Türkiyənin Qarabağa dair qəti xəbərdarlığı
Ağdam rayonunda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində Türkiyə hərbçilərinin qalma müddəti daha 1 il uzadılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi müvafiq qanun layihəsi Türkiyə parlamenti tərəfindən qəbul edilib.

Xatırladaq ki, Qarabağda Rusiya-Türkiyə monitorinq mərkəzinin yaradılması barədə qərar 2020-ci ilin payızında 44 günlük müharibə başa çatandan sonra qəbul edilib. Mərkəzin yaradılmasının məqsədi müasir texniki vasitələrdən, o cümlədən PUA-lardan istifadə etməklə atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək olub.

Monitorinq Mərkəzinə Rusiya və Türkiyə tərəfdən onlarla zabit daxildir. Ancaq bu strukturun üç ilə yaxındır nə işlə məşğul olduğu çox da aydın deyil. İctimaiyyətə hərbçilərin fəaliyyətinin təfərrüatları barədə heç vaxt məlumat verilməyib. Qarabağda erməni qanunsuz silahlı birləşmələri ilə baş verən çoxsaylı insidentlər və ya Rusiya sülhməramlı kontingentinin fəaliyyəti Azərbaycan və Ermənistan KİV-də geniş işıqlandırılsa da, Monitorinq Mərkəzi susmağa üstünlük verib, heç bir rəy açıqlamayıb və ya tövsiyə verməyib. Təbii ki, bir çox insanların düşüncəsində bu qurumun məqsədinin qeyri-müəyyən və hətta faydasız olduğu fikri yaranır və tədricən güclənirdi. Və budur, Türkiyə tərəfi bu mərkəzdə müşahidə aparan zabitlərinin qalma müddətini daha bir il uzatmaq qərarına gəlib. Bu zaman onların rusiyalı həmkarlarının aqibətinin necə olacağı bəlli deyil – Moskva hələlik heç nə açıqlamayıb.

İndi ortaya maraqlı sual çıxıb: Qarabağın dağlıq hissəsində vəziyyətin kökündən dəyişdiyi bir şəraitdə bu Monitorinq Mərkəzi Azərbaycana lazımdırmı? Axı Qarabağdakı bütün qeyri-qanuni silahlı birləşmələr Ermənistana çıxarılıb və bölgədə bütün hakimiyyət Bakının əlində cəmləşib. İndi orada türk və rus zabitləri kimləri müşahidə edəcək?

Siyasi müşahidəçi Murad Sadəddinov Pressklub.az-a açıqlamasında qeyd edib ki, tərkibinə Rusiya və Türkiyə silahlı qüvvələrinin nümayəndələrinin daxil olmasına baxmayaraq, bu Monitorinq Mərkəzinin (MM) yaradılması təkcə hərbi xarakter daşımayıb.

“Bəli, hərbi nöqteyi-nəzərdən MM-nin mövcudluğu onun göstəricisidir ki, Rusiya və Türkiyədən olan hərbi müşahidəçilər artıq yerlərdə, belə demək mümkünsə, bu hərbi əməliyyat teatrındakı vəziyyəti diqqətlə izləyiblər. Amma mən yenə də hesab edirəm ki, bu mərkəzin yaradılmasında ən mühüm vəzifə onun siyasi məqsədi idi. Bu, Rusiya silahlı qüvvələri ilə yanaşı, Türkiyə ordusunun da Azərbaycanda olmasını rəsmən təsdiqləyən konkret qərar idi. Bakı da, Moskva da bununla razılaşdılar. Hesab edirəm ki, bu, çox mühüm geosiyasi amildir, onun göstəricisidir ki, regionda, onun ən gərgin nöqtəsində rəsmi olaraq Türkiyə və Rusiya silahlı qüvvələri yerləşir və dost olmayan tərəfin hər hansı fəaliyyəti zamanı bunun ciddi nəticələri ola bilər. İnanıram ki, bu, vacib amil idi”, – deyə ekspert bildirir.

“Mən hələ də hesab edirəm ki, MM-nin heç bir məlumat verməməsi ilə bağlı məsələyə gəldikdə, bizim mediada bu mərkəzin fəaliyyət qaydaları ilə bağlı düzgün rəy formalaşmayıb. Çünki öncədən də MM-nin bu və ya digər pozuntuları barədə ictimaiyyətə məlumat verəcəyi və s. elan olunmamışdı. Görünür, MM Qarabağın dağlıq hissəsindəki vəziyyətlə bağlı məlumat toplayıb, Azərbaycan, Türkiyə və Rusiyanın müvafiq strukturlarına məlumat verib. Hesab edirəm ki, birincisi, mövzu həssas olduğundan, bu informasiya məxfi xarakter daşıyıb. İkincisi, bunlar silahlı qüvvələrlə bağlı məsələlərdir və belə məlumatlar, bir qayda olaraq, müəyyən dərəcədə qapalı xarakter daşıyır.

Missiyanın davam etdirilməsinə gəlincə, mən yuxarıda qeyd olunan reallıqlardan çıxış edirəm. Yəni, MM-nin mövcudluğu daha çox siyasi xarakter daşıyır və Türkiyə hərbçilərinin bu ərazidə xidmət müddətinin uzadılması Azərbaycanın maraqlarına, Türkiyənin bölgəmizdəki maraqlarına uyğundur və onun burada olduğu ilə bağlı xarici güclərə qəti siqnaldır. Xüsusən də, antiterror tədbirlərindən sonra Qərbdə bəzi qüvvələrin necə təşvişə düşdüyünü və sərt bəyanatlar səsləndirdiyini nəzərə almalıyıq. Ona görə də hesab edirəm ki, türkiyəli zabitlərin ölkəmizdə qalma müddətinin daha 1 il uzadılması qərarı Azərbaycana qarşı neqativ mövqedə olan qüvvələrə müəyyən dərəcədə ayıldıcı təsiri göstərə bilər”, – deyə Sadəddinov yekunlaşdırıb.

Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti