Ardını oxu...
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Azərbaycan ərazilərini könüllü şəkildə tərk edərək Ermənistana köçən 17 743 nəfər hava və quru yolu ilə bu ölkədən də çıxıb gedib. Musavat.com-un məlumatına görə, bunu siyasi şərhçi Elçjn Mirzəbəyli bildirib. Ekspert əlavə edib ki, məlumatda onlardan 7 435 nəfərinin geri qayıtdığı bildirilir: “Rəsmi mənbələrin ictimailəşdirdiyi məlumatlardan belə anlasilir ki, indiyədək 10308 “Qarabağ ermənisi” Ermənistanı tərk edərək geri qayıtmayıb.

Lakin qeyri-rəsmi mənbələrin məlumatlarından belə anlaşılır ki, Ermənistandan həmişəlik köçmək qərarını verən və bu qərarı reallaşdıran könüllü köçkünlərin sayı 15 min nəfərdən çoxdur”.

E.Mirzəbəyli bildirib ki, son bir ay ərzində, yenə də Ermənistana vida edən könüllü köçkünlərin sayının və yenə də rəsmi mənbələrin məlumatına görə, 383 nəfər artması bu prosesin davamlı olduğunu göstərir: “Bu, həm də onu sübuta yetirir ki, vaxtilə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi həvəsi ilə misli görünməmiş cinayətlərə əl atan separatçılar, heç Ermənistanı da öz vətənləri hesab etmirlər. Yaxud çox yaxşı anlayırlar ki, indi “Ermənistan” aldanan ölkənin ərazi də tarixi Azərbaycan torpaqlarıdır. Ermənilərdə məşhur bir deyim var: “Yalan həqiqətin qəlpələridir”. Düşünürəm ki, bu deyim ultramillətçi, xəstə erməni təfəkkürünün əsl mahiyyətini əks etdirir. Bu təfəkkür uzun illərdir ki, qəlpə-qəlpə yalanları bir araya gətirərək öz həqiqətini yarada bilmir. Çünki həqiqət heç vaxt qəlpələnmir və hətta qəlpələnsə də belə həqiqətin bir parçasına çevrilir. Həqiqət isə ermənilərin digər atalar sözündə ifadə olunur: “Harda çörək varsa, ora vətəndir”. Bizim 200 il davam edən xəyanətlərdən sonra onlara veriləsi çörəyimiz yoxdur. Bundan sonra heç vaxt olmayacaq…”

Ardını oxu...
"Şimal-Cənub və Qərb-Şərq dəhlizləri Azərbaycanın regional iqtisadi və nəqliyyat qovşaqlarına çevrilməsində mühüm rol oynayacaq".

Bu sözləri enerji və iqtisadi məsələlər üzrə ekspert Zəfər Vəliyev "Cebhe.info"-ya şərhində İranda bu yaxınlarda istifadəyə verilmiş, Fars körfəzi ilə Xəzər dənizini birləşdirəcək Xəzər-Rəşt dəmiryol xəttinin Azərbaycan üçün prioritetləri barədə fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya-İran əməkdaşlığı çərvəsində Şimal-Cənub dəhlizinin reallaşması üçün atılan addımlar öz bəhrəsini verəcək.

""Şimal-Cənub" Beynəlxalq Nəqliyyat dəhlizinin inkişafı, daha sürətli və ucuz ticarət yolları Azərbaycana karbohidrogenlərdən kənar iqtisadiyyatının şaxələndirilməsi üçün zəruri olan texnologiyalara və təcrübəyə çıxış imkanı verəcək. Eyni zamanda, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək layihədir.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzinə, Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq".

Ekspertin sözlərinə görə, Orta Dəhliz də Azərbaycan iqtisadiyyatının şaxələnməsinə öz töhfəsini verəcək:

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı Azərbaycanda və region ölkələrində ticarətin, yaşıl enerjinin, yeni sənaye sahələrinə investisiyanın, həmçinin nəqliyyat və rəqəmsal infrastrukturun genişləndirilməsinə diqqət yetirəcək. Bununla yanaşı, Orta Dəhlizin gücləndirilməsi regionda yeni, transformativ iqtisadi imkanlar yaradacaq və mövcud kommersiya dəhlizlərinə alternativ nəqliyyat marşrutu təqdim edəcək".

Z.Vəliyev Zəngəzur dəhlizinin hər iki dəhliz üçün əhəmiyyətinə də toxunub:

"Zəngəzur dəhlizinin əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Nəzərə almaq lazımdır ki , Zəngəzur dəhlizi hər iki ölkənin zəif inkişaf etmiş iqtisadi rayonlarından keçir. Dəhlizin inkişafı hər iki ölkədə yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək. Zəngəzur dəhlizinin inkişafı gələcəkdə onun şaxələnməsinə də səbəb olacaq".
 

Ardını oxu...
Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarda sahibkarların geniştərkibli və azad fəaliyyəti üçün bir sıra zəruri tədbirlər görüləcək.

İyunun 27-də Qarabağda "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir keçirilib. Tədbirdə çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadi əhəmiyyətinə toxunub. O qeyd edib ki, Ağdam, Füzuli və Cəbrayılda xüsusi sənaye zonalarının yaradılması üçün münasib imkanlar mövcuddur. Onun sözlərinə görə, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikincidir:

"Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür.

Bununla yanaşı, azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir".

Bundan başqa, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə Xankəndi şəhərinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər haqqında sahibkarlara və müvafiq dövlət qurumlarının nümayəndələrinə məlumat verilib. Bildirilib ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür. Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsal müəssisələrinə baş çəkən sahibkarlarımız şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat əldə ediblər.

Maraqlıdır, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarların fəaliyyəti üçün sənaye zonalarının salınması nə dərəcədə vacibdir? Xakəndi şəhəri ölkə iqtisadiyyatına nə kimi töhfə verə bilər? Hər iki zonada sahibkarların fəaliyyət göstərməsi üçün hansı mexanizmlər tətbiq ediləcək?

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycanın inkişaf edən zonalarına çevrilə bilər:

“SSRİ dövründə Qarabağ və Şərqi Zəngəzura daxil olan rayonlar həm kənd təsərrüfatı, həm maldarlıq, həm də turizm baxımından önəmli ərazilər olub. Həmin ərazilərin iqtisadi verimliliyi çox yüksək idi. İşğal dövrünə qədər Azərbaycan SSRİ-nin həmin ərazilərində iki iqtisadi zona olub. Biri Kəlbəcər-Laçın, digəri isə Yuxarı Qarabağ iqtisadi zonası idi. Hər iki iqtisadi zona Azərbaycan SSRİ-nin iqtisadiyyatına xeyli dividentlər qazandırırdı. Xüsusilə vurğulayım ki, Kəlbəcər, Laçın, Zəngilan və Ağdərə təbii resurslar və mineral ehtiyatlar ilə zəngin olan ərazilərdir. Otuz il işğal dövründə erməni işğalçıları həmin resursları və ehtiyatları qeyri-qanuni şəkildə istismar ediblər. Onu da əlavə edim ki, sovet dövründə Ağdam və Füzulidə sənaye müəssisələri fəaliyyət göstərib, Cəbrayıl və Zəngilanda isə geniş üzümçülük və taxıl sahələri mövcud olub. Yaxın on-on beş il ərzində bu istiqamətdə intensiv işlər görməklə Qarabağ və Şərqi Zəngəzurda sənaye müəssisələrinin yaradılması, o cümlədən kənd təsərrüfatı sahələrinin salınması daha məqsədə uyğun olardı”.

Ekspertin sözlərinə görə, Xankəndi Azərbaycanın həm sənaye, həm turizm, həm də biznes mərkəzinə çevrilə bilər:

“Sovet dövründə Xankəndidə toxuculuq, ayaqqabı və şərab zavodları, o cümlədən digər sənaye müəssisələri fəaliyyət göstərib. Təbii gözəlliyinə və zənginliyinə görə, Xankəndi turizm mərkəzi də olub. Xankəndinin, ümumiyyətlə, Qarabağ iqtisadi zonasının iqtisadi məhsuldarlığını artırmaq üçün inkişaf proqramları tətbiq olunmalıdır. Bildiyimiz kimi, Qarabağ və Zəngəzur otuz il ərzində işğal altında olduğundan, digər iqtisadi zonalara nisbətən inkişafdan çox geri qalıb. Hər iki zonada maksimum dərəcədə yenidənqurma və bərpa işlər aparılmalı, əhalinin məskunlaşdırılması tamamlanmalı və iqtisadi aktivliyin artırılmasına yönələn obyektlər qurulmalıdır”.

Ekspert vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda iri, orta və kiçik sahibkarların rahat və azad fəaliyyəti üçün təşviqedici addımlar atılmalıdır:

“Bu istiqamətdə atılan addımların səmərəliyini təmin etmək üçün Sahibkarlığın İnkişaf Fondu yaradılıb. Hər il həmin fondun nizamnamə kapitalı dövlət başçısı və aiddiyyəti qurumlar tərəfindən nəzərdən keçirilir və kapitalın artırılması ilə bağlı müvafiq işlər həyata keçirilir. Bununla bərabər, sahibkarların inkişafına xidmət edən xüsusi mexanizmlər mövcuddur. Dövlət tərəfindən, bir çox sahibkarlara öz biznes sahələrini inkişaf etdirmək üçün subsidiyalar verilir. Sahibkarlığın İnkişaf Fondunun son məlumatında qeyd olunur ki, işğaldan azad olunmuş rayonlarda biznes imkanlarını artırmaqda maraqlı olan sahibkarlara maliyyə dəstəyi veriləcək”.
 
Ardını oxu...
“Bakcell”in yeni brend strategiyasına uyğun innovativ mağazasının açılışı bu dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutdu. Yeni açılmış Şuşa mağazası Laçın və Xankəndi filialları ilə birlikdə Bakcell-in Qarabağ bölgəsindəki sayca 3-cü mağazasıdır.

"Hədəfimiz, yeni brend kimliyimizi təqdim edərkən abunəçilərimizə verdiyimiz vədə sadiq qalmaqdır. Odur ki, biz, bundan sonra da innovasiya və yeni məhsullarımızı Azərbaycanın hər bir bölgəsində, xüsusən də, Qarabağda təqdim edəcəyik. Məsələn, biz ötən ay abunəçilərimizə ölkədəki ən sürətli sabit ev internetini təqdim etdik. Yaxın günlərdə isə, Wifi üzərindən zəng xidmətini dəstəkləyən VoWifi və bir sıra yeni məhsulumuzu abunəçilərimizin ixtiyarına verməyi planlaşdırırıq" - deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller Şuşa mağazasının açılışı zamanı qeyd edib.

Şuşa şəhərinin İstiqlaliyyət küçəsində yerləşən yeni Bakcell mağazası ziyarətçilərə tam yeni brend təcrübəsi yaşadacaq bir məkandır. Burada abunəçilər ehtiyacları olan ənənəvi xidmətlərlə yanaşı, Bakcell-in yeni xidmətləri, “high-tech” və “AI” dəstəkli məhsullar haqqında məlumat əldə edə bilərlər. Mağazada əməliyyatları keyfiyyətli şəkildə və sürətlə həyata keçirməyi təmin edən növbəli keçid sistemi və elektron guşə də yerləşdirilib.

Xatırladaq ki, Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE, eSİM və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

"DogruXeber.az" xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyunun 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.

Ardını oxu...
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla yanaşı Rusiyanın siyasətindən də danışıb və Moskvanı suçlayıb. Qriqoryan müharibədə uduzmaqlarına görə, Rusiyanı ittiham edib: "Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Bu reallıqdır. Rusiya aldı, mən bunu təsdiq edirəm. Rusiyanın icazəsi olmasaydı, bu müharibə baş verməzdi”. Rusiya rəsmiləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın itirilməsinə görə, Moskvanı günahlandırmasına cavab veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Armen Qriqoryan öz əraziləri uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb: “Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?”. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də açıqlama verib. Karasin Armen Qriqoryanın açıqlamasının həqiqətə uyğun olmadığını belə izah edib: “Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərinin açıqlamalarıyla tanış olmalıdır. Erməni siyasi xadimlərinin, o cümlədən yüksəkrütbəli rəhbərliyin qeydlərinə və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Armen Qriqoryan həmin qeydləri oxusun”. Prezidentin köməkçisi Hikmət Hacıyev də Qriqoryanın iddiasından danışıb. Onun sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibinin açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil. H.Hacıyev qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında Ermənistan ordusunu məğlub edib, mütləq hərbi qələbə qazanıb və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib: "Ermənistan rəhbərliyi ordu sıralarında 10 min nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin senyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərksilah olunub. Qarabağ tam azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilmiş və ya qənimət götürülüb. Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür".
Siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Qriqoryanın “Rusiya Qarabağı Azərbaycana qaytardı” açıqlamasının İrəvanın məğlubiyyətə görə günahı Moskvanın üzərinə qoymaq və xarici siyasətdə oriyentasiya dəyişikliyini əsaslandırmaq xəttinin davamı olduğu bəllidir:
"Rəsmi Bakı İrəvan-Moskva xəttindəki “ritorik müharibədə” motiv kimi Qarabağın istifadə edilməsini cavabsız qoymamalı idi, yüksək səviyyədə cavab verildi də. Bununla yanaşı, Rusiyaya da müəyyən mesajların çatdırılması zərurəti yaranır. Çünki Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Qriqoryana verdiyi cavab Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb oldu. Zaxarova Qriqoryanı “öz əraziləri uğrunda həyatlarını qurban verən erməniləri təhqir etməkdə” ittiham edib və bununla Qarabağın işğalçı ermənilərə “məxsusluğu” iddiasını da irəli sürüb. Moskvanın belə sətiraltı iddiaları yeni deyil, hərçənd, Rusiyadan rəsmi səviyyədə səslənən bu iddialar ikitərəfli münasibətlərdə gərginliyi tətikləyir. Bu situasiya Bakının rəsmi şəkildə Moskvaya cavab verməsi zərurətini yaratsa da, bunun diplomatik kanallarla çatdırılması daha məqbul olardı. Çünki rəsmi cavab İrəvan və Moskva arasındakı hesablaşmanın “ritorik xəttinə” Bakının da qoşulması ilə nəticələnəcək ki, bunun Azərbaycana faydası yoxdur. Əvəzində bu cür açıqlamaların qəbuledilməz olduğunu Moskvaya diplomatik kanallarla çatdırmaq olar".
 

Ardını oxu...
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti ““Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 4-cü məhəllə üzrə 126 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 6 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi” işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi "SNT" İnşaat Şirkəti olub.

Qalib şirkətlə 16 211 373 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, "SNT" İnşaat Şirkəti 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 1 469.78 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Süleyman Aslanov Şəmsəddin oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman, ev 28 ünvanında yerləşir.
 
Ardını oxu...
Ağdam rayonunda tikinti işləri üzrə 155 milyon manatlıq tenderlərə yekun vurulub.

FED.az xəbər verir ki, «Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti» Ağdamda tikinti işlərinin satın alınması ilə bağlı 12 tenderin qaliblərini açıqlayıb.

FED.az xəbər verir ki, dövlət qurumu tenderlərin qalibləri ilə toplamda nə az, nə çox 155 milyon 15 min 219 manat məbləğində müqavilələr imzalayıb.

Tenderlər çərçivəsində Ağdam rayonu, Sarıcalı kəndində və Kəngərli kəndində məhəllə daxili yolların və səkilərin tikintisi işlərinin və sahədaxili mühəndis kommunikasiyaları işlərinin satın alınması, Ağdam da yaşayış massivləri tərkibində ümumilikdə 678 mənzildən ibarət 32 ədəd yaşayış binalarının tikintisi planlaşdırılır.

Tenderlər çərçivəsində bölüşdürülən 155 milyon manatlıq sifarişlərin də böyük hissəsi 98,8 milyon manatı 678 mənzilin tikintisinə sərf ediləcək.

Sözügedən tikinti tenderlərini sayca ən çox udan şirkət "Azəraqrartikinti" ASC olub. Bu şirkət ümumi məbləği 51,6 milyon manat olan 3 tenderin qalibi olub.

"Aztimont" ASC şirkəti 23,4 milyon manat məbləğində 2 tenderi qazanıb, "ND Company" QSC şirkətinə isə ümumi məbləği 25,G5 milyon manat olan sifarişlər çatıb.

Qaliblər haqqında daha detallı:

Qeyd edək ki, "Azəraqrartikinti" ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 11 229 400 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramin Məmmədov Cümşüd oğludur. Hüquqi ünvanı AZ1141, Bakı Şəhəri Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 93 ünvanında yerləşir.

Qeyd edək ki, “Aztimont” ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 432 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nəriman Veysəlov Mikayıl oğludur. Hüquqi ünvanı AZ5423, Sabirabad rayonu, Qalağayın, Qalağayın Kəndi ünvanında yerləşir.

Qeyd edək ki, “Azərsutəchizattikinti” ASC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 24 442 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirzəcan Xəlilov Mirzəmməd oğludur. Hüquqi ünvanı AZ5401, Sabirabad rayonu, Şəhriyar, ev 35 ünvanında yerləşir.

Qeyd edək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.

Qeyd edək ki, "Vs Enerji Servis" MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramil Quliyev Məhərrəm oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 92B, m. 38 ünvanında yerləşir.

Qeyd edək ki, “Ricon” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşad İsmayılov Rəhim oğludur. Hüquqi ünvanı AZ1025, Bakı Şəhəri Xətai rayonu, Mərkəzi Bulvar küçəsi , ev 22 ünvanında yerləşir.

Qeyd edək ki, "As-Təmir Tikinti" MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Mustafayev Ağasəf oğludur. Hüquqi ünvanı AZ1803, Şirvan şəhəri, Vidadi, ev dön 4 , m. 7 ünvanında yerləşir.

Qeyd edək ki, "ND Company" QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elvin Mahmudov Asif oğludur. Hüquqi ünvanı AZ1048, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur ştq, Kərəm İsmayılov (Qaraçuxur qəs.), ev 16/1 ünvanında yerləşir.

Qalib şirkətlər, məbləğlər və ən əsası satınalma predmeti üzrə daha detallı məlumat aşağıdakı cədvəldə:

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Bə'zi ağzıgöyçəklər yazırlar ki, əvvəllər yağış yağmırdı,sel olmurdu ?? Olurdu ay nankör, olurdu . Amma sən 33 ildir baxımsızlıqlarla bərabər , iriçaplı silahların zərbəsinə və hardasa hələ bizlərin vəfasızlığına sinə gərib, uçmayıb sahibini gözləyən o divarlara da bir bax , indiki iqruşka domiklərə də.
Yolların təmir-bərpası , tikintidə olan yeyinti kimə bəlli deyil ki??? Harda !!! Əlbətdə Azərbaycanda."
Teref yazır ki, bunu şəhid anası, sosial şəbəkə fəalı Maya Quliyeva yazır. Maya xanım daha sonra yazır:
Şuşada "Xarı bülbül" hostelində ayaqyoluna girirsən , divarla qucaqlaşıb qapını güclə örtürsən. Elə bil dədələrinin məzar yerindən borc veriblər .
"Laçına köç başlayandan bu kimi görüntülərin şahidiyik. Yollarda konalizasiyalar çöküb . Camaatın haqqını yeyənlərin Allah bəlasını versin."
Teref əlaqədar strukturlarında mövqeyini dərc etməyə hazırdır!
TEREF

 

Dünyapress TV

Xəbər lenti