“Vialon” tikinti şirkətinin Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə apardığı qalmaqallı söküntü prosesi davam edir. Proses başlayandan bəri redaksiyamıza onlarla şikayət daxil olub, sakinlər məruz qaldıqları özbaşınalıqları lentə alıb, bizə yollayıblar. Dünən sizə şirkətin yaxınlıqdakı iaşə obyektlərinə necə zərər verdiyini göstərmişdik. Bu gün isə redaksiyamıza yeni görüntülər gəlib. Bu fotonun sakin Ofeliya Hacıyevaya aid olduğu bildirlir. Evi uçurularkən xəsarət alıb, ayaqları qan içindədir. Digər evdə isə 42 yaşlı serebral iflic xəstəsi Samirə Yurşumova yaşayır. Söküntü zamanı qorxub fəryad edən də odur. Ətraflı videoda...