Ardını oxu...
Ukraynanın ən məşhur jurnalisti Dmitri Qordon: "Qarabağ öz doğma limanına qayıdıb"
“Qarabağ suveren Azərbaycanın ərazisidir, Cənubi Osetiya və Abxaziya suveren Gürcüstanın ərazisidir, Dnestryanı suveren Moldovanın ərazisidir, Krım və Donbass suveren Ukraynanın ərazisidir.
Burada müzakirə olunacaq heç nə yoxdur.
Burada hər şey aydındır. Qarabağın otuz illik qarşıdurma tarixindən sonra öz doğma limanına qayıtması Ukrayna, Gürcüstan və Moldova üçün çox ümidvericidir. Bu o deməkdir ki, ədalət zəfər çalır, beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər müqəddəsdir”, - Dmitri Qordon teleaparıcı Vasili Qolovanovla yayım zamanı deyib.
Cavid Dəmirli
Teref.az
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycanın hüquq-mühafizə orqanları özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “rəhbər şəxsləri”ndən bir neçəsini saxlayaraq Bakıya gətiriblər.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri sözügedən şəxslərin son ana qədər Rusiya sülhməramlı kontingentinin iqamətgahında olduqlarını yazıb.
Bildirilib ki, ruslar tərəfindən onlara sağ-salamat Ermənistana aparılacaqlarına dair vəd verilib:
“Lakin ruslar yalan danışıb, vədlərinə əməl etməyiblər. Əvəzində bəziləri Azərbaycanın siyahılarında olan bəzi şəxslərin ölkədən çıxarılması müqabilində külli miqdarda pul qazanıblar. Bizə çatan mötəbər məlumata görə, onlar bu avtomobillərin sərhəddən maneəsiz keçməsi üçün bir nəfərdən 280 min dollar alaraq Həkəridə azərbaycanlılara iki maşının nömrəsini veriblər. İllərlə ruslarla isti münasibətdə olan Arayik Arutyunyan əmin idi ki, ruslar onu Azərbaycan tərəfinə təhvil verməyəcəklər”, - nəşr yazır.
Qeyd edək ki, indiyədək Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən erməni separatçılarının keçmiş “prezident”ləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan, həmçinin Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyan, həmçinin keçmiş “dövlət naziri” Ruben Vardanyan və separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş Davit Babayan, eləc də 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Lyova Henrixi Mnatsakanyan saxlanılıblar.
Azərbaycan tərəfi rəsmi şəkildə sadəcə son üçünün saxlanılması xəbərini təsdiqləyib. Araik Arutyunyanın isə saxlanılmasını əks etdirən kadrlar yayılıb.
Ötən gün isə qondarma rejimin “sonuncu prezidenti” Samvel Şahramanyanın da saxlanılması ilə bağlı xəbər yayılsa da, daha sonra TASS onun artıq Ermənistanda olduğunu açıqladı.
 
Ardını oxu...
Qarabağ separatçılarının "eks-liderləri"nin həbsindən sonra sosial şəbəkələrin erməni seqmentində sabiq "təhlükəsizlik şurası"nın "katibi" Vitali Balasanyanın Azərbaycan tərəfinə keçərkən saxlanıldığı barədə xəbərlər yayılıb.
Bakupost.az xəbər verir ki, erməni KİV Vitali Balasanyanın Qarabağı tərk etməyəcəhd göstərmədiyini dəqiqləşdirib.
"O, saxlanılmayıb və hazırda Qarabağdadır", - deyə erməni KİV bildirir.
 
Ardını oxu...
“Rusiya qazı kəsir, qoy kəssin, erməni xalqı qazsız da yaşayar”.

TEREF.AZ Yenicag.az-a istinadla xəbər verir ki, bunu erməni general Qurgen Melkonyan deyib. O iddia edir ki, Rusiya qazı kəssə, ermənilər qazsız yaşayacaq.

Onun bu sözkləri ermənilərin qəzəbinə səbəb olub. Onlar Mulkonyanı “talançı və vecsiz” adlandırıblar:

“Təbii ki, Kəlbəcərdə (2020-ci ilə qədər – red.) ermənilərin evlərini qarət edən general bundan o qədər də narahat deyil. Çünki qışı ya Dubayda, ya da Rusiyadakı mehmanxanasında keçirəcək.

Xalq isə donub qalacaq və suveren Ermənistanda soyuq və aclığa görə təşəkkür edəcək”.
Ardını oxu...
Musavat.com xəbər verir ki, Ermənistan mediası Azərbaycan tərəfdən Xankəndinin komendantı təyin edilən Sarqis Qalstyanın kim olduğunu öyrənə bilib.

Məlumatda deyilir ki, Qalstyan 2020-ci ildə işğal altında olan Şuşadakı “Avan Plaza” (indiki "Xarıbülbül") otelinin direktoru olub. O, 1990-cı illərin fəallarından biridir, xalq diplomatiyasının tərəfdarıdır və tez-tez Bakıya gedirmiş (burası aydın deyil ki, hansı illərdə və necə - Red.). Erməni mediası yazır ki, ola bilsin, o vaxt da Bakının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.

Xatırladaq ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Şuşa "Avan Plaza" otelinin əməkdaşının milliyyətcə azərbaycanlı olduğunu, lakin 13 ildir "Artsaxda" yaşadığını iddia edən videolar yayılmışdı. Sargis Galstyan qondarma "Artsax" parlamentindəki Ədalət fraksiyasının lideri David Galstyanın əmisi oğludur.

Bir daha vurğulayaq ki, bunların hamısı Ermənistan mediasının iddialarıdır.
 
Ardını oxu...
Artıq Dövlət Təhlükəsizliyi Xidməti Qarabağdakı keçmiş qondarma rejimin keçmiş “prezidentləri” – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbs edildiyini bildirib.

Kult.az xəbər verir ki, həbs edilənlərdən biri – Bako Saakyan haqda tarixçi alim, dosent Zaur Əliyev ətraflı məlumat yayıb.

O bildirib ki, Qarabağda birinci müharibə zamanı Serj Sərkisyan, Monte Melkonyan, Vitali Balasanyan, Robert Köçəryan və digər qatillər ilə əlbir olan Bako Saakyanın əsl adı Bahadırdır:

“Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora xanım Qasımovanın dediklərinə görə, əsl adı Bahadır olan bu şəxs 1988-ci il Qarabağda separatçılıq baş qaldıran kimi adını Bakoya dəyişib.

Bako Saakyan Xankəndidə doğulub. 1998-ci ildə Qarabağdakı separatçı hərəkata qoşulanadək keçmiş muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb. O, vaxtilə keçmiş muxtar vilayətin prokuroru olmuş İsaqulovla tanış olub. Onun sayəsində irəli gedib. Gənc yaşlarından narkotik aludəçisi olduğu üçün regionda narkotik bazarına nəzarət edib.

1990-cı illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. O, ASALA, Rusiya, PKK, İran və Fransada güclü əlaqələri olan adamdır. Xocalı soyqırımı günü Fransa məhz onun vasitəsilə ermənilərə silah, geyim, ərzaq və maliyyə yardımı göndərib. Hizbullah, PKK, ASALA kimi teror təşkilatlarının rəhbərləri ilə sıx əlaqəsi var. Narkotik, silah və insan alveri sayəsində milyonlar qazanıb.

Qarabağ separatçıları içərisində bütün terrorçuların etimadını qazanmış Bakonun əsas işi əsirləri ağır mülki işlərdə işlətmək olub. Qarabağda işğal olunan ərazilərdə binaları, evləri, qəbir daşları və idarələri əsirlərə sökdürüb, İrana satmaq onun vəzifəsi idi. Eyni zamanda əsir və girovları ağır işlərdə çalışması üçün xarici şirkətlərə pul ilə satırmış. Xocalıda, Meşəli, Qaradağlı və digər soyqırımlarda bunun işi erməni zabitlərindən pul ilə sağlam əsir və girovları alıb sonradan onları qul kimi işlətmək olub. Sağlam əsirləri seçmək üçün o, onları bərk döydürüb, neçə gün ac-susuz saxlayıb. Sağ qalanları qul edib.

Saakyan Xocalıya hücum əməliyyatına rəhbərlik edənlərdən biri olub. Uzun müddət terrorçu və insan alverçisi Laura Geverkovna Lalayan (ləqəbi Arnold) birgə əsir uşaqların orqanlarının satışını İran üzərindən Fransa bazarına çıxarmaq işində onunla həmkar olub. Sağlam olmayan əsir və girovları isə ağır işgəncələrə məruz qoyulması əmrini də məhz bu qatil verib.

Orqanı satışa çıxarılan uşaqları (qızları) zorlaması barədə məlumatlar var. Özünün dediyinə görə, körpə qızları zorlamaq onu “cavanlaşdırırmış”.

Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu” kitabında bu qatilin adı Xocalı soyqırımında qətllər törədənlər arasında çəkilir. Bako Saakyan keçmiş prezident Serj Sərkisyanın adamıdır və onlar birgə Amerikada “Erməni gücü” adlanan mafiyanın maliyyəçisidir. Böyük pulların Amerikada leqallaşdırılması bu mafiyanın əli ilə həyata keçirilir.

15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində baş verən faciənin şahidləri bu qatili yaxşı tanıyırlar. Bu faciə zamanı 9 azərbaycanlı mülki şəxs öldürülmüşdür. Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə qoyurdular. Məhz bu ermənilərə başçılığı Bako edirdi.

Qaradağlı soyqırımında Monte ilə birgə əsirləri dəmir qaba salıb od vurmaq əmrini verənlərdən biri də Bako olub.

Həmin günü terrorçu, “Çapıq Edo” adlı qatilin bir neçə yaralı əsgərin üstünə benzin tökərək, yanan kibrit çöpünü atmasına da Bakonun gülərək baxmasını şahid ifadələri təsdiqləyir.

Məhz onun əmrini icra etdikləri üçün də 12 mart 2014-cu il tarixində - Qaradağlının işğal edilməsinin 22 illiyini qeyd edən günü Bako onları Qaradağlıdakı tədbirə dəvət edərək, mükafatlarla təltif edib”.
 
Ardını oxu...
Keçmiş separatçı liderlərin Xocalı aeroportunda saxlanıldığı bildirilir.

Azərbaycan təhlükəsizlik qüvvələri onların qoluna qandalı sülhməramlıların yanında vurub.

Bu barədə yazan erməni mənbələri bildirir ki, separatçı liderlər əvvəllər Rusiya komandanlığından təhlükəsizlik zəmanəti almışdılar. Saxlanılma məhz onların yanında həyata keçirilib.

Bundan öncə separatçı liderlərin Azərbaycandan buraxılmadığı və fəal danışıqların aparıldığı söylənilirdi./Ölkə.az
 
Ardını oxu...
Ermənistan BMT missiyasının Qarabağ səfərini Azərbaycana qarşı “etnik təmizləmə” iddialarının dəstəklənməsi ümidi ilə gözləyirdi. Halbuki, 30 ilə yaxın işğal dövründə Bakının bütün israrına rəğmən missiyanı bölgəyə buraxmırdılar və bu gün Azərbaycandan bunu istəyən beynəlxalq oyunçular da İrəvana heç bir təzyiq göstərmirdi.
İrəvan hesab edirdi ki:
- BMT nümayəndələrinin Qarabağ səfəri Azərbaycana qarşı kampaniyada ciddi arqument yaradacaq;
- Bununla “beynəlxalq mexanizm” məsələsini də aktuallaşdıracaq və sülh danışıqlarında Bakıya qarşı kart kimi əlində saxlayacaq;
Qərb ölkələri də “beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyir. Rəsmi Bakı bu həmləyə qarşı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü və bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də “beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi. “Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər, lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı.
BMT-nin Qarabağa səfərin nəticələrinə dair bəyanatı da bunu deməyə əsas verir. Bəyanatda qeyd olunur ki, “missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib”. Sadəcə olaraq, “əhalinin qəfil tərk etməsindən heyrətə gəliblər”.
Bu bəyanat Ermənistanın Qarabağda erməni əhalisinə qarşı “etnik təmizləmə” kimi iddialarını beynəlxalq müstəvidə böyük ölçüdə zəiflədir və Bakıya bütün ittihamların önünə fakt qoymaq imkanı verir.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyəti davam etdirirlər.

Hər iki qurumun mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə 5, bölgədə keçirilmiş səyyar qəbul zamanı isə 2 sakin könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Həmin 7 sakinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib. Müraciət edənlərin hər biri Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını əldə edərək Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini bildiriblər. Bundan başqa, səyyar qəbul zamanı digər sakinlərlə hüquqi maarifləndirmə işi aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib.

Həmçinin humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə aparılıb, onların ehtiyacları müəyyənləşdirilib. Qiymətləndirmə zamanı sosial-psixoloji maarifləndirmə işi aparılıb, əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər verilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Bütün diqqət Qarabağda yaşananlara yönəldiyi bir zamanda Orta Asiya ölkələrinin liderləri əvvəl ABŞ-da, sonra isə Almaniyada mühüm görüşlər keçirdilər. Məsələ burasındadır ki, bu görüşlərin hər ikisinin Qarabağ və Zəngəzur dəhlizi ilə birbaşa əlaqəsi var”.

Bu sözləri Musavat.com-a siyasi şərhçi Heydər Oğuz deyib.

H.Oğuz fikrini bununla əlaqələndirib ki, hər iki sammit Orta Asiya ölkələrinin və Cənubi Qafqazın Qərbə iqtisadi inteqrasiyasını nəzərdə tutur:

“Xüsusilə Berlində keçirilən konfransın yekun bəyannaməsinə baxdığımız zaman bunu aydın görə bilərik. Bəyanatda vurğulanır ki, sammitdə “enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ enerji təchizatı marşrutları” mövzuları müzakirə olunub. Həmçinin bildirilib ki, Avropa İttifaqı və ABŞ bu layihələrin reallaşması üçün 2027-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı nəzərdə tutub. Layihələr əsasən rəqəmsal texnologiya, ətraf mühit, enerji, nəqliyyat, səhiyyə, təhsil və tədqiqat sektorlarını əhatə edir, dünya miqyasında özəl və dövlət infrastruktur investisiyalarını dəstəkləmək məqsədi daşıyır. Yaşıl transformasiya və dairəvi iqtisadiyyata keçid çərçivəsində müvafiq ölkələrə dəstək veriləcəyi və özəl sektorun investisiyalarda fəal rol almasına şərait yaradılacağı açıqlanıb. Aİ-nin “Qlobal Keçid” layihəsində bütün nəqliyyat komponentləri üçün infrastruktur investisiyalarının dəstəklənməsi planlaşdırılır”.

Yekun bəyanatda açıq şəkildə Çinin “Bir Yol, Bir Kəmər” layihəsinə alternativ olaraq ortaya atıldığı vurğulanan “Qlobal Keçid”in Orta Asiya ölkələrinin iqtisadi cəhətdən Rusiya və Çin təsirindən xilas etmək məqsədi daşıdığını bildirən Heydər Oğuzun fikrincə, bənzər tezislər sovet hakimiyyəti yenicə dağıldığı ərəfədə də irəli sürülmüş və həmin layihə TRASEKA adlandırılmışdı: “TRASEKA ilə “Qlobal Keçid”in yeganə fərqi Avropaya ixrac ediləcək enerji məhsullarının növüdür.

TRASEKA layihəsində əsasən karbohidrogen əsaslı enerji mənbələrinin ixracı nəzərdə tutulurdusa, “Qlobal Keçid”də daha çox alternativ enerji mənbələrinin ixracından söhbət gedir. Bu enerji mənbələrinin marşrutu isə eynilə qalır: Rusiyanı və İranı yan keçərək Xəzər dənizi üzərindən Azərbaycana, Azərbaycandan isə Türkiyə vasitəsilə Avropaya çatdırmaq”.

Heydər Oğuz hesab edir ki, “Orta Dəhliz” adlanan bu marşrutun bir xəttinin Zəngəzurdan keçəcəyi sirr deyil:

“Buna ən ciddi maneənin Rusiya və İrandan gələcəyi düşünülür. Görünür, bu səbəbdən Qərb ölkələrinə də Qarabağın birgünlük antiterror tədbirləri ilə Azərbaycana qaytarılması lazım idi. Belə olacağı təqdirdə, Rusiyaya bağlayan ermənilərin də Moskvaya inamları sarsılacaq və beyinlərində “Ermənistanda rus hərbi bazasına nə ehtiyac var” sualı doğacaqdı. Fikrimcə, Qərb ölkələri bu istəklərinə yetərli səviyyədə nail oldular. İndi İrəvanın üzərinə ciddi məsuliyyətlər düşür. Paşinyan hakimiyyəti “rusların müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyini” əsas gətirib Qərb dövlətlərinin hərbi qüvvələrini Ermənistana dəvət etməli və onları əsasən Zəngəzur bölgəsində yerləşdirməlidir. Bununla da Orta Dəhlizin keçid marşrutu tamamilə nəzarət altına alınmalıdır”.

Siyasi şərhçi Qarabağ ermənilərinin Ermənistana getməsindən də danışıb:

“Dəfələrlə ən yüksək ağızdan ermənilərə “getmə, qal” deyildi. İrəvan isə nə qədər paradoksal olsa da, Qarabağı tərk edən bütün ermənilərə qucaq açacağı mesajını verdi. Paşinyanın özü mətbuat açıqlamasında 40 min erməni ailəsinin evlə, yaşayış imkanları ilə təchiz ediləcəyini açıqladı. Hər ailənin ən azı 3 nəfərdən (2 valideyn, 1 uşaq) olduğunu nəzərə alsaq, 40 min ailə 120 min adam deməkdir ki, bu da separatçıların iddia etdiyi rəqəmlə götürsək, Qarabağ sakinlərinin ümumi sayına bərabərdir. Belə çıxır ki, Paşinyan bütün erməniləri Qarabağdan çıxmağa səsləyirdi. Fikrimcə, bu da anlaşılandır, Paşinyan hökuməti Qarabağ ermənilərinin təhlükəsizliyini qoruya bilməyən ruslarla tam əlaqəsini üzmək və Qərb ölkələrini köməyə çağırmaq üçün özünə əsaslı bəhanə yaradırdı”.

Sual oluna bilər: Qərbin hazırladığı “Qlobal Keçid” layihəsi Ermənistanı da ehtiva edirsə, onda Berlində və ABŞ-da keçirilən sammitlərdə bu ölkənin lideri Paşinyan niyə yox idi?

Heydər Oğuzun bu suala da maraqlı cavabı var: “Əvvəla, həmin sammit formal olaraq Orta Asiyanı əhatə edirdi. Ermənistan isə Orta Asiya ölkəsi deyil. İkincisi, “Qlobal Keçid” layihəsi 2021-ci ildə ABŞ tərəfindən ortaya atılmış “Daha yaxşı dünya bərpa et” təşəbbüsünün tərkib hissəsidir. Bilirsiniz ki, həmin təşəbbüs ortaya atılarkən dünya dövlətləri iki qismə bölünmüşdü: demokratik və qeyri-demokratik ölkələr. Ermənistan da demokratik ölkələr siyahısına aid edilmişdi. Baxmayaraq ki, Paşinyan Putinin qorxusundan bu sammitdə belə iştirak edə bilməmişdi. Məncə, üçüncü səbəb də elə region ölkələrinin Putindən qorxusu ilə izah olunmalıdır. Prinsipcə, bu qorxu sammitin yekun bəyanatına da hopmuşdu. Bəyanatda Rusiyanın adı çəkilmir, sadəcə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində yer alan bütün dövlətlərin “suverenliyi və ərazi bütövlüyü” və “güc tətbiqi ilə hədələmə və ya istifadənin qadağan edilməsi” prinsipi xatırlanır, bununla da Rusiyanın Ukraynada başlatdığı müharibəyə eyham vurulurdu. Yeri gəlmişkən, mənim fikrimcə, Qarabağda keçirilən antiterror tədbirlərinin nəticələrinə də məhz bu prinsip fonunda yanaşılmalıdır. Çünki faktiki olaraq Azərbaycan bu hərbi tədbirlər BMT Nizamnaməsinin müvafiq maddəsinin tələblərini həyata keçirirdi”.

Ermənistan baş nazirinin bu cür toplantılara çağırılmamasının əsas səbəblərindən birini İrəvanın hələ də subyekt kimi davranmaq qabiliyyəti qazanmaması keyfiyyəti ilə izah edən həmsöhbətimiz fikirlərinə belə aydınlıq gətirib: “Paşinyan hələ də öz ölkəsinin ərazilərində təsirli gücə sahib lider kimi özünü təsdiqləyə bilməyib. Hələ də öhdəsinə götürdüyü kimi, rus hərbçilərini Ermənistandan çıxarmayıb. Hələ də İrəvan küçələri hər gün ruspərəst etiraz aksiyaları ilə dolub daşır. Rusiyanın orada hansı təxribatları törədəcəkləri, Paşinyanın sonunun necə olacağı bəlli deyil. Ermənistan lideri bu imtahanlardan üzüağ çıxmayanadək, Prezident İlham Əliyev demişkən, qlobal layihələrdə subyekt kimi tanınmayacaq, onun ölkəsi sadəcə müxtəlif planların reallaşdırılacağı obyekt kimi dəyərləndiriləcək. Ən əsası isə Ermənistan cəmiyyəti açıq şəkildə KTMT üzvü olan Qazaxıstan və Tacikistana qarşı mövqeyi ilə seçilir. Səbəb isə hərbi müttəfiqlərinin onları yox, bizi dəstəkləməsidir. Sözsüz ki, Paşinyanın faktiki düşmənləri ilə eyni sammitdə görünməsi ona ictimai rəydə başucalığı gətirməzdi”.

Bəs Azərbaycan lideri bu toplantılara niyə dəvət olunmamışdı?

Heydər Oğuz qeyd edib ki, Prezident İlham Əliyev bu yaxınlarda Tacikistanda keçirilən C5 sammitinin fəxri nümayəndəsi kimi toplantıya dəvət olunmuşdu: “Bu isə onu göstərir ki, Orta Asiyanın Çin və Rusiyanın təsir dairəsindən çıxarılması layihəsində region ölkələri Azərbaycana açar dövlət kimi baxırlar. Baxmayaraq ki, biz bu ittifaqın üzvü deyilik. Bundan əlavə, Orta Asiya ölkələri “Qlobal Keçid” layihəsinə yenicə qoşulduğu halda, Azərbaycan həmin layihədə nəzərdə tutulan proqramları artıq həyata keçirməyə başlayıb. Bilirsiniz ki, ölkəmizdə yaşıl və bərpaolunan enerji müəssisələri qurulur və oralarda hasil olunan enerjinin Avropaya nəqli barədə düşünülür. Hər halda Prezident İlham Əliyevin bu barədə dəfələrlə verdiyi bəyanatlardan belə anlaşılırdı”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

Dünyapress TV

Xəbər lenti