Hər şey bir tərəfə, ermənilər bir ətək pul töküb ABŞ-ın xeyli ştatında qondarma Qarabağı müstəqil dövlət kimi tanıtdırmışdı. Amerika Erməniləri Milli Komitəsi bu işdə xüsusi fəallıq göstərirdi... Cox vaxt “Artsax” erməni xalqına onu pantürkizmdən qoruyan “qalxan” kimi təqdim olunurdu. Məşhur erməni terrorçusu Monte Melkonyan I Dağlıq Qarabağ müharibəsi zamanı döyüşçülərinə mühazirə oxuyarkən “Biz bu torpağı itirsək, erməni tarixinin son səhifəsini çevirmiş olacağıq”, deyirdi. “Artsax”ın məhvi ilə birlikdə erməni xaliqini pantürkizmdən qoruyan “qalxan” da əldən çıxıb. Məntiqlə 3 milyonluq erməni nüfuzu bölgədəki 100 milyonluq türk nüfuzu qarşısında çoxdan diz çəkməli idi. Ancaq türk düşmənləri bu qaçılmaz məğlubiyyətin qarsısın uzun müddət ala bildilər. İndi isə obrazlı desək, bölgədə türklər əli qılınclı dayanıb, ermənilərin isə özünü qorumaq üçün qalxanı belə yoxdur... Elbəyi Həsənli Teref.az