Ardını oxu...
Qarabağın erməniəsilli sakinləri dinc yanaşı yaşamaq üçün hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radiofrance”a müsahibəsində deyib.

E.Əmirbəyov bildirib ki, bu yaxınlarda Qarabağda baş verənləri etnik təmizləmə kimi səciyyələndirmək düzgün deyil: "Bu, çox ciddi ittihamdır. Azərbaycan sentyabrın 19-da başladığı antiterror tədbirləri ilə yalnız hərbi obyektləri hədəfə alıb. Biz separatçıların mövqelərinin harada olduğunu dəqiq bilirdik və dərhal mülki əhaliyə onların hədəf olmadığını bildirdik. Heç vaxt mülki infrastrukturu və ya mülki əhalini hədəf almamışıq. Bunu təkcə mən demirəm. Oktyabrın 1-də həmin əraziyə BMT missiyası baş çəkib. BMT rəsmiləri hələ də orada olan ermənilərlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. Onlar Rusiya sülhməramlıları ilə də danışıblar. Bu, mülki şəxslərin hədəfə alınmadığının sübutudur".

Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan hökumətinin erməniəsilli sakinləri öz hüquqlarından məhrum etmək istəyi yoxdur: "Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra Azərbaycanın mərkəzi hakimiyyəti ilə erməni icmasının nümayəndələri arasında dialoq başladı. On gün ərzində üç görüş keçirdik. Onların sosial, iqtisadi, siyasi, humanitar və dini hüquqlarına dair baxışlarımızı təqdim etməyə çalışdıq. Bu, açıq şəkildə göstərir ki, Azərbaycan hökumətinin bu insanları hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin azərbaycanlılarla dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər. Onlar ölkəmizin suverenliyini tanımalıdırlar. Artıq bəziləri Azərbaycan vətəndaşı olmaq istəklərini bildiriblər. Düzdür, ölkəni və ya evini tərk edəndə bir həftədən sonra geri qayıtmağı seçmək asan deyil. Odur ki, erməniəsilli sakinlər geri qayıtmaq istədiklərini bildirdikdə, biz onlarla həqiqətən əlaqə qura bilərik".
Ardını oxu...
Rusiya sülhməramlıları müşahidə məntəqələrinin optimallaşdırılması ilə əlaqədar keçmiş Ağdərə rayonu ərazisində daha bir postu bağlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada həmçinin bildirilir ki, Rusiya hərbi kontingenti Qarabağda elektrik və qaz təchizatının bərpası işlərində iştirak edirlər.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, separatçı rejimə məxsus "lider”lərin həbs olunması fonunda Vitali Balasanyanın da həbs edilməsi ilə bağlı Azərbaycan xüsusi-xidmət orqanları tərəfindən cinayət işinin başlandığı qeyd olunub.

Lakin Vitali Balasanyanın Ermənistana qaçdığı iddia olunur. Bu barədə Ermənistanın "Past” qəzeti məlumat yayıb. "Vitali Balasanyan Ermənistandadır, ürəyində ciddi problem var və hazırda həkimlərin nəzarəti altındadır. Digər təfərrüatlar hələlik məlum deyil”, - məlumatda deyilib.

Bəs Balasanyan Azərbaycan tərəfindən həbs oluna bilər? Onun İrəvandan Bakıya gətirilməsi mümkündür?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Balasanyanın Azərbaycana təhvil verilməsi yalnız iki dövlət arasında sülh müqaviləsi imzalanacağı halda baş verə bilər:

"Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi cinayətlər törətmiş Vitali Balasanyanın həbs olunması istiqamətində addımlar atılsa da, onun həbs olunması mümkün olmadı. O, müəyyən yollarla Ermənistana qaçmağı bacardı. Digər separatçılar Arayik Arutyunyan, Ruben Vardanyan, Davit Babayan, Bako Saakyan, Arkadi Qukasyan həbs edilsə də, Vitali Balasanyan bu həbslərdən yayına bildi. Düşünürəm ki, baş verən bu həbslərlərdən xəbər tutan Balasanyan ermənilərlə birgə Ermənistana gedə bilib. Onun Azərbaycana təhvil verilməsi istiqamətində ilk növbədə Ermənistanla Azərbaycan arasında bir sülh müqaviləsi olmalıdır. Tərəflər arasında sülh müqaviləsi bağlandıqdan sonra hüquqi müstəvidə razılaşmalar olmalıdır və onun həbsi həyata keçirilməlidir.

Hesab edirəm ki, Ermənistan tərəfi onu Azərbaycana qəti şəkildə təhvil verməyəcək, yalnız Azərbaycanın təhlükəsizlik orqanları onu zərərsizləşdirə bilər. Əgər Balasanyan hansısa bir üçüncü ölkəyə getməyə cəhd edərsə, bu zaman onun həbsi mümkün olar. Düşünürəm ki, o, Ermənistan ərazisində olduğu müddətdə onun həbsi və onu mühakimə etmək mümkün olmayacaq”.
 
Ardını oxu...
Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq.

Hurriyyet.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova deyib.

A.İsmayılovanın sözlərinə görə, artıq Füzuli-Ağbənd dəmiryolu xəttinin 60 %-dən çoxu hazırdır:

"3 ildən az bir müddətdə multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib.

Dəhliz boyu 3 tunel, onlarla körpü və 9 dəmir yolu stansiyası tikiləcək. Türkiyə şirkətləri tərəfindən Həkəri çayı üzərindən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda yekunlaşaraq istifadə üçün hazır olacaq".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci ilin febralın 15-də Füzuliyə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub.

Ötən həftə Şərqi Zəngəzur dəhlizi adlandırılan, Araz çayının sol sahili boyu uzanıb Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının həyata keçirilməsi üçün Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib. İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaşın və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin iştirak etdiyi mərasimdə Horadiz-Ağbənd dəmir yolunu və çoxzolaqlı avtomobil yolunu İrana birləşdirmək üçün Araz çayı üzərindən salınacaq yeni dəmir yol və avtomobil yolu körpüsünün təməli qoyulub.
 
Ardını oxu...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsinin 13-cü gününün xronikasını təqdim edirik.

Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib.

Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the World“ verilişində müsahibə verib.

“Sky News” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini yayımlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin mühüm istiqamətlərində düşmənə ağır zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, iki ədəd PDM-i, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, iki ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, üç ədəd D-30 haubitsa topu, iki ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus altı ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan bayrağının dalğalanmasını əks etdirən görüntüləri paylaşıb.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 9 oktyabr saat 17:00-a olan məlumata görə, 31 mülki şəxs həlak olub, 168 nəfər isə xəsarət alıb. Həmçinin 1 091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Şanlı Azərbaycan Ordusunun daha bir uğurlu əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin 30-a yaxın tankı və piyada döyüş maşını ələ keçirilib.

Baş Prokurorluq: “Döyüşlərdə Ermənistan tərəfindən iştirak etmiş Fransa vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyan barəsində cinayət işi başlanıb”.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.

Müdafiə Nazirliyi: “Ermənistan ərazisindən Mingəçevir şəhəri istiqamətində atılan ballistik hədəf Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq 20 kilometrdən artıq hündürlükdə məhv edilib”.

Müdafiə Nazirliyi düşməndən azad edilən Suqovuşan yaşayış məntəqəsinin görüntülərini paylaşıb.
 

Ardını oxu...
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları daha iki daimi müşahidə məntəqəsini bağlayıb.

Teref.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, gün ərzində iki müşahidə məntəqəsi bağlanıb.

Xatırladaq ki, Rusiya sülhməramlıları oktyabrın 6-da 3, 7-də bir müşahidə məntəqəsini bağlayıblar.

2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
 
 
Ardını oxu...
Rusiya sülhməramlıları Qarabağdakı məntəqələrini ləğv edir, bu gün Xocalıda, daha öncə isə keçmiş Ağdərə və Əsgəran rayonlarında, o cümlədən, Şuşa istiqamətindəki postlar götürülüb. Bunun fonunda Rusiya hərbi təyyarəsinin Füzuli hava limanına eniş etməsi haqda məlumatlar da hərbi inventarın Azərbaycan ərazisindən çıxarıldığı deməkdir.
Antiterror tədbirlərindən sonra Qarabağdakı vəziyyət sülhməramlıların ümumiyyətlə nəzarət zonasının qalmadığını deməyə əsas verir. Çünki az sayda erməni sakinləri Xankəndində qalıb və sülhməramlıların müvəqqəti fəaliyyəti bu şəhərdə ola bilər. Lakin Xankəndində də patrul xidmətini sülhməramlılarla birlikdə Azərbaycan hərbçiləri həyata keçirir. Bu da şəhərə nəzarətin Azərbaycanda olduğu deməkdir. Hətta erməni əhalisinin bir qismi geri qayıtsa belə, eyni vəziyyət davam edəcək, çünki şəhərdə dövlət qurumları fəaliyyətə başlayıb.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
Putinin Qarabağa yolladığı uğursuz(?) milyarder “desant”ı Ruben Vardanyanı Xankəndindən “Laçın” sərhəd-məntəqəsinədək kimin müşayiət etməsi haqda informasiya meydana çıxıb.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, “Hraparak”ın yazdığına görə, Vardanyanı özü də dövlət sərhədini keçərkən Azərbaycan sərhədçiləri tərəfindən həbs edilən əski separatçı-terrorçu rejimin qondarma “müdafiə ordusu” komandanının keçmiş birinci müavini, general-mayor Davit Manukyan müşayiət etmək qərarına gəlib.

Məlumatda deyilir ki, Manukyan Ruben Vardanyanı aparan maşını şəxsən idarə edib və bununla da həyatını riskə ataraq Bakı zindanınının “hörmətli” məhbuslarından birinə çevrilib. Erməni nəşri iddia edir ki, Azərbaycan sərhədçiləri erməni generalın arvadını da özü ilə bərabər aparıb bir neçə saat saxlayıblar, sonra isə Manukyanın həyat yoldaşının sərhədi təkbaşına keçib Ermənistana getməsinə icazə veriblər...

Xatırladaq ki, sentyabrın 27-də, yəni Ruben Vardanyanın yaxalandığı gün Ermənistanda anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən, Azərbaycanın Qarabağ ərazisində “Dağlıq Qarabağ Respublikası”nın müdafiə ordusu komandanının birinci müavini vəzifəsində işləmiş Davit Manukyan da ərazimizdə xalqımıza və dövlətimizə qarşı törətdiyi cinayət əməllərinə görə dövlət sərhədimizdə saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib...
 
Ardını oxu...
Hər şey bir tərəfə, ermənilər bir ətək pul töküb ABŞ-ın xeyli ştatında qondarma Qarabağı müstəqil dövlət kimi tanıtdırmışdı. Amerika Erməniləri Milli Komitəsi bu işdə xüsusi fəallıq göstərirdi...
Cox vaxt “Artsax” erməni xalqına onu pantürkizmdən qoruyan “qalxan” kimi təqdim olunurdu. Məşhur erməni terrorçusu Monte Melkonyan I Dağlıq Qarabağ müharibəsi zamanı döyüşçülərinə mühazirə oxuyarkən “Biz bu torpağı itirsək, erməni tarixinin son səhifəsini çevirmiş olacağıq”, deyirdi.
“Artsax”ın məhvi ilə birlikdə erməni xaliqini pantürkizmdən qoruyan “qalxan” da əldən çıxıb. Məntiqlə 3 milyonluq erməni nüfuzu bölgədəki 100 milyonluq türk nüfuzu qarşısında çoxdan diz çəkməli idi. Ancaq türk düşmənləri bu qaçılmaz məğlubiyyətin qarsısın uzun müddət ala bildilər. İndi isə obrazlı desək, bölgədə türklər əli qılınclı dayanıb, ermənilərin isə özünü qorumaq üçün qalxanı belə yoxdur...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan videomüraciət yayaraq, yeni hərəkata başladığını bəyan edib. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, müraciətində işdən çıxarılmasının səbəblərini də açıqlayıb.

Karapetyan bildirib ki, o, Azərbaycan Ordusunun təqdim etdiyi ultimatumu qəbul etməyib. “Həmin vaxt sərhəddə gərginlik var idi. Hökumət rəhbərliyi atəş açılmaması haqqında göstəriş vermişdi. Lakin bu əmrə tabe olmadım və atəş açmaq barədə əmr verdim”.

Keçmiş müdafiə naziri onu da deyib ki, Nikol Paşinyan onu işdən çıxararkən bildirib ki, Qarabağa “müdafiə ordusu”na rəhbərlik üçün bu addımı atıb. “Ölkəmiz və regionumuz ətrafında son dərəcə sürətlə inkişaf edən təhlükəli geosiyasi proseslər şəraitində biz Ermənistan hökumətinin qorxaqlığı və satqınlığı nəticəsində baş vermiş Qarabağın dəhşətli bədbəxtliyinin şahidi olduq. Qarabağlıların taleyin ümidinə buraxdılar. Qarabağdakı ordunun buraxılması isə xəyanətdir”.
 

Dünyapress TV

Xəbər lenti