Ardını oxu...
Separatçıların “rəhbərlərindən” olmuş Samvel Babayan artıq Qarabağdan İrəvana qaça bilib. Onun Xankəndindən necə çıxdığı və Ermənistana necə keçdiyi müəmmalıdır, lakin erməni əhalisi arasına qarışaraq, gedə biləcəyi istisna deyil.
Təslim olan hazırki “rəhbərlər”in sona qədər gözləyəcəyi ehtimalı daha çoxdur, onların amnistiyadan yararlanmaq imkanı da ola bilər.
Lakin keçmiş “rəhbərlər” – Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri çıxmağa çalışacaq. Qaçış üçün iki mümkün yolları ola bilər:
erməni əhalisi arasında gizlənmək, qarışıqlıqldan istifadə edərək, Ermənistana keçmək;
sülhməramlıların təminatı üçün daha əvvəl uçuşuna şərait yaradılan helikopterlərlə çıxmaq;
Hər iki halda sülhməramlılar onlara yardım edəcək. Lakin Xankəndinə əvvəldən nəzarət edən Azərbaycan kəşfiyyatının indi bu imkanları xeyli artıb və ən azından bir, yaxud bir neçəsinin ələ keçiriləcəyi də istisna edilməməlidir.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
“Əsgəranda mülki adamlar arasında itkin düşən yoxdur. Amma hərbçilər arasında itkilərimiz çoxdur”.

Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu Əsgəran şəhərinin qondarma “meri” Hayk Şamiryan NEWS.am-a açıqlamasında deyib.

“Bütün Qarabağ gedir. Əsgəran da gedir. Türklər artıq Əsgəranın 200 metrliyindədir. Əsgəran əhalisi tamamilə təxliyə olunanda mən də şəhəri tərk edəcəm”.
 

Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib.

DİA.AZ xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cari il sentyabrın 19-20-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib, terrorçu dəstələr təslim olmağa məcbur ediliblər: "Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılıblar".

Vurğulanıb ki, qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.

"Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır. Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir", - məlumatda qeyd olunub.
Ardını oxu...
Ordumuzun əsgərləri Xocalıda Azərbaycan Bayrağını dalğalandırıblar.

Bununla bağlı sosial şəbəkədə video yayılıb.

Görüntülərdən aydın olur ki, Silahlı Qüvvələrimizin əsgəri Xocalıda düşməndən azad olunmuş döyüş postuna Azərbaycan bayrağını sancır və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirir.
Ətraflı videoda:
Ardını oxu...
Keçmiş Ağdərə rayonunda Azərbaycan bayrağı qaldırılıb.

APA xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.
 
0:30
Ardını oxu...
2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Cebhe.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.

Qeyd edək ki, hələ 2021-ci ildə "Azərenerji" tərəfindən tikilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "Şuşa" yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq "Azərenerji" və "Azərişıq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. Artıq Xankəndidə Azərbaycan işığı yanır.
‼️Xankəndinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib. 

Ardını oxu...
“Hazırda silahı təhvil verib təslim olan qanunsuz erməni yaraqlılarına tətbiq edilən amnistiya qondarma rejimin keçmiş rəhbərlərinə şamil edilməməlidir”. DİA.AZ bildirir ki, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə, həm terrorçu rejimin nümayəndələri, həm də Ermənistan hakimiyyəti çaşqınlıq içindədir və yeni situasiyada hansı addımları atacaqlarını bilmirlər:

“Azərbaycanın əsas tələblərindən biri separatçılığın ləğv olunması və qondarma rejimin özünü buraxmasından ibarətdir. Amma uydurma qurum hələ özünü buraxmayıb.

Qarabağda separatçılıq ləğv olunmasa, gələcəkdə Azərbaycan yeni təhlükələr, münaqişələrlə üzləşə bilər. Ermənilərin orada qalması Azərbaycan üçün təhdiddir. Biz onlara reinteqrasiya təklif edirik. Bu proses həyata keçirilsə, ermənilər Bakıya və Azərbaycanın digər bölgələrinə gəlib-gedəcəklər. Əgər onlar separatçılıq düşüncəsindən imtina etməsələr Azərbaycan üçün təhlükə törədə bilərlər. Ona görə də Azərbaycan ilk növbədə, qondarma rejimin ləğvinə çalışmalıdır.

Əlbəttə, Xankəndidən Yevlax şəhərinə nümayənlər gəldi. Amma onların kimi təmsil etdiyi tam aydın deyil. Buna aydınlıq gətirməlidir. Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində Azərbaycanın dövlət strukturları yaradılmalı və inzibati idarəetmə orqanları fəaliyyətə başlamalıdır.

Azərbaycan separatçı, etnik bölücülük aradan qalxsın. Bu tələb hələ yerinə yetirlməyib. Ermənistan da yeni siyasi vəziyyətə uyğun şərtlərin necə olacağını təsəvvür edə bilmirlər. Ermənistan hökuməıtinin özündə Qarabağa dair hansı siyasəti yürüdəcəkləri barədə bitkin fikir yoxdur. YalnızBaş nazir Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu elan edib və münaqişədən uzaqlaşmaq siyasətini yürüdür.

Onlar Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı siyasəti beynəlxalq müstəvidə yürütməkdə davam edəcəklər. Bundan kənarda Ermənistanın Qarabağa aid siyasəti yoxdur. Yəni qondarma rejimin özünü buraxması məsələsində qeyri-müəyyənlik var”.

Qeyd edək ki, rəsmi Bakı qondarma rejimin hazırkı və keçmiş rəhbərlərinin Azərbaycana təhvil verilməsini tələb edir. Cinayətkar qurum bu şərtə əməl etməsə, o zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə mənbəyi qalamaqda davam edəcək. Belə olan halda Azərbaycan həmin terrorçuların saxlanılması üçün xüsusi əməliyyat keçirmək məcburiyyətindədir.

Qafar Çaxmaqlı hesab edir ki, Azərbaycan xalqına qarşı soyqırım, işğalçılıq və etnik təmizləmə prosesində iştirak etmiş həmin adamlara amnistiya tətbiq etmək olmaz:

“Azərbaycan əvvəldən bəyan edib ki, silahı yerə qoyub təslim olan qanunsuz erməni hərbi birləşmələrinin üzvlərinə amnistiya tətbiq olunacaq. Amma bunlar Azərbaycan Prezidentinin səlahiyyətlərinə daxildir. Hələ belə bir fərman yoxdur.

Ermənistanda onların taleyinin necə olacağı ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, Azərbaycana qarşı ağır cinayətlər, soyqırım törətmiş adamlar konstitusiyamızın tələblərinə uyğun şəkildə cəzalandırılmalıdır. Bako Saakyana, Arkadi Qukasyana amnistiya necə tətbiq oluna bilər?

Onlar Azərbaycan ərazilərinin işğalına, etnik təmizləmə siyasətinə rəhbərlik ediblər. Sonra isə işğal olunmuş Azərbaycan torpaqlarında separatçı xunta rejimi yaradıblar. Eləcə də, Birinci Qarabağ müharibəsində iştirak etmiş Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, Samvel Babayan Xocalıda dinc əhaliyə qarşı soyqırım həyata keçiriblər.

Samvel Babayan və Vitali Balasanyan Şuşanın və digər ərazilərin işğalında birbaşa iştirak edib. Yaxud Araik Arutunyan və digərilərinin əlləri Azərbaycan xalqının qanına batıb. Onların adları Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan cinayətkarlardır.

Həmin canilər məsuliyyətə cəlb edilməlidir ki, bir daha belə hadisələr təkrar olmasın. Lakin silahı yerə qoyub Azərbaycana təslim olan erməni əsgərlər əfv edilə bilər.

Qarabağda separatçılığı tamamilə məhv edib dinc erməni əhalisinin reinteqrasiyasına nail olmaq üçün müəyyən yollar tapılmalıdır”.
 
Ardını oxu...
Rusiya sülhməramlılarının vasitəçiliyi ilə erməni qoşunlarının Qarabağdan çıxarılması prosesi başlayıb.

Eyni zamanda, sülhməramlıların təxliyə etdiyi ermənilərin yaşayış məntəqələrinə qayıtmasının təmin edilməsi üçün iş aparılır.

Cebhe.info xəbər verir ki, bu barədə separatçı rejim məlumat yayıb.

“Eyni zamanda, vətəndaşların Qarabağa giriş-çıxış proseduru da müzakirə olunur”,-deyə məlumatda bildirilir.

Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacızadə Azərbaycanın silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutduğunu deyib.
Ardını oxu...
Tanınmış hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Xankəndiyə daxil olmamasının səbəblərini açıqlayıb. Sosial şəbəkə hesabında bu haqda yazan ekspert məsələyə aydınlıq gətirib:

“Niyə Xankəndiyə daxil olmuruq sualına çox rast gəlirəm. Hazırda ərazilərimizdən erməni silahlıları tam çıxarılmayıb, onlara məxsus silahlar, zirehli vasitələr və artilleriya qurğuları bizə tam təhvil verilməyib. Bu prosesdən əvvəl əraziyə daxil olmaq əsassız itkilərə səbəb ola bilər”.

O, tezliklə Xankəndidə bayrağımızın dalğalanacağını qeyd edib:

“Rusiya kontingenti Ağdam, Kəlbəcər və Laçında olduğu kimi erməni silahlılarını ərazidən çıxaracaq, həm də silahları və texnikaları yığıb bizə təhvil verəcək. Bundan sonra əraziyə girmək daha təhlükəsiz olacaq. Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik və ruslarla əlaqədəyik. Bu günə qədər şeytan yuvası olan Xankəndi üzərində bayrağımızı hər an dalğalandıra bilərik, amma bunu itkisiz etməliyik və mütləq yaxın zamanda edəcəyik. Kimsənin şübhəsi olmasın. Rahat olun”.
 
Ardını oxu...
Ermənistan mediası “razılığın əldə olunmadığı”nı deyir, bizdə də buna istinad edənlər var. Halbuki, Yevlax görüşü hansısa razılığın əldə olunması üçün yox, erməni əhalisinin ehtiyaclarının öyrənilməsi və onlara bundan sonra nə edəcəklərini çatdırmaq məqsədi daşıyırdı. Gələn nümayəndələr Xankəndinə qayıdıb müzakirə etməli, cavab verməlidirlər.
Hazırda əsas məsələ erməni silahlılarının çıxarılması, tərki-silah edilməsini həyata keçirməkdir. Ki, indi bu proses aparılır. Ermənilərin nəsə şərt irəli sürmək, etiraz etmək, müqavimət göstərmək potensialı sıfıra bərabərdir. İstənilən xoşagəlməz halda isə sahədə hazır vəziyyətdə olan ordu yenidən işə başlayacaq.
Asif Nərimanlı
Teref/az

Dünyapress TV

Xəbər lenti