Paşinyan istəsə də, Azərbaycandakı qoşunlarını geri çəkə bilməz...
Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Xankəndidəki separatçıları əhəmiyyətli dərəcədə radikallaşdırıb. Rusiyalı politoloq İqor Korotçenko son dövrlər Qarabağdakı qanunsuz silahlı birləşmələrinin Azərbaycan Ordusuna qarşı təxribatlarını şərh edərkən bildirib ki, Qarabağda silahlı təxribatlar və terror aktları gözləntisi çoxdur. Onun sözlərinə görə, separatçıların daha da radikallaşması müxtəlif ölkələrdə erməni diasporunun Qarabağ mövzusunda siyasi səylərini artması ilə üst-üstə düşür: "Bütün bu amilləri birləşdirəndə, təxribatların baş verəcəyi kifayət qədər real görünür. Bəlkə də bu təxribatlar yaxın gələcəkdə törədiləcək”. Rusiyalı politoloq hesab edir ki, Paşinyan Qarabağ separatçıları üzərində nəzarəti itirir: “Paşinyan hakimiyyəti artıq separatçıların davranışlarına tam nəzarət edə bilmir. Qismən nəzarət qala bilər, lakin tam deyil. Unutmaq olmaz ki, Qarabağda təkcə erməni yaraqlıları yox, həm də Ermənistan Müdafiə Nazirliyinin əmri ilə hərəkət edən silahlı dəstələr var. Bununla yanaşı, Ermənistanın hərbi kəşfiyyatının nümayəndələri də Qarabağdadır". Korotçenko bildirib ki, İrəvanın nəzarəti xeyli dərəcədə azaldığı üçün artıq erməni silahlı dəstələri "müstəqil" hərəkət edirlər.
DİA.AZ-ın məlumatına görə, AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları Qarabağ ərazisinə daxil olduğu gündən İrəvan separatçılara nəzarəti itirib. Analitik hesab edir ki, hazırda separatçılar və silahlı ünsürlər birbaşa Rusiyanın nəzarətindədir: "Qarabağ separatçıları İrəvana tabe olmur və bütün direktivləri Kremldən alırlar. İndiki məqamda separatçıların "cəsarətlənməsinin" arxasında Moskva durur. Ruben Vardanyan və Araik Arutyunyan Rusiyaya hər səfərlərindən sonra müharibə ritorikasından danışır, rəsmi Bakını təhdid edirlər. Separatçılar Rusiyanın əlində təsir rıçağıdır. Moskva Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Çünki sülh müqaviləsinin imzalanmasından sonra Rusiyanın nə Ermənistanda, nə də Azərbaycanda mövcudluğunun mənası qalır. Moskvanın qorxusu sadəcə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması ilə bağlı deyil, Kreml ehtiyat edir ki, sabah ermənilər də rus bazasının Gümrüdən çıxarılmasını tələb edə bilər. Bununla da Moskva Cənubi Qafqazda bütün rıçaqlarını itirmiş olar. Ona görə də hər vəchlə separatçılara silah-sursat, eyni zamanda vəd verərək, onları "ruhlandırırlar". Çalışırlar ki, separatçılar sonadək Azərbaycana müqavimət göstərsinlər, prosesi pozsunlar".

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti