“Biz dialoqa necə gedə bilərik? Nə qədər dialoqa getsək də, onların məqsədi yalnız birdir: inteqrasiya. 18 yaşlı gəncimiz Azərbaycan ordusunda xidmətə necə gedə bilər? Mən belə bir şey təsəvvür edə bilmirəm, bu, mümkün deyil...”
DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu separatçı, revanşist fikri Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “qanunverici” orqanının “deputat”ı Nela Qriqoryan NEWS.am ilə söhbətində söyləib.
Samvel Babayanın da dəstəklədiyi mümkün Xankəndi-Bakı dialoquna toxunan N.Qriqoryan birmənalı olaraq belə dialoqun əleyhinə olduğunu bildirib.
“Samvel Babayan fikrini bütün xalqa aid etməməlidi. Bu onun fikridir. Əvvəl o özü Ağdama getsin, ya da övladıını göndərsin”- deyə separatçı “deputat” qeyd edib.
O, Ermənistan hakimiyyətindən nə gözlədiyi sualına belə cavab verib: “Hazırda mənim İrəvandan heç bir gözləntim yoxdur, çünki onlar artıq yüksək səviyyədə Artsaxın Azərbaycan olduğunu bəyan ediblər... Mənim gözləntim müəyyən dərəcədə Rusiya sülhməramlılarıyla bağlı ola bilər...”