Xankəndi quldurlarının həbsində 280 MİN DOLLAR İDDİASI... - Ermənistan KİV
Xəbər verdiyimiz kimi, Azərbaycanın hüquq-mühafizə orqanları özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “rəhbər şəxsləri”ndən bir neçəsini saxlayaraq Bakıya gətiriblər.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri sözügedən şəxslərin son ana qədər Rusiya sülhməramlı kontingentinin iqamətgahında olduqlarını yazıb.
Bildirilib ki, ruslar tərəfindən onlara sağ-salamat Ermənistana aparılacaqlarına dair vəd verilib:
“Lakin ruslar yalan danışıb, vədlərinə əməl etməyiblər. Əvəzində bəziləri Azərbaycanın siyahılarında olan bəzi şəxslərin ölkədən çıxarılması müqabilində külli miqdarda pul qazanıblar. Bizə çatan mötəbər məlumata görə, onlar bu avtomobillərin sərhəddən maneəsiz keçməsi üçün bir nəfərdən 280 min dollar alaraq Həkəridə azərbaycanlılara iki maşının nömrəsini veriblər. İllərlə ruslarla isti münasibətdə olan Arayik Arutyunyan əmin idi ki, ruslar onu Azərbaycan tərəfinə təhvil verməyəcəklər”, - nəşr yazır.
Qeyd edək ki, indiyədək Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən erməni separatçılarının keçmiş “prezident”ləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan, həmçinin Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyan, həmçinin keçmiş “dövlət naziri” Ruben Vardanyan və separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş Davit Babayan, eləc də 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Lyova Henrixi Mnatsakanyan saxlanılıblar.
Azərbaycan tərəfi rəsmi şəkildə sadəcə son üçünün saxlanılması xəbərini təsdiqləyib. Araik Arutyunyanın isə saxlanılmasını əks etdirən kadrlar yayılıb.
Ötən gün isə qondarma rejimin “sonuncu prezidenti” Samvel Şahramanyanın da saxlanılması ilə bağlı xəbər yayılsa da, daha sonra TASS onun artıq Ermənistanda olduğunu açıqladı.
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
31 Oktyabr 2024 Sakinlər Qarabağda torpaqları nə zaman icarəyə götürə biləcək - açıqlama

Dünyapress TV

Xəbər lenti