arif Gülşadoğlu da üç cümlə ilə fikirini ifadə edib: Hər şey yaxşı olacaq...
Hələ bu nədi ki???
Əslində bu elə belə inşa olunub. Dizaynı belədi... deyərək qeyd edib.
Laçınlıların çox saylı müraciəti mediada mütamadi olaraq yazılır və sosiallaşdırılır, amma nədənsə aydiyatı dövlət qurumları sakinlərin şikayətinə görə, bir şəxsi hələ bu günə qədər məsuliyyətə cəlb etməyib.
Məlumat üçün onuda qeyd edirik ki, Laçın şəhərində görülən tikinti, abadlı işlərin “Bakı Abadlıq Xidməti” MMC və “Laçın Abadlı Xidməti” Açıq Səhimdar Cəmiyəti aparır.

 

Ardını oxu...
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Azərbaycan ərazilərini könüllü şəkildə tərk edərək Ermənistana köçən 17 743 nəfər hava və quru yolu ilə bu ölkədən də çıxıb gedib. Musavat.com-un məlumatına görə, bunu siyasi şərhçi Elçjn Mirzəbəyli bildirib. Ekspert əlavə edib ki, məlumatda onlardan 7 435 nəfərinin geri qayıtdığı bildirilir: “Rəsmi mənbələrin ictimailəşdirdiyi məlumatlardan belə anlasilir ki, indiyədək 10308 “Qarabağ ermənisi” Ermənistanı tərk edərək geri qayıtmayıb.

Lakin qeyri-rəsmi mənbələrin məlumatlarından belə anlaşılır ki, Ermənistandan həmişəlik köçmək qərarını verən və bu qərarı reallaşdıran könüllü köçkünlərin sayı 15 min nəfərdən çoxdur”.

E.Mirzəbəyli bildirib ki, son bir ay ərzində, yenə də Ermənistana vida edən könüllü köçkünlərin sayının və yenə də rəsmi mənbələrin məlumatına görə, 383 nəfər artması bu prosesin davamlı olduğunu göstərir: “Bu, həm də onu sübuta yetirir ki, vaxtilə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi həvəsi ilə misli görünməmiş cinayətlərə əl atan separatçılar, heç Ermənistanı da öz vətənləri hesab etmirlər. Yaxud çox yaxşı anlayırlar ki, indi “Ermənistan” aldanan ölkənin ərazi də tarixi Azərbaycan torpaqlarıdır. Ermənilərdə məşhur bir deyim var: “Yalan həqiqətin qəlpələridir”. Düşünürəm ki, bu deyim ultramillətçi, xəstə erməni təfəkkürünün əsl mahiyyətini əks etdirir. Bu təfəkkür uzun illərdir ki, qəlpə-qəlpə yalanları bir araya gətirərək öz həqiqətini yarada bilmir. Çünki həqiqət heç vaxt qəlpələnmir və hətta qəlpələnsə də belə həqiqətin bir parçasına çevrilir. Həqiqət isə ermənilərin digər atalar sözündə ifadə olunur: “Harda çörək varsa, ora vətəndir”. Bizim 200 il davam edən xəyanətlərdən sonra onlara veriləsi çörəyimiz yoxdur. Bundan sonra heç vaxt olmayacaq…”

Dünyapress TV

Xəbər lenti