Moskva polisi Özbəkistan vətəndaşını Ukraynada döyüşə məcbur göndərməyə çalışıb
Özbəkistan vətəndaşı onu Ukraynada müharibəyə getməyə məcbur edən Rusiya polisinin zorakılığı barədə məlumat verib. Yusif adlı şəxs Moskvada işləyib və təhlükəsizlik qüvvələrinin keçirdiyi reyd zamanı saxlanılıb. Sənədləri yoxlanılan özbək miqrant polis bölməsinə aparılıb. Onun sözlərinə görə, polis bölməsində ona qarşı güc tətbiq olunaraq Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq tələb edilib: "Onlar mənə dedilər, "Sən müharibəyə gedəcəksən!". Cavab verdim ki, Özbəkistan vətəndaşıyam, ona görə də müharibəyə getməyəcəyəm".

Yusif iddia edir ki, bölmədə ona təzyiqlər olunub və müharibəyə getməsi tələb edilib: "Mən dedim ki, bu münaqişədə iştirak etməyə borclu deyiləm. Sonra onlar pasportumu götürdülər və bildirdilər ki, mənim borcum var: "Kreditini ödəyəcəyik, sən də döyüşə gedəcəksən". Bu zaman dəyənəklə iki dəfə vurub dedilər: "Necə yəni getməyəcəksən? Gedəcəksən!". Bundan sonra boynumdan tutub divara sıxdılar. Başa düşdülər ki, mən razı deyiləm. Onlara dedim ki, səfirliyə gedib oradan kömək istəyəcəyəm. 10 dəqiqədən sonra məni buraxdılar".

Yusif Rusiyadakı Özbəkistan səfirliyinə müraciət edib, lakin onun sözlərinə görə, oradan heç bir yardım almayıb: "Əlimdə Özbəkistan səfirliyi tərəfindən verilmiş müraciət talonu var. Oraya martın 3-də müraciət etmişəm. Bildirdim ki, səfirlik mənə kömək etməlidir, çünki mən Özbəkistan vətəndaşıyam. Onlara izah etdim ki, mənə təzyiq göstərilir. Soruşdum ki, "məni müharibəyə aparsalar, sizin üçün fərqi yoxdur? Sadəcə izləyəcəksiniz? Axı mən Özbəkistan vətəndaşıyam". Onlarınsa cavabı bu oldu: 'Hörmətli vətəndaş, biz sizə heç cür kömək edə bilmərik'".

Yusif bankdan kredit götürüb və indi 400 min rubl (4 min 660 dollar) qaytarmalıdır.

"Borclularla bağlı məlumat bazasına əsasən hərəkət edirlər"
Hüquq müdafiəçisi Valentina Çupikin sözlərinə görə, Rusiya hökuməti indi miqrantların borclarından başqa bir təzyiq forması kimi istifadə edərək onları müharibəyə göndərməyə çalışır.

"Mən güman edirəm ki, onlar borclularla bağlı məlumat bazasına əsasən hərəkət edirlər, çünki rusiyalılarla bağlı belə şeylər eşitmişəm. Onlar məlumat bazasını yoxlayır və belə bir bəhanə ilə sürürlər: "Ya səni kredit fırıldağına görə həbs edirik, ya da müqavilə imzalayırsan". Bu, əlbəttə ki, insan hüquqlarının açıq şəkildə pozulmasıdır".

"Müvəqqəti Saxlanma Mərkəzlərində də vəziyyət təxminən eynidir: "Sənin deportasiyanı ləğv edəcəyik. Sadəcə buraya imza at. Rusiya vətəndaşlığı ala biləcəksən, çoxlu pul qazanacaqsan, ailən də tam şəkildə Rusiya vətəndaşı olacaq'", –hüquq müdafiəçisi bildirib.

Yusif deyir ki, səfirliyə baş çəkdikdən sonra vəziyyət yenə təkrarlanıb. Onu yenidən polis saxlayıb: sənədlərini yoxlayıb, borcunu biliblər. Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşları yenidən orduda xidmət üçün ona müqavilə bağlamağı təklif ediblər. O, yenidən Özbəkistan səfirliyə zəng vursa da, Yusifə cavab verən olmayıb. Miqrant müvəqqəti olaraq vətəninə qayıtmaq qərarına gəlib.

"Mən Özbəkistan prezidenti Şavkat Mirziyoyevdən və ölkə rəhbərliyindən mənə kömək etmələrini xahiş edirəm. Aprelin ortalarında Moskvaya qayıtmağı planlaşdırıram. Təhlükəsizliyimi təmin edin. Mən işləməliyəm, ailəmi dolandırmalıyam. Xahiş edirəm, bu məsələni nəzarətə götürün və məni qoruyun", –Yusif bildirib.

Yusifin sözlərinə görə, o pul qazanmaq və kreditini ödəmək üçün Rusiyaya qayıtmağa məcburdur. Qorxur ki, onu yenidən müharibəyə cəlb etməyə çalışacaqlar. Özbəkistanda muzdluluq cinayət sayılır. "Miqrant Media" layihəsinin jurnalistləri Özbəkistanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlamağa çalışıb. Amma səfirlikdən cavab almaq mümkün olmayıb.
 

Bölmənin digər xəbərləri

12 Aprel 2025 Yunanıstan Türkiyəni təhqir edən hərbçilərini cəzalandırdı
12 Aprel 2025 106 milyard dollar sərvəti var - Cəmi 1 faizini övladlarına verəcək
12 Aprel 2025 Trampın Əliyevə məktubundakı açar cümlə...
12 Aprel 2025 Trampın nümayəndəsi "Ukraynanın bölünməsi" planını açıqlayıb?
12 Aprel 2025 Trampdan "Möhtəşəm" Strateji Qərar
11 Aprel 2025 Üç paytaxtdakı anti-Azərbaycan təşkilatı
11 Aprel 2025 Bakı və İrəvan sülh sazişini bu şəhərdə imzalayacaq
11 Aprel 2025 imonyan: "Yəqin ki, Ermənistan birdəfəlik silinəcək"
11 Aprel 2025 Moskva Tehranı qoruyurmu, yoxsa Vaşinqtonla balans oyunu oynayır?
11 Aprel 2025 Axios: İran ABŞ-la müvəqqəti nüvə sazişi imzalamağı düşünür
11 Aprel 2025 Ermənistan prizmasından Iranla təlimlər siyasi mesaj xarakteri daşıya bilər - Ekspert danışır...
11 Aprel 2025 Moskva öz dostlarına da “müharibə” elan edir? – Qəribə qadağa
10 Aprel 2025 ABŞ 4 ölkə ilə tariflərin yumşaldılmasını müzakirə edir
09 Aprel 2025 Nazir Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərləri ilə görüşü
09 Aprel 2025 Səssiz müharibə - Tramp bütün dünyaya savaş elan edib
08 Aprel 2025 İnsanlıq tarixinin ən dağıdıcı ili müəyyən edilib
08 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ: Proses başlandı - Fitnes zallarına BASQINLAR... - VİDEO
08 Aprel 2025 BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə aprelin 8-də iclas keçirəcək
08 Aprel 2025 Ermənilərin “boz kardinal”nın “çirkli pul”u: - Və onların oyuncağına çevrilən Avropa Parlamenti
08 Aprel 2025 Ermənistan dövlət sərhədlərinin ləğvini istəyir - Gözlənilməz bəyanat

Dünyapress TV

Xəbər lenti