Sülhməramlılarla bağlı: ‘İndi Rusiya istəyir ki, Azərbaycan…’
Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə Bişkekdə görüşü olub. Görüşdən əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov demişdi ki, iki prezident Qarabağ ətrafındakı vəziyyəti müzakirə edəcəklər: “Gündəlikdə Qarabağ ermənilərinin beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara əməl etməklə Azərbaycanın hüquqi məkanına dinc inteqrasiyası var”.

Uşakov əlavə edib ki, Rusiya sülhməramlı kontingenti buna töhfə verməyə hazırdır.

Dünən, oktyabrın 12-də görüş zamanı V.Putin də bildirib ki, “bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir”.

Bir neçə gün öncə İ.Əliyev MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edərkən demişdi ki, rəsmi Yerevan Rusiya vasitəçiliyindən imtina edərsə, buna alternativ Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birbaşa danışıqları ola bilər: “Hər hansı digər meydançalar bizim tərəfimizdən öz xidmətlərini təklif edən ölkələrin həqiqətə və beynəlxalq hüquqa yanaşmaları baxımından qiymətləndiriləcək”.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğlu Turana deyib ki, hazırda Qərb Azərbaycan-Ermənistan münasibətlərini özlərinin geosiyasi maraqlarına uyğun tənzimləməyə çalışır: “O maraq da ondan ibarətdir ki, gələcəkdə Cənubi Qafqaz regionunda geosiyasi ambisiyalarını reallaşdırmaq imkanları olsun. Bunun üçün də hansısa məsələni açıq saxlayacaqlar və Paşinyanın missiyası ondan ibarətdir ki, proseslər Qərbin istədiyinə uyğun olsun”.

Deputat V.Putinin “birinci əsas müzakirə məsələsi Qarabağ olacaq” söyləməsinə də toxunub: “Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Ermənistan özü də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Qarşıda bir addım qalıb, bu da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır”.

O, sülhməramlıların gələcək taleyinə də toxunub: “Sülhməramlıların gələcək taleyinə gəlincə, Rusiya-Azərbaycan arasında bu məsələ müzakirə olunacaq və dövlətimiz, həmişəki olduğu kimi, ən doğru addımları atacaq”.

Yeri gəlmişkən, son günlər Rusiya sülhməramlılarının gələcək taleyi Azərbaycan hakimiyyətinə yaxın medialarda da müzakirə edilir. Hətta bəzi hakimiyyətə yaxın icmalçılar üç il əvvəl Ağdamda yaradılan Rusiya-Türkiyə Monitorinq mərkəzinin rolunun hansısa mərhələdə artırılması variantından da bəhs edirlər.

Siyasi şərhçi Vaqif Hacıbəyli isə AzadlıqRadiosuna bildirib ki, Rusiya “sülhməramlılar” adı altında öz qoşunlarını Azərbaycanda saxlamaq istəyir və bu məsələ iki prezident arasında müzakirə olunur: “Həmin qoşunların Azərbaycana gətirilməsi özü çox böyük tarixi səhv idi. Düzdür, indi Ermənistanın mövqeyi ilə bağlı vəziyyət xeyli dərəcədə dəyişdi. Putin də bu məsələdə, Paşinyanın Azərbaycan ərazi bütövlüyünü tanıdığına görə çox qəzəblidir”.

O vurğulayır ki, Rusiya sülhməramlıları Azərbaycanda bəyanat əsasında yerləşdirilib: “İndi Rusiya istəyir ki, Azərbaycanın qanunverici orqanı onların mandatını təsdiqləsin. İlham Əliyevlə danışıqlarda, şübhəsiz ki, bu məsələ qaldırılıb. Tələb qoyulub ki, bu qoşunlar bu və ya digər şəkildə burada saxlanılsın. Amma buna ehtiyac yoxdur və çox yaxın bir zamanda bu məsələ öz həllini tapacaq”.(Turan)
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti