Cəmi 667 km²-lik ərazisi olan Yardımlı rayonunda son zamanlar baş verdiyi deyilən bəzi hadisələr və icra hakimiyyətinin məsul şəxslərinin qeyri-qanuni yollarla əldə etdikləri yüksək məbləğlər barəsində redaksiyamıza ardıcıl məlumatlar gəlməkdə davam edir.
"DogruXeber.az" xatırladır ki, ötən həftə portalımızda agentliyimizin elektron poçt ünvanına gələn məlumatları dərc etmişdik.
Yazıda qeyd olunurdu ki, Yardımlı rayon icra hakimiyyətində çalışan bəzi dövlət bəzi quluqçuları dövlətin işçilərə verdiyi əmək haqqından və mükafatdan rüşvət istəyir. Belə ki, il ərzində 3 dəfə dövlət tərəfindən ərazi numayəndəndəliklərinə rübdə 1 dəfə mükafat verilir. Mükafatın əmrini almaq üçün ilk öncə Yardımlı rayon İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Vəli oğlu Səfərovu "görmək" lazım gəlir. Mükafatın buraxılması ilə bağlı Yardımlı rayon icra hakimiyyəti başçısı cənab Ayaz Əsgərovun verdiyi əmri hər ərazi nümayəndəliklərinə vermək üçün 20 manatdan pul yığılır. Yardımlı rayonu üzrə 30 ərazi nümayəndəlikləri var və hərəsindən 20 manatdan pul yığılır ki, bu da bir rübə 600 (altı yüz) manat edir. Mükafat da ildə 3 dəfə verilir deyə, bu da edir 1800 manat.
Bu məbləğin də hamısı gedir Namiq Vəli oğlu Səfərovun cibinə. Bundan əlavə Yardımlı rayon icra hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov da hər ərazidən 10 manatdan pul yığır. O, ərazi işcilərinə tək-tək zəng edir ki, "mükafatı almısınız, gətirin rəbərinizin pulunu verin". Bunu da 10 manatdan hesabladıqda, 30 ərazi üzrə 300, ildə isə 900 (doqquz yüz) manat edir. Bu da Şücaət Zabi oğlu İbişov cibinə gedir.
Sonra növbə gəlir Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Mirsəmid oğlu Səmədliyə. Yardımlı rayonunda İşqlandırma və Kommunal təsərrüfat idarəsinin işcilərini saxta yolla işdən azad edir və sonda deyirlər ki, "Siz ixtisara düşürsünüz, işdən çıxmalısınız". Gözünü kommunal təsərrüfatdan aldığı məvacibə dikən, ailəsinə güclə bir tikə çörək pulu aparan vətəndaşı çağırırlar icra hakimiyyətinə birbaşa Miramil Səmədlinin otağına. Orada onu "sıxma - boğmaya salırlar" ki, hökmən işdən çıxmalısan. Vətəndaş da işini itirməmək üçün məcbur Miramil Səmədlinin qoyduğu 1500 (min beş yüz) manat "tas"ı verir. Güya bundan sonra işi həll olunur və adam işində qalır.
Bu oyun hər ay başqa-başqa işçilərin başlarına gətirilir. Hər ay 6 işçi belə aldadılaraq ümumilikdə onlardan (1500x6) 9000 (doqquz min) manat da Miramil Səmədli alır.
Qeyd edək ki, Miramil Səmədli əvəllər Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin Yardımlı rayon şöbəsinin müavini olub və bu qurumdan da ünvanlı sosial yardımların düzəldilməsində saxtakarlığa yol verdiyi, həmçinin rüşvət aldığı üçün sabiq Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən işdən azad olundu.
Daha bir "pul yığan" başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Cəmaləddin qızı Məmmədovadır. O, Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Ərazi nümayəndəliklərindən ildə 2 dəfə 185 manatdan qəzet pulu yığır. 30 ərazi nümayəndəliyi üzrə bu da edir 5550 (beş min beş yüz əlli) manat, ildə iki dəfə yığıldığını nəzərə alsaq, həmin rəqəmi ikiyə vurub, 11100 (on bir min yüz) rəqəmini alırıq.
Təbii ki, bütün bunlar barəsində rəsmi şəkildə sözügedən icra hakimiyyətinin də mövqeyini öyrənib dərc etmişdik. Heç şübhəsiz, qurum məlumatları təkzib edərək, həmin şəxsin əgər əlində faktları varsa məhkəməyə müraciət etməsini tövsiyyə etmişdi. Lakin, heç bir həftə keçməmiş, daha bir məlumat media gündəminə bomba kimi düşdü.
Yardımlı rayon Mirzə Fətəli Axundov adına 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinə təcavüz edildiyi və təcavüzə məruz qalan azyaşlı qızın atasının əqli qüsurlu olduğu üçün hadisənin ört-basdır edilməyə çalışıldığına dair məlumat əldə etdik. Amma, hüquq-mühafizə orqanları məsələdən xəbərdar olan kimi, təcavüzkar və onun dayağının gizlilik planlarını alt-üst etdi.
Qeyd edək ki, redaksiyamıza göndərilən növbəti məktubda, Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdinə təcavüz edən şəxsin, Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi hümanitar məsələlər şöbəsinin müdiri, eyni zamanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Əfsanə Məmmədovanın qardaşı olduğu bildirilir. Həmçinin, bildirilir ki, Əfsanə Məmmədovanın atası Cəmaləddin Məmmədov həmin 1 nömrəli orta məktəbdə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır.
Hadisə ilə bağlı artıq 4 nəfərin həbs edildiyi xəbəri yayılsa da onlardan yalnız anasının adı çəkilir və rəsmi xəbərdə uşağın atasının olmadığını, ögey atanın da təqsirli bilindiyi deyilir. Amma məsuliyyətə cəlb olunan 4 nəfərin arasında Əfsanə xanımın qardaşının olub-olmadığı barəsində tək bir cümlə belə qeyd olunmayıb. Üstəlik, gördüyün kimi təkcə ailə məsuliyyətə cəlb olunaraq diqqət mərkəzinə gətirilib, məktəb isə diqqətdən və məsuliyyətdən ustalıqla yayındırılıb. Halbuki, əsas rolda adı çəkilən şəxsin atası Cəmaləddin Məmmədov elə həmin məktəbdə məsul vəzifədə çalışır.
Yeyinti barədə redaksiyamıza verilən məlumatda dəqiq rəqəmlərin qeyd olunmasına rəğmən icra hakimiyyəti bunu təkzib edib, yaxasını kənara çəkdi. Bəs rayon ərazisində vəzifələrin ailə üzvləri, qohumlar arasında bölüşdürülməsinə necə haqq qazandırılacaq görəsən?
Bundan əlavə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi olduğu deyilən Əfsanə xanımın ailə üzvünün azyaşlıya qarşı bu iyrənc hadisədə adının hallanması nə dərəcədə qəbulediləndir?
Mövzunu davam etdirəcəyik.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.