“Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”
Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada yaşamaqdan bezib.

Kəlbəcərə qayıtmaq istədiyini deyən Sadiq Məmmədovun sözlərinə görə, onun adını birinci qayıdış siyahısına salmırlar.

“31 ildir yataqxanada, acınacaqlı şəraitdə ömür sürürük”

“Biz kəndimizi tərk etmək məcburiyyətində qalanda 14 yaşım vardı. O vaxtdan Gəncədə hərbi şəhərcikdəki yataqxanada məskunlaşmışdıq. Bu yataqxanadakılar əsasən kəlbəcərli məcburi köçkünlərdir. 31 ildir ki, şəratsiz vəziyyətdə birtəhər ömür sürürük. Adi qaz yoxdur. Yataqxana özü də pis vəziyyətdədir. Divarlar uçulub-tökülür, çirkab su zirzəmiyə axır, antisanitariya hökm sürür. Hazırda iki azyaşlı övladım da daxil olmaqla, ailəmlə belə vəziyyətdə yaşayırıq”, – 46 yaşlı Sadiq Məmmədov Meydan TV-yə danışır.

“Birinci qayıdışda ağır şəraitdə olanlara üstünlük verilməlidir”

Onun sözlərinə görə, mayda Kəlbəcərə birinci qayıdış nəzərdə tutulub. O, eləcə də yataqxanadakı digər məcburi köçkünlər birinci növbədə qayıdacaq şəxslərin siyahısına onların da adının salınmasını istəyir.

Bunun üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Kəlbəcər rayon İcra Hakimiyyətinə və başqa dövlət orqanlarına müraciət ediblər. Lakin adlarını siyahıya salmayıblar:

“Nə vaxtdır müraciət eləmişəm. Ancaq onu deyirlər ki, qayıdış vaxtı nəzərə alınacaq. Birinci qayıdış siyahısına adımızı salmayıblar. Kimləri aparacaqlarsa, onlara zəng eləyiblər, hazırlaşırlar. Bizimlə bağlı heç bir məlumat yoxdur. Birinci qayıdış siyahısında elə adamların adları var ki, bir neçə yerdə mənzili, villası var. Niyə araşdırmırlar ki, kimin qayıtmağa daha çox ehtiyacı var? Əlbəttə, o torpaqlar hamımızındır və hər bir kəlbəcərlinin haqqıdır ora qayıtmaq. Amma baxmaq lazımdır ki, kim daha ağır vəziyyətdədirsə, növbə məsələsində onlara üstünlük verilməlidir”.

“Şəhid ailəsiyəm, bu vəziyyətdən qurtulmaq istəyirik”

Həmin yataqxanada yaşayan başqa bir kəlbəcərli məcburi köçkün Tahir Muxtarovun da şikayəti eynidir.

Deyir ki, nimdaş yataqxanada acınacaqlı vəziyyətdə yaşayırlar.

Şəhid ailəsi olduğunu, qardaşı Mayıl Muxtarovun Qarabağ döyüşlərində həlak olduğunu deyən Tahir Muxtarov da birinci qayıdış siyahısına adının salınmasını istəyir.

“Qaz yoxdur deyə, otağı elektrik sobasıyla isitmək məcburiyyətindəyik. Yeməyi də elektriklə bişiririk. Nəticədə işıq limitini tez keçirik, baha olur. İşıqpulunu ödəməkdə çətinlik çəkirik. Ona görə otaqları lazımi qaydada isitmək də olmur. Biz bu vəziyyətdən qurtulmaq istəyirik. Siyahını tərtib edəndə bunları nəzərə alsınlar”, – Tahir Muxtarov bildirib.

“Kəlbəcərin istənilən yerinə qayıtmaq istəyirəm”

Sadiq Məmmədov telefon təmiri ilə məşğul olur. Deyir ki, Kəlbəcərə qayıdandan sonra eyni işlə məşğul olub, ailəsini dolandırmaq niyyətindədir:

“Orada bərbərə də, dərziyə də, telefon təmirilə məşğul olan ustaya da… müxtəlif peşə sahiblərinə ehtiyac olacaq. Mən dövlətə yük olmaq istəmirəm. Vergi ödəyicisiyəm, orada da eyni qaydada işimi davam etdirmək istəyirəm. Məni öz yurd-yuvama – Kəlbəcərə qaytarsınlar, bəsimdir. Vacib deyil ki, Ağdaban kəndi olsun. Hələlik Kəlbəcərin istənilən yerinə qayıtmaq istəyirəm”.

“Qaçqınkom” nə deyir?

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Sadiq Məmmədovun qayıdışla bağlı müraciətinə Komitənin tərkibində fəaliyyət göstərən komissiyada baxılıb.

“Ölkə rəhbərliyinin tapşırığına əsasən, məcburi köçkünlər işğaldan azad edilmiş azad olunmuş ərazilərdə, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqlar. Köçürmə prosesi zamanı müraciətə mövcud qaydalar əsasında baxılacaq”, – komissiyanın sədri Eldar Zeynalovun cavabı belə olub.

“Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”
“Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”
“Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti