![]() |
![]() ![]() ![]() |
|
Müğənni Vəfa Şərifovanın efirdən Şəbnəm Tovuzluya atmaca atması sənətçini özündən çıxarıb.
Musavat.com xəbər verir ki, Şəbnəm Tovuzlu "Rəngarəng" verilişinə zəng edərək ağlayıb:
“Mən sənə nə etmişəm? Sən yenə qəlb qırdın. Sənə demişəm mənim adımı çəkmə. Mahnıdır oxuyuruq. Halal xoşun olsun, halal xoşum olsun. Mən “Cənnətimsən” mahnısına 300 dollar vermişəm. Həyat yoldaşım mənə hədiyyə edib”.
Qeyd edək ki, Vəfa Şərifova ona məxsus olan "Qurbanın olum" mahnısını eyni aranjemanda oxuyan Şəbnəm Tovuzlunun səsini yamsılayaraq onu canlı efirdə ələ salıb.
Musavat.com