"Qarabağ Ermənistan üçün prioritet deyil və Azərbaycanın hissəsi kimi tanıyır" Bərdə-Ağdam-Xankəndi marşrutunun işə salınması Brüsselin danışıqlar gündəliyinə təsadüfi daxil edilməyib. Bu sözlərin müəllifi erməni politoloq Vladimir Martirosyandır. Politoloq deyib ki, Paşinyan danışıqlarda Ermənistanın maraqlarını təmsil etmir. TEREF.AZ-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazdə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bərdə, Ağdam, Xankəndi yolun açılması Azərbaycanın təklifidir və artıq bu danışıqlar prosesinə qatılıb, Avropa Birliyi tərəfindən qəbul edilib. Çünki artıq Azərbaycan Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurduqdan sonra demək olar ki, Ermənistanla və sərhəddə nəzarəti həyata keçirir.
Politoloq hesab edir ki, Azərbaycan reinteqrasiya siyasətinə maraqlıdır. Və çalışır ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına nail olsun. Azərbaycan bu istiqamətdə siyasət ortaya qoyub.
“Ermənistan baş naziri Nikol Paşinyan reallığı qəbul etməlidir. Əgər Ermənistanın bəzi politoloqları revanşist qrupları dediyi kimi o, növbəti mərhələdə onlar kimi düşünərsə, o zaman Qarabağın dırnaqarası statusu, ermənilərin müqəddəratı, sülhün əldə olunması və s. dalan dirənər və növbəti müharibə ehtimalı yüksək olardı. Bu kimi rəsmilərin verdiyi açıqlamalar ondan ibarətdir ki, Nikol Paşinyan avantüraya getsin və müharibə olsun, Nikol Paşinyanı devirsinlər, özləri hakimiyyətə gəlsin. Yəni məsələ bu qədər sadədir”-deyə politoloq əlavə edib.
Məhəmməd Əsədullzadə vurğulayıb ki, ümumiyyətlə Nikol Paşinyan Ermənistanı təmsil edir, Ermənistanın maraqlarını qoruyur. Nikol Paşinyan qeyd edib ki, “mən Ermənistanın müstəqilliyini ərazi bütövlüyünü qorumağa çalışıram”.
Qarabağ məsələsi, artıq Ermənistan üçün prioritet deyil və Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıdı.
Politoloqun fikrincə, bu səbəbdən də, Ermənistanda revanşist qrupları təmsil edən bu kimi siyasi ekspretlərin verdiyi açıqlamalar ciddi qəbul edilməməlidir.