“DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -
“Azərbaycanda texnoloji inkişafın, yəni müxtəlif sahələrdə texnoloji tərəqqinin qarşısını alan əsas qurumlardan biri gömrük orqanlarıdır. İnsanlar harada sərbəst fəaliyyət göstərib texnoloji innovasiyalardan istifadə etməyə çalışırlarsa, gömrük orqanları gəlib çökür onların canına”.

Bunu Yenicag.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Siyasətçi martın 29-u Azərbaycanda fəaliyyətə başlayan “Starlink” peyk internet şəbəkəsinin avadanlıqlarının Azərbaycana gətirilməsində yaranan əngəllərdən söz açıb.

Xatırladaq ki, bu gün Dövlət Gömrük Komitəsinin “Starlink” avadanlıqlarının gömrükdə saxlamasına dair məlumatlar yayılıb. Qurum daha sonra sözügedən məsələ ilə bağlı bildirib ki, “Starlink” qurğularının ölkəyə gətirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırılmalıdır. Gömrükdəki problem də məhz bu səbəbdən qaynaqlanır.

T. Abbaslı isə DGK-nın sözügedən əməlini birmənalı qarşılamayıb:

“Gömrük işçisi deyir ki, mən bilmirəm, bu nədir. Qardaş, sənin bilməyinə nə ehtiyac var?! Məsələn, “Starlink”i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində necə qeydiyyatdan keçirsinlər?! Sən müraciət et, qoy keçirsinlər. “Starlink” dünyada, hətta Afrikadakı Cibutidə belə tanınır və bilinir. Amma sən hələ “Starlink”i gömrük siyahına əlavə etməmisənsə, bu sənin ayıbındır, başqalarının deyil”.

“Bir tərəfdən deyirik ki, “Biz Avropanın ortasındayıq”, amma Gömrük Komitəsi ölkəni Kubaya və ya Şimali Koreyaya çevirib. Dünyada neçə ölkə tanıyırsınız ki, orada kamera dronlarının ölkəyə daxil olması qadağan olsun? Niyə, hansı səbəbə görə?! Üstəlik, bu məsələlər də eynidir.

Düşünürəm ki, bu cür şeylərə sadəcə bürokratik problemlər kimi baxmaq düzgün deyil. Burada həm Dövlət Gömrük Komitəsinin köhnəlmiş yanaşma tərzi, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nədənsə çəkinməsi var. Film kamerası və ya dron almaq üçün lazımi orqanlardan icazə tələb olunur, amma bunu izah edə bilmirlər. Bu məsələlər dünyada da Azərbaycan haqqında mənfi rəy yaradır. Dünya bu gün o qədər qloballaşıb ki, istənilən beynəlxalq saytda Azərbaycana “Starlink”in daxil olmasının qadağan olması ilə bağlı məlumat yayılsa, bu, yenə də ölkənin imicinə zərbə vurur”.

Partiya sədri xatırladıb ki, beynəlxalq investorların buna reaksiyası da birmənalı olmayacaq:

“Starlink” sərbəst internetə çıxış imkanıdır. Gömrük niyə bundan qorxur?! Hətta sonuncu dəfə partiya olaraq “Starlink” gətirməyi planlaşdırırdıq. Amma bu problemləri bildiyim üçün dedim ki, tələsməyək, görək, kimsə gətirə biləcək, ya yox. Onsuz da müasir texnologiyalar Azərbaycana regionda ən son gəlir, üstəlik, müxtəlif məhdudiyyətlərlə. Bu düşüncə tərzini dəyişmək lazımdır. Biz kommunist Sovet dövlətində yaşamırıq, Sovetlər dövrü deyil. Gömrüyün hər şeyi nəzarətdə saxlaması, hər şeyi kontrol etmək ayıbdır. Sadəcə olaraq, adamlar utanır”.

“Xatırlayırsınızsa, İlon Mask ilk dəfə sosial şəbəkəsində Gürcüstan və Ermənistanın “Starlink”ə qoşulduğunu elan etdi. Azərbaycan isə “hazırlıq mərhələsində” idi. Mən buna çox üzüldüm. Biz regionun lider ölkəsiyik. Azərbaycan Gürcüstandan və Ermənistandan daha güclü dövlətdir, amma müasir texnologiyalar bizə onlardan sonra gəlir. Şükür ki, iki-üç gün sonra elan edildi ki, Azərbaycana da gəlib. Amma Azərbaycan, əksinə, dağlıq rayonlarda və regionlarda “Starlink”i təşviq etmək üçün addımlar atmalı idi ki, insanların internetə çıxışı rahatlaşsın. Əksinə, buna icazə vermək əvəzinə maneələr yaradılır”, – həmsöhbətimiz əlavə edib.

Müxalifətçi hesab edir ki, burada hansısa oliqarxların və ya monopolistlərin bazarı zəifləməsin deyə belə addımlar atılır:

“Çünki Azərbaycandakı internetin səviyyəsini hamımız bilirik. Zəng edirsən, biri deyir “kabeldən”, kabelçəkən şirkət deyir “provayderdən”, provayder isə “internetdən” deyib məsələni bağlayır. Azərbaycanda internetin sürəti hansı vəziyyətdədir, hamımız bilirik. İndi bu alternativ gəlir – “Starlink”. Bu alternativ Azərbaycandakı strukturlaşmış bəzi monopolist qruplara tabe olmayacaq. Çünki İlon Muskın bunlarla hesablaşmağa ehtiyacı yoxdur və burada vasitəçi də yoxdur. Bir antena, bir peyk və araya heç kim girə bilmir. Ona görə əminəm ki, yaxın zamanda “Starlink”i məhdudlaşdıran qərarlar da qəbul oluna bilər. Bu düşüncə tərzi ilə yanaşsalar, bu da mümkündür. Bəlkə də vaxt uzadırlar ki, parlament belə bir qanun layihəsi qəbul etsin və “Starlink”i məhdudlaşdırsınlar. Mən bunu da gözləyirəm. Azərbaycanın təhlükəsizlik məsələlərinə görə “Starlink”in qadağan olunması da baş verə bilər”.

Bölmənin digər xəbərləri

12 Aprel 2025 Ş VAXTI BAŞINA 40 KİLOQRAMLIQ DƏMİR DÜŞDÜ, ŞİRKƏT MÜALİCƏSİNİ YARIMÇIQ SAXLADI... - Şəki sakini “Körpü-Bina-Tikinti” MMC-dən şikayətçidir
12 Aprel 2025 Kosmetoloq Aygün Ömərova lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir?
12 Aprel 2025 Elmi Cərrahiyyə Mərkəzində rəzalət
12 Aprel 2025 QHT Agentliyindən qrantları deputatlar və hökumət nümayəndələri necə udurlar? – RƏZALƏT
12 Aprel 2025 Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12 Aprel 2025 Yasamaldakı TİKİNTİ XAOSU davam edir... - NƏ BAŞ VERİR?
12 Aprel 2025 “Embawood” MMC keyfiyyətsiz mebellərini daha çox kimlərə satır - İLGİNC FAKTLAR..
12 Aprel 2025 Ketrinq xidməti göstərirdi, indi isə... - Mahir Abbaszadənin 1,8 milyonluq tender verdiyi şirkət kimindir?
12 Aprel 2025 Xırdalan şəhər 1 saylı orta məktəbin xanım direktorundan qeyri-etik sözlər - “Ala, bilirsən nə var? Bas bayıra!” VİDEO
11 Aprel 2025 Anar Əliyev məhkəmə qərarını niyə icra etmir? - Keçmiş baş əmək müfəttişinin işə bərpası dalana dirənib
11 Aprel 2025 Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur-Video-Foto
11 Aprel 2025 Gəncədə məktəbdə insident olub, şagirdlər müəllimə xəsarət yetiriblər - TƏFƏRRÜAT
11 Aprel 2025 Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki zəhərli,çirkab maddələrini gölə axıdır- Video
11 Aprel 2025 Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video
11 Aprel 2025 Daha bir tibb cinayəti: Zaur Ramixanov xəstənin həyatını məhv etdi
10 Aprel 2025 Yardımlıda ŞOK OLAY - Başçının müavini bu işin harasındadır?
10 Aprel 2025 2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət - Kimindir?
10 Aprel 2025 “Vialon” “Kubinka“nı darmadağın edir: Damı uçurulan qadının fəryadı - ŞOK GÖRÜNTÜ
10 Aprel 2025 Səhiyyə Nazirliyinin baş psixiatrı 19 yaşlı gəncə “anadangəlmə əlil” diaqnozu qoydu, amma... – ABŞERON SAKİNİNİN İDDİASINA RƏSMİ REAKSİYA
10 Aprel 2025 ŞƏHİD QIZI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət

Dünyapress TV

Xəbər lenti