Ardını oxu...
Özünü Qarabağdakı qondarma qurumun “rəhbəri” adlandıran Araik Arutyunyanın “istefa verəcəyi” ilə bağlı iddialar səngimir.

Onun “Qarabağ klanı” və Ermənistanın Baş naziri Nikol Paşinyanla da arasında ciddi problemlərin olduğuna dair xeyli xəbərlər yayılıb.

Bütün bu qarşıdurmaların fonunda Araikin qondarma “vəzifə”sindən gedəcəyi gözlənilir.

Hətta özünü Araikin “mətbuat katibi” adlandıran Lusina Avanesyan da bu ehtimalı istisna etməyib:

“Araik Arutyunyanın hazırda öz vəzifələrini yerinə yetirməyə davam edir. Xüsusilə də bu dövrdə istənilən daxili təlatümlər bizim üçün dağıdıcı ola bilər və o, belə halları istisna edəcək. Araik Arutyunyan bir neçə dəfə istefa mövzusu ilə bağlı ictimaiyyətə müraciət edib və dedikləri hələ də qüvvədə qalır. O, hakimiyyətin normal dəyişməsini təmin etməyin mümkün olduğu ilk fürsətdə istefa verəcək. Arutyunyan belə çətin şəraitdə öz məsuliyyətindən yayınmaq niyyətində deyil”.

Xatırladaq ki, Azərbaycanın təzyiqləri nəticəsində separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan “vəzifə”sindən azad edildi. Görünür indi də sıra Araik Arutyunyana çatıb və proseslər onun da “istefaya” getməsinə səbəb olacaq.

TEREF.AZ-ın məlumatına görə, sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, Araikin “istefası” məhz Azərbaycanın təzyiqinin nəticəsi olacaq:

“Ruben Vardanyanın ardından Araik Arutyunyanı da yola salacağıq. Buna şübhə etmirəm, artıq Araik dalana dirənib. Başa düşür ki, ya Azərbaycanın tərkibində yaşamalıdırlar, ya da regionu tərk etməlidirlər. Çünki Azərbaycanın ərazi bütövlüyünü dünya birliyi və beynəlxalq təşkilatlar tanıyır. Həmçinin, Nikol Paşinyan özü də onlara dəstək verməkdən yorulub”.

Politoloq vurğulayıb ki, rəsmi İrəvan da bütün səylərinin boşa çıxdığını başa düşür:

“Ermənistanın əsas məqsədi Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və normal bir vəziyyətə salmaqdır. Təbii ki, Araik Arutyunyan rəsmi İrəvan üçün bu yolda bir maneədir. Düşünürəm ki, təzyiqi artırmalıyıq ki, Araik kimi ünsürlər Qarabağı tərk etsin və Azərbaycan Qarabağda yaşayan əhali nümayəndələri ilə danışıqları davam etdirsin”.
 
Ardını oxu...
Azərbaycan Ermənistanla danışıqlarda öz məqsədlərinə çatmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazırdır.

Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər kəşfiyyat xidmətləri tərəfindən aparılan 2023-cü il üçün qlobal təhdidlərin təhlilində (İllik Təhlükələrin Qiymətləndirilməsi) deyilir.

Kəşfiyyat Ermənistanla Azərbaycan arasında gərginliyin davam edəcəyini proqnozlaşdırır.

Təhlildə qeyd olunur ki, qoşunların sərhədə yaxın ərazidə olması silahlı toqquşma riskini artırır, lakin onların müddəti və intensivliyi məhduddur.

Qeyd olunur ki, 2021-ci ilin may ayından başlayaraq Azərbaycan-Ermənistan sərhədində və Qarabağda müntəzəm olaraq hərbi toqquşmalar baş verir.

“Münaqişənin ən güclü alovlanması 2022-ci ilin sentyabrında baş verib. Münaqişə 300-ə yaxın insanın ölümünə səbəb olub”, - hesabatda qeyd olunur.

Vurğulanır ki, sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunub, lakin dövlət sərhədləri və Qarabağın gələcəyi ilə bağlı ən çətin məsələlər həll olunmaqdan uzaqdır. \\Axar.Az
Ardını oxu...
Erməni separatçıları Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan Ermənistandan rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinə qeyri-qanuni olaraq hərbi ləvazimatlar daşıyırlar.

"Caliber" tərəfindən yayınlanan videolarda Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi əks olunub.

Konvoyun əvvəlində Rusiya sülhməramlı kontigentinin 2 "UAZ Patriot" maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus brezent "Ural" və su çəni olan "KamAZ", karvanın sonunda isə "BTR-82A" hərəkət edir. Həm 2 "UAZ", həm də "BTR"-in üzərində rus bayrağı qaldırılıb.

Konvoy qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və silah-sursatla təmin etmək üçün hərəkət edir.

Maraqlıdır, Azərbaycanın hərbi rəhbərliyi yaxın zamanda güc yolu ilə bu torpaq yolunu nəzarətə götürə bilər?

TEREF.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Xankəndi-Xəlfəli-Turşsu yolu dövlətin diqqətindən kənarda qalmır:

“Xatırladım ki, Xankəndi-Xəlfəli-Turşsu yolu barədə məlumatları ilk dəfə 2021-ci ilin sentyabrında şəxsi "Facebook" hesabımda paylaşmışdım. Hətta həmin yolun şəklini də çəkmişdim. Belə ki, həmin yol ermənilər üçün o qədər də prioritet deyildi.

Yəni, Laçın şəhərindən keçən yol açıq olduğu üçün ermənilər bu yol vasitəsi ilə istədiyini gətirirdilər, istədiyini aparırdılar. Torpaq yolun aktuallığı Şuşa-Xankəndi yolunda aksiya başladıqdan sonra gündəmə gəldi.

Əvvəllər də qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri həmin yol üzərində yerləşdiyi üçün təzcihat da o yoldan gətirilirdi. Şəxsən Şuşadan Xankəndi-Xəlfəli yoluna müşahidə eləmişəm.Yayda bir saat ərzində təxminən 3-4 maşın bu yoldan keçirdi.

Azərbaycan tərəfi bu yolda qeyri-qanuni daşınmaların qarşısını almaq üçün Ermənistanla sərhədin Laçın giriş hissəsində nəzarət-keçid məntəqəsi qurmalıdır. Hesab edirəm ki, tez bir zamanda bu istiqamətdə addım atılacaq".

Ekspertin fikrincə, Azərbaycan Ordusu yaxın günlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin zərərsizləşdiriməsi üçün hər hansı əməliyyatlar keçirə bilər:

“Həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi, eləcə də bir sıra hərbi ekspertlərin açıqlamalarına görə, Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizi erməni silahlılarından təmizlənməsi üçün antiterror, çəkindirici əməliyyatlar həyata keçirməsi qaçılmazdır. Hesab edirəm ki, bu, mütləq baş verəcək.

Erməni separatçılarının ruslarla bizə qarşı birgə fəaliyyəti, rus sülhməramlılarının müşayiəti ilə qeyri-qanuni erməni silahlı birləşmələrinin silah-sursatla təmin olunması və erməni silahlılarının rotasiyası Azərbaycanın təhlükəsizliyinə birmənalı olaraq ziddir. Belə addımların qarşısını almaq güc strukturlarımızın müqəddəs borcudur. Onların bu borcu məharətlə yerinə yetirəcəyinə əminəm”.
 
Ardını oxu...
Samvel Babayan Azərbaycanla inteqrasiyaya hazırdır, o, “Qarabağın qubernatorunun özü olacağını” açıq şəkildə bəyan edib.

Ermənistanın tert.am nəşrinin yaydığı məlumata görə, bu fikirləri media eksperti Tiqran Köçəryan “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində deyib.

“Arayik Arutyunyan öz bəayanatı ilə overton pəncərəsini açdı. O, Qarabağın müstəqilliyini(dırnaqarası-S.L.) şübhə altına aldı. Onun Azərbaycanla inteqrasiyaya razı ola biləcək hansı qüvvədən danışdığı aydındır. Söhbət 70-80 gün ərzində gözlənilmədən Qarabağda peyda olan Samvel Babayandan gedir. O, ictimai söhbətlərdən birində bəyan edib ki, onun üçün Kaşen(Dəmirli-S.L.) mədəninə Azərbaycan və ya Türkiyə şirkətinin sərmayə qoymasının heç bir əhəmiyyəti yoxdur.

Bu, Arayiki yoldan çıxarmaq üçün İrəvanın diktə etdiyi oyundur. Və Babayan isə açıq şəkildə deyir ki, inteqrasiyaya hazırdır, görünür qubernator statusunda olacaq. Halbuki Qarabağın müstəqilliyinə şübhə edən şəxs həbs edilməli və ya Qarabağdan qovulmalı idi”, - deyə media eksperti bildirib.

Tiqran Köçəryanın sözlərinə görə, dünyada baş verənlərin məqsədi Rusiyanı regiondan çıxarmaqdır və Paşinyan 2018-ci ildə Boltonun təklif etdiyi planı mərhələ-mərhələ həyata keçirir. Bununla belə, Ermənistan cəmiyyəti bu suallara cavab verməlidir: biz Rusiya Federasiyası ilə düşmən olmağa, Ermənistanın ukraynalaşdırılmasına hazırıqmı və Ermənistanda Rusiya sülhməramlılarını və Rusiya hərbçilərini kim əvəz edəcək?..
Ardını oxu...
Azərbaycan Respublikasının 32-ci ildir ki, işğal altında qalan və "İvanyan" adlandırılan Xocalı şəhəri ərazisində separatçı-terrorçu rejimin büdcəsi və "Hayastan" ümuerməni fondunun vəsaiti hesabına tikilən 107 fərdi evin tikintisi guya "blokada ilə əlaqədar olaraq praktiki olaraq dayandırılıb".

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, Xankəndindəki hayk nəşrlərinin yaydığı məlumata görə, bu haqda cinayətkar rejimin qanunsuz "şəhərsalma naziri"nin müavini Aram Qasparyan müxbirlərə tikinti meydançasında danışıb.

“Fərdi evlərin əksəriyyətinin tikintisi başa çatmaq üzrədir, lakin tikinti materialları çatışmazlığı səbəbindən hazırda işlər, o cümlədən xarici infrastrukturun tikintisi demək olar ki, dayanıb”, - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, ilk 40 fərdi evin ötən ilin sonu və 2023-cü ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılırdı.

"...Yol açıldıqdan sonra məhəllənin tikinti işləri bərpa olunacaq və tikilən ilk evlər çox qısa müddətdə istifadəyə veriləcək”, - deyə separatçı məmur əlavə edib.

O, qeyd edib ki, köçkün ermənilər üçün nəzərdə tutulmuş iki və dörd otaqlı fərdi yaşayış evləri daxili şəbəkə istilik sistemi, isti-soyuq su və qazla təmin ediləcək.

Xatırladaq ki, Rusiya “sülhməramlı” kontingentinin himayə etdiyi separatçı-terrorçu rejim 2021-ci ildən başlayaraq Xocalı şəhəri və rayonun bəzi kəndlərində, həmçinin Şuşa rayonunun Xankəndinə bitişik Malıbəyli kəndində 44 günlük savaşda Şuşa və Hadrutdan köçmüş ermənilər üçün binalar və fərdi həyət evləri tikməyə başlayıb...
 
Ardını oxu...
Qarabağda ermənilər Rusiya sülhməramlılarının bazasına əsas girişi bağlayıb.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Qarabağda bir qrup separatçı bir neçə saat ərzində Rusiya sülhməramlılarının bazasına əsas girişi bağlayıb. Onlar Rusiya sülhməramlılarının nümayəndələri ilə görüş tələb edirlər.

Əsas tələb Qarabağın “erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsidir”.

 
Ardını oxu...
Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaqdan başqa yolu yoxdur.

Erməni mətbuatında yayılan məlumatlar görə, Azərbaycan hökuməti Xankəndindəki separatçılara öz kanalları vasitəsilə bildirib ki, reinteqrasiya siyasəti mütləq aparılmalıdır.

Çünki yalnız reinteqrasiya prosesi ilə bölgədə problemləri həll etmək mümkündür. Əks halda Azərbaycan tərəfindən daha sərt və kəskin addımlar atalacaq.

Eləcə də rus sülhməramlıların məsuliyyət zonasında separatçı qurumun rəhbəri Araik Arutyunyan da Qarabağ ermənilərinin iki seçim arasında qaldığını bildirib. Yəni, ermənilər ya öz əvvəlki mübarizəsini davam etdirəcəklər, ya da Azərbaycanın təkliflərini qəbul edəcəklər.

Maraqlıdır, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunmasına mane olan amillər nədir? Bu prosesin sürətləndirilməsi üçün hansı addımlar atılmalıdır?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-nun suallarını cavablandıran politoloq Qabil Hüseynli bildirib ki, Qarabağın ermənilər yaşayan bölgələrində Ermənistan ordusunun tör-töküntülərini aradan qaldırmadan reinteqrasiya prosesini aparmaq qeyri-mümkündür:

“Erməni separatçılar özünümüdafiə qüvvələrinə güvənirlər. Həmin separatçıların içərisində əli qana batmış ünsürlər var, həmçinin Qarabağda kənardan gəlmiş adamlar yaşayırlar. Hazırda Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər onların təhdidləri və təzyiqləri altında yaşayırlar.

Əgər reinteqrasiya prosesini şəffaf şəkildə aparmaq istəyiriksə, ilk növbədə həmin qanunsuz silahlı dəstələrin məhv edilməsinə və separatçı ünsürlərin zərərsizləşdirilməsinə diqqəti yönəltmək lazımdır. Ərazilərimizdə bir dənə də olsun erməni silahlısı qalmamalıdır. Bu istiqamətdə ciddi tədbirlər görüldükdən sonra sadə ermənilər ilə dil tapmaq da olar, problemləri həll etmək də”.

Politoloqun fikrincə, Qarabağda erməni separatçılarının son təxribatlarının arxasında məhz Rusiya dayanır:

“İstər Brüssel prosesində irəli sürülən sülh təşəbbüsləri, istərsə Ermənistanla sülh müqaviləsinin imzalanması, istərsə də Qarabağın erməni icması ilə son təmaslar Rusiyanın ürəyincə deyil.

Doğrusu, Rusiya ərazilərimizdə özünü jandarım kimi aparır. Bu yaxınlarda Xocalıda rus sülhməramlılarının qərargahında son görüşü bunu sübut edir. Görüşdə masa üzərində yalnız rus bayrağı vardı, Volkov da başda oturub, guya hər iki tərəfə diktə edir. Ərazilərimizdə qeyri-qanuni erməni silahlı dəstələrini saxlayan birbaşa rus sülhməramlılarıdır. Moskva, həqiqətən Bakı və İrəvan arasında razılaşmaları pozmağa çalışır, bölgədə öz dayanaqlığını möhkəmləndirmək üçün hər cür provokasiyaya əl atır. Regionda Rusiyanın neytrallaşdırılması baş tutmadan sülh prosesini sürətləndirmək mümkün olmayacaq”.
 
Ardını oxu...
Ermənistanın baş naziri Fransadan Qarabağa – Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarına beynəlxalq qrup göndərməyi xahiş edib.

Editor.az bildirir ki, bunu Nikol Paşinyan Fransanın Cənubi Qafqaz üzrə xüsusi elçisi Bris Roquefey ilə görüşdə bildirib. Hökumət başçısı həmsöhbətinə bildirib ki, indiki şəraitdə Laçın dəhlizinə və Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi “həyati zərurətdir”.
 
Ardını oxu...
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsibnin yaradılmasıyla bağlı suala belə cavab demişdi ki, “tərəflər 2020-ci il 10 noyabr bəyanatına zidd addımlar atmamalıdırlar”. Yəni Lavrovun yanlış məntiqinə görə, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yarada bilməz. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono isə bu gün Bakıda bildirib ki, ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır.
Yəni amerikalı diplomat Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Azərbaycanın müstəsna hüququ olduğunu bildirib. ABŞ dövlət katibi Entoni Blinken də eyni mövqedədir.
Brüssel də Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına etiraz etməyəcək.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya sülhməramlıları otuz müşahidə məntəqəsində gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər: “Rusiya sülhməramlılarının komandanlığı Stepanakert (Xankəndi)-Gorus yolunda maneəsiz hərəkətin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Humanitar yüklə yüklənmiş Rusiya sülhməramlı kontingentinin karvanı Gorus-Stepanakert marşrutu üzrə müşayiət olunub”.
 

Dünyapress TV

Xəbər lenti