Xankəndi separatçılarının rəhbəri Araik Arutyunyan və qondarma "dövlət naziri" dünən ikinci dəfə sülhməramlıların yeni komandanı Aleksandr Lentsovla görüşüb. Lentsov onları öz qərargahında qəbul edib və Laçın yolu ilə bağlı müzakirələr aparılıb. Lentsov yaxın günlərdə Bakıya gedəcəyini və məsələ ilə bağlı danışıqlar aparacağını bildirib. Bu, ötən həftə təyinat alan Lentsovun Arutyunyanla 2-ci, separatçılarla 3-cü görüşüdür. Qeyd edək ki, Həkəri körpüsü üzərində sərhəd-keçid məntəqəsi qurulduqdan sonra erməni separatçılar və Ermənistan rəsmiləri 10 noyabr 2020-ci il bəyanatının 6-cı bəndini əsas gətirməyə çalışırlar. Halbuki Ermənistan tərəfi erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxmasını və Zəngəzur dəhlizinin açılmasını təmin etməməklə bəyanatın maddələrini çoxdan pozublar. Əvəzində isə Azərbaycanın humanitar yol kimi maneəsiz gediş-gəlişə şərait yaratdığı Laçın yolundan silah, mina daşınması və Qarabağdakı qanunsuz silahlıların yenidən toparlanması üçün sui-istifadə ediblər. Hazırda yol humanitar məqsədlər üçün açıqdır, lakin Ermənistan artıq bu yolla silah-sursat, mina və şəxsi heyət daşıya bilmir.
TEREF.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, rus sülhməramlı kontingentinə rəhbərlik edən Aleksandr Lentsovun ermənilərdən yana addım atacağı gözlənilən idi. Professor bildirib ki, Lentsovun həyat yoldaşı ermənidir:
"Lentsovun Bakıdan öncə İrəvana getməsi qəbuledilməz, separatçılarla 3 dəfə görüş keçirməsi isə qanunsuzdur. Qondarma rejimi təmsil edənlər separatçılar, terrorçulardır. Onlarla sıx təmasda olmaq yolverilməzdir. Bu məqam Bakıda rus generalın diqqətinə çatdırılmalıdır və şübhə yox ki, çatdırılacaq. Rusların ermənilərlə birgə təxribatçı addımlarını çox görmüşük. Sülhməramlıların rəhbərinin ilk səfərini İrəvana etməsi də səbəbsiz deyil. Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması erməni cəmiyyətində narahatlığa səbəb olub. Rusiya Ermənistanı yenidən tam nəzarətə götürmək üçün gedişlər edir, yollar axtarır. Daha doğrusu, Moskva İrəvanın nazı ilə oynayır. Lentsov İrəvana getməklə, Qarabağda separatçılarla görüşməklə keçid məntəqəsinin müzakirə olunacağını, bununla bağlı görüşlər keçirəcəyini göstərməyə çalışır. Təbii ki, bunlar boş, mənasız cəhdlərdir. Azərbaycan Laçın yolundakı postu götürməyəcək və bir addım geri atmayacaq. Lentsov bu məsələyə müdaxilə etmək səlahiyyətində deyil".
Azərbaycan-Ermənistan sərhədində Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan nəzarət-buraxılış məntəqəsində 24 saat peşəkar xidmət göstərilir.
Bu barədə AzTV reportaj hazırlayıb.
Bildirilib ki, hava şəraitinin kəskin dəyişməsinə və gecə saatlarına baxmayaraq sərhədçilərimiz iş başındadırlar.
Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.
Dağlıq Qarabağdan imtina edən hər kəs Ermənistanda dövlətə xəyanətdə mühakimə olunacaq.
Bunu Milli Assambleyanın mayın 2-də keçirilən iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Aqvan Vardanyan deyib.
“Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qoruya bilməyənlərə, eləcə də onların nəslinə ölkəmizdə yer olmayacaq. Ermənistan ordusunu, eləcə də Dağlıq Qarabağ Müdafiə Ordusunu zəiflədənlər bağışlanmayacaq. Erməni kimliyinin dayaqlarından birinə - Erməni Apostol Kilsəsinə hücum edən hər kəs qovulacaq...”, - Vardanyan “siyahı”nı davam etdirərək deyib.
Onun sözlərinə görə, Ermənistanla müqayisədə güc heç bir şey deyil.
“Və xahiş edirəm, indicə təsvir etdiyim Ermənistan Respublikasının mövcud olacağına şübhə etməyin”, - deyə müxalifətçi yekunlaşdırıb.\\Unikal
Bu gün Ermənistan parlamentinin növbəti iclası başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” qəzeti yayıb.
Mənbə yazır ki, Qarabağ separatçıları birgə "parlamentlərarası komissiya"nın iclaslarının çağırılması ilə bağlı (o cümlədən onlayn rejimdə) Ermənistan parlamentinə bir neçə rəsmi sorğu göndərib, lakin Ermənistan parlamentinin rəhbərliyi bu müraciətlərə cavab verməyib.
Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması ilə çıxılmaz vəziyyətə düşən Xankəndidəki separatçı-terrorçu rejim mövcudluğunu saxlamaq üçün son varianta əl atır: erməni əhalisi adından “müqavimət hərəkatı”na start verilib;
Separatçı rejimin təşkilatçılığı ilə bir qrup erməni Laçın yolunda postun qurulmasına qarşı qondarma “etnik təmizləməyə yox” iddiası üzərindən kampaniyaya başlayıb.
Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa cəlb etmək, Azərbaycanın öz suveren ərazilərində qurduğu sərhəd-keçid məntəqəsinin ləğvinə nail olmaqdır. Ermənilər tarix boyu əl atdıqları qondarma “etnik təmizləmə”, “soyqırımı” kimi kartlarını bu dəfə də işə salıblar. Kampaniyanın təşkilatçısının separatçı rejim olduğu şübhəsizdir. Separatçıların qondarma “başçısı” Araik Arutyunyanın “imzatoplama kampaniyasına” qoşulması da bundan xəbər verir.
Kampaniyanı başladan ermənilər bəyan ediblər ki, ya beynəlxalq ictimaiyyət Laçın yolunda postun ləğv edilməsinə nail olmalıdır, ya da onlar başqa yollara əl atacaqlar. Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsinin götürülməyəcəyi məlumdur, beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazisində atdığı addıma müdaxilə edə bilməz, edə bilmir də. Hətta ermənilərin güvəndiyi Rusiya da reallıqla barışıb. O zaman sual yaranır: separatçıların göstərişi ilə danışan bir qrup erməni “başqa yollara əl atacaqlar” dedikdə nəyi nəzərdə tuturlar?
Bunun diqqəti cəlb etmək üçün istifadə edilən şantaj olduğu aydındır. Lakin istisna deyil ki, separatçı rejim öz mövcudluğunu qorumaq üçün erməni əhalisini qırğına verə bilər. Separatçıların əlində silah-sursatın olduğu sirr deyil, əhalini silahlandıra və Laçın postuna, eləcə də ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqelərinə qarşı təxribatlar törədilə bilər. 2021-ci ilin noyabrında erməni terrorçu Norayr Mirzoyanın Şuşa postuna bomba atması təcrübəsi də yenidən terror kartının istifadə edilməsi ehtimalını önə çıxarır.
Dövlət Gömrük Komitəsinin Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başlaması Bakının Xankəndinə doğru daha bir addımı kimi qiymətləndirilə bilər və bu, yaxın dövrdə tətbiq ediləcək bir sıra qərarlarla bağlı da ehtimalları önə çıxarır:
Birincisi, Ermənilərin Azərbaycan pasportuna sahib olması reallaşa bilər: Qarabağdakı ermənilər ya qondarma “pasport” daşıyır, ya da Ermənistan pasportu, bundan sonra onların Ermənistana gedişinə icazə verilsə də, geri qayıtmaq istəyənlərdən Azərbaycan pasportu tələb olunacaq; eyni zamanda, qondarma “pasport” daşıyanların çıxışı üçün də Azərbaycan pasportu tələb oluna bilər. Ki, bu yaxın dövrdə Azərbaycan pasportlarının Xankəndidə görünəcəyi gözləntisini artırır;
İkincisi, Bakı humanitar yüklərin Qarabağa daşınmasına bütün şəraiti yaradır, hərçənd, gömrükçülərin posta çıxması daşınan yüklərdən rüsumun alınacağı gözləntisini də gündəmə gətirir: Ermənistandan gələn yüklərə rüsum qoyan Azərbaycan bundan sonra Xankəndidəki erməni əhalisinin ehtiyacının təminatı ilə bağlı proqramını təqdim edəcək;
Artıq proses bu istiqamətdə gedir. Ermənilərin ilk dövrdə bunu etirazla qarşılayacağı aydındır, lakin buna məcbur olacaqlar və əhalini tədricən buna sövq edəcək. Və kənar güclərin Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı heç bir təsir edə bilməməsi Bakının pasport və rüsum gedişinə də mane ola bilməyəcəkləri deməkdir.
Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə Vardanyan mübarizə üçün terror dəstəsi yaradması barədə danışıb.
O qeyd edib ki, Ruben Vardanyan Azərbaycanın Laçın yolunun Ermənistanla birləşən sıfır nöqtəsində qurduğu sərhəd-buraxılış məntəqəsi ilə bağlı yaydığı bəyanatın ardından beynəlxalq axtarışa verilməlidir.
Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının komandanı Andrey Volkov vəzifəsindən azad edilib, onun yerinə isə Rusiya müdafiə nazirinin müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin edilib.
Publika.az xəbər verir ki, Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Abinsk rayonunda anadan olub.
O, Lenin adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini bitirib.
1979-cu ildə Əfqanıstana gedən Lentsov burada müxtəlif hərbi vəzifələri icra edib. 1980-1982-ci illərdə – hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. Kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində bir döyüşçüsünü də itirmədən mühüm tapşırıqlar yerinə yetirib. 1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi olub. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub. 1986-1989-cu illərdə M.V.Frunze adına Hərbi Akademiyada təhsil alan Lentsov 1989-1990-cı illərdə 137-ci qvardiya hava-desant Kuban kazak alayının qərargah rəisi, 1990-1993-cü illərdə 331-ci qvardiya hava-desant alayının komandiri olub.
1993-cü ildən 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra – 1996-cı ildən 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svirsk Diviziyasının komandiri kimi çalışıb.
2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirib. 2009-cu ilin avqustun 5-dən Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub.
Lentsov Əfqanıstan, Birinci və İkinci Çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib.
2011-ci ildə general-leytenant rütbəsi alan Lentsov 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib. 13 dekabr 2014-cü ildə general-polkovnik türbəsi alıb. 2014-cü ilin sentyabr-dekabr aylarında Ukraynanın şərqində baş verən silahlı münaqişə zamanı və 2015-ci ilin yazında Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltsevo şəhərlərində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə Rusiya-Ukrayna mərkəzində bir qrup Rusiya hərbçisinə rəhbərlik edib. Münaqişə zamanı o, üç dəfə Donetsk hava limanında, Şirokino yolunda və Qorlovka yaxınlığında atəşə məruz qalıb.
22 yanvar 2020-ci ildən isə Rusiya müdafiə nazirinin müşaviridir.
Azərbaycanın aprelin 22-də Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi bölgədə sülhün, əmin-amanlığın, haqq-ədalətin əldə edilməsinə hesablanmış addımdır.
Bu addımın atılması ilə separatçı rejimin son ümid işığı da sönür. Qondarma rejim artıq bundan sonra kənar aləmlə hər hansı bir qanunsuz hərəkətlərə, əməllərə yol verə bilməyəcək.
Görəsən, nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə regionda proseslər bundan sonra necə cərəyan edəcək?
TEREF.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, atılan addımdan sonra artıq Azərbaycan ərazisinə Bakının razılığı və xəbəri olmadan heç kim və heç nə daxil ola bilməyəcək:
“Azərbaycan uzun müddətdir həmin bölgədə haqq-ədalətin bərpa olunması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırışlar edib. Amma təəssüf ki, Azərbaycan ərazilərinə qanunsuz daxilolmalar bu günə qədər davam edib.
Nəticədə Azərbaycanın çağırışlarına məhəl qoyulmurdu. Bu mənada Laçın rayonunun Ermənistanla sərhəd hissəsində sərhəd buraxılış məntəqəsinin yaradılmasının ölkəmiz üçün böyük əhəmiyyəti var.
Artıq Azərbayan ərazilərinə, Bakının xəbəri olmadan qanunsuz şəkildə heç kim və heç bir yük daxil ola bilməyəcək. Digər tərəfdən, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısı tamamilə alınacaq.
Eyni zamanda, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya prosesinə əngəl törədən qüvvə və adamların bir çox bu hadisədən sonra artıq istədiklərinə nail ola bilməyəcəklər.
Çünki Azərbaycanın sərhəd buraxılış məntəqəsinin olması həm də onu tələb edir ki, ərazimizdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər.
Həmçinin, Azərbaycanın yurisdiksiyası altında hərəkət etsinlər. O baxımdan nəzarət-buraxılış məntəqəsinin yaradılması Qarabağ məsələsi ətrafındakı manipulyasiyalara birdəfəlik son qoyur. Eyni zamanda, bu Bakı ilə İrəvan arasındakı sülh prosesini sabotaj etmək istəyən qüvvələrə də növbəti zərbədir.
Atılan bu addım fonunda Ermənistandan Qarabağa qanunsuz silahlar və silahlı dəstələrin gəlməsinin də qarşısı birdəfəlik alınacaq. Bu isə Bakıya imkan verəcək ki, Qarabağdakı qanunsuz silahlı dəstə və silahları da müsadirə etsin. O baxımdan Qarabağa silah daşınması və oradan çıxarılması kimi məsələlər də Bakının nəzarətində olacaq”.