Ukraynanın ən məşhur jurnalisti Dmitri Qordon: "Qarabağ öz doğma limanına qayıdıb" “Qarabağ suveren Azərbaycanın ərazisidir, Cənubi Osetiya və Abxaziya suveren Gürcüstanın ərazisidir, Dnestryanı suveren Moldovanın ərazisidir, Krım və Donbass suveren Ukraynanın ərazisidir. Burada müzakirə olunacaq heç nə yoxdur. Burada hər şey aydındır. Qarabağın otuz illik qarşıdurma tarixindən sonra öz doğma limanına qayıtması Ukrayna, Gürcüstan və Moldova üçün çox ümidvericidir. Bu o deməkdir ki, ədalət zəfər çalır, beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər müqəddəsdir”, - Dmitri Qordon teleaparıcı Vasili Qolovanovla yayım zamanı deyib. Cavid Dəmirli Teref.az