Senator Menendez-a İlham Əliyevi beynəlxalq məhkəmə ilə hədələyir
Qarabağa Artsax deyən, 2020-ci ildə erməni Nadine Arslanianla evlənən, hazırda korrupsiya qalmaqalına görə istintaq altında olan senator Bob Menendez-a belə deyir: “İlham Əliyev Qarabağ (Artsax) ermənilərini aclıqla və ya aclıq təhlükəsindən doğan ölümlə özünə, öz iradəsinə tabe etmək cəhdində olduğu üçün dəhlizi açmaq istəmir”.
İrəvanda fəaliyyət göstərən ingilisdilli “evnreport.com” saytı “U.S. Warns Baku But “Why Is Aliyev Not Opening the Corridor”?” (ABŞ Bakıya xəbərdarlıq edir, ancaq nədən “Əliyev dəhlizi açmır”?) adlı yazı təqdim edib.
Sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kimin yeganə şahid qismində iştirakı ilə “Dağlıq Qarabağdakı böhranın qiymətləndirilməsi” adlı dinləmə keçirilib. Dinləməyə Amerika Erməniləri Milli Komitəsinin sevimlisi senator Bob Menendez sədrlik edib. “Evnreport.com” saytı həmin dinləmənin stenoqramını yayıb.
Cənab senator onu da qeyd edib ki, Laçın dəhlizi bağlanan qədər hər gün oradan 120 yük maşını keçib.
Əlbəttə, say haqqında nəsə demək çətindir. Ancaq dəqiq olan odur ki, Ermənistan, Rusiya və İranın yük maşınları heç bir yoxlamdan keçmədən Qarabağa girib-çıxırdı. Qarabağın ermənilər yaşayan ərazisi faktiki olaraq Azərbaycanın nəzarətindən kənarda qalmışdı. İndi isə hər şey kontrol altındadır və bu həm erməniləri, həm də erməniyanları narahat edir. Ona görə də Bob Menendz-a kimi quzğunları qabağa veriblər.
Bob Menendez-a deyir: “Gəlin rejimin suları bulandırmaq cəhdinə aldanmayaq. Prezident Əliyev deyir ki, o, “etnik təmizləmə təşkil etmir”, amma o, məhz bu işlə məşğuldur. Humanitar yardımdan istifadə etməklə o, Artsax xalqını ya siyasi baxımdan təslim olmağa məcbur etmək, ya da onları aclıqdan öldürmək məqsədi güdür. Və İlham Əliyevin sərhəd boyu qüvvələr topladığını nəzərə alsaq, biz hərbi əməliyyatlara qarşı ayıq olmalıyıq”...
Son bir il ərzində Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında daha uzun, daha davamlı sazişin əldə olunmasına yardım edir. Mən regionda bütün insanların davamlı sülhü, təhlükəsizliyi və əsas hüquqlarını təmin edən istənilən səyləri dəstəkləyirəm. Amma reallıq belədir - bu danışıqların bir iştirakçısı etnik təmizləmə kampaniyası aparır, bununla da söhbətin mənası itir.
Ona görə də ümid edirəm ki, dinləmədə iştirak edən Yuri Kimin Dağlıq Qarabağdakı ermənilərin təcili humanitar böhranını yüngülləşdirmək üçün hansı variantlarımızın olduğunu düşündüyünü bizə deyəcək. Bakıda hökuməti nəhayət Laçın dəhlizi ilə çıxışı açmağa məcbur etmək üçün hansı variantlarımız var? Əliyevi növbəti münaqişəyə başlamaqdan çəkindirmək üçün nə edirik? Nəyə görə biz hamımızın razılaşa biləcəyimiz fəaliyyətə görə sanksiyaları daha açıq şəkildə nəzərdən keçirmirik?
Biz çoxdandır ki Əliyevlə bağlı məsələlərdən yayınmağa çalışmışıq. Mən dəfələrlə Azadlığa Dəstək Aktının Birləşmiş Ştatların onun rejiminə yardım göndərməsinə icazə verən 907-ci maddənin dondurulmasına öz dərin etirazımı bildirmişəm. Bu, açıq şəkildə Azərbaycan və Ermənistan arasında hərbi güc balansını Əliyevin xeyrinə dəyişir. Düşünürəm ki, Azərbaycanın son üç ildə atdığı addımlar mənim skeptisizmimin nə qədər əsaslı olduğunu göstərir.
Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bunu izləyir: çünki prezident Əliyev bəşəriyyətə qarşı cinayətlərə görə mühakimə olunanda – məncə, o olmalıdır – bunun üçün sübut yükü çox sanballı olacaqdır.
Hazırda söhbət İlham Əliyevi cinayətdə mühakimə etməkdən getmir. Söhbət bu cinayətin qarşısının alınmasından gedir. Departamentin bunu necə etmək istədiyini eşitmək istərdim...
Təbii ki, dinləmələr zamanı senator Bob Menendez-a bu kimi sərsəm fikirlərinə tutarlı cavab verən olmadı. Ancaq olacaq. Əsas olan odur ki, Azərbaycan dövləti senator Bob Menendez-a kimi erməniyanların təzyiqinə baxmayaraq öz yolundan dönmək fikrində deyil. Qarabağ erməniləri Azərbaycana re-inteqrasiya olunmalıdır, Ermənistan Qarabağda saxladığı hərbi birləşmələri geri çəkməlidir. Öz müttəfiqlərinə söykənən Azərbaycan onunla şantaj dilində danışan erməniləri də, onların tərəfdarlarını da yerində oturtmaq gücündədir.
Elbəyi Həsənli, Sürix
Teref.az

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl

Dünyapress TV

Xəbər lenti